Məhkəmə qərarları › İş №e-2(006)-3388/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3388/2022

10.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3388/2022 10.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, ərizəçinin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi İddiaçı ““hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 25 sentyabr 1990-cı il tarixli, 6/290 nömrəli qərarının 4 nömrəli əlavəsində (208 nömrəli Ləiş bağ-tikinti kooperativi üzvlərinin siyahısı) X6 aid olan hissənin X9 məxsus olması və bu əlavənin 9 nömrəli sətrinin “X10” kimi oxunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi İddiaçı 13 sentyabr 1967-ci il tarixdə X7 rəsmi nikah bağlamış və Z.Kantemirovun ölümünə qədər onunla nikahda olmuşdur. 26 sentyabr 2021-ci il tarixdə X10 pnevmoniyadan (Covid-19) ölmüşdür. Ərizəçi birinci növbə vərəsə olaraq özü və iki uşağı 5 saylı notariat ofisinə müraciət edərək, Z.Kantemirovun mülkiyyətində olan daşınmaz əmlaka öz vərəsəlik hüquqlarını rəsmiləşdirmiş və bu barədə 05 may 2022-ci il tarixli “qanun üzrə X12” şəhadətnamə almışlar. Bakı şəhər Sovet İcraiyyə Komitəsinin 25 sentyabr 1990-cı il tarixli 6/290 nömrəli qərarı ilə 208 nömrəli Ləiş bağ-tikinti kooperativinin üzvlərinin siyahısı təsdiq edilmiş və kooperativin üzvlərinə bağ sahələri ayrılmışdır. Zaur Kantemirov da həmin kooperativin üzvü olmuş və ona 0,12 hektar torpaq sahəsinin ayrılması (3045 nömrəli bağ) barədə order verilmişdir. Lakin, ərizəçi həmin bağa hüquqların rəsmiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, rəsmiləşdirməni həyata keçirə bilməmişdir. Belə ki, rəsmiləşdirmənin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə müraciət edilmişdir. X13 çıxarışı təqdim etdikdə müəyyən edilmişdir ki, X11 atasının adı İslam (İslamoviç) deyil, İsmayıl (İsmayıloviç) kimi qeyd edilmişdir. Bu səbəbdən də, maraqlı şəxs həmin çıxarışı qəbul etməkdən və rəsmiləşdirməni həyata keçirməkdən imtina etmişdir. Hazırda Qərarda düzəlişin edilməsi mümkün deyil. Düzəliş olmadan isə, maraqlı şəxs rəsmiləşdirməni həyata keçirməyəcək. Bunu nəzərə alaraq, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi zəruriyyəti yaranmışdır. Məhkəmə baxış iclasında iştirak edən ərizəçilərin nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Mülki iş üzrə maraqlı şəxs qismində çıxış edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 25 sentyabr 1990-cı il tarixli, 6/290 nömrəli qərarının 4 nömrəli əlavəsində (208 nömrəli Ləiş bağ-tikinti kooperativi üzvlərinin siyahısı) X9 aid olan hissə Kantəmirov Zaur İmayıloviç kimi yazılmışdır. İş materiallarında olan Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 208 №-li Kooperativin 9 №-li orderinin surətindən görünür ki, X9 Bakı Şəhər İcraiyyə Komitəsinin 25 sentyabr 1990-cı il tarixli, 6/290 №li qərarına əsasən, Ləhiş bağları sahəsində 0,12 hektar torpaq sahəsi, 3045 №-li bağ ayrılıb. İş materiallarında olan AR X3 surətindən görünür ki, şəxsin ad, soyad və ata adı “X10” kimi qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ 223621 nömrəli Ölüm haqqında Şəhadətnamənin qanunla müəyyən olunmuş qaydada təsdiqlənmiş surətindən görünür ki, X10 xx.xx.2021-ci il tarixdə, törədicisi müəyyən olunmamış digər pnevmoniya səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 1012 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AЗ № 086131 seriyalı, 13 sentyabr 1967-ci il tarixli Evlənmək haqqında Şəhadətnamənin qanunla müəyyən olunmuş qaydada təsdiqlənmiş surətindən görünür ki, X10 ilə X14 xx.xx.1967-ci il tarixdə nikaha daxil olmuşlar. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Qanun üzrə X1 müəyyən olunmuş qaydada təsdiqlənmiş surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X8 vərəsələri: ünvan 1 ünvanında qeydiyyatda olan arvadı İddiaçı; Rusiya Federasiyası Vətəndaşı qızı X4; ünvan 2 ünvanında qeydiyyatda olan oğlu X5. İş materiallarından göründüyü kimi, mərhum X8 soyadı şəxsiyyət vəsiqəsində, ölüm haqqında şəhadətnamədə və digər sənədlərdə “İslamoviç”, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 25 sentyabr 1990-cı il tarixli, 6/290 nömrəli qərarının 4 nömrəli əlavəsində isə “İmayıloviç” kimi yazılmışdır. Göründüyü kimi, yuxarıda qeyd olunan səbəbdən ərizəçi mərhumun qanun üzrə vərəsəsi kimi öz hüquqlarını həyata keçirə bilmir və həmin yanlışlığa ərizəçidən asılı olmayan səbəblərdən yol verilmişdir. Qeyd edilən faktı təsdiq edən sənədləri digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi həmin faktı başqa qaydada müəyyən edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2, 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 saylı Qərarının (bundan sonra – Qərar) 6 və 6.1-ci bəndlərinə görə, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın – yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi – şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi – həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü – məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Məhkəmə iclasında izahat, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 25 sentyabr 1990-cı il tarixli, 6/290 nömrəli qərarının 4 nömrəli əlavəsində yanlışlığa yol verilərək, “İslamoviç” əvəzinə “İmayıloviç” qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 25 sentyabr 1990-cı il tarixli, 6/290 nömrəli qərarının 4 nömrəli əlavəsində (208 nömrəli Ləiş bağ-tikinti kooperativi üzvlərinin siyahısı) X6 aid olan hissə X9 məxsus olması müəyyən edilməli və bu əlavənin 9 nömrəli sətri “X10” kimi oxunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 25 sentyabr 1990-cı il tarixli, 6/290 nömrəli qərarının 4 nömrəli əlavəsində (208 nömrəli Ləiş bağ-tikinti kooperativi üzvlərinin siyahısı) X6 aid olan hissə X9 məxsus olması müəyyən edilsin və bu əlavənin 9 nömrəli sətri “X10” kimi oxunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar