Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-337/2025 25.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X19 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil2, Cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X11 iştirakları ilə İddiaçı X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Nəbiyev Nizami Cəlal oğlu cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “BMW 750” minik markalı, ** NO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq 56000 (əlli altı min) manat sığorta məbləğinin, dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 258 (iki yüz əlli səkkiz) manat və hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş 300 (üç yüz) manat olmaqla, cəmi 56558 (əlli altı min beş yüz əlli səkkiz) manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində, saat 11:00-da Yevlax rayonu, Malıbəyli kəndi ərazisində İddiaçı məxsus olan və Nəbiyev Nizami Cəlal oğlu tərəfindən idarə olunan “BMW 750” minik markalı, ** NO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aşaraq ona maddi zərər dəymişdir. "xxxx" ASC-nin 28 fevral 2023-cü il tarixli sığorta şəhadətnaməsində sığorta məbləği 56000 (əlli altı min) manat təyin edilmişdir. “BMW 750” markalı, ** NO *** dövlət qeydiyyat nişanlı avtomobilə 70-80 faizdən çox ziyan dəymişdir. Bundan əlavə, avtomobilə dəyən ziyanla bağlı iddiaçı tərəfindən avtomobilin sığorta olunduğu "xxxx" ASC-yə müraciət olunmuşdur. Lakin "xxxx" ASC 23 yanvar 2024-cü il tarixli, 6S/xx-xx/2024 nömrəli məktubu ilə bildirmişdir ki, nəqliyyat vasitəsinə mülkiyyət hüququ xx.xx.2023-cü il tarixində, yəni sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində Abdullazadə Orxan Nizami oğlundan İddiaçı keçmişdir və guya bu barədə sığortaçıya heç bir məlumat verilmədiyinə görə sığorta müqaviləsini etibarsız hesab edərək sığorta ödənişinin həyata keçirilməsi mümkün deyil. Lakin 30 iyul 2023-cü il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnaməyə əsasən İddiaçı “BMW 750” minik markalı, ** NO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən istifadə etmək hüququnu Nəbiyev Nizami Cəlal oğluna etibar etmişdir. Bundan sonra isə 11 oktyabr 2023-cü il tarixində tərtib olunmuş “Avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” növü üzrə rəsmiləşdirilmiş KSK********** saylı sığorta şəhadətnaməsinə, 11 oktyabr 2023-cü il tarixli əlavəyə əsasən sığortalı və faydalanan şəxs X2 yeni sığortalı və faydalanan şəxs qismində Nəbiyev Nizami Cəlal oğlu ilə əvəz edilməsi təsdiq olunmuşdur. Göründüyü kimi, sığorta məbləğinin ödənilməsindən imtina olunması üçün heç bir əsas yoxdur və buna görə də, hazırda 56 000 (əlli altı min) manat sığorta məbləğinin iddiaçıya ödənilməsi barədə qətnamənin qəbul olunması zərurəti vardır. Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidentinin 31 yanvar 2024-cü il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti ləğv olunmuşdur. Eyni məzmunda "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə müraciət edilmişdir, lakin Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)- 730/2024 saylı qərardadı ilə ərizə cavabdehin əsl cavabdeh kimi qeyd olunmaması səbəbilə geri qaytarılmışdır. Belə ki, iddiaçı tərəfindən əsl cavabdehin müəyyən olunması məqsədilə xx.xx.2024cü il tarixində İcbari Sığorta Bürosuna və Azərbaycan Respublikasının Mərkəzi Bankına sorğular göndərilmişdir. İcbari Sığorta Bürosunun xx.xx.2024-cü il tarixli, 10-082062024 nömrəli və Mərkəzi Bankın xx.xx.2024-cü il tarixli, 6-1/2-2283/2024 nömrəli cavab məktublarına əsasən, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 iyul tarixli 1751 nömrəli Fərmanının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 31 yanvar tarixli 2459 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 fevral 2024-cü il tarixli 95 nömrəli Sərəncamının 2-ci hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən üç nəfərdən ibarət tərkibdə ləğvetmə komissiyası yaradılmışdır. Ləğvetmə komissiyasının sədri - Gündüz Əliyev, üzvləri Ələskər Əliyev və Kənan Quliyevdir. Ləğv prosesində olan sığortaçının ləğvetmə komissiyası öz fəaliyyətini ünvan 1 ünvanında həyata keçirir. Buna görə də iddiaçı tərəfindən iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət olunmuşdur, lakin məhkəmə iddianı aidiyyəti üzrə səhv göndərildiyinə görə geri qaytarmışdır. Buna görə də hazırki iddia "xxxx" ASC-yə qarşı verilməlidir. İş materiallarından da aydın olduğu kimi “BMW 750” markalı, ** NO *** dövlət qeydiyyat nişanlı avomobilinə 70-80 faizdən çox ziyan dəymişdir. "xxxx" ASC tərəfindən tərtib olunan 28 fevral 2023cü il tarixli sığorta şəhadətnaməsində sığorta məbləği 56000 (əlli altı min) manat müəyyən edilmişdir. Buna görə də qeyd olunan sığorta məbləği "xxxx" ASC-dən tutularaq ödənilməlidir.
3. Cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti etiraz təqdim edərək, iddiaçı Nəbiyev Nizami Cəlal oğlu tərəfindən verilmiş iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Etiraz belə əsaslandırılmışdır ki, cavabdeh iddianı qəbul etmir, iddia tələbi əsassızdır və rədd edilməlidir. İşin faktiki halları ondan ibarətdir ki, xx.xx.2023-cü il tarixində, saat 11:00-da Yevlax rayonu, Malıbəyli kəndi ərazisində İddiaçı məxsus olan və Nəbiyev Nizami Cəlal oğlu tərəfindən idarə olunan “BMW 750” minik markalı, ** NO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aşmış və ona maddi ziyan dəymişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən sığorta predmeti olan “BMW 750” minik markalı, ** NO *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Abdullazadə Orxan Nizami oğlu sığorta müqaviləsi qüvvədə olan dövrdə dəyişmiş və İddiaçı mülkiyyətinə keçmiş, lakin bu barədə Şirkətə məlumat verilməmişdir. Mülki Məcəllə və “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta Qaydaları”na əsasən mülkiyyətçinin dəyişməsi barədə məlumat vermək sığortalının vəzifəsi kimi müəyyən edilmişdir. Müvafiq qaydada Şirkətə məlumat verilmədiyindən Şirkət əsaslı olaraq sığorta ödənişinin verilməsindən imtina etmişdir. İddiaçı iddia edir ki, mülkiyyətçinin dəyişməsi barədə Şirkətə məlumat vermişdir. Bu halı təsdiq edən sübut kimi də qeyd edilən sığorta müqaviləsinə əlavə olduğunu iddia etdiyi sənədi təqdim etmişdir. Lakin qeyd etmək lazımdır ki, təqdim edilən "xxxx" kimliyi məlum olmayan şəxs tərəfindən imzalanmışdır. Üzərində Şirkətin möhürü yoxdur, yəni heç bir hüquqi qüvvəsi yoxdur. Yuxarıda qeyd olunanlardan aydın olur ki, iddiaçı vəzifə öhdəliklərini yerinə yetirməyərək sığortalanmış nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi barədə məlumatı Şirkətə bildirməmiş və müvafiq normaların tələblərini pozmuşdur.
5. İddiaçı Nəbiyev Nizami Cəlal oğlunun vəkili-nümayəndəsi Vəkil2 (eyni zamanda, İddiaçı vəkili-nümayəndəsidir) “əsl olmayan tərəfin əvəz edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı Nəbiyev Nizami Cəlal oğlunun əsl İddiaçı ilə əvəz edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
6. Cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yenidən etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbinə dair verilmiş əvvəlki etiraz müdafiə olunmaqla yanaşı, hazırkı etirazda da məhkəmənin diqqətinə çatdırılır ki, 2023-cü il 28 fevral tarixdə “BMW 750” minik markalı, ** NO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun qanuni sahibi Abdullazadə Orxan Nizami oğlu tərəfindən “avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” növü üzrə 1 il müddətinə Şirkətdə sığortalanmışdır. 2023-cü il 29 iyul tarixdə sözügedən nəqliyyat vasitəsinə mülkiyyət hüququ Abdullazadə Orxan Nizami oğlundan İddiaçı keçmişdir. İddiaçı tərəfindən verilmiş iddia ərizəsinə əlavə edilmiş KSK********** nömrəli sığorta müqaviləsinin əlavəsində sığorta müqaviləsinin tərəflərinin hüquq və vəzifələrində də sığorta müqaviləsi bağlandıqdan sonra həmin müqavilənin qüvvədə olduğu müddət ərzində avtomobilin özgəninkiləşdirilməsi, onun icarəyə verilməsi və ya ona olan mülkiyyət hüquqlarının digər formada itirilməsi və ya məhdudlaşdırılması hallar barədə bildiyi və ya bilməli olduğu tarixdən 5 iş günü müddətində bu barədə sığortaçıya yazılı məlumat vermək vəzifəsi qeyd olunmuşdur. Yəni ki, sığortalı qanuvericiliyin və müqavilənin tələbi ilə tanışdır. Sığortalı Abdullazadə Orxan Nizami oğlu qanunvericiliyin və müqavilənin yuxarıda qeyd olunan tələbləri ilə tanış olduğu halda, 2023-cü il 29 iyul tarixində avtomobili özgəninkiləşdirdikdən sonra sığorta riskinin dəyişilməsi ilə bağlı 5 iş günü müddətində Şirkətə heç bir yazılı məlumat təqdim etməyib. Məlum olduğu kimi, sözügedən nəqliyyat vasitəsinə sahiblik hüququ Abdullazadə Orxan Nizami oğlundan İddiaçı keçdikdən sonra 2023-cü il 22 oktyabr tarixində saat 11:00 radələrində Yevlax rayonu, Malıbəyli kəndi ərazisində İddiaçı məxsus “BMW 750” minik markalı, ** NO *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi, etibarnamə əsasında Nəbiyev Nizami Cəlal oğlu tərəfindən idarə edilərkən naməlum şəraitdə kanala aşırdılmışdır. Baş vermiş hadisədən sonra Nəbiyev Nizami Cəlal oğlu sığorta ödənişinin alınması üçün Şirkətə müraciət etmiş və Şirkətə “Avtomobil nəqliyyat vasitələrinin tam sığortası” növü üzrə rəsmiləşdirilmiş KSK********** nömrəli sığorta şəhadətnaməsinə 2023-cü il 11 oktyabr tarixli KSK**********/001 nömrəli Əlavə adlı “sənəd”in surətini təqdim etmişdir. Həmin "xxxx"nin 1-ci hissəsinə əsasən sığortalı və faydalanan şəxs qismində X7 yeni sığortalı və faydalanan şəxs qismində Nəbiyev Nizami Cəlal oğlu ilə əvəz edilir. Sözügedən əlavədə Şirkətin "xxxx" filialının direktoru İlqar Sərdarovun imzası olsa da, Şirkətin möhürü vurulmamışdır. Həmçinin, sözügedən Əlavədə avtomobil nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı **-ON-*** qeyd olunmuşdur, yəni tamam başqa dövlət qeydiyyat nişanı qeyd olunmuşdur. Möhürlənməmiş və Şirkətin elektron informasiya sistemində mövcud olmayan Əlavənin Şirkət tərəfindən araşdırılması zamanı məlum olmuşdur ki, sözügedən Əlavənin alınması üçün Nəbiyev Nizami Cəlal oğlu 2023-cü il 22 oktyabr tarixində avtomobili naməlum şəraitdə kanala aşırdıqdan sonra, yəni hadisədən sonra Şirkətin "xxxx" filialının direktoru İlqar Sərdarova müraciət etmişdir. Bu barədə məlumatı İlqar Sərdarov bildirmişdir. İddiaçı tərəfindən təqdim edilmiş Əlavəni “imzalayan” "xxxx" filialının direktoru X13 Komissiyasının üzvü Əliyev Ələskər ilə telefon danışığından çıxarış təqdim olunur, səs yazısının 04:28-ci saniyəsindən (telefon danışığının audio səs yazması əlavə olunur – Disk 1): Ələskər Əliyev: O sənəd haradan çıxa bilər ortaya, əgər siz bunu imzalamamısınızsa, o sənəd onların əlinə haradan keçib? Haradan keçib onların əlinə o sənəd, niyə keçib onların əlinə o sənəd? Qalmışıq belə, yəni o sənəd, nə sənəddi ortalıqda. İmza var, mən elə sizin o birisi imzalarınızla da baxdım, gözəyarı görsənir ki, eyni imzadı. Amma Siz deyirsiniz, imzalamamısız, möhür yoxdu, möhür vurulmayıb. İlqar Sərdarov: Mən bunu imzalamışamsa, möhür niyə vurmamışam, maraqlıdır. Ələskər Əliyev: Siz onlara imtina eləmişdiniz də əməlli-başlı onda elə çıxır ki. İlqar Sərdarov: Bəli, bəli, özü də........ nə bilim, dedim, qardaş, get, nə istəyirsən, elə. Ələskər Əliyev: Yəni ümumiyyətlə onlar müraciət eləyiblər sizə ki, bir şey eliyin, nədir onun adı sığortanı dəyişin, siz imtina eləmisiniz. İlqar Sərdarov: Mən əvvəlcə razılaşmışdım. Ələskər Əliyev: Hə? İlqar Sərdarov: Burada nə problem varki? Ələskər Əliyev: Hə, o qədər müqavilə dəyişirik ki. İlqar Sərdarov: Bu qəza söhbəti ortaya çıxdı. Ələskər Əliyev: Yo, indi bildim, bildim, bu sizə müraciət eləyiblər qəzadan qabaq, yoxsa sonra? İlqar Sərdarov: Bu bəs onu deyirdim də bayaq, bu müraciət eləyən momentdə qəza söhbəti artıq bilindi ki, qəza olub, ona görə dəyişdirmək istəyir. Ələskər Əliyev: Həəə. İlqar Sərdarov: Ona görə istəyir. Ələskər Əliyev: Hə, bunlar müraciət şey eləyiblər, qəzadan sonra müraciət ediblər. İlqar Sərdarov: Bəli. Sözügedən "xxxx"nin 1-ci hissəsində sığortalı və faydalanan şəxs qismində Abdullazadə Orxan Nizami oğlunun yeni sığortalı və faydalanan şəxs qismində Nəbiyev Nizami Cəlal oğlu ilə əvəz edildiyi qeyd olunub. Qanunvericiliyin tələbinə və sığorta müqaviləsi şərtlərinə əsasən avtomobil özgəninkiləşdirildikdə bu barədə məlumatı sığortalı, yəni ki KSK********** nömrəli Sığorta müqaviləsində sığortalı qismində müəyyən olunmuş X1 5 iş günü müddətində yazılı formada bildirməli idi. Onun tərəfindən heç bir məlumat Şirkətə bildirilməmişdir. Ümumiyyətlə isə iddiaçının sığorta müqaviləsinə dəyişiklik etmək hüququ olmamışdır. Lakin iddiaçının işə əlavə etdiyi LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən hüquqi qüvvəsi tanınmayan "xxxx" adlı sənədin mülkiyyətçi yox, avtomobil üzrə sığorta marağı olmayan iddiaçı tərəfindən imzalandığı, sığortalı və faydalanan şəxs qismində iddiaçının çıxış etdiyi görünür. Lakin bu hüquqa yalnız sığortalı malikdir və iddiaçı hazırkı iş üzrə sığortalı qismində çıxış etmir. Şəxslə sığorta predmeti arasında əlaqə yoxdursa, sığorta marağının mövcud olmadığı hesab edilir. Sözügedən avtonəqliyyat vasitəsi hadisə baş verdiyi tarixdə İddiaçı məxsus olmuş, Nəbiyev Nizami Cəlal oğlu həmin avtomobili yalnız idarə etmək hüququna malik olmuşdur. Nəbiyev Nizami Cəlal oğlunun həmin avtomobil ilə bağlı heç bir sığorta marağı mövcud deyil və bu səbəblər hər hansı rəsmi və ya saxta Müqavilədə və ya onun Əlavəsində onun sığortalı qismində çıxış etməsi həmin müqaviləni bağlandığı andan etibarsız edir. Bundan başqa X18 Cəlal oğlunun 2023-cü il 22 oktyabr tarixində avtomobili naməlum şəraitdə kanala aşırdıqdan sonra əldə etdiyi, möhürlənməmiş və qanunvericiliyin tələblərinə uyğun gəlməyən Əlavəni legitim hesab etmir. Qeyd olunanları və qanunvericiliyin tələblərini nəzərə almaqla Şirkət sığorta ödənişinin verilməsindən imtina etmiş və bu barədə Nəbiyev Nizami Cəlal oğluna 2024-cü il 23 yanvar tarixdə rəsmi məktubla məlumat vermişdir. Hazırkı məhkəmə işi üzrə 2024-cü il 01 iyul tarixdə iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi daxil olmuş, 2024-cü il 01 avqust tarixdə ilk hazırlıq iclası keçirilib və təxirə salınıb, 2024-cü il 22 avqust tarixdə ikinci hazırlıq iclası keçirilib və təxirə salınıb, 2024-cü il 03 sentyabr tarixdə üçüncü hazırlıq iclası iddiaçı tərəf iştirak etmədiyindən təxirə salınıb, 2024-cü il 13 sentyabr tarixdə dördüncü hazırlıq iclası keçirilib və ekspertiza təyin edilib. Dördüncü hazırlıq iclasından sonra 9 ay ərzində heç bir məhkəmə prosesi baş verməyib və 2025-ci il 19 iyun tarixdə 5-ci hazırlıq iclası keçirilib, prokurorluğun qərarının əldə edilməsi üçün təxirə salınmışdır. İddiaçı tərəfindən heç bir legitim sübutlar təqdim edilmədiyi halda, həmçinin, iddiaçının təqdim etdiyi və yuxarıda sadalanan bütün qanunvericilik normalarına görə hüquqi qüvvəsi olmayan "xxxx"nin hər hansısa bir formada məhkəmə tərəfindən hüquq qüvvəli sayıldığı halda belə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələbinə əsasən əmlak sığortası üzrə sığorta hadisəsi kimi tanına bilən hadisə və ya hal baş verdiyi anda sığorta marağı mövcud olmadıqda həmin hadisə və ya hal sığorta hadisəsi hesab edilmir və sığortaçı sığorta ödənişi üzrə vəzifələrinin icrasından azad edilir. Sadalanlara və Mülki Məcəllənin 889.7-ci maddəsi ilə müəyyən olunan konkret tələbinə baxmayaraq, məhkəmədə hazırlıq iclasları böyük fasilələr ilə 1 ildən çoxdur ki, davam edir. Əlavə olaraq qeyd edilməlidir ki, “iddiaçı Nəbiyev Nizami Cəlal oğlunun əsl İddiaçı ilə əvəz edilməsi barədə qərardad qəbul edilməsi üçün” 2025-ci il 21 iyul tarixdə iddiaçının vəkili Vəkil2 tərəfindən məhkəməyə ərizə ilə müraciət olunmuşdur. İddiaçının dəyişdirilməsi məhkəmə prosesinə, həmçinin iddiaçı tərəfindən təqdim edilmiş sübutların mahiyyətinə təsir etmir. Belə ki, İddiaçı adı sığorta müqaviləsi ilə bağlı heç bir sənədlərdə qeyd olunmayıb və Şirkət ilə onun arasında qanunvericilikdən və müqavilədən irəli gələn heç bir hüquqi prosedurlar atılmayıb.
a) Məhkəmə prosesi:
8. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil2 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
9. Məhkəmə iclasında cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X14 iddianı qəbul etməyib, etirazların məzmununa uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etdi.
10. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
11. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abdullazadə Orxan Nizami oğlu ifadəsində bildirdi ki, 99NO103 dövlət qeydiyyat nişanlı, “BMW 750” minik markalı avtomobil 3 ilə yaxın onun mülkiyyətində olmuş, dostunun məsləhəti ilə avtomobili kasko sığortası etdirmişdir. Daha sonra maddi vəziyyəti ilə bağlı problemləri olduğuna görə, avtomobili satmışdır. Nəbiyev Nizami avtomobili özü istifadə edəcəyini, lakin alqı-satqının bir xanımın adına rəsmiləşdiriləcəyini ona bildirmiş, onlar da rəsmi qaydada alqı-satqı etmişlər. Alqı-satqı prosesi yekunlaşdıqdan sonra tam xatırlamasa da, təxminən sentyabr ayında avtomobili başqa şəxsə satdığına görə müqavilənin avtomobili sürən Nəbiyev Nizaminin adına keçirilməsi üçün yazılı qaydada cavabdeh şirkətə müraciət etmiş, bir müddət sonra sığorta şirkətinin əməkdaşı sənədin hazır olduğunu ona bildirdiyindən, sənədin əslini alıb Nəbiyev Nizamiyə təqdim etmişdir. Sənədə möhür vurulubvurulmadığını tam xatırlamasa da, sənəddə qarşı tərəfin imzasının olduğunu görmüşdür. İlqar Sərdarovu filial müdiri kimi tanıdığını, şəxsi əlaqəsinin olmadığını, filialda görüşmə ehtimalı olduğunu əlavə etdi.
12. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara və şahid ifadəsinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
13. Avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə KSK********** nömrəli sığorta şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2012-ci il olan “BMW 750” minik markalı, ** NO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 56.000 manat dəyərində xx.xx.2023-xx.xx.2024cü il tarixlərində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığortalanmışdır. Sığortalı və faydalanan şəxs qismində Abdullazadə Orxan Nizami oğlu göstərilmişdir.
14. Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, “BMW 750” minik markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçı həmin nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini xx.xx.2024-cü il tarixədək Nəbiyev Nizami Cəlal oğluna etibar etmişdir.
15. "xxxx" Dövlət Sığorta Kommersiya Şirkətinin “Avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” növü üzrə rəsmiləşdirilmiş KSK********** nömrəli sığorta şəhadətnaməsinə xx.xx.2023-cü il tarixli Əlavədən (KSK**********/001) görünür ki, ** ON *** dövlət qeydiyyat nişanlı avtomobil üzrə sığortalı və faydalanan qismində X7 yeni sığortalı və faydalanan şəxs qismində Nəbiyev Nizami Cəlal oğlu ilə əvəz edilmişdir.
16. Yevlax rayon Polis şöbəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim edilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 11:00 dəqiqədə Yevlax rayonu, Malıbəyli kəndində baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirli – “BMW 750” minik markalı, ** NO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Nəbiyev Nizami Cəlal oğludur (mülkiyyətçisi – İddiaçı). Avtomobil tam nasaz şəkildə sıradan çıxmışdır.
17. “X22” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il qüsur aktından görünür ki, “BMW 750” minik markalı, ** NO *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin məbləği ehtiyat hissələri üzrə 36930 manat, xidmət haqqı üzrə 3930 manat olmaqla, ümumilikdə 40860 manat təşkil edir.
18. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən Nəbiyev Nizami Cəlal oğluna (surəti: Abdullazadə Orxan Nizami oğluna) ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixində, saat 11:00-da Yevlax rayonu, Malıbəyli kəndi ərazisində İddiaçı məxsus olan və Nəbiyev Nizami Cəlal oğlu tərəfindən idarə olunan “BMW 750” minik markalı, ** NO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aşaraq ona maddi zərər dəymişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən sığorta predmeti olan “BMW 750” minik markalı, ** NO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi Abdullazadə Orxan Nizami oğlu sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində dəyişmiş, yəni İddiaçı mülkiyyət hüququ keçmiş, lakin bu barədə sığortalının Azərbaycan Respublikası Mülki Məcəlləsi və “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta Qaydaları”nda nəzərdə tutulmuş vəzifəsi olsa da, sığortalı tərəfindən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə heç bir məlumat verilməmişdir. Sığortalının sığorta predmeti barəsində sığorta marağı mövcud olmadığı üçün sığorta müqaviləsi etibarsız hesab edilmişdir. Beləliklə, qanunvericiliyin tələblərinə əsasən, nəqliyyat vasitəsinə mülkiyyət hüququ xx.xx.2023-cü il tarixində, yəni sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində Abdullazadə Orxan Nizami oğlundan İddiaçı keçdiyi, bu barədə sığortaçıya heç bir məlumat verilmədiyi üçün sığortaçı tərəfindən sığorta risklərinin yenidən qiymətləndirilməsi mümkün olmamış və sığortaçıya məxsus hüquqlar pozulmuşdur. Qanunvericiliyin tələblərinə müvafiq olaraq, sığorta müqaviləsi etibarsız hesab olunduğu üçün sözügedən hadisə ilə bağlı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığorta ödənişinin həyata keçirilməsi mümkün deyildir.
19. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Nəbiyev Nizami tərəfindən vəkil bürosunun hesabına 300 manat məbləğində pul köçürülmüşdür.
20. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 258 (iki yüz əlli səkkiz) manat məbləğində dövlət rüsumu ödənilmişdir.
21. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X23 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “BMW 750” minik markalı, ** NO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdə Abdullazadə Orxan Nizami oğlunun adına qeydiyyata alınmış, xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq İddiaçı adına rəsmiləşdirilmişdir. Sözügedən nəqliyyat vasitəsinin İddiaçı adına rəsmiləşdirilməsinə əsas olmuş alqı-satqı müqaviləsi, əlavə olaraq digər sənədlərin surəti və qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışı göndərilsə də,əvvəlki qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlərin saxlama müddəti bitdiyi üçün onlar müvafiq qaydada məhv edilmişdir. Məktuba əlavə edilmiş nəqliyyat vasitəsinin xx.xx.2023-cü il tarixli alqısatqı müqaviləsindən görünür ki, Abdullazadə Orxan Nizami oğlu “BMW 750” minik markalı, ** NO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 18.000 manata İddiaçı satmışdır.
22. Yevlax rayon prokurorunun müavini, kiçik ədliyyə müşaviri X8 “materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, araşdırma zamanı izahatı alınmış Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 2 saylı filialının sabiq direktoru olmuş X9 izahatında göstərmişdir ki, Nəbiyev Nizami Cəlal oğlunu tanımır, lakin “BMW 750” minik markalı, ** NO *** dövlət qeydiyyat nişanlı avtomobilin əvvəlki sahibi X4 tanıyır və həmin şəxs şirkətin müştərisi olmuşdur. O, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 2 saylı filialının sabiq direktoru olan zaman “BMW 750” minik markalı, ** NO *** dövlət qeydiyyat nişanlı avtomobil həmin filial tərəfindən kasko sığortası edilmişdir. Dəqiq xatırlamadığı tarixdə X7 ona filialda müraciət edərək bildirmişdir ki, “BMW 750” minik markalı, ** NO *** dövlət qeydiyyat nişanlı avtomobili digər bir şəxsə satmışdır və ona görə də sığorta müqaviləsini başqa bir şəxsin adına dəyişdirmək istəyir. Orxan bununla bağlı ərizə yazmış və həmin ərizə baş ofisə göndərilmişdir. Sığorta Şirkətinin baş ofisi tərəfindən sığorta müqaviləsinə əlavə sənəd hazırlanıb onun direktoru olduğu filiala göndərilmişdir. Həmin sənədə baxılan zaman avtomobilin nömrəsinin düzgün yazılmadığı müəyyən edildiyindən yenidən Sığorta Şirkətinin baş ofisinə müraciət etmişlər. Sığorta sənədinə əlavə sənədi baş ofisdə düzələn zaman isə həmin avtomobilin qəza edərək kanala düşməsi barədə məlumat daxil olmuş və həmin maşınla bağlı bütün əməliyyatlar dayandırılmışdır. Lakin onun tərəfindən “Avtomobil nəqliyyat vasitələrinin tam sığortası növü üzrə rəsmiləşdirilmiş KSK********** nömrəli sığorta şəhadətnaməsinə Əlavə” adlanan xx.xx.2023-cü il tarixli sənəd Nizami Nəbiyevə və ya hər hansı bir digər şəxsə verilməmişdir. Həmin sənədin də sonradan Nizami Nəbiyev tərəfindən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinin baş ofisinə necə təqdim edilməsi barədə onun məlumatı yoxdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, “BMW 750 minik” markalı 99NO103 dövlət qeydiyyat nişanlı avtomobilə dair “Avtomobil nəqliyyatı vasitələrinin tam sığortası növü üzrə rəsmiləşdirilmiş KSK********** saylı sığorta şəhadətnaməsinə Əlavə” adlanan xx.xx.2023-cü il tarixli sənəddə həmin avtomobilin dövlət qeydiyyat nömrəsi 99NO103 kimi deyil, ** ON *** olaraq göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinin ləğvetmə komissiyasının sədri Ələskər Əliyevin xx.xx.2024-cü il tarixli 55-02/01-290/2024 nömrəli məktubunda göstərilmiş üzərində avtomobilin nömrəsi düzgün göstərilməyən və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinin 2 saylı filialının sabiq direktoru olmuş X3 imzasının saxtalaşdırıldığı bildirilən “BMW 750 minik” markalı 99NO103 dövlət qeydiyyat nişanlı avtomobilə dair “Avtomobil nəqliyyatı vasitələrinin tam sığortası növü üzrə rəsmiiləşdirilmiş KSK********** saylı sığorta şəhadətnaməsinə Əlavə” adlanan xx.xx.2023-cü il tarixli sənədin Nəbiyev Nizami Cəlal oğlu tərəfindən “BMW 750 minik” markalı 99NO103 dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2023-cü il tarixdə Yevlax rayonu ərazisində qəza etməsi səbəbindən su kanalına düşməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsindən sonrakı tarixlərdə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinin ünvan 4 ünvanında yerləşən baş ofisinə təqdim edildiyindən toplanmış 237C-24 nömrəli material araşdırmanın davam etdirilməsi üçün istintaq aidiyyəti üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsinə göndərilmişdir.
23. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən sənədlərin texniki ekspertizasına dair verilmiş xx.xx.2025-ci il tarixli 5/100 nömrəli ekspert rəyindən görünür ki, rəyin “Tədqiqat prosesinin təsviri” hissəsində qeyd edilmiş səbəblərə görə təqdim edilmiş “Avtomobil nəqliyyatı vasitələrinin tam sığortası növü üzrə rəsmiləşdirilmiş KSK********** nömrəli əlavə” adlı sənədin reproqrafik surətində “Sığortaçı: Azərsığorta” qrafasında olan imzanın köçürülüb-köçürülməməsini (montajının olub-olmamasını) müəyyən etmək mümkün olmamışdır.
24. Ekspertiza xərclərinə dair xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 62 (altmış iki) manat təşkil edir.
25. 1 ədəd diskdə məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Ləğvetmə Komissiyasının üzvü Ələskər Əliyev ilə ex filial direktoru İlqar Sərdarov arasında olan telefon danışığı ayrıca, yazılı formada da təqdim edilmişdir: İlqar: Ələskər: İ: İndi mən bi...Bu mənə zəng vurdu ki, belə elə. Dedim, qardaş, mən onu əgər imzalamışamsa, razılaşmışamsa, möhür də vurub sənədin bir nüsxəsini də imzalatdırıb bir nüsxəsini özümə götürərdim də təbii ki. Ə: Hə, əlbəttə. İ: Bir nüsxəsi də özümdə qalmalıdı, elə deyil? Ə: Hə. İ: Dedim, sən götürmüsən, haradan əldə etmisən bu sənədi? Get, hara istəyirsən müraciət et. Prokuraturadan tutmuş, məhkəməyə. Ə: Bu şeydir e, nədir onun adı, onlar özləri yaxınlaşmışdılar sizə? Yadınızdadır? İ: Yaxınlaşmışdırlar onlar o vaxtı, hə, bunu belə edək, elə edək. Onun səhv etmirəmsə, qəzası olmuşdu. Ə: Hə, qəzası olub... İ: Ona görə dəyişmək istəyirdi başqa adamın adına, bilmədim nə məsələ idi . Bunu da mən bildim. Razılaşmadım. Ə: Bu bir sual verim e sizə, bu qəzası olub onun. O sənəddə qeyd olunan tarixdən sonra qəzası olub əslində. O maşını suya, kanala aşırdıb maşını. Sadəcə yəni həmin vaxt onlar gəlib yaxınlaşıblar, istəyiblər müqaviləni dəyişmək, siz imtina eləmisiniz də müqaviləni dəyişməkdən... İ: Bəli, o, mənə deyir ki, saxlamışdım nə bilim çayın kənarında, sonra orada deyəsən torpaq sürüşüb, maşın aşıb. Ə: Hə, hə... Guya balıq tuturdular... İ: Nağıldır e. Ə: Yox e hə, konkret nağıldır e yəni inanırsınız elə nağıldır ki, yəni heç kəs ona inanası nağıl deyil özü də... İ: Həə, mən də buna dedim ki, qardaş bəs nə ürəyin istəyir elə. 1-cisi dedim get ver prokuraturaya, qoy görək bu sənəd sənin əlinə haradan keçibdir? Mən sənə sənəd təqdim eləmişəm? Yox. Elə deyil. Mənim möhür vurmadığım sənədi sənin imzan olmadan sənə kim təqdim edibdi, biz onu tapaq, ortaya çıxaraq. İnsanam da, məsəl üçün direktoram da, sənəddir, arada soxuşdura bilərlər araya... O məsəl üçün 50 min dəfə olub da, baxırsan ki, a bəs bunu niyə gətirmisən? “Həə, çaşdım zad” işçi deyir də. Olur, olur, belə şeylər olur. Misal, mən onu ola bilər ki, götürüb atmışam o tərəfə, o da götürüb onun şəklini çəkib atıb. Bəlkə də. Bəlkə də, heç mənim imzam deyil, orada nəsə ediblər, oxşadıblar. Bilmirəm nədir. Amma mən o məsələyə razılıq verməmişəm. Razılıq versə idim əgər, imzalı, möhürlü və qarşı tərəfin də imzalı sənədi məndə olardı. Ə: Onların o sığorta müqaviləsi bağlananda, maşının dəyəri 56.000 yazılıb. Halbuki, maşının heç bazar dəyəri 35000-dən yuxarı deyil. İ: İndi. Ə: Elə onda da, keçən yayın söhbətidir də. İ: İndi qiymətləndirmə bizdən asılı olan bir şey deyil... Ə: O indi biz qiymətləndirməni nə əsasında aparırdıq ki, biz o qiymətləndirməni? İ: Anderrayter ... Ə: Anderrayter aparıb , o bir belə yəni nə düşünürsünüz, o sənəd ora hardan gedib çıxa bilər onlara? İmzalı sənəd haradan onlarda ola bilər? İ: Onu cəlb edən qız bilmirəm edər ya etməz. Amma araşdırmaq lazımdır da. Ə: Ola bilər ki, yəni o sənəd sonradan imzalanıb? İ: Sonradan, nə vaxt yəni? Ə: Hə, hə. Hadisədən sonra da. İ: Hadisədən sonra? Ə: Hə. İ: Hadisədən sonra mümkün deyil o... O, imzalanmış bir sənəd sayılır, o əlinə götürəndə onun kozr kimi, üzr istəyirəm, belə bir şey var, getsin, mən ona dedim, get, nə istəyirsən elə o sənədlə. O sənəd keçərli sənəd deyil. Ə: O, sığorta ödənişini almadığına görə bizi məhkəməyə verib. Biz də o sənədi, yəni möhür yoxdur deyə qəbul etmirik. Ancaq məhkəmə bu dəqiqə deyir ki, fərqi nədir? Deyir, imzalayıblar da sənədi. İ: Elə şey olur? Yaxşı qarşı tərəfin imzası hanı? Məndə olan nüsxə hanı? Ə: Bizdə olan nüsxə? Bizdə olan nüsxəni, deyir siz gətirin də. Onu şirkət verməlidi də. O yoxdur axı Şirkətdə. Gətirməyəndə deyəcək gizlədirsən, məhkəmə deyəcək. İ: Yaxşı, onda olan sənədin möhürü hanı? Ə: Deyir, mən bilmirdim möhürlü olmalıdı. İ: Elə şey olur denən? Birinci müqavilədə niyə var denən, ikincidə yoxdur? Ə: Prosta məsələ odur ki, bu təqdim etdiyi müqavilədə də möhür yoxdur. İ: Birinci? Ə: Hə, onun möhürlü müqaviləsi hardadı? İ: Sənədlər hamısı təhvil verilibdir, bütün müqavilələr. Ə: O sənəd hardan çıxa bilər ortaya? Əgər siz bunu imzalamamısınızsa, o sənəd onların əlinə haradan keçib? Haradan keçib onların əlinə o sənəd, niyə keçib onların əlinə o sənəd? Qalmışıq belə. Yəni o sənəd nə sənəddi ortalıqda. Vrodibı, imza var, mən elə sizin o birisi imzalarınızla da baxdım, mən elə-belə gözəyarı hə, görsənir ki, eyni imzadı. Amma Siz deyirsiniz imzalamamısız, möhür yoxdu, möhür vurulmayıb. İ: Mən bunu imzalamışamsa, möhür niyə vurmamışam maraqlıdır. Elə deyək Ə: Vopşim siz onlara imtina eləmişdiniz də əməlli-başlı, ona elə çıxır ki. İ: Bəli, bəli, özü də (eşidilmir sonrası.. 5:05) nə bilim, dedim, qardaş, get, nə istəyirsən, elə . Ə: Yox, yəni ümumiyyətlə onlar müraciət eləyiblər sizə ki, birşey eləyin, nədir onun adı sığortanı dəyişin, siz imtina eləmisiniz... İ: Mən əvvəlcə razılaşmışdım... Ə: Hə. İ: Burda nə problem var ki? Ə: Hə də. Hə, day o qədər müqavilə dəyişirik ki... İ: Bu qəza söhbəti ortaya çıxdı.. Ə: Yox, indi bildim, bildime bu sizə müraciət eləyiblər qəzadan qabaq, yoxsa sonra? İ: Bu bəs onu deyirdim də bayaq, bu müraciət eləyən momentdə qəza söhbəti artıq bilindi ki, qəza olub, ona görə dəyişdirmək istəyir. Ə: Həəə. İ: Ona görə istəyir. Ə: Hə, bunlar müraciət şey eləyiblər qəzadan sonra müraciət ediblər. İ: Bəli. Ə: Prosda o şey, pis nədi, yəni məsələnin o sənəddəki tarix 11 oktyabr qəzadan qabaqdı. İ: Aha... Sənəddəki tarix, bəli... Ə: Qəzadan qabaq. İ: Bilmirəm də, indi mən onu bilmirəm, nə vaxtdı. Amma qəza ııı bunlar müraciət edəndə biz oturduq, danışdıq. Anderraytinqlə ki problem yoxdu, burada problemli nə var ki, burada? Ə: Hə. İ: Amma artıq qəza olduğu ortaya çıxdı Dəyanət müəllimlə də danışdıq. Dəyanət müəllim də mənə dedi ki, hə, mənə də elə deyir, çayın qırağında saxlamışdım torpaq sürüşdü maşın aşdı çaya. Ə: Hə, bu sonradan gəlib istəyib şeyləməyə, nədir onun adı müqaviləyə əlavəni sonradan buraxmaq istiyib. İ: Ondan sonra bəli, bəli. Bunun üstü açıldı ki qəzadan sonra bu pulunu istəyir, ona görə də... Ə: Bəli, bəli. Aydındır. Aydındır. Heç nə, yaxşı, oldu, çox sağ olun. İ: Buyurun. Ə: Hə, sağ olun, sağ olun. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
26. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, 2012-ci il buraxılışlı, “BMW 750” minik markalı, ** NO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 2019-cu ildən Abdullazadə Orxan Nizami oğlunun mülkiyyətində olmuşdur. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, avtomobil Abdullazadə Orxanın mülkiyyətində olan zaman – xx.xx.2023-cü il tarixdə onunla Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti arasında həmin avtomobilə dair 1 il müddətinə tam sığorta müqaviləsi (kasko sığorta) bağlanmış, sığorta şəhadətnaməsində avtomobilin dəyərinin 56.000 manat olması, sığortalı və faydalanan şəxs qismində isə Abdullazadə Orxan göstərilmişdir.
27. Müqavilə qüvvədə olduğu müddət ərzində xx.xx.2023-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında sözügedən avtomobil Abdullazadə Orxan tərəfindən 18.000 manata İddiaçı satılmış, İddiaçı isə 1 gün sonra – xx.xx.2023-cü il tarixli etibarnamə ilə həmin avtomobili xx.xx.2024-cü il tarixədək idarə etmək səlahiyyətini Nəbiyev Nizami Cəlal oğluna vermişdir.
28. X10 istifadəsində olanda – xx.xx.2023-cü il tarixdə Yevlax rayonu ərazisində kanala düşmüş, hadisədə sürücü Nəbiyev Nizami təqsirli bilinmişdir. “X22” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il qüsur aktında avtomobilə cəmi 40.860 manat məbləğində zərər dəyməsi qeyd edilmişdir. Nəbiyev Nizami tam sığorta müqaviləsi (kasko) üzrə nəzərdə tutulmuş məbləği cavabdeh şirkətdən tələb etsə də, cavabdeh xx.xx.2024-cü il tarixli məktubla sığorta ödənişinin həyata keçirilməsinin mümkün olmadığını bildirərək, ona sığorta ödənişini verməkdən imtina etmişdir. Səbəb olaraq isə tam sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində avtomobilin mülkiyyətçisinin dəyişməsi, lakin sığortalı tərəfindən bunun cavabdehə bildirilməməsi, müqavilədə sığortalı və faydalanan şəxs qismində hələ də əvvəlki mülkiyyətçinin adının qeyd olunması, lakin onun artıq sığorta predmetinə marağının olmaması səbəbindən müqavilənin etibarsız sayılması göstərilmişdir.
29. Belə olan halda Nəbiyev Nizami hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tam sığorta məbləğinin və məhkəmə xərclərinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. O, "xxxx" Dövlət Sığorta Kommersiya Şirkətinin “Avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” növü üzrə rəsmiləşdirilmiş KSK********** nömrəli sığorta şəhadətnaməsinə xx.xx.2023-cü il tarixli Əlavə adlı sənədin surətini məhkəməyə təqdim edib, həmin sənəddə sığortalı və faydalanan qismində X2 yeni sığortalı və faydalanan şəxs qismində Nəbiyev Nizami Cəlal oğlu ilə əvəz edilməsinin qeyd edilməsinə istinad etmişdir. Cavabdeh tərəf isə həmin sənədin bir nüsxəsinin onlarda olmadığını, iddiaçı tərəfindən sənədin əslinin təqdim edilməli olduğunu, təqdim edilmiş sənəddə möhürün olmadığını bildirərək, sənədin mötəbərliyini mübahisələndirmişdir.
30. Məhkəmə araşdırmaları zamanı sənədin əslinin təqdim edilməsi dəfələrlə iddiaçı tərəfə təklif edilsə də, iddiaçı tərəf sənədin əslinin onlara verilmədiyini, cavabdehdə qaldığını, onlara yalnız bu surətin verildiyini bildirmişdir. Buna görə də məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə bu sənədin əslinin təqdim edilməsi cavabdehdən tələb edilmiş, lakin cavabdeh tərəf bütün məhkəmə iclaslarında eyni mövqeyi nümayiş etdirərək, onlarda həmin sənədin olmadığını bildirmiş, bu məsələ ilə bağlı araşdırma aparılması üçün prokurorluğa da müraciət etmişdir. Prokurorluqda aparılan araşdırma zamanı sənəddə imzasının olduğu iddia edilən, cavabdeh şirkətin filial direktoru olmuş X6 izahatında bildirmişdir ki, avtomobilin əvvəlki mülkiyyətçisi Abdullazadə Orxan şirkətin müştərisi olduğundan onu tanımışdır, tarixini dəqiq xatırlmasa da, onun maşını satması ilə bağlı müqavilənin başqa şəxsin adına keçirilməsi üçün yazdığı ərizənin baş ofisə göndərilməsini, baş ofis tərəfindən müvafiq əlavənin hazırlanıb filiala göndərilməsini, lakin əlavə adlanan sənəddə avtomobilin nömrəsinin düzgün yazılmaması səbəbindən imzalamamasını, sənədə baş ofisdə düzəliş edilən zaman avtomobilin kanala düşməsi ilə bağlı məlumatın daxil olması səbəbindən bütün əməliyyatların dayandırılmasını xatırlayır.
31. Məhkəməyə təqdim edilmiş surətdə olan imzanın köçürmə (montaj) olub-olmaması, habelə cavabdeh şirkətin filial direktoru X5 məxsus olub-olmamasını müəyyən etmək məqsədilə iş üzrə müvafiq ekspertizalar təyin edilsə də, aparılmış ekspertiza tədqiqatı zamanı bu halların heç birini müəyyən etmək mümkün olmamışdır.
32. X6 üçüncü şəxs qismində işə cəlb edilərək, məhkəmə iclaslarına dəvət edilsə də, heç bir məhkəmə iclasına gəlməmiş, məsələ ilə bağlı münasibət bildirməmişdir. Onunla cavabdeh şirkətin ləğvetmə komissiyasının üzvünün arasındakı telefon danışığı həm audioyazı, həm də mətn formasında məhkəməyə təqdim edilmişdir. Bir sözlə, cavabdeh tərəf birmənalı şəkildə bu sənədin əslinin iddiaçıda olmalı olduğunu, məhkəməyə təqdim edilməsinin də iddiaçının vəzifəsi olduğunu bildirmiş, iddiaçı tərəf isə əsl olan sənədin ona verilmədiyini qeyd etmişdir. Lakin iddiaçı tərəfin vəsatəti əsasında hazırkı məhkəmə iclasında şahid qismində dindirilmiş avtomobilin əvvəlki mülkiyyətçisi olmuş Abdullazadə Orxan sənədin əslini şəxsən cavabdeh şirkətin filialından alıb Nəbiyev Nizamiyə təqdim etdiyini bildirmişdir. Belə olan halda, iddiaçı tərəfin izahatları ilə onun vəsatəti əsasında məhkəmə iclasında dindirilmiş şahidin ifadəsi arasında ziddiyyət yaranmışdır. Belə ki, əgər iddiaçı tərəfin dediyi kimi sənədin əsli təqdim edilməmişdirsə, onda şahidin sənədin əslini Nəbiyev Nizamiyə verməsi ilə bağlı verdiyi ifadə mötəbər hesab oluna bilməz. Əgər əksinə, şahidin dediyi kimi sənədin əsli onun tərəfindən Nəbiyev Nizamiyə təqdim edilmişdirsə, onda şahid ifadəsi mötəbər sayılır və belə çıxır ki, iddiaçı öz sübutetmə vəzifəsini yerinə yetirməkdən boyun qaçırır. Hər iki halda da iddiaçı tərəfindən surəti təqdim edilmiş sənədin mötəbər hesab olunması üçün əsas yaranmır. Çünki cavabdeh tərəfin məsələ ilə bağlı prokurorluğa müraciət etməsi, filial direktoru olmuş hazırkı iş üzrə üçüncü şəxsin prokurorluqda verdiyi izahatda əvvəlki mülkiyyətçinin yazılı qaydada şirkətə müraciət etməsini danmaması, lakin nömrənin səhv yazıldığı sənədi imzalamayıb baş ofisə qaytarmasını deməsi iddiaçı tərəfə münasibətdə cavabdeh tərəfin daha səmimi davranmasının və məsələnin ədalətli həlli naminə prosessual hüquqlardan vicdanla istifadə edərək, prosessual vəzifələrinin düzgün yerinə yetirilməsinin göstəricisidir. Yuxarıda qeyd edilənləri müqayisəli şəkildə araşdıran məhkəmə iddiaçı tərəfin təqdim etdiyi əlavə adlı sənədin, o cümlədən şahid ifadəsinin mötəbər olmamasını müəyyən etmiş, bununla da avtomobilin mülkiyyətçisi dəyişdikdən qəza baş verənə qədər ötən 4 aya yaxın müddət ərzində bu barədə məlumatın cavabdeh şirkətə verilməsini, müqavilədə sığortalı və faydalanan şəxsin yeni şəxslə əvəz edilməsini təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Üçüncü şəxsin prokurorluqdakı izahatında tarixi dəqiq xatırlamadığını və sənədə düzəliş edilən zaman artıq qəzanın baş verməsi barədə məlumatın daxil olmasını, bu səbəbdən sənədləşmənin dayandırılmasını bildirməsi, iddiaçının şahidinin isə əvvəlcə tarixi dəqiq xatırlmadağını deyib, sonradan ziddiyyətli ifadə verməsi, xüsusən təqdim edilmiş əlavənin üzərinə yazılan tarixin qəza tarixindən 11 gün əvvəl olması, halbuki həmin tarixdə artıq avtomobilin özgəninkiləşdirilməsindən artıq 4 aya yaxın müddət keçməsi, yəni əvvəlki mülkiyyətçinin 4 aydan sonra və qəzadan çox az müddət əvvəl bu barədə şirkətə müraciət etməsinin ağlabatan olmaması – bütün bu faktiki hallar da ona dəlalət edir ki, mülkiyyətçi dəyişəndən sonra müqavilə ilə müəyyən edilmiş müddət ərzində bu barədə lazımi qaydada məlumat verilmədiyinə görə, cavabdeh şirkətlə əvvəlki və yeni mülkiyyətçi arasında müvafiq rəsmiləşdirmə aparılmamışdır.
33. Məhkəmə tərəfindən o da müəyyən edilmişdir ki, 2023-cü ilin fevral ayında – tam sığorta müqaviləsi bağlanan zaman 2012-ci il buraxılışlı avtomobilin 56.000 manat dəyərində olması göstərilmiş, bundan cəmi 5 ay sonra bağlanmış alqı-satqı müqaviləsində isə avtomobil 18.000 manata satılmış, bundan 4 aya yaxın müddət keçdikdən sonra isə baş vermiş qəza ilə bağlı əldə edilmiş qüsur aktında avtomobilə 40.860 manat məbləğində ziyan dəyməsi qeyd edilmişdir. Bu ziddiyyətli rəqəmlər onu göstərir ki, ya sığorta müqaviləsi bağlanan zaman və qüsur aktı tərtib edilən zaman, ya da ki alqı-satqı müqaviləsi bağlanan zaman dürüst davranılmamışdır. Hansı məbləğin reallığı əks etdirdiyini obyektiv şəkildə müəyyən etmək üçün iş üzrə müvafiq ekspertizalar təyin edilsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspertizaların aparılmasından hər dəfə imtina edilmişdir. İddiaçı avtomobilin cavabdeh şirkətin əməkdaşlıq etdiyi servisdə saxlandığını, cavabdeh şirkət isə elektron ərizə təqdim edərək, servislə təhvil-təslim zamanı avtomobilini götürməsini iddiaçı tərəfdən tələb etsə də, onun hərəkətsiz qaldığını bildirmişdir. Beləliklə, avtomobilin həqiqi dəyəri, habelə qəzadan sonra tamamilə məhv olub-olmaması faktları da iddiaçı tərəfindən müvafiq qaydada sübuta yetirilməmişdir.
34. Cavabdeh qəzanın planlaşdırılmış, yoxsa kortəbii şəkildə baş verməsini mübahisələndirsə də, iş materiallarında bu faktı müəyyən etməyə dəlalət edən heç bir mötəbər sübut olmamışdır. Lakin kanala balıq tutmağa gedilən zaman yüksək təhlükə mənbəyi olan avtomobilin torpaq sürüşməsi nəticəsində kanala düşəcək qədər kanala yaxın saxlanması nə ağlabatan, nə də ki inandırıcı hesab olunur.
35. Qeyd olunmalıdır ki, məhkəmə araşdırmaları dövründə iddiaçının (Nəbiyev Nizami – avtomobili etibarnamə əsasında istifadə edən) əsl iddiaçı (İddiaçı – mülkiyyətçi) ilə əvəz edilməsi ilə bağlı verilmiş ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. c) Məhkəmənin mövqeyi:
36. Məhkəmə iddia tələbinin “56.000 manat məbləğində sığorta ödənişinin cavabdehdən tutulması” hissəsinə münasibətdə hesab edir ki, tam sığorta müqaviləsi qüvvədə olduğu müddət ərzində mübahisə predmeti olan avtomobilin mülkiyyətçisinin dəyişməsi, lakin müqavilə ilə müəyyən edilmiş müddət ərzində sığorta şirkətinə bu barədə məlumat verilməməsi, bununla da, yeni mülkiyyətçi (və ya avtomobili istifadə edən şəxs) ilə sığorta şirkəti arasında hər hansı bir müqaviləyə dəyişiklik, əlavə və s. rəsmiləşdirilməməsi mübahisəsiz olaraq müəyyən edildiyindən, tələbin bu hissəsi təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfin bu tələbin əsası kimi istinad etdiyi əlavə adlı sənəd də, şahid ifadəsi də məhkəmə tərəfindən mötəbər sayılmamış və iddiaçının tələbi ilə əlaqədar sübutetmə üzrə vəzifəsini vicdanla yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən edilmişdir. Hazırkı qətnamənin 26-35-ci bəndlərində müəyyən edilən bütün hallar iddia tələbinin əsassız olması və iddiaçının tələbi ilə əlaqədar heç bir mötəbər sübutu məhkəməyə təqdim etməməsi nəticəsinə gəlməyə əsas verdiyindən məhkəmə hesab edir ki, iddia tələbinin bu hissəsi təmin edilməməlidir.
37. İddia tələbinin “dövlət rüsumu və hüquqi yardım xərcinin cavabdehdən tutulması” hissəsinə münasibətdə isə qeyd edilməlidir ki, bu tələb prosessual xarakterli tələb olmaqla, iddia tələbinin təmin (qismən) edilib-edilməməsindən asılıdır. Belə ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, dövlət rüsumu və hüquqi yardım xərci məhkəmə xərclərinin tərkibinə daxildir, məhkəmə xərcləri isə ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq bölüşdürülməlidir. Deməli, hazırkı iş üzrə iddia tələbinin əsas hissəsi təmin edilmədiyindən, məhkəmə xərclərinin ödənilməsi barədə hazırkı tələb də təmin edilməməlidir.
38. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
39. Məhkəmə onu da qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
40. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
41. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:
42. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 889.1. Sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə şəxsin maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir. Maddə 889.2. Sığorta marağının mövcudluğu qanunla və ya mülki-hüquqi müqavilə ilə tanınır. Şəxslə sığorta predmeti arasında bu cür tanınan əlaqə yoxdursa, sığorta marağının mövcud olmadığı hesab edilir. Maddə 889.6. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığorta marağı itərsə, sığorta müqaviləsinə xitam verilməlidir. Maddə 889.7. Əmlak sığortası üzrə sığorta hadisəsi kimi tanına bilən hadisə və ya hal baş verdiyi anda sığorta marağı mövcud olmadıqda həmin hadisə və ya hal sığorta hadisəsi hesab edilmir və sığortaçı sığorta ödənişi üzrə vəzifələrinin icrasından azad edilir. Maddə 909.1. Sığortalı sığorta müqaviləsi bağlayarkən istənilən şəxsi (şəxsləri) faydalanan şəxs kimi təyin etmək, habelə sığorta hadisəsi baş verənədək onu dəyişdirmək hüququna malikdir. Girov və lizinq münasibətlərinin şərti kimi tətbiq edilən sığorta müqavilələri üzrə faydalanan şəxs (şəxslər) müvafiq olaraq girov saxlayanın və ya lizinq verənin razılığı ilə təyin edilə və ya dəyişdirilə bilər. Maddə 911.2. Sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. Maddə 912.1. Sığortalı bu Məcəllənin 911.2-ci maddəsinə uyğun olaraq bildirilmiş hallarla bağlı sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan bütün dəyişikliklər barədə sığortaçıya və ya sığortaçının adından çıxış edən sığorta vasitəçisinə məlumat verməlidir. Maddə 919.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir: 919.1.4. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda, yaxud sığorta müqaviləsində digər hal nəzərdə tutulmamışdırsa, sığortalanmış əmlak özgəninkiləşdirilərkən sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etdikdə; əmlak özgəninkiləşdirilərkən sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etmədikdə əlavə sığorta haqqı ödənilmədən sığorta müqaviləsi üzrə sığortalı dəyişdirilir; 919.1.8. sığorta marağı artıq mövcud olmadıqda və s. Maddə 920. Bu Məcəllənin 919-cu maddəsində göstərilən hallarda sığorta müqaviləsinə xitam verilməsi üçün əsas olan şərait yarandıqda bu Məcəllənin 920.2-ci maddəsi nəzərə alınmaqla müqaviləyə xitam verilməsində maraqlı olan tərəf dərhal digər tərəfi bu barədə xəbərdar etməlidir. Sığorta müqaviləsinə bu Məcəllənin 919.1.9-cu maddəsinə uyğun olaraq sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən çox müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl) tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir. Maddə 922. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. Maddə 935.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: 935.1.8. baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi;
43. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014cü il tarixli Q-20 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta Qaydaları”: 2.0.20-ci bənd. Avtomobilin istifadəsi – avtomobilin yollarda, həmçinin yollara bitişik olan və nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş həyətlərdə, yaşayış massivlərində, nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş dayanacaqlarda, yanacaqdoldurma məntəqələrində, müəssisə və təşkilatların ərazilərində və digər ərazilərdə istismarı nəzərdə tutulur. Avtomobildə quraşdırılmış, lakin onun yol hərəkətində iştirakı ilə birbaşa bağlı olmayan cihazların istismarı nəqliyyat vasitəsinin istifadəsi hesab edilmir. 9.2-ci bənd. Sığortalının vəzifələri: 9.2.5. Sığorta müqaviləsi bağlandıqdan sonra həmin müqavilənin qüvvədə olduğu müddət ərzində sığorta riskinin dəyişməsinə təsir göstərə bilən aşağıdakı hallar barədə bildiyi və ya bilməli olduğu tarixdən 5 iş günü müddətində bu barədə sığortaçıya yazılı məlumat vermək: 9.2.5.1. avtomobilin özgəninkiləşdirilməsi, onun icarəyə verilməsi və ya ona olan mülkiyyət hüquqlarının digər formada itirilməsi və ya məhdudlaşması; 9.2.6. sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində avtomobilin bu Qaydaların 5.3-cü bəndində nəzərdə tutulmuş halda sığorta müqaviləsində sığorta olunan qismində göstərilməyən şəxslərə avtomobili idarəetmə hüququnun verilməsindən əvvəl qeyd olunan hallara görə sığorta təminatının sığorta müqaviləsinə daxil edilməsi üçün sığortaçıya yazılı məlumat vermək. 11.1-ci bənd. Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir: 11.1.7. sığortalının avtomobilə münasibətdə sığorta marağı artıq mövcud olmadıqda. 17.1-ci bənd. Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmursa, aşağıdakılara münasibətdə sığorta təminatı verilmir: 17.1.1.9. avtomobilin sığorta ərazisindən kənarda istismar olunması. 28-ci maddə. Sığortalıya bu Qaydalar əsasında aşağıdakı bəndlərin birində və ya bir neçəsində qeyd olunan risklər nəticəsində avtomobilə dəyə bilən zərərlərdən sığorta təminatı verilir: 28.1.1. avtonəqliyyat hadisəsi – avtomobilin istifadəsi nəticəsində baş verən, ölüm və bədən xəsarəti ilə nəticələnən, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, habelə hər hansı digər əmlakın zədələnməsinə səbəb olan hadisələr; 28.1.2. atılmış və ya düşmüş əşya – avtomobilin hissələrinə zərər vurmadan rəng örtüyünün nöqtələr şəklində zədələnməsi halı istisna olmaqla, avtomobilin xarici səthinə daş, qar, buz və digər əşyaların atılması, dəyməsi və ya düşməsi; 28.1.3. üçüncü şəxsin qanunazidd hərəkəti; 28.1.4. oğurluq, quldurluq, qaçırma və soyğunçuluq; 28.1.5. yanğın və partlayış - a) yanğın – alovlanma mənbəyindən asılı olmayaraq maddi ziyan vuran yanma, o cümlədən yüksək temperaturun, yanğın məhsullarının, eləcə də yanğının söndürülməsi üçün istifadə olunmuş su, köpük və digər vasitələrin təsiri, habelə yanğının birbaşa təsiri; b) partlayış – qazların genişlənməyə meylliliyi nəticəsində böyük həcmdə enerjinin qısa müddət ərzində məhdud ölçülü məkandan sürətlə çıxaraq azad olması prosesi; 28.1.6. təbii fəlakət – sel, daşqın, zəlzələ, fırtına, qasırğa, tufan, dolu və digər təbii hadisələr; 28.1.7. heyvanların hərəkəti – avtomobilin salonuna vurulan zərərlər istisna olmaqla, heyvanların və quşların hərəkəti. 28.1.8. avtokasko – bu Qaydaların 28.1.1-28.1.7-ci yarımbəndlərində göstərilən risklərin məcmusu.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 115.0.1. Ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
45. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir.
46. Məhkəmə mülki prosessual qanunvericiliyin xərclərin bölüşdürülməsi barədə tələbinə əsasən məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə də qiymət verməyi zəruri hesab edir. Belə ki, xərclərin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən bu məsələyə qiymət verilməsi üçün tərəflərin tələbinə zərurət yoxdur. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən, keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 62 manat məbləğində pul da iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
Nəticə:
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 62 (altmış iki) manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova