Məhkəmə qərarları › İş №e-2(006)-3313/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3313/2023

06.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3313/2023 06.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclasının katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı vəkil və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh 41 saylı Notariat ofisinin xüsusi notariusu Qazı-zadə Natiq Tariyel oğluna qarşı “notariat hərəkətinin aparılmasının təxirə salınmasının etibarsız hesab edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin icra edilməsi” tələbi barədə iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh 41 saylı Notariat ofisinin xüsusi notariusu Qazı-zadə Natiq Tariyel oğluna qarşı “notariat hərəkətinin aparılmasının təxirə salınmasının etibarsız hesab edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin icra edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 41 saylı Notariat ofisi tərəfindən vərəsə İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin təxirə salınması etibarsız hesab edilməsi və 41 saylı Notariat ofisinə vərəsə İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin icra edilməsi vəzifəsi qoyulması, həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun 41 saylı Notariat ofisindən İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1974-cü il təvəllüdlü, Ucar rayonu, Qaracallı kəndində qeydiyyatda olan İddiaçı xx.xx.2020-ci il tarixdə ünvan 1-də yaşayan X9 tərəfindən ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını vəsiyyət etdiyinə dair Bakı şəhəri, 41 saylı notariat ofisinin xüsusi notariusu Qazı-zadə Natiq Tariyel oğlu tərəfindən təsdiq edilmiş vəsiyyətnamə qoyulmuşdur. Miras qoyan X2 xx.xx.2022-ci il tarixdə vəfat etməsi ilə əlaqədar İddiaçı ərizəsi əsasında Bakı şəhəri, 41 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə vərəsəlik işi açılmışdır. xx.xx.2023-cü il tarixdə 41 saylı notariat ofisinə müraciət edərək Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş mirasın açıldığı gündən 6 (altı) aylıq müddətin xx.xx.2023–cü il tarixdə başa çatdığını və tələb olunan bütün zəruri sənədlərin təqdim olunduğunu qeyd etməklə mərhum miras qoyan X5 məxsus ünvan 1 ünvanında yerləşən mənzillə əlaqədar vəsiyyət üzrə vərəsə İddiaçı adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini tələb etsələr də, 41 saylı Notariat ofisindən xx.xx.2023-cü il tarixli cavab məktubunda vətəndaş X11 şikayəti əsasında Bakı şəhəri Nəsimi rayonu Polis İdarəsinin İstintaq şöbəsində fakt üzrə cinayət işi başlandığı ilə bağlı sorğu verildiyi əsas gətirilərək müraciətinin icrası təxirə salınmışdır. Bundan sonra 41 saylı Notariat ofisindən vərəsə İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda heç bir qanunvericilik normasına istinad etmədən başlanmış cinayət işi üzrə ibtidai istintaqın nəticələrinə uyğun çıxarılacaq qərar qanuni qüvvəyə mindikdən sonra vərəsəlik işinin davam etdirilməsi məsələsinə baxılacağı bildirilmişdir. 41 saylı Notariat ofisinin notariat hərəkətlərinin aparılmasının təxirə salınmasını Nəsimi rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaqı aparılan cinayət işinin nəticələnməməsi ilə əlaqələndirməsi, həmçinin vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini həmin cinayət işi üzrə qanuni qüvvəsini alacaq qərarla şərtləndirməsi qanunsuzdur və vərəsə İddiaçı hüquqlarını kobud şəkildə pozduğundan 41 saylı Notariat ofisinin vərəsə İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin təxirə salınması etibarsız hesab edilməli və 41 saylı Notariat ofisinə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin icra edilməsi vəzifəsi qoyulmalıdır. Odur ki, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkil və nümayəndəsi Vəkil1 iddia ərizəsinin məzmununua uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Bakı şəhəri Cavabdeh 41 saylı Notariat ofisinin xüsusi notariusu Qazızadə Natiq Tariyel oğlu məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Bakı şəhəri Cavabdeh 41 saylı Notariat ofisinin xüsusi notariusu Qazı-zadə Natiq Tariyel oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkil və nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəmov küçəsindəki 18 saylı evin 23 saylı mənzilində yaşayan X9 ölən günədək ona məxsus olan bütün daşınmaz və daşınar əmlakını ünvan 2i ünvanında qeydiyyatda olan İddiaçı vəsiyyət etmişdir. İş materiallarında olan Təcili və X10 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəmov küçəsindəki 18 saylı evin 23 saylı mənzilində yaşayan X9 həkimə qədər ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəmov küçəsindəki 18 saylı evin 23 saylı mənzilinin mülkiyyətçisi X4muşdur. İş materiallarında olan AZ-İİ seriyalı 300619 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2022-cı ildə digər dəqiqləşdirilmiş sepsisidən vəfat etmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 072862 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1970-ci ildə intoksikasiyadan vəfat etmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 062278 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2006-cı ildə qara ciyərin serrozundan vəfat etmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 062279 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1978-cı ildə travmadan vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri 41 saylı Notariat ofisinin xx.xx.2023-cü il tarixli 317 saylı məktubunun surətindən görünür ki, mirasqoyan - X2 xx.xx.2022-ci il tarixində vəfat etməsi ilə əlaqədar 41 saylı Notariat Ofisində vərəsəlik işi açılmışdır. Əvvəlki məktubda bildirdiyi kimi, daxil olan məlumata əsasən vətəndaş X12 şikayəti əsasında Nəsimi Rayon Polis İdarəsində fakt üzrə cinayət işi başlanılmışdır. Həmin faktın ətraflı öyrənilməsi məqsədilə Nəsimi Rayon Polis İdarəsinə xx.xx.2023-cü il tarixdə tərəfindən x/o-296 nömrəli sorğu göndərilmişdir. Sorğuya cavab olaraq Nəsimi Rayon Polis İdarəsinin İŞ-nin baş müstəntiqi polis mayoru Orxan Əkbərovun xx.xx.2023-cü il tarixli, 52/2- 19862/23 nömrəli cavab məktubunda bildirilmişdir ki, miras qoyan X1 ömrünün sonuna qədər ona qulluq edəciyinə vəd edib aldadaraq, xx.xx.2020-ci il tarixində adına vəsiyyətnamənin yazılmasına nail ola bilmişdir. Daha sonra cavab məktubunda “miras qoyan R. Muxtarovaya tərəfindən lazımi qulluq göstərməməsi nəticəsində onun yuxarı ətrafın qanqrenası və bədənin çoxsaylı iri Ölçülü infeksiyalaşmış trofik yaraları və piodermiyası səbəbindən inkişaf edən orqanizmin septiki intoksikasiyası səbəbindən xx.xx.2022-ci il tarixində vəfat etməsi” göstərilmişdir. Məhz bütün bunlara əsasən baş vermiş hadisə ilə əlaqədar AR Cinayət Məcəlləsinin 143-cü maddəsi üzrə cinayət işi başlanılaraq ibtidai istintaqın aparıldığı bildirilmişdir. Odur ki, bütün yuxarıda göstərilənləri nəzərə alaraq barəsində başlanılmış cinayət işi üzrə ibtidai isntintaqın nəticələrinə uyğun olaraq çıxarılacaq qərar qanuni qüvvəyə mindikdən sonra vərəsəlik işinin davam etdirilməsi məsələsinə tərəfindən baxılacaqdır. Azərbaycan Respublikası Mülki Məcəllənin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1152.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1166-ci maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1167-ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Həmin Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1244-cü maddəsinə əsasən mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Həmin Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinə əsasən Notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. Həmin Qanunun 34-cü maddəsinə görə, Azərbaycan Respublikasının qanunları ilə ayrı qayda nəzərdə tutulmadıqda, notariat hərəkətləri dövlət rüsumu və haqq ödənildikdən sonra bunun üçün lazım olan bütün sənədlər təqdim olunduğu, habelə informasiya sistemlərindən əldə edildiyi gün aparılır. İdarələrin, müəssisələrin və təşkilatların vəzifəli şəxslərindən əlavə məlumatlar və ya sənədlər tələb etmək, yaxud sənədləri ekspertizaya göndərmək lazım gəldikdə notariat hərəkətlərinin aparılması bir aydan artıq olmayan müddətə təxirə salına bilər. Təsdiq edilməli olan hüquq və ya fakt barəsində mübahisə edən digər əlaqədar şəxsdən ərizə alınması haqqında məhkəmədən məlumat gəldikdə notariat hərəkətlərinin aparılması məhkəmədə iş həll edilənədək dayandırılmalıdır. Təsdiq edilməli olan hüquq və ya fakt barəsində mübahisə etmək üçün məhkəməyə müraciət etmək arzusunda olan digər əlaqədar şəxsin xahişi ilə notariat hərəkətinin aparılması on gün müddətinə təxirə salınmalıdır. Bu müddətdə məhkəmədən təsdiq edilməli olan hüquq və ya fakt barəsində əlaqədar şəxsdən ərizə daxil olduğu haqqında məlumat alınmazsa, artıq notariat hərəkətinin aparılmasının dayandırılmasına yol verilmir. İşin faktiki hallarından da göründüyü kimi, X9 sepsis xəstəliyindən əziyyət çəkməsi və iddiaçının himayəsində olması, İddiaçı ona baxaraq qayğına qalmış və Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəmov küçəsindəki 18 saylı evin 23 saylı mənzilində yaşayan X9 mənzilini xx.xx.2020-ci il tarixli vəsiyyətnamə ilə İddiaçı vəsiyyət etmişdir. Miras qoyan X2 xx.xx.2022-ci il tarixdə vəfat etməsi ilə əlaqədar İddiaçı ərizəsi əsasında Bakı şəhəri, 41 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə vərəsəlik işi açılmışdı. xx.xx.2023-cü il tarixdə 41 saylı notariat ofisinə müraciət edərək Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş mirasın açıldığı gündən 6 (altı) aylıq müddətin xx.xx.2023–cü il tarixdə başa çatdığını və tələb olunan bütün zəruri sənədlərin təqdim olunduğunu qeyd etməklə mərhum miras qoyan X5 məxsus ünvan 1 ünvanında yerləşən mənzillə əlaqədar vəsiyyət üzrə vərəsə İddiaçı adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini tələb edilsə də, 41 saylı Notariat ofisindən xx.xx.2023-cü il tarixli cavab məktubunda X11 şikayəti əsasında Bakı şəhəri, Nəsimi rayonu Polis İdarəsinin İstintaq şöbəsində fakt üzrə cinayət işi başlandığı ilə bağlı sorğu verildiyi əsas gətirilərək müraciətinin icrası təxirə salınmışdır. Məhkəmə hesab edir ki, cavabdeh 41 saylı Notariat ofisinin xüsusi notariusu Qazı-zadə Natiq Tariyel oğlunun müraciətin icrası təxirə salınması və ya dayandırılması üçün hər hansı bir əsas olmadığından iddia ərizəsi təmin edilməli və cavabdeh 41 saylı Notariat ofisinin xüsusi notariusu Qazı-zadə Natiq Tariyel oğlu tərəfindən vərəsə İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin təxirə salınması etibarsız hesab edilməli, cavabdeh 41 saylı Notariat ofisinin xüsusi notariusu Qazı-zadə Natiq Tariyel oğlunun üzərinə vərəsə İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin icra edilməsi vəzifəsi qoyulmalıdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ödənilmiş 100 manat dövlət rüsumu cavabdeh 41 saylı Notariat ofisinin xüsusi notariusu Qazı-zadə Natiq Tariyel oğlundan alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 41 saylı Notariat ofisinin xüsusi notariusu Qazı-zadə Natiq Tariyel oğlu tərəfindən vərəsə İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin təxirə salınması etibarsız hesab edilsin. Cavabdeh 41 saylı Notariat ofisinin xüsusi notariusu Qazı-zadə Natiq Tariyel oğlunun üzərinə vərəsə İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin icra edilməsi vəzifəsi qoyulsun. Cavabdeh 41 saylı Notariat ofisinin xüsusi notariusu Qazı-zadə Natiq Tariyel oğlundan ödənilmiş 100 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar