Məhkəmə qərarları › İş №e-2(006)-3375/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3375/2025

07.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3375/2025 07.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək: - xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “Play station 5” üçün 854 (səkkiz yüz əlli dörd) manat ödənilməmiş hissə, 85.4 (səksən beş manat qırx qəpik) manat cərimə; - xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “PS5 Dualsense” oyun pultu üçün 50 (əlli) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə; - xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “PS5 Dualsense” oyun pultu üçün 50 (əlli) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə; - xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “PS5 Dualsense” oyun pultu üçün 50 (əlli) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə; - xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “LG 43UR80006LJ” televizor üçün 1222.88 (min iki yüz iyirmi iki manat səksən səkkiz qəpik) manat ödənilməmiş hissə, 122.29 (yüz iyirmi iki manat iyirmi doqquz qəpik) manat cərimə; - xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “Play station 5” oyun konsolu, “Zəmanət +2 il” xidməti üçün 30 (otuz) manat ödənilməmiş hissə olmaqla, ümumilikdə 3538.57 manat borc və 55.39 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024cü il tarixli müqavilələrə əsasən, “Play station 5”, “PS5 Dualsense” oyun pultu, “PS5 Dualsense” oyun pultu, “PS5 Dualsense” oyun pultu, “LG 43UR80006LJ” televizor, “Paket M” xidməti almış və nəticədə 3538.57 manat (üç min beş yüz otuz səkkiz manat əlli yeddi qəpik) borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1464 (min dörd yüz altmış dörd) manat (12 ay x 122 manat + 0 manat ilkin ödəniş) olan “Play station 5” üçün 939.4 (doqquz yüz otuz doqquz manat qırx qəpik) manat olmaqla, ondan 854 (səkkiz yüz əlli dörd) manat ödənilməmiş hissə, 85.4 (səksən beş manat qırx qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 150 (yüz əlli) manat (6 ay x 25 manat + 0 manat ilkin ödəniş) olan “PS5 Dualsense” oyun pultu üçün 55 (əlli beş) manat olmaqla, ondan 50 (əlli) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 150 (yüz əlli) manat (6 ay x 25 manat + 0 manat ilkin ödəniş) olan “PS5 Dualsense” oyun pultu üçün 55 (əlli beş) manat olmaqla, ondan 50 (əlli) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 150 (yüz əlli) manat (6 ay x 25 manat + 0 manat ilkin ödəniş) olan “PS5 Dualsense” oyun pultu üçün 55 (əlli beş) manat olmaqla, ondan 50 (əlli) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1350 (min üç yüz əlli) manat (15 ay x 90 manat + 0 manat ilkin ödəniş) olan “LG 43UR80006LJ” televizor üçün 1089 (min səksən doqquz) manat olmaqla, ondan 1222.88 (min iki yüz iyirmi iki manat səksən səkkiz) manat ödənilməmiş hissə, 122.29 (yüz iyirmi iki manat iyirmi doqquz qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1693 (min altı yüz doxsan üç) manat (18 ay x 94 manat + 1 manat ilkin ödəniş) olan “Play station 5” oyun konsolu və “Zəmanət +2 il” xidməti üçün 1345.17 (min üç yüz qırx beş manat on yeddi qəpik) manat olmaqla, ondan 1222.88 (min iki yüz iyirmi iki manat səksən səkkiz qəpik) manat ödənilməmiş hissə, 122.29 (yüz iyirmi iki manat iyirmi doqquz qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1740.12 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin ona göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut sənədlər: tərəflər arasında bağlanılmış müqavilələr, onların əlavəsi, bildirişləri, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir.

3. İddiaçı MMC tərəfindən “iddia ərizəsinin dəqiqləşdirilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edilərək: - xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “Play station 5” üçün 854 manat ödənilməmiş hissə, 85.4 manat cərimə; - xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “PS5 Dualsense” oyun pultu üçün 50 manat ödənilməmiş hissə, 5 manat cərimə; - xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “PS5 Dualsense” oyun pultu üçün 50 manat ödənilməmiş hissə, 5 manat cərimə; - xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “PS5 Dualsense” oyun pultu üçün 50 manat ödənilməmiş hissə, 5.00 manat cərimə; - xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “LG” markalı televizor üçün 990 manat ödənilməmiş hissə, 99 manat cərimə; - xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “Play station 5” oyun konsolu, “Zəmanət +2 il” xidməti üçün 1222.88 manat ödənilməmiş hissə, 122.29 manat cərimə olmaqla, ümumilikdə 3538.57 manat borc və 55.39 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

a) Məhkəmə prosesi:

5. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Cavabdeh isə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) İş materialları:

7. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 13687312 nömrəli müqavilədən və ona əlavədən görünür ki, İddiaçı “Play station 5” adlı məhsulu Cavabdeh 1464 manata satmış və Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür.

8. Əşyaların xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 13687312 nömrəli müqavilə üzrə məhsulu tam qüsursuz halda təhvil almışdır.

9. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 03858985 nömrəli müqavilədən və ona əlavədən görünür ki, İddiaçı “PS5 Dualsense” adlı məhsulu Cavabdeh 150 manata satmış və Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 6 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür.

10. Əşyaların xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 03858985 nömrəli müqavilə üzrə məhsulu tam qüsursuz halda təhvil almışdır.

11. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 02027985 nömrəli müqavilədən və ona əlavədən görünür ki, İddiaçı “PS5 Dualsense” adlı məhsulu Cavabdeh 150 manata satmış və Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 6 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür.

12. Əşyaların xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 02027985 nömrəli müqavilə üzrə məhsulu tam qüsursuz halda təhvil almışdır.

13. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 03937994 nömrəli müqavilədən və ona əlavədən görünür ki, İddiaçı “PS5 Dualsense” adlı məhsulu Cavabdeh 150 manata satmış və Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 6 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür.

14. Əşyaların xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 03937994 nömrəli müqavilə üzrə məhsulu tam qüsursuz halda təhvil almışdır.

15. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 02986446 nömrəli müqavilədən və ona əlavədən görünür ki, İddiaçı “LG 43UR80006LJ” adlı məhsulu Cavabdeh 1350 manata satmış və Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 15 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür.

16. Əşyaların xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 02986446 nömrəli müqavilə üzrə məhsulu tam qüsursuz halda təhvil almışdır.

17. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 03768863 nömrəli müqavilədən və ona əlavədən görünür ki, İddiaçı “Play station 5” oyun konsolu, ödənişin təminatı xidməti və “Zəmanət+2 il” xidməti adlı məhsulları Cavabdeh 1693.03 manata satmış və Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür.

18. Əşyaların xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 03768863 nömrəli müqavilə üzrə məhsulları tam qüsursuz halda təhvil almışdır.

19. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehin üzərinə götürdüyü öhdəlikləri pozduğu üçün yuxarıda göstərilən malları iddiaçıya tam saz və korlanmış vəziyyətdə qaytarmalı olduğu, bu zaman qaytarılan malın birtərəfli qaydada şirkət tərəfindən qiymətləndiriləcəyi, bu mümkün olmadıqda, malın müqaviləyə əlavədə qeyd olunmuş dəyərinin tam şəkildə ödənilməli olduğu barədə məlumat verilmişdir.

20. xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 854 manat ödənilməmiş məbləğ, 85.4 manat cərimə olmaqla, cəmi 939.4 manat; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 50 manat ödənilməmiş məbləğ, 5 manat cərimə olmaqla, cəmi 55 manat; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 50 manat ödənilməmiş məbləğ, 5 manat cərimə olmaqla, cəmi 55 manat; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 50 manat ödənilməmiş məbləğ, 5 manat cərimə olmaqla, cəmi 55 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 990 manat ödənilməmiş məbləğ, 99 manat cərimə olmaqla, cəmi 1089 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1222.88 manat ödənilməmiş məbləğ, 122.29 manat cərimə olmaqla, cəmi 1345.17 manat, ümumilikdə isə 3538.57 manat məbləğində borcu vardır.

21. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə cəmi 55,39 manat dövlət rüsumu ödənilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

22. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı MMC ilə cavabdeh Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, iddiaçı müxtəlif növ məhsulları cavabdehə satmış, cavabdeh alınmış əşyaların əvəzində müqavilələr ilə müəyyənləşdirilmiş pul məbləğlərini hissə-hissə müvafiq olaraq 12 ay, 6 ay, 6 ay, 6 ay, 15 ay və 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüş, lakin edilən xəbərdarlığa baxmayaraq, cavabdeh tərəfindən müqavilələr üzrə öhdəliklər tam icra edilməmiş, nəticədə onun həmin müqavilələr üzrə iddiaçıya borcu yaranmışdır.

23. Hazırda iddiaçı aralarında bağlanmış müqavilələr üzrə yaranmış borcun cavabdehdən tutulmasını xahiş edir.

c) Məhkəmənin mövqeyi:

24. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında nisyə alqı-satqı müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İş materiallarından müəyyən edilir ki, iddiaçı müqavilələr üzrə öhdəliyini icra etsə də, cavabdeh müqavilələrin şərtlərini əhəmiyyətli dərəcədə pozaraq aylıq ödənişləri gecikdirmişdir. Buna görə də cavabdehin hərəkətləri mülki qanunvericiliyin normaları baxımından öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir.

25. İddia tələbinin “müqavilələr üzrə əsas borcun ödənilməsi” hissəsində əsaslı olmasını, müvafiq sübutlarla (müqavilələr, əlavələr, maliyyə arayışı və s.) təsdiq olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi müqavilələr üzrə “əsas borc” hissəsində təmin edilməlidir.

26. Məhkəmə iddia tələbinin “xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələr” üzrə “dəbbə pulunun ödənilməsi” hissəsinə münasibətdə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə həmin müqavilələr üzrə tələb edilən dəbbə pulunun miqdarını tənasübsüz surətdə yüksək kimi qiymətləndirərək belə nəticəyə gəlir ki: - xx.xx.2024-cü il tarixli 13687312 nömrəli müqavilə üzrə 85.4 manat dəbbə pulunun məbləği 45 manat məbləğinədək; - xx.xx.2024-cü il tarixli, 02986446 nömrəli müqavilə üzrə 99 manat dəbbə pulunun məbləği 50 manat məbləğinədək; - xx.xx.2024-cü il tarixli, 03768863 nömrəli müqavilə üzrə 122.29 manat dəbbə pulunun məbləği 60 manat məbləğinədək azaldılmalıdır.

d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:

27. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; Maddə 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər; Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

29. Beləliklə, məhkəmə mülki və mülki prosessual qanunvericiliyin yuxarıda qeyd edilən normalara əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh: - xx.xx.2024-cü il tarixli 13687312 nömrəli müqavilə üzrə 854 (səkkiz yüz əlli dörd) manat ödənilməmiş məbləğ, 45 (qırx beş) manat cərimə; - xx.xx.2024-cü il tarixli 03858985 nömrəli müqavilə üzrə 50 (əlli) manat ödənilməmiş məbləğ, 5 (beş) manat cərimə; - xx.xx.2024-cü il tarixli 02027985 nömrəli müqavilə üzrə 50 (əlli) manat ödənilməmiş məbləğ, 5 (beş) manat cərimə; - xx.xx.2024-cü il tarixli 03937994 nömrəli müqavilə üzrə 50 (əlli) manat ödənilməmiş məbləğ, 5 (beş) manat cərimə; - xx.xx.2024-cü il tarixli 02986446 nömrəli müqavilə üzrə 990 (doqquz yüz doxsan) manat ödənilməmiş məbləğ, 50 (əlli) manat cərimə; - xx.xx.2024-cü il tarixli 03768863 nömrəli müqavilə üzrə 1.222,88 (bir min iki yüz iyirmi iki manat səksən səkkiz qəpik) manat ödənilməmiş məbləğ, 60 (altmış) manat cərimə olmaqla, cəmi 3.386,88 (üç min üç yüz səksən altı manat səksən səkkiz qəpik) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

30. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun 53 (əlli üç) manat hissəsi cavabdehdən alınaraq iddiaçıya verilməli, qalan hissəsi isə iddiaçıya aid edilməlidir.

Nəticə:

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 854 (səkkiz yüz əlli dörd) manat ödənilməmiş məbləğ, 45 (qırx beş) manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 50 (əlli) manat ödənilməmiş məbləğ, 5 (beş) manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 50 (əlli) manat ödənilməmiş məbləğ, 5 (beş) manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 50 (əlli) manat ödənilməmiş məbləğ, 5 (beş) manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 990 (doqquz yüz doxsan) manat ödənilməmiş məbləğ, 50 (əlli) manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1.222,88 (bir min iki yüz iyirmi iki manat səksən səkkiz qəpik) manat ödənilməmiş məbləğ, 60 (altmış) manat cərimə olmaqla, cəmi 3.386,88 (üç min üç yüz səksən altı manat səksən səkkiz qəpik) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə verilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 53 (əlli üç) manat hissəsi Cavabdeh alınaraq İddiaçı MMC-yə verilsin, qalan hissəsi İddiaçı MMC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar