Məhkəmə qərarları › İş №e-2(006)-3233/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3233/2024

27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3233/2024 27.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Musayeva Vüsalə Vahid qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli 03211519 saylı və xx.xx.2021-ci il tarixli, 23081546 saylı müqavilələrə əsasən müvafiq olaraq İMEİ kodu **********39219 olan REALME C21Y markalı telefon üçün 446.18 (dörd yüz qırx altı manat on səkkiz qəpik) manat ödənilməmiş hissə, 44.82 (qırx dörd manat səksən iki qəpik) manat cərimə və İMEİ kodu **********98547 olan SAMSUNG GALAXY A219 markalı telefon üçün 128 (yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, güzəşt olunaraq 12 (on iki) manat cərimə, ümumilikdə 631(altı yüz otuz bir) manat borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 03211519 saylı müqaviləyə əsasən alqı-satqı qiyməti 504.18 (beş yüz dörd manat on səkkiz qəpik) manat (18 ay x 28.01 manat + 0 manat ilkin ödəniş), İMEİ kodu **********39219 olan REALME C21Y markalı telefon üçün 446.18 (dörd yüz qırx altı manat on səkkiz qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 44.82 (qırx dörd manat səkkiz qəpik) manat cərimə və xx.xx.2021-ci il tarixli, 23081546 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 576 (beş yüz yetmiş altı) manat (18 ay x 32manat + 0 manat ilkin ödəniş), İMEİ kodu **********98547 olan SAMSUNG GALAXY A219 markalı telefon üçün 128 (yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, güzəşt olunaraq 12 (on iki) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 506 (beş yüz altı) manat təşkil edir. Ödəniş cədvəlinin 2ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə tərəfindən cavabdehə iddiaçının tələbinə dair bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını məqsədəuyğun hesab edir. Belə ki, iş materiallarında olan: xx.xx.2021-ci il tarixli, 23081546 saylı müqavilə, həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəli və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC ümumi dəyəri 576 (beş yüz yetmiş altı) manat təşkil edən, İMEİ kodu **********98547 olan SAMSUNG GALAXY A21S markalı telefon üçün 0 (sıfır) manat ilkin ödəniş olmaqla, 18 ay müddətinə hər ay 32 manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. xx.xx.2022-ci il tarixli, 03211519 saylı müqavilə, həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəli və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC ümumi dəyəri 504.18 (beş yüz dörd manat, on səkkiz qəpik) manat təşkil edən, İMEİ kodu **********39219 olan REALME C21Y markalı telefon 0 (sıfır) manat ilkin ödəniş olmaqla, 18 ay müddətinə hər ay 28.01 manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-yə xx.xx.2022-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən ümumilikdə 631 (altı yüz otuz br) manat borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, "xxxx" MMC Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 03211519 saylı əşyanın alqı-satqısına dair müqaviləyə əsasən "xxxx" MMC əşyanı 0(sıfır) manat ilkin ödəniş olmaqla Cavabdeh Əhməd qızına nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və müqavilə üzrə 18 ay müddətinə hər ay 28.01 manat ödəniş etməyi və xx.xx.2021-ci il tarixli, 23081546 saylı əşyanın alqı-satqısına dair müqaviləyə əsasən "xxxx" MMC əşyanı 0 (sıfır) manat ilkin ödəniş olmaqla Cavabdeh Əhməd qızına nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və müqavilə üzrə 18 ay müddətinə hər ay 32 manat ödəniş etməyi və bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. Həmin əşya satıcı tərəfindən cavabdehə təhvil verilmişdir.İddiaçı cavabdeh tərəfindən həmin müqavilə üzrə borcunun yarandığını iddia edir və bu məbləği cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh əşyaları qəbul etmiş, lakin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yəni, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, 03211519 saylı və xx.xx.2021-ci il tarixli, 23081546 saylı müqavilələrə əsasən müvafiq olaraq İMEİ kodu **********39219 olan REALME C21Y markalı telefon üçün 446.18 (dörd yüz qırx altı manat, on səkkiz qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 44.82 (qırx dörd manat, səksən iki qəpik) manat cərimə və İMEİ kodu **********98547 olan SAMSUNG GALAXY A21S markalı telefon üçün 128 (yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, güzəşt olunaraq 12 (on iki) manat cərimə, ümumilikdə 631 (altı yüz otuz bir) manat borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-6-cı maddələrini rəhbər tutaraq,məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İMEİ kodu **********39219 olan REALME C21Y markalı telefon üçün 446.18 (dörd yüz qırx altı manat, on səkkiz qəpik) manat ödənilməmiş hissə , 44.82 (qırx dörd manat, səksən iki qəpik) manat cərimə və İMEİ kodu **********98547 olan SAMSUNG GALAXY A21S markalı telefon üçün 128 (yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 12 (on iki) manat cərimə olmaqla, ümumilikdə 631 (altı yüz otuz bir) manat borc və ödənilmiş 30(otuz) manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar