Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3397/2022 08.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə, İddiaçı ”TAB” MMC-nin Cavabdeh qarşı “pulun tutulması” barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, STN03-3864 № alqı-satqı müqaviləsindən irəli gələn müddəalar əsasında – 273 (iki yüz yetmiş üç) manat əsas borc, 81.90 (səksən bir manat, doxsan qəpik) manat dəbbə pulu (cərimə borcu), MOB09-0078 № alqı-satqı müqaviləsindən irəli gələn müddəalar əsasında – 273 (iki yüz yetmiş üç) manat əsas borc, 81.90 (səksən bir manat, doxsan qəpik) manat dəbbə pulu (cərimə borcu) və məhkəməyə ödənilən 30 manat dövlət rüsumu ilə birlikdə ümumilikdə, 739.80 (yeddi yüz otuz doqquz manat, səksən qəpik) manat pul məbləği Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixində STN03-3864 saylı alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən “Texnoplus” mağazasından Cavabdeh 547 manat dəyərində hamam aksesuarı almışdır. Müqavilə 79 manat ilkin ödəniş, 12 aylıq ödəmə şərtilə bağlanmışdır. Müqaviləyə əsasən borclu qalıq 468 manat ümumi məbləği 12 ay ödəniş etmək şərti ilə hər ay 39 manat ödəniş etməli idi. Cavabdeh ödəniş tarixçəsi belədir: 1)xx.xx.2019-39 azn 2)xx.xx.2019-39 azn 3)xx.xx.2020-78 azn 4)xx.xx.2020-39 azn Cavabdeh cəmi 195 azn ödəniş etmişdir. Qalıq borcu- 273 azn təşkil edir. Qalı borc 273 azn olaraq qalır. Gecikdirmə ilə əlaqədar xx.xx.2022-ci il tarixə qədər yaranan dəbbə borcu isə 81.90 azn təşkil edir. Bundan başqa təkrarən İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixində MOB09-0078 saylı alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən “Texnoplus” mağazasından Cavabdeh 508 manat dəyərində “Samsung SM-A205 Red 32 GB” markalı mobil telefon kreditə almışdır. Müqavilə 40 manata ilkin ödəniş, 12 aylıq ödəmə şərtilə bağlanmışdır. Müqaviləyə əsasən qalıq borcu qalıq 468 azn ümumi məbləği 12 ay ödəniş etmək şərtilə hər ay 39 azn ödəniş etməli idi. Cavabdeh ödəniş tarixçəsi belədir: 1)xx.xx.2019-39 azn 2)xx.xx.2019-39 azn 3)xx.xx.2020-39 azn 4)xx.xx.2020-39 azn 5)xx.xx.2020-39 azn Cavabdeh cəmi 195 azn ödəniş etmişdir. Qalıq borcu -273 azn təşkil edir. Qalıq borc 273 azn olaraq qalır. Gecikdirmə ilə əlaqədar xx.xx.2020-ci il tarixinə qədər yaranan dəbbə borcu isə 81.90 azn təşkil edir. STN03-3864 № alqı-satqı müqavilə üzrə-273 azn əsas borc, 81.90 azn dəbbə borcu və MOB09-0078 № alqı-satqı müqavilə üzrə -273 azn əsas borc, 81.90 azn dəbbə pulu və məhkəməyə ödənilən 30 manat dövlət rüsumu ilə birlikdə İddiaçı MMC-yə cavabdeh tərəfindən 739.80 manat ödənilməlidir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5- ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2019cu il tarixli alqı-satqı müqaviləsinə əsasən, “Texnoplus” mağazasından Cavabdeh 547 manat dəyərində hamam aksesuarı almışdır. Müqavilə 79 manat ilkin ödəniş, 12 aylıq ödəmə şərtilə bağlanmışdır. Müqaviləyə əsasən borclu qalıq 468 manat ümumi məbləği 12 ay ödəniş etmək şərti ilə hər ay 39 manat ödənilməli idi. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli, MOB09-0078 saylı müqavilə üzrə ödənilməli borc məbləği 468 azn, aylıq ödəniş 39 azn, ödənilmiş məbləğ 195 azn, ödənilməmiş əsas borc məbləği 273 azn, cərimə üzrə borc məbləği 81.90 azn təşkil edir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2019cu il tarixli alqı-satqı müqaviləsinə əsasən, “Texnoplus” mağazasından Cavabdeh 508 manat dəyərində “Samsung SM-A205 Red 32 GB” markalı mobil telefon kreditə almışdır. Müqavilə 40 manata ilkin ödəniş, 12 aylıq ödəmə şərtilə bağlanmışdır. Müqaviləyə əsasən qalıq borcu qalıq 468 azn ümumi məbləği 12 ay ödəniş etmək şərtilə hər ay 39 azn ödəniş edilməli idi. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli, MOB09-0078 saylı müqavilə üzrə ödənilməli borc məbləği 468 azn, aylıq ödəniş 39 azn, ödənilmiş məbləğ 195 azn, ödənilməmiş əsas borc məbləği 273 azn, cərimə üzrə borc məbləği 81.90 azn təşkil edir. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh, müqavilənin şərtlərini pozmuş, kredit ödənişlərini qrafikə uyğun həyata keçirməmiş, bununla da kredit öhdəliklərini lazımınca icra etməmişdir. Öhdəliklərin icra edilməməsi nəticəsində cavabdehin 31 may 2022-ci il tarixinə İddiaçı MMC-yə 273 manat məbləğində əsas borcu, 81.90 manat cərimə borcu, cəmi 354.90 manat borcu yaranmışdır. Cavabdeh borcunu qısa zamanda ödəmədiyi halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. TAB» MMC tərəfindən Cavabdeh ünvanlanmış digər xx.xx.2022-ci il tarixli pretenziya məktubundan isə görünür ki, cavabdeh, müqavilənin şərtlərini pozmuş, kredit ödənişlərini qrafikə uyğun həyata keçirməmiş, bununla da kredit öhdəliklərini lazımınca icra etməmişdir. Öhdəliklərin icra edilməməsi nəticəsində cavabdehin 31 may 2022-ci il tarixinə İddiaçı MMC-yə 273 manat məbləğində əsas borcu, 81.90 manat cərimə borcu, cəmi 354.90 manat borcu yaranmışdır. Cavabdeh borcunu qısa zamanda ödəmədiyi halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, cavabdeh xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 (otuz) manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. STN03-3864 № alqı-satqı müqaviləsindən irəli gələn müddəalar əsasında – 273 (iki yüz yetmiş üç) manat əsas borc, 81.90 (səksən bir manat, doxsan qəpik) manat dəbbə pulu (cərimə borcu), MOB09-0078 № alqı-satqı müqaviləsindən irəli gələn müddəalar əsasında – 273 (iki yüz yetmiş üç) manat əsas borc, 81.90 (səksən bir manat, doxsan qəpik) manat dəbbə pulu (cərimə borcu) və məhkəməyə ödənilən 30 manat dövlət rüsumu ilə birlikdə ümumilikdə, 739.80 (yeddi yüz otuz doqquz manat, səksən qəpik) manat pul məbləği Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-3397/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3397/2022
08.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver