Məhkəmə qərarları › İş №e-2(006)-3355/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3355/2022

18.10.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3355/2022 18.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı və X1 cavabdehlər Nəsimi rayon İcra şöbəsi, Cavabdeh2 MMC və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qarşı “”Sərraf- M” MMC-nin 154/22 saylı, xx.xx.2022-ci il tarixli hesabatının etibarsız hesab olunması və əmlak üzrə təkrar qiymətləndirmə keçirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçılar İddiaçı və X3 cavabdehlər Nəsimi rayon İcra şöbəsi, Cavabdeh2 MMC və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qarşı Cavabdeh2 MMC-nin 154/22 saylı, xx.xx.2022-ci il tarixli hesabatının etibarsız hesab olunması və əmlak üzrə təkrar qiymətləndirmə keçirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Nəsimi rayon İcra şöbəsinin sifarişi üzrə həyata keçirilmiş Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şosesi 53-cü km. 5 ünvanında yerləşən əmlak kompleksinin qiymətləndirilməsinin nəticələri haqqında Cavabdeh2 MMC-nin 154/22 saylı, xx.xx.2022-ci il tarixli hesabatının etibarsız hesab olunması və həmin əmlak üzrə təkrar qiymətləndirmə keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi (vəkili) Nümayəndə məhkəməyə yazılı ərizə təqdim edərək izahatında bildirmişdir ki, mülki işlə bağlı qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının MTT(103)-269/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadında qeyd olunmuşdur ki, borclunun ipoteka olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifarış etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidyyəti məhkəmədə mübahisələndirilir. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilir. Qeyd edilənləri nəzərə alaraq, iddia iddia icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddiaçılar İddiaçı və X1 cavabdehlər Nəsimi rayon İcra şöbəsi, Cavabdeh2 MMC və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qarşı Cavabdeh2 MMC-nin 154/22 saylı, xx.xx.2022-ci il tarixli hesabatının etibarsız hesab olunması və əmlak üzrə təkrar qiymətləndirmə keçirilməsi” tələbinə dair iddialarına mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 24 noyabr 2021-ci il tarixli, 02/2021 nömrəli “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” Qərardadına əsasən, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində iddia icraatı qaydasında deyil, icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında mübahisələndirilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 51-ci maddəsində icra məmurunun müvafiq qiymətləndiricini dəvət etmək səlahiyyəti nəzərdə tutulmuşdur. Bu baxımdan dəvət edilmiş qiymətləndiricinin rəyindəki müvafiq (başlanğıc) qiymətlə əmlakın hərraca çıxarılmasına dair sifariş vermək hüququ da icra məmuruna aiddir. Belə olan halda, hərrac keçirilənədək həmin qiymət, onu öz sifarişində əsas götürən icra məmurunun hərəkətindən verilən şikayət qaydasında mübahisələndirilə bilər. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməlidir. İcra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməlidir. Bu əsasla məhkəmə hesab edir ki, iddia tələbi üzrə mübahisə iddia icraatı qaydasında deyil, icra icraatı çərçivəsində icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında mübahisələndirilməli, bu səbəbdən hazırki iddia tələbinə mülki məhkəmə qaydasında baxılmalı olmadığından mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə görə iş mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.1.-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.4., 262, 263- 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçılar İddiaçı və X1 cavabdehlər Nəsimi rayon İcra şöbəsi, Cavabdeh2 MMC və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qarşı “”Sərraf- M” MMC-nin 154/22 saylı, xx.xx.2022-ci il tarixli hesabatının etibarsız hesab olunması və əmlak üzrə təkrar qiymətləndirmə keçirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar