Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3247/2022 31.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********84771 olan iPhone 12 Pro Max markalı telefon üçün 4186.8 (dörd min yüz səksən altı manat, səksən qəpik) manat ödənilməmiş hissə, 835.2 (səkkiz yüz otuz beş manat, iyirmi qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********30028 olan X4 9 markalı telefon və JBL qulaqcıq üçün 415.3 (dörd yüz on beş manat, otuz qəpik) manat ödənilməmiş hissə, 129.7 (yüz iyirmi doqquz manat, yetmiş qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Apple Adapter üçün 59.8 (əlli doqquz manat, səksən qəpik) manat ödənilməmiş hissə, 18.2 (on səkkiz manat, iyirmi qəpik) manat cərimə, ümumilikdə 5645 manat borc və 76,45 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5721,45 manat pulun Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, İMEİ Kodu **********84771 olan iPhone 12 Pro Max markalı telefon, İMEİ kodu **********30028 olan X4 9 markalı telefon, JBL qulaqcıq və Apple Adapter almış və nəticədə 5645 (beş min altı yüz qırx beş) manat borcu yaranmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə həmin müqaviləyə əsasən, alqı-satqı qiyməti 4186.8 (dörd min yüz səksən altı manat, səksən qəpik) manat (18 ay x 232.6 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********84771 olan iPhone 12 Pro Max markalı telefon üçün ümumilikdə 5022 (beş min iyirmi iki) manat olmaqla, ondan 4186.8 (dörd min yüz səksən altı manat, səksən qəpik) manat ödənilməmiş hissə, 835.2 (səkkiz yüz otuz beş manat, iyirmi qəpik) manat cərimə; cavabdeh, həmçinin, xx.xx.2021-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə həmin müqaviləyə əsasən, alqı-satqı qiyməti 686.4 (altı yüz səksən altı manat, qırx qəpik) manat (12 ay x 48.2 manat + 108 manat ilkin ödəniş) İMEİ kodu **********30028 olan X4 9 markalı telefon və JBL qulaqcıq üçün ümumilikdə 545 (beş yüz qırx beş) manat olmaqla, ondan 415.3 (dörd yüz on beş manat, otuz qəpik) manat ödənilməmiş hissə, 129.7 (yüz iyirmi doqquz manat, yetmiş qəpik) manat cərimə; cavabdeh bundan əlavə xx.xx.2021-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə həmin müqaviləyə əsasən, alqı-satqı qiyməti 61.8 (altmış bir manat, səksən qəpik) manat (3 ay x 20 manat + 1.8 manat ilkin ödəniş) Apple Adapter üçün ümumilikdə 78 (yetmiş səkkiz) manat olmaqla, ondan 59.8 (əlli doqquz manat, səksən qəpik) manat ödənilməmiş hissə, 18.2 (on səkkiz manat, iyirmi qəpik) manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 273.1 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, «ABC» tərəfindən «Müştəri»nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. İddiaçı MMC-nin tələbinin əsaslılığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. İddiaçı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. İddiaçı ilə cavabdeh arasında olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu cavabdehə rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilələr ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddianı müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 22237597 saylı müqavilədən və ona əlavədən görünür ki, İddiaçı MMC İMEİ kodu **********30028 olan “X4 9 3GB/64GB” markalı telefonu və “Headphones JBL T500 Black” qulaqcığı Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən İMEİ kodu **********30028 olan “X4 9 3GB/64GB” markalı telefon və “Headphones JBL T500 Black” qulaqcıq Cavabdeh təhvil verilmiş, Cavabdeh isə həmin əşyanı təhvil almışdır. Mülki işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 23046739 saylı müqavilədən və ona əlavədən görünür ki, İddiaçı MMC “Apple 20W USB-C MHJE3ZM/A” markalı adapteri Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 3 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən “Apple 20W USB-C MHJE3ZM/A” markalı adapter Cavabdeh təhvil verilmiş, Cavabdeh isə həmin əşyanı təhvil almışdır. Mülki işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 23046687 saylı müqavilədən və ona əlavədən görünür ki, İddiaçı MMC İMEİ Kodu **********84771 olan “iPhone 12 Pro Max 128GB” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən İMEİ Kodu **********84771 olan “iPhone 12 Pro Max 128GB” markalı telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh isə həmin əşyanı təhvil almışdır. Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixli 22237597 nömrəli müqavilə üzrə 415.3 manat ödənilməmiş məbləğ, 129.7 manat cərimə borcu olmaqla, cəmi 545 manat, xx.xx.2021-ci il tarixli 23046687 nömrəli müqavilə üzrə 4186.8 manat ödənilməmiş hissə, 835.2 manat cərimə borcu olmaqla, cəmi 5022 manat, xx.xx.2021-ci il tarixli 23046739 nömrəli müqavilə üzrə 59.8 manat ödənilməmiş hissə, 18,2 manat cərimə, cəmi 78 manat; ümumilikdə 5645 manat borcu vardır. Mülki işin materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, ərizənin verilməsinə görə 76,45 (yetmiş altı manat, qırx beş qəpik) manat rüsum ödənilmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 22237597 nömrəli, xx.xx.2021-ci il tarixli 23046687 nömrəli və xx.xx.2021-ci il tarixli 23046739 nömrəli müqavilələrə əsasən, "xxxx" MMC İMEİ kodu **********30028 olan “X4 9 3GB/64GB markalı” telefonu, “Headphones JBL T500 Black” qulaqcığı, “Apple 20W USB-C MHJE3ZM/A” markalı adapteri və İMEİ Kodu **********84771 olan “iPhone 12 Pro Max 128GB” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyaların əvəzində bu müqavilələr ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə müvafiq olaraq 12, 3 və 8 ay müddətinə ödəməyi öhdəsinə götürmüş, lakin cavabdeh tərəfindən müqavilələr üzrə öhdəlikləri tam icra edilməmiş və nəticədə onun İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixli 22237597 nömrəli müqavilə üzrə 545 manat, xx.xx.2021-ci il tarixli 23046687 nömrəli müqavilə üzrə 5022 manat, xx.xx.2021-ci il tarixli 23046739 nömrəli müqavilə üzrə 78 manat, ümumilikdə 5645 manat borcu yaranmışdır. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin tələbi müqavilələrə müvafiq olaraq əsas borca münasibətdə təmin edilməli, cərimə borcuna gəldikdə isə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllənin) 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, xx.xx.2021ci il tarixli 22237597 nömrəli müqavilə üzrə 129.7 manat, xx.xx.2021-ci il tarixli 23046687 nömrəli müqavilə üzrə 835.2 manat və xx.xx.2021-ci il tarixli 23046739 nömrəli müqavilə üzrə 18,2 manat cərimənin miqdarı tənasübsüz surətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğlər müvafiq olaraq 20 manat, 209 manat və 3 manat məbləğinədək azaldılmalıdır. Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh - xx.xx.2021-ci il tarixli 22237597nömrəli müqavilə üzrə 415.3 manat ödənilməmiş məbləğ, 20 manat cərimə borcu; - xx.xx.2021-ci il tarixli 23046687 nömrəli müqavilə üzrə 4186.8 manat ödənilməmiş məbləğ, 209 manat cərimə borcu; - xx.xx.2021-ci il tarixli 23046739 nömrəli müqavilə üzrə 59.8 manat ödənilməmiş məbləğ, 3 manat cərimə borcu olmaqla, ümumilikdə 4893.9 manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 76.45 manat dövlət rüsumunun 66 manat hissəsi Cavabdeh alınaraq iddiaçıya ödənilməli, qalan 10,45 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MülkiProsessualMəcəllənin217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 22237597 nömrəli müqavilə üzrə 415.3 manat ödənilməmiş məbləğ, 20 manat dəbbə pulu; - xx.xx.2021-ci il tarixli 23046687 nömrəli müqavilə üzrə 4186.8 manat ödənilməmiş məbləğ, 209 manat dəbbə pulu; - xx.xx.2021-ci il tarixli 23046739 nömrəli müqavilə üzrə 59.8 manat ödənilməmiş məbləğ, 3 manat dəbbə pulu, ümumilikdə 4893.9 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-yə verilsin. Ödənilmiş 76.45 manat dövlət rüsumunun 66 manat hissəsi Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin, qalan 10,45 manat hissəsi isə iddiaçı "xxxx" MMC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-3247/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3247/2022
31.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver