Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3292/2022 28.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçı X4 və cavabdeh LPO "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı X2 cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi ƏSF-ə qarşı “kredit müqaviləsi üzrə borcun restrukturizasiyaya yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı X4 cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi ƏSF-ə qarşı “kredit müqaviləsi üzrə borcun restrukturizasiyaya yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə onun arasında bağlanmış “Kredit Müqaviləsi”nin restrukturizasiya olunması və Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq iddiaçı ilə yeni müqavilə bağlanması ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh LPO "xxxx" ASC-nin nümayəndəsi X3 məhkəməyə yazılı vəsatət təqdim edərək, iddiaçı X2 cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsi üzrə borcun restukturizasiyaya yönəldilməsi” tələbinə dair 2(006)- 3498/2022 saylı mülki iş üzrə cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunu əsl cavabdeh ləğv prosesində olan "xxxx" ASC ilə əvəz edərək mülki işi baxılmasından ötrü aidiyyatı üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçı X4 vəsatətə etiraz edərək, onun təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə vəsatəti (ərizəni) və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdeh LPO "xxxx" ASC-nin nümayəndəsi X1 ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.1-cü maddəsinə əsasən, aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2-ci maddəsinə əsasən, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. İş materiallarından göründüyü kimi iddiaçı X4 cavabdeh LPO "xxxx" ASC-nin qarşı “kredit müqaviləsi üzrə borcun restrukturizasiyaya yönəldilməsi” tələbinə dair iddia ərizəsini aidiyyət qaydalarına riayət etməklə Nəsimi Rayon Məhkəməsinə vermişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh LPO "xxxx" ASC-nin nümayəndəsi X1 ərizəsi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 44, 54, 263- 264; 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Cavabdeh LPO "xxxx" ASC-nin nümayəndəsi X1 mülki iş üzrə cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunu əsl cavabdeh ləğv prosesində olan "xxxx" ASC ilə əvəz edərək mülki işi baxılmasından ötrü aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi barədə ərizəsi təmin edilməsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Nəsimi rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-3292/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3292/2022
28.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver