Məhkəmə qərarları › İş №e-2(006)-3173/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3173/2023

03.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3173/2023 03.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Qaralov İlqar Zahid oğlu, iddiaçı «***» MMC-nin cavabdeh A.S.A. oğluna qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «***» MMC cavabdeh A.S.A. oğluna qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh A.S.A. oğlu «***» MMC ilə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrinə əsasən İMEİ KOD **********45873 VİVO Y31 markalı telefon, İMEİ KOD **********73571 HUAWEİ NOVA 9SE markalı telefon almış və nəticədə 1450 (bir min dörd yüz əlli) manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 737,04 (yeddi yüz otuz yeddi manat dörd qəpik) manat (12 ay x 61,42 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KOD **********45873 VİVO Y31 markalı telefon üçün ümumilikdə 811 (səkkiz yüz on bir manat) manat olmaqla ondan 737,04 (yeddi yüz otuz yeddi manat dörd qəpik) manat ödənilməmiş hissə müştəriyə güzəşt edilərək 73,96 (yetmiş üç manat doxsan altı qəpik) manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 580,92 (beş yüz səksən manat doxsan iki qəpik) manat (12 ay x 48,41 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KOD **********73571 HUAWEİ NOVA 9SE markalı telefon üçün ümumilikdə 639 (altı yüz otuz doqquz manat) manat olmaqla ondan 580,92 (beş yez səksən manat, doxsan iki qəpik) manat ödənilməmiş hissə müştəriyə güzəşt edilərək 58,08 (əlli səkkiz manat səkkiz qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Göstərilənlərə əsasən, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********45873 VİVO Y31 markalı telefon üçün 737,04 (yeddi yüz otuz yeddi manat dörd qəpik) manat ödənilməmiş hissə, 73,96 (yetmiş üç manat doxsan altı qəpik) manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********73571 HUAWEİ NOVA 9SE markalı telefon üçün 580,92 (beş yez səksən manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, 58,08 (əlli səkkiz manat səkkiz qəpik) manat cərimə pulu olmaqla, ümumilikdə 1450 manat borcun, 34,50 manat ödənilmiş dövlət rüsumunun cavabdeh A.S.A. oğlundan alınaraq «***» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan «***» MMC ilə A.S.A. oğlu arasında bağlanmış xx.xx.2022-ci il və xx.xx.2022-ci tarixli nisyə alqı-satqısına dair müqavilələrindən görünür ki, İMEİ KOD **********45873 VİVO Y31 markalı və İMEİ KOD **********73571 HUAWEİ NOVA 9SE markalı telefonları A.S.A. oğluna satmış, cavabdeh A.S.A. oğlu alınmış telefonların əvəzində bu müqavilələr ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il və xx.xx.2022-ci tarixli təhvil-təslim aktlarından görünür ki, İMEİ KOD **********45873 VİVO Y31 markalı və İMEİ KOD **********73571 HUAWEİ NOVA 9SE markalı telefonlar A.S.A. oğlu tərəfindən tam qüsursuz halda təhvil alınmışdır. «***» MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh A.S.A. oğlunun «***» MMC-yə xx.xx.2022-ci il və xx.xx.2022-ci tarixli müqavilələr üzrə 1317,96 manat ödənilməmiş əsas borc, 132,04 manat cərimə borcu olmaqla, cəmi 1450 manat borcu vardır. «***» MMC tərəfindən A.S.A. oğluna ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, «***» MMC ilə A.S.A. oğlu arasında bağlanmış xx.xx.2022-ci il və xx.xx.2022-ci tarixli əşyanın nisyə alqı-satqısına dair müqavilələrə əsasən «***» MMC İMEİ KOD **********45873 VİVO Y31 markalı və İMEİ KOD **********73571 HUAWEİ NOVA 9SE markalı telefonları cavabdeh A.S.A. oğluna satmış, cavabdeh A.S.A. oğlu alınmış əşyaların əvəzində bu müqavilələr ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə ödəməyi öhdəsinə götürmüş, lakin cavabdeh tərəfindən müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklər tam icra edilməmiş və nəticədə onun «***» MMC-yə xx.xx.2022-ci il və xx.xx.2022-ci tarixli müqavilələr üzrə «***» MMC İMEİ KOD **********45873 VİVO Y31 markalı və İMEİ KOD **********73571 HUAWEİ NOVA 9SE markalı telefonlar üçün 1317,96 manat ödənilməmiş əsas borc, 132,04 manat cərimə borcu olmaqla, cəmi 1450 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 601.1ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır və əsas borc və cərimə borcunun nisbəti nəzərə alınmaqla, xx.xx.2022-ci il və xx.xx.2022-ci tarixli müqavilələr üzrə cəmi 132,04 manat məbləğində cərimə borcunun tutulması ağlabatan və ədalətlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh A.S.A. oğlundan xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 737,04 (yeddi yüz otuz yeddi manat dörd qəpik) manat əsas, 73,96 (yetmiş üç manat doxsan altı qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 580,92 (beş yüz səksən manat doxsan iki qəpik) manat əsas, 58,08 (əlli səkkiz manat səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 1450 (bir min dörd yüz əlli manat) manat borc və 34,50 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1484,30 (bir min dörd yüz səksən dörd manat otuz qəpik) manat məbləğində pul alınaraq «***» MMC-yə verilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-5.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh A.S.A. oğlundan xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 737,04 (yeddi yüz otuz yeddi manat dörd qəpik) manat əsas, 73,96 (yetmiş üç manat doxsan altı qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 580,92 (beş yüz səksən manat doxsan iki qəpik) manat əsas, 58,08 (əlli səkkiz manat səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 1450 (bir min dörd yüz əlli manat) borc və 34,50 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1484,30 (bir min dörd yüz səksən dörd manat otuz qəpik) manat məbləğində pul alınaraq «***» MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Qaralov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar