Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3232/2025 29.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Musayeva Vüsalə Vahid qızı, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” barədə iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” barədə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış BE015368 saylı, xx.xx.2023-cü il tarixli, BL992437 saylı xx.xx.2023-cü il tarixli, BL980026 saylı xx.xx.2023-cü il tarixli, BL980961 saylı xx.xx.2023cü il tarixli, BE077326 saylı xx.xx.2024-cü il tarixli, BE076730 saylı xx.xx.2024-cü il tarixli, Nisyə-satış müqavilələrinə əsasən, yaranmış ümumilikdə 2427,91 manat borcun və 44,30 manat dövlət rüsumunun Cavabdeh tutularaq Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında BL980026 saylı xx.xx.2023-cü il tarixində bağlanmış Nisyə satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 18 ay müddətinə hər ayın 21-dən gec olmamaqla 57 (əlli yeddi manat), BL980961 saylı xx.xx.2023-cü il tarixində bağlanmış nisyə satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 18 ay müddətinə hər ayın 22-dən gec olmamaqla 20 (iyirmi manat) , BL992437 saylı xx.xx.2023-cü il tarixində bağlanmış Nisyə satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 3 ay müddətinə hər ayın 8-dən gec olmamaqla, 77 (yetmiş yeddi manat), BE015368 saylı xx.xx.2023-cü il tarixində bağlanmış Nisyə satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 3 ay müddətinə hər ayın 18-dən gec olmayaraq 81 (səksən bir manat), BE076730 saylı xx.xx.2024-cü il tarixində bağlanmış Nisyə satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 12 ay müddətinə hər ayın 29-dan gec olmamaqla, 115 (yüz on beş manat), BE077326 saylı xx.xx.2024-cü il tarixində bağlanmış Nisyə satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 15 ay müddətinə hər ayın 30-dan gec olmamaqla, 35 (otuz beş manat) ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh qeyd olunan müqavilələr üzrə öhdəliklərini lazımınca icra etməyərək, aylıq ödənişləri ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o, müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirməmişdir. Belə ki, borca dair arayışdan görünür ki, Cavabdeh İddiaçı MMC-yə BL980026 saylı xx.xx.2023-cü il tarixli müqavilə üzrə 74,99 (yetmiş dörd manat, doxsan doqquz qəpik) əsas borc, 0,00 cərimə, ümumilikdə 74,99 (yetmiş dörd manat, doxsan doqquz qəpik), BL980961 saylı xx.xx.2023-cü il tarixli müqavilə üzrə 299,99 (iki yüz doxsan doqquz manat, doxsan doqquz qəpik) əsas borc, 0,00 cərimə, ümumilikdə 299,99 (iki yüz doxsan doqquz manat, doxsan doqquz qəpik), BL992437 saylı xx.xx.2023-cü il tarixli müqavilə üzrə 74,98 (yetmiş dörd manat, doxsan səkkiz qəpik) əsas borc, 0,00 cərimə, ümumilikdə 74,98 (yetmiş dörd manat, doxsan səkkiz qəpik), BE015368 saylı xx.xx.2023-cü il tarixli müqavilə üzrə 158,99 (yüz əlli səkkiz manat, doxsan doqquz qəpik) əsas borc, 0,00 cərimə, ümumilikdə 158,99 (yüz əlli səkkiz manat, doxsan doqquz qəpik), BE076730 saylı xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1363,99 (bir min üç yüz altmış üç manat, doxsan doqquz qəpik) əsas borc, 0,00 cərimə, ümumilikdə 1363,99 (bir min üç yüz altmış üç manat, doxsan doqquz qəpik), BE077326 saylı xx.xx.2024-cü il tarixli müqavilə üzrə 454,97 (dörd yüz əlli dörd manat, doxsan yeddi qəpik) əsas borc, 0,00 cərimə, ümumilikdə 454,97 (dörd yüz əlli dörd manat, doxsan yeddi qəpik) borcu qalmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən cavabdehə iddiaçının tələbinə dair bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Belə ki, iş materiallarında olan: xx.xx.2023-cü il tarixli BL9800026 saylı nisyə satış müqaviləsindən, həmin müqaviləyə əlavə edilmiş 1 saylı əlavədən görünür ki, Cavabdeh 245,98 manat dəyərində avadanlıq əldə etmiş, ilkin ödəniş 0 manat olmaqla, 18 ay müddətinə hər ayın 21-dən gec olmamaqla 57 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. xx.xx.2025-ci il tarixli borca dair arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixli BL9800026 saylı müqavilə üzrə 74,99 manat məbləğində borcu vardır. xx.xx.2023-cü il tarixli BL980961 saylı nisyə satış müqaviləsindən, həmin müqaviləyə əlavə edilmiş 1 saylı əlavədən görünür ki, Cavabdeh 359,99 manat dəyərində avadanlıq əldə etmiş, ilkin ödəniş 0 manat olmaqla, 18 ay müddətinə hər ayın 22-dən gec olmamaqla 20 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. xx.xx.2025-ci il tarixli borca dair arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixli BL980961 saylı müqavilə üzrə 299,99 manat məbləğində borcu vardır. xx.xx.2023-cü il tarixli BL992437 saylı nisyə satış müqaviləsindən, həmin müqaviləyə əlavə edilmiş 1 saylı əlavədən görünür ki, Cavabdeh 233,98 manat dəyərində avadanlıq əldə etmiş, ilkin ödəniş 6 manat olmaqla, 3 ay müddətinə hər ayın 8-dən gec olmamaqla 77 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. xx.xx.2025-ci il tarixli borca dair arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixli BL992437 saylı müqavilə üzrə 74,98 manat məbləğində borcu vardır. xx.xx.2023-cü il tarixli BE0153685 saylı nisyə satış müqaviləsindən, həmin müqaviləyə əlavə edilmiş 1 saylı əlavədən görünür ki, Cavabdeh 239,99 manat dəyərində avadanlıq əldə etmiş, ilkin ödəniş 0 manat olmaqla, 3 ay müddətinə hər ayın 18-dən gec olmamaqla 81 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. xx.xx.2025-ci il tarixli borca dair arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixli BE015368 saylı müqavilə üzrə 158,99 manat məbləğində borcu vardır. xx.xx.2024-cü il tarixli BE076730 saylı nisyə satış müqaviləsindən, həmin müqaviləyə əlavə edilmiş 1 saylı əlavədən görünür ki, Cavabdeh 1363,99 manat dəyərində avadanlıq əldə etmiş, ilkin ödəniş 0 manat olmaqla, 12 ay müddətinə hər ayın 29-dan gec olmamaqla 115 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. xx.xx.2025-ci il tarixli borca dair arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixli BE076730 saylı müqavilə üzrə 1363,99 manat məbləğində borcu vardır. xx.xx.2024-cü il tarixli BE077326 saylı nisyə satış müqaviləsindən, həmin müqaviləyə əlavə edilmiş 1 saylı əlavədən görünür ki, Cavabdeh 454,97 manat dəyərində avadanlıq əldə etmiş, ilkin ödəniş 0 manat olmaqla, 15 ay müddətinə hər ayın 30-dan gec olmamaqla 35 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. xx.xx.2025-ci il tarixli borca dair arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixli BE077326 saylı müqavilə üzrə 454,97 manat məbləğində borcu vardır. xx.xx.2025-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 44,70 (qırx dörd manat, yetmiş qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 424-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh əşyaları qəbul etmiş, lakin müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yəni, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələriin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh BE015368 saylı müqaviləyə əsasən 158,99 manat borc, BE076730 saylı müqaviləyə əsasən 1 363,99 manat borc, BL992437 saylı müqaviləyə əsasən 74,98 manat borc, BL980026 saylı müqaviləyə uyğun olaraq 74,99 manat borc, BL980961 saylı müqaviləyə əsasən 299,99 manat borc, BE077326 saylı müqaviləyə müvafiq olaraq 454,97 manat borc, ümumilikdə 2 427,91 manat borc və ödənilmiş 44,70 manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-6-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh BE015368 saylı müqaviləyə əsasən 158,99 (yüz əlli səkkiz manat, doxsan doqquz qəpik) manat borc, BE076730 saylı müqaviləyə əsasən 1.363,99 (bir min üç yüz altmış üç manat, doxsan doqquz qəpik) manat borc, BL992437 saylı müqaviləyə əsasən 74,98 (yetmiş dörd manat, doxsan səkkiz qəpik) manat borc, BL980026 saylı müqaviləyə uyğun olaraq 74,99 (yetmiş dörd manat, doxsan doqquz qəpik) manat borc, BL980961 saylı müqaviləyə əsasən 299,99 (iki yüz doxsan doqquz manat, doxsan doqquz qəpik) manat borc, BE077326 saylı müqaviləyə müvafiq olaraq 454,97 (dörd yüz əlli dörd manat, doxsan yeddi qəpik) manat borc olmaqla, ümumilikdə 2 427,91 (iki min dörd yüz iyirmi yeddi manat, doxsan bir qəpik) manat borc və ödənilmiş 44,70 (qırx dörd manat, yetmiş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-3232/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3232/2025
29.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver