Məhkəmə qərarları › İş №e-2(006)-316/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-316/2024

19.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-316/2024 19.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və 13 saylı Notariat Ofisinə qarşı «vəsiyyətnamənin etibarsız hesab edilməsi və vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və 13 saylı Notariat Ofisinə qarşı «vəsiyyətnamənin etibarsız hesab edilməsi və vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı miras qoyan X3 qardaşı qızıdır. X4 13.*2.2*23-cü ildə vəfat etmişdir. İddiaçı bildirdiyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəmov küç., ev 6*/44, mənzil 25 ünvanında yerləşən mənzil miras qoyanın, yəni Axmerova Elmiranın atası tərəfindən 2*-ci əsrdə alınmış və uzun illər həm Leylanın atası X7, həm də Əhmərova Elmiranın digər qardaşı və ailəsi həmin ünvanda yaşamışlar. Həmin mənzil sonradan Əhmərova Elmiranın adına rəsmiləşdirilmişdir. İddiaçı atası X7 *2.11.2*19-cu ildə vəfat etmişdir. Son günə qədər Leylanın bibisi Əhmərova Elmira ilə ünsiyyəti yaxşı olmuş, bibisi uzun illər yataq xəstəsi olmuş, Leyla daima bibisinə baş çəkmiş, onunla maraqlanmış, lazım olan dəstəyi vermişdir. Lakin bu müddət ərzində bibisiylə dərdləşərkən bibisi daima ona bildirmişdir ki, o vəfat etdikdə mənzili heç kimə vəsiyyət etməyəcəkdir. Uzun müddət yataq xəstəsi olan Əhmərova Elmiranın öz iradəsi ilə Notariat qaydasında vəsiyyətnamə yazması real deyildir. Əhmərova Elmiranın digər qardaşı qızı Cavabdeh1 ilə yaxın və sıx ünsiyyəti olmamışdır. Bütün bunlara baxmayaraq son 1 ayda səhhəti ilə əlaqədar müalicə alan Leyla bibisinə baş çəkə bilməmiş, daha sonra bibisinin evinə getdikdə qapının açılmadığını görüb qonşularla maraqlanmış və Əhmərova Elmiranın vəfat etdiyini eşidəndə dərhal Cavabdeh1 zəng vurmuş, Zərifə isə soyuqqanlılıqla bunu bildiyini və Leylanı narahat etməməkçün bu barədə məlumat vermədiyini demişdir. Yuxarıda qeyd etdiklərindən açıq-aydın görünən odur ki, Zərifə bibisinin vəfat etməsi barədə məlumatı gizlətməklə Əhmərova Elmiradan aldığı vəsiyyətnamədən narahat olduğu və o, vəsiyyətnamənin miras qoyanın iradəsindən kənar əldə olunduğunu Leylanın biləcəyi üçün gizlətmişdir. Daha sonra İddiaçı bibisinin məzarını ziyarət etmiş, əmisi qızı Cavabdeh1yla ilə danışarkən bibisinin evini kimə verdiyini maraqlananda Zərifə cavab verməkdən yayınmış və bu Leylada bibisinin evi kimə verməsiylə bağlı şübhələr yaratmışdır. Çünki əgər bibisi Əhmərova Elmira öz iradəsi ilə evi vəsiyyət etsəydi, bunu gizlətməzdi və Zərifə isə evlə bağlı suallardan narahatlıq keçirib təşvişə düşməzdi. Bununla bağlı DƏDRX və notariusa tərəflərindən müvafiq sorğular verilmiş və qanuni vərəsə olmaq hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmişlər. Əgər vəsiyyətnamə Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Göstərilənlərə əsasən, *9.*9.2*2*-ci il tarixdə Bakı şəhəri 13 saylı notariat ofisi tərəfindən tərtib olunmuş 2V-1* saylı vəsiyyətnamənin etibarsız hesab olunması, bunun əsasında Cavabdeh1 verilmiş vərəsəlik şəhadətnaməsinin ləğv olunması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

3. Mülki iş üzrə Cavabdeh1 nümayəndəsi və vəkili X5 iddia tələbinə etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, qarşı tərəf vicdansız davranmaqla olmayanları uydurmuş və miras buraxanın iradəsini şübhəyə almaqla bu barədə iddia verməkdədir. Mövcud işdə iddiaçının ziddiyyətli mövqeyi aşkar ortadadır və diqqət olunası hallar mövcuddur. İddiaçının riayət etməli olduğu mülki hüquq münasibətlərinin əsas prinsipləri gözlənilməmiş və təhrif olunmuş dəlilləri irəli sürməklə məhkəməyə yanlış sübutlar təqdim edilməsinə cəhd olunmuşdur. İşin halları ilə əlaqədar bildirilməlidir ki, miras buraxan X4 özünə məxsus bütün əmlakını öz iradəsinə və istəyinə uyğun olaraq üzərində birtərəfli qaydada sərəncam verməklə *9.*9.2*2*-ci il tarixdə 13 saylı notariat ofisində ona vəsiyyət etmiş və notarius İradə Hüseynova tərəfindən 2V-1** reyestr qeydi vəsiyyətnamə tərtib edilərək təsdiqlənmişdir. Vəsiyyətnaməni tərtib edən mirasburaxanın yeganə əmlakı Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, ev 6*/44, mənzil 25 ünvanında yerləşən mənzili olmuşdur. X4 13.*2.2*23-cü ildə Bakı şəhərində vəfat etmişdir. Bununla da miras açılmış və vəsiyyət üzrə mirası qəbul etməyi barədə notariat barədə notariat orqanına vaxtında müraciət etmişdir. 6 saylı Bakı Asan Xidmət mərkəzinin Notariat ofisinin xüsusi notariusu X6 təsdiq etdiyi 2V-74* reyestr qeydli (vərəsəlik işinin nömrəsi V- 166/2*23) Vəsiyyət üzrə Vərəsəlik hüququ haqqında şəhadətnamə ilə Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, ev 6*/44, mənzil 25 ünvanında yerləşən mənzilə vəsiyyət üzrə vərəsəlik hüquqları tanınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 31.*8.2*23-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, ev 6*/44, mənzil 25 ünvanında yerləşən 78.4* kv.m-dən ibarət mənzilə hüquqlar rəsmən tanınmışdır. İddiaçı tərəf vəsiyyətnamənin bir əqd olaraq etibarsızlığına dair heç bir sübut təqdim etməmişdir. Yazılanlar hamısı sözdür, mötəbər təsdiqi yoxdur. Hazırda iddiaçı məhkəməyə müraciət edə bilmək hüququndan sui-istifadə edərək əsassız tələb irəli sürmüşdür. İddia bu məzmunda tamamilə əsassızdır və təmin oluna bilməz.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

5. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə etiraz edərək bildirmişdir ki, hesab edir ki, iddia tələbi əsassızdır. İddiaçı miras qoyanın qardaşı qızıdır. Qardaşı da daha öncədən vəfat edib. Mübahisəli əmlak da vəsiyyətnamə ilə cavabdehə miras qalan əmlakdır. İddiaçının hazırki tələbi vəsiyyətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunmasıdır. Lakin burada etibarsızlığın əsasları yoxdur. İddiaçı qeyd edir ki, mübahisəli əmlak onun babası evidir və ona da pay çatmalıdır. Lakin iddiaçı həmin müddətdə ölkədə belə olmayıb. Onlar İsraildə yaşamışlar. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Əvvəlki məhkəmə iclaslarında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. Hazırki məhkəmə iclası ilə bağlı iddiaçının nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 19.*2.2*24-cü il tarixdə məhkəməyə yazılı ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmiş və məhkəmə iclasının növbəti tarixə təxirə salınmasını xahiş etmişdir.

8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış digər cavabdeh 13 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.

9. Məhkəmə hazırki işə iddiaçının və digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 1*. Məhkəmə Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

11. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, miras qoyan (iddiaçı və Cavabdeh1 bibisi) X4 13.*2.2*23-cü il tarixdə vəfat etmiş, vəfatından öncə *9.*9.2*2*-ci il tarixdə vəsiyyətnamə ilə özünə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 6*/44, mənzil 25-i Cavabdeh1 vəsiyyət etmişdir. Hazırda iddiaçı həmin vəsiyyətnamənin etibarsız hesab edilməsini və həmin vəsiyyətnamə əsasında cavabdeh R.Zərifəyə verilən vərəsəlik şəhadətnaməsinin ləğv olunmasını məhkəmədən tələb edir.

b) Mülki işin materialları:

12. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyat İdarəsi tərəfindən verilən MH seriyalı, 139687 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, ev 6*/44, mənzil 25 X3 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə reyestr kitabında *6.*5.1998-ci il tarixdə qeydiyyat aparılmışdır.

13. Mülki işin materiallarında olan *9.*9.2*2*-ci il tarixli vəsiyyətnamədən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 6*/44, mənzil 25-də qeydiyyatda olan X4 ona məxsus olan bütün əmlakını Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, ev 2*3, mənzil 49 ünvanında qeydiyyatda olan Cavabdeh1 vəsiyyət etmişdir.

14. Mülki işin materiallarında olan 6 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 27.*2.2*23-cü il tarixdə verilən AZ-İİ seriyalı, 334629 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 13.*2.2*23-cü il tarixdə vəfat etmişdir.

15. Mülki işin materiallarında olan “Elektron notariat” X1 vasitəsilə “Vətəndaşlıq vəziyyəti aktları” AQİS-dən *4.*4.2*23-cü il tarixli Çıxarışdan görünür ki, X2 yaşayış yeri Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 6*/44, mənzil 25 olmuşdur.

16. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən verilən 12.*5.2*23-cü il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, ev 6*/44, mənzil 25 ünvanı X3 adına qeydiyyata alınmışdır. Həmçinin, X3 adına Bakı şəhəri üzrə qeydiyyata alınmış digər daşınmaz əmlak aşkar edilməmişdir.

17. Mülki işin materiallarında olan notariat ofisinə Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, ev 2*3, mənzil 49 ünvanında qeydiyyatda olan Cavabdeh1 tərəfindən verilən 233*68**11422 nömrəli Ərizədən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 6*/44, mənzil 25 ünvanında yaşamış-X4 13.*2.2*23-cü il tarixdə vəfat etmişdir. X4 *9.*9.2*2*-ci il tarixdə Bakı şəhəri 13 saylı notariat ofisi tərəfindən tərtib olunmuş 2V-1** reyestr saylı vəsiyyətnaməyə əsasən özünə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 6*/44 ünvanında yerləşən 25 saylı mənzil Cavabdeh1 vəsiyyət etmişdir. Göstərilən əmlaka vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.

18. Mülki işin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 6*/44, mənzil 25 xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına 31.*8.2*23-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

19. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 2*. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

21. Eyni Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

22. Göstərilən Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.

23. Məhkəmə qeyd edir ki, şəxs öz sağlığında ölüm hadisəsi olacağı halda öz əmlakının hüquqi taleyi barədə sərəncam verə bilər. Göstərilən şəxs öldükdə onun hüquq və vəzifələri həmin sərəncamda göstərilən şəxslərə keçir. Bu cür vərəsəlik mülki hüquq elmində (doktrinasında), qanunvericilikdə və məhkəmə praktikasında vəsiyyət üzrə vərəsəlik adlanır.

24. Vəsiyyət üzrə vərəsəlik onu ifadə edir ki, vəsiyyət edənin (miras qoyanın) vərəsəli olan şəxslərin dairəsi vərəsəliyin şərtləri və qaydası bilavasitə qanunun özü ilə yox, miras qoyanın iradəsi ilə müəyyən edilir.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.

26. Eyni Məcəllənin 1168-cı maddəsinə əsasən vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir.

27. Məhkəmə eyni zamanda qeyd edir ki, vəsiyyətdə yalnız bir şəxsin - miras qoyan şəxsin iradəsi ifadə olunur. Vəsiyyətin edilməsi və onun hüquqi qüvvəyə minməsi üçün yalnız həmin şəxsin iradə ifadəsi kifayətdir. Buna görə də vəsiyyət öz hüquqi təbiətinə görə birtərəfli əqdir. Vəsiyyətnamə isə vəsiyyət edənin iradəsinin yazılı formada ifadəsidir. Yəni vəsiyyətnamə şəxsin öz əmlakı barədə şəxsi iradəsinin ifadəsidir.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir, həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir.

29. Məhkəmə qeyd edir ki, vəsiyyətnamənin yazılı formada tərtib edilməsi onu ifadə edir ki, vəsiyyətnamə tərtib edən şəxsin – vəsiyyət edən şəxsin iradəsi müəyyən sənəddə öz əksini tapır. 3*. Notariat qaydada təsdiq olunmayan vəsiyyətnamədə sadə yazılı formalı vəsiyyətnamələrdir, onların notariat qaydada təsdiqlənməsi tələb edilmir. Bu formalı vəsiyyətnamələr özü üç yerə bölünür: əllə yazılan, texniki vasitələrdən istifadə etməklə tərtib olunan, məxfi vəsiyyətnamələr. Əllə yazılan vəsiyyətnamələr - vəsiyyət edənin öz dəst – xətti ilə yazılıb imzalanır, onun tərtib olunma tarixi və yeri göstərilir. Hüquq ədəbiyyatında bu cür vəsiyyətnamələr - ev vəsiyyətnaməsi adlanır və vəsiyyət edən tərtib etdiyi vəsiyyətnamənin saxlanılması üçün notariusa və ya müvafiq vəzifəli şəxsə verə bilər, yaxud özündə saxlaya bilər.

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1186-cı maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər.

32. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 12*1-ci maddəsinə əsasən əgər məcburi pay almaq hüququ olan şəxsə onun qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az əmlak vəsiyyət edilmişdirsə, o, vəsiyyət üzrə aldığı payın qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az olduğu hissəni tələb edə bilər.

34. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən qanun üzrə vərəsəlik o halda qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur. Hazırki iş üzrə isə müəyyən edilmişdir ki, miras qoyan X4 ölümündən 3 il əvvəl, yəni *9 sentyabr 2*2*-ci il tarixdə vəsiyyətnamə yazaraq öz iradə ifadəsi ilə özünə məxsus əmlakını hazırki iş üzrə Cavabdeh1 vəsiyyət etmiş, həmin vəsiyyətnamə Bakı şəhəri 13 saylı Notariat ofisinin notariusu İradə Hüseynova tərəfindən təsdiq edilmişdir və bu 3 il ərzində həmin vəsiyyətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Eyni zamanda, göründüyü kimi *9.*9.2*2*-ci il tarixli vəsiyyətnamə qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edilmiş və onun etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməmişdir.

35. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçı 1 ay səhhəti ilə əlaqədar bibisinə, yəni miras qoyana baş çəkə bilmədiyini, sonradan isə bibisinin evini R.Zərifəyə vəsiyyət etdiyini bilməsini və bibisinin uzun müddət yataq xəstəsi olmasını və öz iradəsilə ilə Notariusda vəsiyyətnamə yazmasının real olmamasını qeyd etsə də, bununla bağlı mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, göründüyü kimi vəsiyyətnamə iddiaçının qeyd etdiyi kimi 1 ay ərzində yox, miras qoyanın vəfat etməsindən düz 3 il əvvəl tərtib edilmişdir.

36. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçıya sözügedən əmlak nə vəsiyyət üzrə keçdiyindən, nə də qanun üzrə keçə bildiyindən geriyə yalnız onun məcburi payı müəyyən edilə bilərdi ki, bu halda belə məcbur pay almaq hüquqi olan şəxslər dairəsinə də düşməmişdir (MM 1193).

37. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2**7-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətanətlərin həm mövcudluğunadn, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68)

39. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı *6 mart 2**8-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). 4*. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, mübahisələndirilən vəsiyyətnamə qanunun tələblərinə uyğun olaraq tərtib edildiyindən, yəni birtərəfli əqd qanunun tələblərinə uyğun olduğundan, həmin əqdin etibarsız hesab edilməsi ilə bağlı tələb əsaslı hesab edilə bilməz.

41. Məhkəmə həmçinin, iddia tələbinin vərəsəlik şəhadətnaməsinin ləğv olunması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi əsas hissədə, yəni vəsiyyətnamənin etibarsız hesab edilməsi hissəsində əsassız hesab edilərək rədd edildiyindən və ikinci tələb ilk tələblə bağlı olduğundan prosessual qənaət prinsipini nəzərə alaraq əlavə araşdırılma aparılmadan, iddia tələbi həmin hissədə də əsassız hesab edilməli və rədd edilməlidir.

42. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

44. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

45. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 233 və 36*-cı maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər Cavabdeh1 və 13 saylı Notariat Ofisinə qarşı «vəsiyyətnamənin etibarsız hesab edilməsi və vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi» tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar