Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3292/2024 12.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Miriyeva Həbibə Novruz qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borcun tutulması» dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC X1 Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: "xxxx" MMC ilə Cavabdeh ilə arasında bağlanmış xx.xx.2023-cü il tarixli 323943 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı «qranit» qazan dəstinə görə ödəniş cədvəli üzrə ilkin 20 manat olmaqla 8 ay 35 manat, 1 ay 33 manat, 1 ay 30 manat olmaqla, cəmi 423,00 manat ödəməyi və xx.xx.2023-cü il tarixli 323942 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən ödəniş cədvəli üzrə ilkin 10 manat olmaqla 1 ay 30 manat, 11 ay 25 manat olmaqla, cəmi 315,00 manat ödəməyi öhdəsinə götürmüşdür.. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2023-cü il tarixli 323943 saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixində 35 manat və xx.xx.2023-cü il tarixli 323942 saylı müqavilə üzrə 25 manat ödəniş etmişdir.. Hazırda borclunun xx.xx.2023-cü il tarixli 323943 saylı müqavilə üzrə 333.00 manat əsas borcu və xx.xx.2023-cü il tarixli 323942 saylı müqavilə üzrə 255.00 manat əsas borcu vardır. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu xx.xx.2023-cü il tarixli 323943 saylı müqavilə üzrə 23 manat və xx.xx.2023-cü il tarixli 323942 saylı müqavilə üzrə 23 manat təşkil edir. İddiaçının tələbi: xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli - 323943 saylı müqavilə üzrə 333 AZN əsas borc, 23 AZN cərimə borcu, xx.xx.2023-cü il tarixli - 323942 saylı müqavilə üzrə 255 AZN əsas borc, 23 AZN cərimə borcu, ümumilikdə 634 AZN borcun və 30 AZN ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər: İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 323942 saylı Nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh iddiaçıdan ümumi dəyəri 315 manat təşkil edən “West” markalı tozsoran almışdır. Cavabdeh 12 ay müddətinə, 1 ay 30 manat, 11 ay 25 manat ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 323943 saylı Nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh iddiaçıdan ümumi dəyəri 423 manat təşkil edən qranit qazan dəsti almışdır. Cavabdeh 12 ay müddətinə, 8 ay 35 manat, 1 ay 33 manat, 3 ay 30 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2024-cü il tarixli 815/02/24 nömrəli bildirişə əsasən, "xxxx" MMC Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. .xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdehnın "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli müqavilələr üzrə ümumilikdə ödənilməmiş 634 manat məbləğində borcu vardır. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
Məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanılmış (MM m.601.1), həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, iddiaçı ilə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 323943 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı «qranit» qazan dəstinə görə ödəniş cədvəli üzrə ilkin 20 manat olmaqla 8 ay 35 manat, 1 ay 33 manat, 3 ay 30 manat olmaqla, cəmi 423,00 manat ödəməyi və xx.xx.2023-cü il tarixli 323942 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən ödəniş cədvəli üzrə ilkin 10 manat olmaqla 1 ay 30 manat, 11 ay 25 manat olmaqla, cəmi 315,00 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin əşyalar satıcı tərəfindən cavabdehə təhvil verilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilələr əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. (MM m.600.4) Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Məhkəmə həmçinin iddia tələbinin cərimənin (dəbbə pulu) ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. İşin hallarını nəzərə alınmaqla, məhkəmə cəriməni azaldaraq iddia ərizəsində göstərilən cərimənin xx.xx.2023-cü il tarixli 323943 saylı müqavilə üzrə 23 manat məbləğində deyil, 5 manat, 323942 saylı müqavilə üzrə 23 manat məbləğində deyil, 5 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq hesab edir. (MM m.467) Ona görə də məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli 323943 saylı müqavilə üzrə 333 (üç yüz otuz üç) manat əsas, 5 (beş) manat cərimə borcu və xx.xx.2023-cü il tarixli 323942 saylı müqavilə üzrə 255 (iki yüz əlli beş) manat əsas, 5 (beş) manat cərimə borcu olmaqla, ümumilikdə 598 (beş yüz doxsan səkkiz) manat borc Cavabdeh tutularaq "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat dövlət rüsumunun 28 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 2 manatı isə iddiaçıya aid edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli 323943 saylı müqavilə üzrə 333 (üç yüz otuz üç) manat əsas, 5 (beş) manat cərimə borcu və xx.xx.2023-cü il tarixli 323942 saylı müqavilə üzrə 255 (iki yüz əlli beş) manat əsas, 5 (beş) manat cərimə borcu olmaqla, ümumilikdə 598 (beş yüz doxsan səkkiz) manat borc və ödənilmiş dövlət rüsumunun 28 (iyirmi səkkiz) manat hissəsi İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Həbibə Miriyeva