Məhkəmə qərarları › İş №e-2(006)-3204/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3204/2025

01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3204/2025 01.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********36641 Samsung Galaxy A24 markalı telefon, X1 2 il xidməti üçün, 72.87 manat ödənilməmiş hissə, 7.29 manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, İmei kod **********22286 Xiaomi Redmi 12 markalı telefon, Vinil Şəffaf, Paket XXL xidməti, X1 3 İL xidməti üçün, 333.81 manat ödənilməmiş hissə, 33.38 manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, Ətçəkən Tefal , X1 3 il xidmət üçün, 178.92 manat ödənilməmiş hissə, 17.89 manat cərimə, ümumilikdə 644.16 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İmei Kod **********36641 Samsung Galaxy A24 markalı telefon, X1 2 İl Xidməti, İmeı Kod **********22286 Xiaomı Redmi 12 markalı telefon, Vinil Şəffaf, Paket XXL xidməti, X1 3 il xidmətı, Ətçəkən Tefal , X1 3 il xidməti almış və nəticədə 644.16 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 599.92 manat (12 ay x 41.66 manat + 100 manat ilkin ödəniş) olan İmei kod **********36641 Samsung Galaxy A24 markalı telefon, X1 2 il xidməti üçün ümumilikdə, 80.16 manat olmaqla ondan, 72.87 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 7.29 manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 667.62 manat (18 ay x 37.09 manat + 0 manat ilkin ödəniş) olan İmeı Kod **********22286 Xiaomi Redmi 12 markalı telefon, Vinil Şəffaf, Paket XXL Ximəti, X1 3 il xidməti üçün ümumilikdə, 367.19 manat olmaqla ondan, 333.81 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 33.38 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 178.92 manat (12 ay x 14.91 manat + 0 manat ilkin ödəniş) olan Ətçəkən Tefal , X1 3 il xidməti üçün ümumilikdə, 196.81 manat olmaqla ondan, 178.92 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 17.89 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələr üzrə cəmi ödədiyi məbləğ 860.86 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə arasında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə arasında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən MPM-in 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 02716184 saylı müqaviləyə əsasən Cavabdeh şirkətdən 599,92 manat dəyərində İmei kodu **********36641 olan Samsung Galaxy A24 markalı telefon, X1 2 il xidməti əldə etmiş, əldə etdiyi əşyanın dəyərini 12 ay müddətində aylıq 41,66 manat olmaqla, xx.xx.2024-cü il tarixli, 02067512 saylı müqaviləyə əsasən Cavabdeh şirkətdən 667,62 manat dəyərində İmei kodu **********22286 olan Xıaomi Redmi 12 markalı telefon, Vinil Şəffaf, Paket XXL xidməti, X1 3 İL xidməti əldə etmiş, əldə etdiyi əşyanın dəyərini 18 ay müddətində aylıq 37,09 manat olmaqla, xx.xx.2024-cü il tarixli, 09485901 saylı müqaviləyə əsasən Cavabdeh şirkətdən 178,92 manat Ətçəkən Tefal , X1 3 il xidməti əldə etmiş, əldə etdiyi əşyanın dəyərini 12 ay müddətində aylıq 14,91 manat olmaqla, hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilələrin 3.4 və 3.5-ci bəndlərinə görə müştəri müqavilənin şərtlərini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hal(lar)da "xxxx" MMC malın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tətbiq edə, müştərinin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Müqavilələrin 3.4 və 3.14-cü bəndlərinin icrası ilə əlaqədar "xxxx" MMC əlavə ödənişlər tələb edə bilər. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən "xxxx" MMC tərəfindən Cavabdeh "xxxx" MMC qarşısında xx.xx.2024-cü il tarixli, 02716184 saylı müqavilə üzrə 72,87 ödənilməmiş hissə, 7,29 manat cərimə, xx.xx.2024-cü il tarixli, 02067512 saylı müqavilə üzrə 333,81 ödənilməmiş hissə, 33,38 manat cərimə, xx.xx.2024-cü il tarixli, 09485901 saylı müqavilə üzrə 178,92 ödənilməmiş hissə, 17,89 manat cərimə, ümumilikdə 644,16 manat borc öhdəliyi müəyyən edilir. Xəbərdarlıqdan görünür ki, "xxxx" MMC pretenziya aydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2024cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrin bağlanması yolu ilə öhdəlik hüquq münasibətləri yaranmışdır. "xxxx" MMC (satıcı) müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirib, avadanlığı Cavabdeh (alıcıya) təhvil vermiş olsa da, alıcı müqavilə şərtlərinə əməl etməyib ödənişini tam şəkildə yerinə yetirməmişdir. Maliyyə arayışına görə Cavabdeh şirkət qarşısında müqavilələr üzrə ümumilikdə 644,16 manat icra edilməmiş öhdəliyi müəyyən edilir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2024-cü il tarixli, 02716184 saylı müqavilə üzrə 72,87 ödənilməmiş hissə, 7,29 manat cərimə, xx.xx.2024-cü il tarixli, 02067512 saylı müqavilə üzrə 333,81 ödənilməmiş hissə, 33,38 manat cərimə, xx.xx.2024-cü il tarixli, 09485901 saylı müqavilə üzrə 178,92 ödənilməmiş hissə, 17,89 manat cərimə, ümumilikdə 644,16 manat borc və 30 manat dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" MMCnin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. xx.xx.2024-cü il tarixli, 02716184 saylı müqavilə üzrə 72,87 ödənilməmiş hissə, 7,29 manat cərimə, xx.xx.2024-cü il tarixli, 02067512 saylı müqavilə üzrə 333,81 ödənilməmiş hissə, 33,38 manat cərimə, xx.xx.2024-cü il tarixli, 09485901 saylı müqavilə üzrə 178,92 ödənilməmiş hissə, 17,89 manat cərimə, ümumilikdə 644,16 manat borc və 30 manat dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar