Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3340/2022 19.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********11273 olan “Samsung Galaxy A10s”, İMEİ kodu **********03638 olan “Samsung Galaxy A10s” markalı telefonlar, “X1”, “Xiaomi Mi” Saatı, «ZEFİT” markalı saat və “Xiaomi Redmi” Qulaqcıq almış və nəticədə 1248 (bir min iki yüz qırx səkkiz) manat borc yaranmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə həmin müqaviləyə əsasən, alqı-satqı qiyməti 426,6 (dörd yüz iyirmi altı manat, altmış qəpik) manat (18 ay x 23.7 manat + 0 manat ilkin ödəniş), İMEİ kodu **********11273 olan “Samsung Galaxy A10s” markalı telefon üçün ümumilikdə 415 (dörd yüz on beş) manat olmaqla, ondan 378 (üç yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 37 (otuz yeddi) manat cərimə; Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə həmin müqaviləyə əsasən, alqı-satqı qiyməti 383,4 (üç yüz səksən dörd manat, qırx qəpik) manat (18 ay x 21.3 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********03638 olan “Samsung Galaxy A10s” markalı telefon üçün ümumilikdə 370 (üç yüz yetmiş) manat olmaqla, ondan 337 (üç yüz otuz yeddi) manat ödənilməmiş hissə, 33 (otuz üç) manat cərimə; Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə həmin müqaviləyə əsasən, alqı-satqı qiyməti 138 (yüz otuz səkkiz) manat (12 ay x 11.5 manat + 0 manat ilkin ödəniş) «X1» üçün ümumilikdə 151 (yüz əlli bir) manat olmaqla, ondan 138 (yüz otuz səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 13 (on üç) manat cərimə; Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə həmin müqaviləyə əsasən, alqı-satqı qiyməti 121.2 (yüz iyirmi bir manat, iyirmi qəpik) manat (12 ay x 10.1 manat + 0 manat ilkin ödəniş) «X1» üçün ümumilikdə 134 (yüz otuz dörd) manat olmaqla, ondan 121.2 (yüz iyirmi bir manat, iyimi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 12.8 (on iki manat, səksən qəpik) manat cərimə; Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə həmin müqaviləyə əsasən, alqı-satqı qiyməti 123.6 (yüz iyirmi üç manat, altmış qəpik) manat (12 ay x 10.3 manat + 0 manat ilkin ödəniş) «ZEFİT” markalı saat üçün ümumilikdə 136 (yüz otuz altı) manat olmaqla, ondan 123.6 (yüz iyirmi üç manat, altmış qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 12.4 (on iki manat, qırx qəpik) manat cərimə; Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə həmin müqaviləyə əsasən, alqı-satqı qiyməti 43.2 (qırx üç manat, iyirmi qəpik) manat (3 ay x 13 manat + 4.2 manat ilkin ödəniş) “Xiaomi Redmi” Qulaqcıq üçün ümumilikdə 42 (qırx iki) manat olmaqla, ondan 39 (otuz doqquz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 3 (üç) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 99.2 manat təşkil edir. Cavabdehlə iddiaçı arasında bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin, iddiaçı tərəfindən göndərilən xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Tələbin əsaslılığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Göstərilənlərə əsasən, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********11273 olan “Samsung Galaxy A10s” markalı telefon üçün 378 (üç yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə, 37 (otuz yeddi) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********03638 olan “Samsung Galaxy A10s” markalı telefon üçün 337 (üç yüz otuz yeddi) manat ödənilməmiş hissə, 33 (otuz üç) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən «X1» üçün 138 (yüz otuz səkkiz) manat ödənilməmiş hissə, 13 (on üç) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən «X1» üçün 121.2 (yüz iyirmi bir manat, iyimi qəpik) manat ödənilməmiş hissə, 12.8 (on iki manat, səksən qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən «ZEFİT” markalı saat üçün 123.6 (yüz iyirmi üç manat, altmış qəpik) manat ödənilməmiş hissə, 12.4 (on iki manat, qırx qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən “Xiaomi Redmi” Qulaqcıq üçün 39 (otuz doqquz) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimənin, ümumilikdə 1248 manat borcun, 32,48 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllənin) 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 22300988 saylı müqavilədən və ona əlavə edilən ödəniş cədvəlindən görünür ki, İddiaçı MMC İMEİ kodu **********11273 olan “Samsung Galaxy A10s” (SM-A107) markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən təqdim edilən xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, İMEİ kodu **********11273 olan “Samsung Galaxy A10s” (SM-A107) markalı telefon "xxxx" MMC tərəfindən Cavabdeh təhvil verilmişdir. Mülki işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 22319747 saylı müqavilədən və ona əlavə edilən ödəniş cədvəlindən görünür ki, İddiaçı MMC İMEİ kodu **********03638 olan “Samsung Galaxy A10s” (SM- A107) markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən təqdim edilən xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, İMEİ kodu **********03638 olan “Samsung Galaxy A10s” (SM-A107) markalı telefon "xxxx" MMC tərəfindən Cavabdeh təhvil verilmişdir. Mülki işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 22436451 saylı müqavilədən və ona əlavə edilən ödəniş cədvəlindən görünür ki, İddiaçı MMC “ZEFİT 4HR BLACK/BLACK” markalı saatı Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən təqdim edilən xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, “ZEFİT 4HR BLACK/BLACK” markalı saat "xxxx" MMC tərəfindən Cavabdeh təhvil verilmişdir. Mülki işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 22446125 saylı müqavilədən və ona əlavə edilən ödəniş cədvəlindən görünür ki, İddiaçı MMC “Xiaomi Mi band 5” markalı saatı Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən təqdim edilən xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Xiaomi Mi band 5” markalı saat "xxxx" MMC tərəfindən Cavabdeh təhvil verilmişdir. Mülki işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 22460708 saylı müqavilədən və ona əlavə edilən ödəniş cədvəlindən görünür ki, İddiaçı MMC “Xiaomi Mi band 5” markalı saatı Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən təqdim edilən xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Xiaomi Mi band 5” markalı saat "xxxx" MMC tərəfindən Cavabdeh təhvil verilmişdir. Mülki işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 23002600 saylı müqavilədən və ona əlavə edilən ödəniş cədvəlindən görünür ki, İddiaçı MMC “Xiaomi Redmi AirDots 2 Black/BHR4196CN” markalı qulaqcığı Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 3 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən təqdim edilən xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Xiaomi Redmi AirDots 2 Black/BHR4196CN” markalı Qulaqcıq "xxxx" MMC tərəfindən Cavabdeh təhvil verilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 378 manat əsas borc, 37 manat cərimə borcu, cəmi 415 manat; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 337 manat əsas borc, 33 manat cərimə borcu, cəmi 370 manat; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 138 manat əsas borc, 13 manat cərimə borcu, cəmi 151 manat; xx.xx.2021ci il tarixli müqavilə üzrə 121.2 manat əsas borc, 12.8 manat cərimə borcu, cəmi 134 manat; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 123.6 manat əsas borc, 12.4 manat cərimə borcu, cəmi 136 manat; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 39 manat əsas borc, 3 manat cərimə borcu, cəmi 42 manat məbləğində borcu olmaqla, müqavilələr üzrə ümumilikdə 1248 manat məbləğində borcu vardır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 32,48 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli 22300988 saylı müqavilə bağlanmış, müqaviləyə və ödəniş cədvəlinə əsasən, İddiaçı MMC İMEİ kodu **********11273 olan “Samsung Galaxy A10s” (SM-A107) markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə cəmi 48,6 manat məbləğində ödəniş etmiş, onun iddiaçıya 378 manat məbləğində əsas borc və 37 manat məbləğində cərimə borcu olmaqla, cəmi 415 manat məbləğində borcu yaranmışdır. Bundan sonra iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 22319747 saylı müqavilə bağlanmış, müqaviləyə və ödəniş cədvəlinə əsasən, İddiaçı MMC İMEİ kodu **********03638 olan “Samsung Galaxy A10s” (SM-A107) markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə cəmi 46,40 manat məbləğində ödəniş etmiş, onun iddiaçıya 337 manat məbləğində əsas borc və 33 manat məbləğində cərimə borcu olmaqla, cəmi 370 manat məbləğində borcu yaranmışdır. Sonradan iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 22436451 saylı müqavilə bağlanmış, müqaviləyə və ödəniş cədvəlinə əsasən, İddiaçı MMC «ZEFİT” markalı saatı Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə heç bir ödəniş etməmiş, onun iddiaçıya 123.6 manat məbləğində əsas borc və 12.4 manat məbləğində cərimə borcu olmaqla, cəmi 136 manat məbləğində borcu yaranmışdır. Daha sonra iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 22446125 saylı müqavilə bağlanmış, müqaviləyə və ödəniş cədvəlinə əsasən, İddiaçı MMC “Xiaomi Mi band 5” markalı saatı Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə heç bir ödəniş etməmiş, onun iddiaçıya 138 manat məbləğində əsas borc və 13 manat məbləğində cərimə borcu olmaqla, cəmi 151 manat məbləğində borcu yaranmışdır. Sonradan iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 22460708 saylı müqavilə bağlanmış, müqaviləyə və ödəniş cədvəlinə əsasən, İddiaçı MMC “Xiaomi Mi band 5” markalı saatı Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə heç bir ödəniş etməmiş, onun iddiaçıya 121.2 manat məbləğində əsas borc və 12.8 manat məbləğində cərimə borcu olmaqla, cəmi 134 manat məbləğində borcu yaranmışdır. Sonradan iddiaçı ilə cavabdeh arasında xx.xx.2021ci il tarixdə 23002600 saylı müqavilə bağlanmış, müqaviləyə və ödəniş cədvəlinə əsasən, İddiaçı MMC “Xiaomi Redmi AirDots 2 Black/BHR4196CN” markalı qulaqcığı Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 3 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə cəmi 4,20 manat məbləğində ödəniş etmiş, onun iddiaçıya 39 manat məbləğində əsas borc və 3 manat məbləğində cərimə borcu olmaqla, cəmi 42 manat məbləğində borcu yaranmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixində iddiaçı tərəfindən rəsmi qaydada xəbərdar edilmiş, lakin buna baxmayaraq, müqavilələr üzrə öhdəliklərini yerinə yetirməmişdir. Cavabdehin hər 6 (altı) müqavilə üzrə iddiaçıya ümumilikdə 1248 manat məbləğində borcu vardır. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin tələbi müqavilələrə müvafiq olaraq əsas borca münasibətdə təmin edilməli, cərimə borcuna gəldikdə isə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllənin) 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 37 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 33 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 13 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 12.4 manat və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 3 manat cərimənin miqdarı tənasübsüz surətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğlər müvafiq olaraq 19 manat, 17 manat, 7 manat, 6 manat, 6 manat və 2 manat məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh: - xx.xx.2021-ci il tarixli müqavilə üzrə 378 manat ödənilməmiş məbləğ, 19 manat cərimə borcu; - xx.xx.2021-ci il tarixli müqavilə üzrə 337 manat ödənilməmiş məbləğ, 17 manat cərimə borcu; - xx.xx.2021-ci il tarixli müqavilə üzrə 123.6 manat ödənilməmiş məbləğ, 6 manat cərimə borcu; - xx.xx.2021-ci il tarixli müqavilə üzrə 138 manat ödənilməmiş məbləğ, 7 manat cərimə borcu; - xx.xx.2021-ci il tarixli müqavilə üzrə 121.2 manat ödənilməmiş məbləğ, 6 manat cərimə borcu; - xx.xx.2021-ci il tarixli müqavilə üzrə 39 manat ödənilməmiş məbləğ, 2 manat cərimə borcu olmaqla, cəmi 1193,8 manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 32.48 manat dövlət rüsumunun 31 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 1,48 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 378 manat ödənilməmiş məbləğ, 19 manat cərimə borcu; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 337 manat ödənilməmiş məbləğ, 17 manat cərimə borcu; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 123.6 manat ödənilməmiş məbləğ, 6 manat cərimə borcu; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 138 manat ödənilməmiş məbləğ, 7 manat cərimə borcu; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 121.2 manat ödənilməmiş məbləğ, 6 manat cərimə borcu; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 39 manat ödənilməmiş məbləğ, 2 manat cərimə borcu olmaqla, cəmi 1193,8 manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilsin. Ödənilmiş 32.48 manat dövlət rüsumunun 31 manat hissəsi Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin, qalan 1,48 manat hissəsi isə İddiaçı MMC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-3340/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3340/2022
19.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver