Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3195/2022 20.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, İddiaçı MMCnin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********13642 olan Samsung Galaxy A51, İMEİ kodu **********97383 olan X1 8, İMEİ kodu **********28740 olan X1 8 markalı telefonlar üçün cavabdehin iddiaçıya 894 (səkkiz yüz doxsan dörd) manat borcu qalmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən restrukturizasiya tətbiq edilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 661,18 (altı yüz altmış bir manat on səkkiz qəpik) manat (25 ay x 25.43 manat + 25.43 manat ilkin ödəniş), İMEİ kodu **********13642 olan Samsung Galaxy A51 markalı telefon üçün ümumilikdə 534 (beş yüz otuz dörd) manat olmaqla, ondan 485,75 (dörd yüz səksən beş manat yetmiş beş qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 48,25 (qırx səkkiz manat iyirmi beş qəpik) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 216,08 (iki yüz on altı manat səkkiz qəpik) manat (7 ay x 27,01 manat + 27,01 manat ilkin ödəniş), İMEİ kodu **********97383 olan X1 8 markalı telefon üçün ümumilikdə 208 (iki yüz səkkiz) manat olmaqla, ondan 189,07 (yüz səksən doqquz manat yeddi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 18,93 (on səkkiz manat doxsan üç qəpik) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 173,92 (yüz yetmiş üç manat doxsan iki qəpik) manat (7 ay x 21,74 manat + 21,74 manat ilkin ödəniş), İMEİ kodu **********28740 olan X1 8 markalı telefon üçün ümumilikdə 152 (yüz əlli iki) manat olmaqla, ondan 138,18 (yüz otuz səkkiz manat on səkkiz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 13,82 (on üç manat səksən iki qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 238,18 manat təşkil edir. Cavabdehlə iddiaçı arasında bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin, iddiaçı tərəfindən göndərilən xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Tələbin əsaslılığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əçyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Göstərilənlərə əsasən, xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, İMEİ kodu **********13642 olan Samsung Galaxy A51 markalı telefon üçün 485,75 (dörd yüz səksən beş manat yetmiş beş qəpik) manat ödənilməmiş hissə, 48,25 (qırx səkkiz manat iyirmi beş qəpik) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, İMEİ kodu **********97383 olan X1 8 markalı telefon üçün 189,07 (yüz səksən doqquz manat yeddi qəpik) manat ödənilməmiş hissə, 18,93 (on səkkiz manat doxsan üç qəpik) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, İMEİ kodu **********28740 olan X1 8 markalı telefon üçün ümumilikdə 152 (yüz əlli iki) manat olmaqla, ondan 138,18 (yüz otuz səkkiz manat on səkkiz qəpik) manat ödənilməmiş hissə, 13,82 (on üç manat səksən iki qəpik) manat cərimənin, ümumilikdə 894 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllənin) 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 01033963 saylı müqavilədən və ona əlavə edilən ödəniş cədvəlindən görünür ki, İddiaçı MMC İMEİ kodu **********97383 olan «Redmi Note 8 4/64 GB» markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan 01033963 saylı xx.xx.2019-cu il tarixli müqavilə üzrə 01 saylı əlavə sazişdən görünür ki, sözügedən müqaviləyə restrukturizasiya qaydaları tətbiq edilərək müqavilənin ayrılmaz hissəsi olan ödəmə cədvəli ləğv edilmiş və yeni ödəniş cədvəli müəyyən edilmişdir. Mülki işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli 01060486 saylı müqavilədən və ona əlavə edilən ödəniş cədvəlindən görünür ki, İddiaçı MMC İMEİ kodu **********28740 olan «Redmi Note 8 4/64 GB» markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan 01060486 saylı xx.xx.2019-cu il tarixli müqavilə üzrə 01 saylı əlavə sazişdən görünür ki, sözügedən müqaviləyə restrukturizasiya qaydaları tətbiq edilərək müqavilənin ayrılmaz hissəsi olan ödəmə cədvəli ləğv edilmiş və yeni ödəniş cədvəli müəyyən edilmişdir. Mülki işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 20123777 saylı müqavilədən və ona əlavə edilən ödəniş cədvəlindən görünür ki, İddiaçı MMC İMEİ kodu **********13642 olan «Samsung Galaxy A51 DS (SM-A515) 64 GB» markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan 20123777 saylı xx.xx.2020-ci il tarixli müqavilə üzrə 01 saylı əlavə sazişdən görünür ki, sözügedən müqaviləyə restrukturizasiya qaydaları tətbiq edilərək müqavilənin ayrılmaz hissəsi olan ödəmə cədvəli ləğv edilmiş və yeni ödəniş cədvəli müəyyən edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavə üzrə 485,75 manat əsas borc, 48,25 manat cərimə borcu, cəmi 534 manat; xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavə üzrə 189,07 manat əsas borc, 18,93 manat cərimə borcu, cəmi 208 manat; xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavə üzrə 138,18 manat əsas borc, 13,82 manat cərimə borcu, cəmi 152 manat məbləğində borcu olmaqla, üç müqavilə üzrə ümumilikdə 894 manat məbləğində borcu vardır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 01033963 saylı müqavilə bağlanmış, müqaviləyə və ödəniş cədvəlinə əsasən, İddiaçı MMC «Redmi Note 8 4/64 GB» markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə xx.xx.2021-ci il tarixdə 01 saylı əlavə sazişlə restrukturizasiya tətbiq edilmişdir. Cavabdeh müqavilə üzrə cəmi 27,01 manat məbləğində ödəniş etmiş, onun iddiaçıya 189,07 manat məbləğində əsas borc və 18,93 manat məbləğində cərimə borcu olmaqla, cəmi 208 manat məbləğində borcu yaranmışdır. Bundan sonra iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 01060486 saylı müqavilə bağlanmış, müqaviləyə və ödəniş cədvəlinə əsasən, İddiaçı MMC «Redmi Note 8 4/64 GB» markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə xx.xx.2021-ci il tarixdə 01 saylı əlavə sazişlə restrukturizasiya tətbiq edilmişdir. Cavabdeh müqavilə üzrə cəmi 35,74 manat məbləğində ödəniş etmiş, onun iddiaçıya 138,18 manat məbləğində əsas borc və 13,82 manat məbləğində cərimə borcu olmaqla, cəmi 152 manat məbləğində borcu yaranmışdır. Sonradan iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 20123777 saylı müqavilə bağlanmış, müqaviləyə və ödəniş cədvəlinə əsasən, İddiaçı MMC «Samsung Galaxy A51 DS (SM- A515) 64 GB» markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə xx.xx.2021-ci il tarixdə 01 saylı əlavə sazişlə restrukturizasiya tətbiq edilmişdir. Cavabdeh müqavilə üzrə cəmi 175,43 manat məbləğində ödəniş etmiş, onun iddiaçıya 485,75 manat məbləğində əsas borc və 48,25 manat məbləğində cərimə borcu olmaqla, cəmi 534 manat məbləğində borcu yaranmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixində iddiaçı tərəfindən rəsmi qaydada xəbərdar edilmiş, lakin buna baxmayaraq, müqavilələr üzrə öhdəliklərini yerinə yetirməmişdir. Cavabdehin hər 3 müqavilə üzrə iddiaçıya ümumilikdə 894 manat məbləğində borcu vardır. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin tələbi müqavilələrə müvafiq olaraq əsas borca münasibətdə təmin edilməli, cərimə borcuna gəldikdə isə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllənin) 467ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, xx.xx.2020ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavə üzrə 48,25 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavə üzrə 18,93 manat və xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavə üzrə 13,82 manat cərimənin miqdarı tənasübsüz surətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğlər müvafiq olaraq 24 manat, 9 manat və 7 manat məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh: - xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavə üzrə 485,75 manat ödənilməmiş məbləğ, 24 manat cərimə borcu; - xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavə üzrə 189,07 manat ödənilməmiş məbləğ, 9 manat cərimə borcu; - xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavə üzrə 138,18 manat ödənilməmiş məbləğ, 7 manat cərimə borcu olmaqla, cəmi 853 manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 28,5 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 1,5 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavə üzrə 485,75 manat ödənilməmiş məbləğ, 24 manat cərimə borcu; xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavə üzrə 189,07 manat ödənilməmiş məbləğ, 9 manat cərimə borcu; xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavə üzrə 138,18 manat ödənilməmiş məbləğ, 7 manat cərimə borcu olmaqla, cəmi 853 manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 28,5 manat hissəsi Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin, qalan 1,5 manat hissəsi isə İddiaçı MMC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-3195/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3195/2022
20.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver