Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3398/2021 19.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil, İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı “Nəsimi-8” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nümayəndəsi X6 iştirakı ilə, İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh “Nəsimi-8” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı «borcun silinməsi və s.» tələbinə dair, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı “Nəsimi-8” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdeh İddiaçı qarşı «kommunal borcların ödənilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Nəsimi-8” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı «borcun silinməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, ev 21 ünvanında yerləşən 59 saylı mənzildən istifadə hüququna qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması, cavabdeh tərəfindən qanunsuz olaraq hesablanmış 3485,00 manat məbləğində borcun silinməsi və iddiaçı tərəfindən ödənilmiş 30.00 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “Nəsimi-8” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti cavabdeh İddiaçı qarşı «kommunal borcların ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzil üçün cavabdeh üzərində yaranmış 3485 manat borcun iddiaçının fonduna məcburi qaydada ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı, cavabdeh tərəfindən idarə olunan Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, ev 21 ünvanında inşa edilmiş çox mənzilli yaşayış binasından 59 saylı mənzili almışdır. Həmin mənzilə dair cavabdeh tərəfindən 16.02.2021ci il tarixdə iddiaçıya bildiriş ünvanlanaraq bildirilmişdir ki, guya 59 nömrəli mənzil üzrə 3485,00 manat kommunal borcu mövcuddur. İddiaçı həmin bildirişə 18.02.2021-ci il tarixdə cavab məktubu göndərərək xahiş etmişdir ki, cavabdeh tərəfindən kommunal xidmətlərin göstərilməsi ilə bağlı aralarında bağlanmış müqavilələri və cavabdeh tərəfindən mülkiyyətçi ilə bağlanmış hər hansı müqavilələr təqdim edilsin. Daha sonra iddiaçı 25.02.2021-ci il tarixdə təkrar müraciət edərək, 2017-ci ilin sentyabr ayından bu günə qədər həmin mənzildə yaşayış olub-olmadığı barədə Arayış təqdim edilməsini xahiş etmişdir. Lakin heç bir müraciətinə cavab verilməmişdir. Daha sonra cavabdehin komendatı Azər adlı şəxs ilə görüşərək həmin binada yaşamadığı üçün heç bir kommunal xidmətdən istifadə etmədiyini və bu səbəbdən də cavabdehə heç bir borcum olmadığını bildirmiş və rəsmi qaydada göndərdiyi məktubların cavablandırılmasını xahiş etmişdir. Lakin cavabdeh vicdansızcasına bildirmişdir ki, onun heç bir məktubunu cavablandırmayacaq və mənzilə dair kommunal borcunun olduğunu və ödəməyəcəyi təqdirdə onu mənzilə buraxmayaraq məhkəməyə verəcəklərini bildirmişdir. Həmçinin cavabdeh kommunal xidmətlərin verilməsi dayandırmış və onu mülkiyyətinə daxil olmasına məhdudiyyətlər tətbiq etmişdir. Qeyd olunan hal iddiaçının Konstitusion və Mənzil Məcəlləsi ilə təsdiq olunan hüquqlarının cavabdeh tərəfindən kobudcasına pozulmasını sübut edir. Belə ki, mülkiyyətində olan mənzilə daxil olmasını məhdudlaşdırmaqla cavabdeh iddiaçının Azərbaycan Respublikasının Konstitusiyası ilə təsdiq olunan mülkiyyət hüququnu pozur. Qanunsuz olaraq hesablanan kommunal borc isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.03.2000-ci il tarixli 40 nömrəli Qərarına və Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyası tərəfindən təsdiq edilmiş “Ciddi hesabat blanklarının tətbiqi və uçotunun aparılması Qaydaları”na tamamilə ziddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.03.2000-ci il tarixli 40 nömrəli Qərarına əsasən mənzil-kommunal xidmətlərinə görə tariflər təsdiq edilməsinə baxmayaraq, cavabdeh bu qərarı heçə saymaqla özündən tarif müəyyən etmişdir. Cavabdehlə iddiaçı arasında hər hansı bir müqavilə imzalanmamışdır və borcun olması, eyni zamanda hesablanması qaydası barədə iddiaçıya hər hansı ciddi hesabat blankı təqdim edilməmişdir. Cavabdeh Mənzil Məcəlləsinin və “Ciddi hesabat blanklarının tətbiqi və uçotunun aparılması Qaydaları”nı heçə saymaqla qanun pozuntularma yol verir. Həmçinin ciddi hesabat blankını təqdim etməyərək mənzil mülkiyyətçilərindən qanunsuz olaraq topladığı yığımları vergidən də yayındırır. Odur ki, cavabdehin hərəkətlərini və onun tərəfindən hesablanmış borcun qanunsuz olduğunu hesab edir və məhkəmə tərəfindən ədalətli qərar qəbul edilməsi zərurətinin olduğunu güman edir. İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ilkin iddia tələbini müdafiə edərək, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı “Nəsimi-8” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, 980-ci məhəllə, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Xan Şuşinski küçəsi 12 və Süleyman Rüstəm küçəsi 61 ünvanlarında yerləşən və "xxxx" MTK tərəfindən inşa etdiyi çoxmənzilli (272 mənzil) yaşayış kompleksi yerləşir. 05 noyabr 2008-ci il tarixli, 583 saylı “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda Dövlət qəbul komissiyasının aktı” əsasında yaşayış kompleksi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 26 dekabr 2008-ci il tarixində 672 saylı sərəncamla təstiq edilmişdir. 28 aprel 2017-ci il tarixindən etibarən yaşayış kompleksinin sakinləri Azərbaycan Respublikasının mövcud Qanunlarına uyğun olaraq 1117-MM4-0044 saylı dövlət qeydiyyatından keçərək “Nəsimi-8” Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti yaratmışdırlar. Yaşayış kompleksində, 28.04.2017-ci il tarixindən etibarən sakinlərə təhlükəsizliyə nəzarət, təmizlik xidmətləri, məişət tullantılarının yığılması, lift-servis, kompleksin mərkəzi işıqlandırılması, mənzillərə mərkəzləşdirilmiş isti və soyuq suyun (məişət) verilməsi, binaların ümumi əmlakının saxlanılması, istismarı, təmiri və sair xidmətlər təşkil və təmin olunmuş, bu xidmətlərin məsrəflərini və digər xərcləri nəzərə alaraq sahə mülkiyyətçiləri tərəfindən ödəniləcək aylıq haqların məbləği: 3 otaqlı mənzillər (165 kv.m) üçün 65 manat; 4 otaqlı mənzillər (205 kv.m) üçün 85 (səksən beş) manat təyin olunmuşdur. Lakin, sözügedən çoxmənzilli yaşayış binalarınn keçmiş sakini İddiaçı uzun illərdir ki, kommunal xərclərini qəsdən ödəməmiş və bununla da “Nəsimi-8” Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinə problemlər yaşatmışdır. Dəfələrlə mənzil sahibinə Blidirişlər göndərilməsinə baxmayaraq, o, müxtəlif səbəblər gətirərək ödəniş etməkdən daimi yayınmış və hətta bildirmişdir ki, bu mənzili tezliklə sataraq “Nəsimi-8 Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinə yaranmış borcunu ödəməyəcəkdir. İddiaçı fevral 2021-ci ildə mənzili satmış, mənzilin yeni sahibinə heç bildirməmişdir ki, məhz “Nəsimi-8” Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinə borcları vardır. İddiaçı mənzilini sataraq aradan çıxmış və bununla da o, çoxmənzilli yaşayış kompleksində yaşayan digər mənzil sahiblərinin hüquqlarını pozmuş olmuşdur. Axı bu illər ərzində İddiaçı mənzilində yaşamış, bütün kommunal xidmətlərdən istifadə etmiş və sonralar mənzilini satışa çıxarmış, müştərilərini belə kommunal xidmətlərdən istifadə edərək mənzilinə çıxarmış (lift vasitəsilə) və nəhayət mənzilini sataraq aradan çıxmışdır. Hazırda ünvan 1 saylı mənzilin sahibi X11r ki, mənzilin əvvəlki sahibi İddiaçı fevral 2021-ci ildə mənzili sataraq “Nəsimi-8” Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinə olan kommunal borclarım ödəməyərək aradan çıxmışdır. İddiaçı əvvələr məxsus olan mənzil 4 otaqlı olduğundan o, bu mənzil üçün hər ay 85 manat kommunal xərclərini ödəməli olduğundan onun fevral 2021-ci ilə olan borcu 3485 manat təşkil edir ki, bu borc “Nəsimi-8” Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin fonduna ödənilməlidir. İddiaçı ilə “Nəsimi-8” Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti arasında kommunal xidmətlərin ödənilməsi barədə müqavilə bağlanmasa da, kommunal xidmətlərin miqdarı ilə bağlı məsələ mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti üzvlərinin ümumi yığıncağının qərarına əsasən öz təsdiqini tapmışdır. Ümumi yığıncaqda qəbul edilmiş qərarın icrası, İddiaçı ümumi yığıncaqda iştirak etmədiyi halda da, onlar üçün də məcburi olduğundan, “Nəsimi-8” Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti İddiaçı kommunal xərclərin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, “Nəsimi-8” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin 153 sahə mülkiyyətçisi iştirak etmiş ümumi yığıncağının 01.05.2017-ci il tarixli qərarından görünür ki, “Nəsimi-8” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin təsis edilməsi, Nəsimi-8”mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin nizamnaməsinin təsdiq edilməsi, “Nəsimi-8” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin idarəetmə orqanlarının formalaşdırılması, o cümlədən sədrin seçilməsi, “ünvan 2 ünvanının müəyyən edilməsi, “ünvan 3eydiyyatı ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi ilə bağlı səlahiyyətli şəxsin seçilməsi ilə bağlı gündəlikdə duran məsələlər müzakirə edilərək, Nəsimi-8” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin təsis edilməsi, “Nəsimi-8” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin nizamnaməsinin təsdiq edilməsi yekdilliklə qərara alınmışdır. “Nəsimi-8”mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin ali idarəetmə orqanı iştirakçılarının ümumi yığıncağıdır. "Nəsimi-8” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin idarə heyətinin sədri X2. Kompleksdə, 01.05.2017-ci il tarixindən etibarən sakinlərə təhlükəsizliyə nəzarət, təmizlik xidmətləri, məişət tullantılarının yığılması, liftservis, kompleksin mərkəzi işıqlandırılması, mənzillərə mərkəzləşdirilmiş isti və soyuq suyun (məişət) verilməsi, binaların ümumi əmlakının saxlanılması, istismarı və sair xidmətlər təşkil və təmin olunmuş, bu xidmətlərin məsrəflərini və digər xərcləri nəzərə alaraq sahə mülkiyyətçiləri tərəfindən ödəniləcək aylıq haqların məbləği: 3 otaqlı mənzillər (65 kv.m) üçün 65 (altmış beş) manat: 4 otaqlı mənzillər (205 kv.m) üçün 85 (səksən beş) manat təyin olunmuşdur. Sahə mülkiyyətçilərinin 28.04.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş, 28.04.2017-ciil tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmış «NƏSİMİ-8» Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nizamnaməsinin təsdiq edilmiş surətindən görünür ki, cəmiyyətin yaradılmasının əsas məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən, bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərin yerinə yetirilməsi üçün fəaliyyət növlərini həyata keçirməkdən ibarətdir. Bu məqsədlərə çatmaq üçün cəmiyyət yaşayış binasının cəmiyyət iştirakçılarının ümumi istifadəsində olan daxili və xarici kommunal xidmətləri təchizatı xəttlərinin və digər qurğu və avadanlıqlarının təmiri və lazım gələrsə, bərpa edilərək daim işlək vəziyyətdə saxlanması, yaşayış binasının binadaxili istilik və elektrik enerjisi, təbii qaz, lift, məişət tullantıları və kanalizasiya xidmətləri təchizatı qurğuları və xəttlərinin təmir və ya bərpa olunması və onların işlək vəziyyətdə saxlanılması, yaşayış binasının daxili və xarici divarlarının, zirzəmi və damlarının, həmiçinin giriş bloklarının təmir olunması və işıqlandırılması, yaşayış binasının sərəncamında olan onun həyətyanı sahəsinin abadlaşdırılması, istirahət və uşaqlar üçün əyləncə qurğularının quraşdırılması, həyətyanı sahənin yaşıllaşdırılması, yaşayış binasının sakinlərinin rifahının yaxşılaşdırılmasına yönəldilən digər tədbirlərin həyata keçirilməsi və belə tədbirlərin görülməsi üçün müqavilə əsasında özəl operatorun və ya hər hansı podratçının cəlb olunması, yaşayış binasının sakinlərinin ümumi maraqlarına cavab verən və mövcud qanunvericiliklə qadağan olunmayan digər xidmətlərin göstərilməsi, işlərin görülməsi və fəaliyyət növlərinin həyata keçirilməsi kimi fəaliyyət növlərini həyata keçirir. İddiaçı kompleksdə təyin olunmuş aylıq ödənişlərlə sentyabr 2017ci il tarixindən məlumatlıdır və bu tariflərin mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin 153 sahə mülkiyyətçisi iştirak etmiş ümumi yığıncağının qərarı olduğunu tam anlayır. Sadəcə məqsədi müxtəlif yalan və bəhanələrlə təyin edilmiş öhdəliklərdən yayınmaq, “Nəsimi-8” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin istər əvvəlki, istərsə də hazırki sədrinə müxtəlif böhtanlar ataraq, hədə-qorxular edərək ödənişlərdən yayınmaqdır. Yaranmış borclarla bağlı qarşılıqlı iddia üzrə cavabdehə dəfələrlə ünvanlandırdığı Bildirişlərə münasibət bildirsə də ödəniş etməkdən daimi olaraq yayınmış və bugünə qədər də ödəməmişdir. Lakin, “Nəsimi-8” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti Qanunun Aliliyinə tam inanaraq, sakinlər arasında heç bir ayrı-seçkilik etmədən bütün sakinləri Qanuna riayət etməyə çağırır. «NƏSİMİ-8» Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nizamnaməsinin 8.3-cü bəndinə əsasən cəmiyyətin idarə heyəti ən azı üç üzvdən ibarət olmaqla cəmiyyətin iştirakçılarının ümumi yığıncağında cəmiyyətin iştirakçıları sırasından nizamnamə ilə müəyyən edilmiş, lakin iki ildən artıq olmayan müddətə seçilir. Cəmiyyətin qanuni təmsilçisi seçilmiş X1 müddəti 28.04.2019-cu il tarixdə başa çatmışdır. “Nəsimi-8” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin 156 sahə mülkiyyətçisi iştirak etmiş ümumi yığıncağının 27 iyun 2019-cu il tarixli protokolundan görünür ki, “Nəsimi-8” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin idarəetmə orqanlarının formalaşdırılması, o cümlədən sədrin seçilməsi; “Nəsimi-8” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti dövlət qeydiyyatı ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi ilə bağlı səlahiyyətli şəxsin seçilməsi, yaşayış kompleksində görüləcək yenidənqurma, abadlaşdırılma və müxtəlif təkmilləşdirmə işləri haqqında; yaşayış kompleksinin aşağı və yuxarı həyətlərində sakinlərin şəxsi avtomobillərinin parkinq kimi istifadə edilməsi haqqında; yaşayış kompleksinin binalarının liftlərindən istifadənin kart sistemi vasitəsi ilə istifadə olunması haqqında, sahə mülkiyyətçilərinə cəmiyyət tərəfindən göstərilən xidmətlər və bunun müqabilində ödəniləcək aylıq ödənişlərin məbləğinin təyin və təsdiq olunması ilə bağlı gündəlikdə duran məsələlər müzakirə edilərək səs çoxluğu ilə “Nəsimi-8” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti idarə heyətinin 11 nəfərdən ibarət tərkibdə seçilməsi qərara alınmışdır. “Nəsimi-8” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti idarə heyətinin sədri X3. “Nəsimi-8” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti dövlət qeydiyyatı ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət edilməsi, bununla əlaqədar bütün zəruri sənədlərin imzalanması və təqdim olunması üzrə səlahiyyətli şəxs X3. Kompleksdə, sakinlərə təhlükəsizliyə nəzarət, təmizlik xidmətləri, məişət tullantılarının yığılması, liftservis, kompleksin mərkəzi işıqlandırılması, mənzillərə mərkəzləşdirilmiş isti və soyuq suyun (məişət) verilməsi, binaların ümumi əmlakının saxlanılması, istismarı və sair xidmətlər təşkil və təmin olunmuş, bu xidmətlərin məsrəflərini və digər xərcləri nəzərə alaraq sahə mülkiyyətçiləri tərəfindən ödəniləcək aylıq haqların məbləği: 3 otaqlı mənzillər üçün - 65 (altmış beş) manat; 4 otaqlı mənzillər üçün - 85 (səksən beş) manat təyin olunmuşdur. İki il keçməsinə baxmayaraq, müxtəlif çətinliklərlə üzləşməsinə baxmayaraq, bir çox təmir materiallarının bahalaşması, minimum əmək haqqının artması və sair kimi amillərə baxmayaraq, “Nəsimi-8” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti 01.04.2017-ci il tarixində təyin olunmuş aylıq ödəniş tariflərini qaldırmamış, sakinlərdən yeganə xahişi əl-ələ verərək yaşayış kompleksini daha da abadlaşdırmaq, birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini istəyir. Lakin göstəlirən bütün faktiki halların müəyyən edilməsinə baxmayaraq İddiaçı nəinki qanunla müəyyən edilmiş və 156 sahə mülkiyyətçilərinin iradəsi ilə təyin edilmiş aylıq ödənişləri nəinki yerinə yetirmir, hətta müxtəlif yollarla “Nəsimi-8” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin qanuni idarəetməsinə mane olur. İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı “Nəsimi-8” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nümayəndəsi X8 məhkəmə iclasında qarşılıqlı iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən qarşılıqlı iddianın təmin edilməsi və ilkin iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Qeyri-kommersiya qurumlarının Dövlət reyestrindən çıxarışdan görünür ki, “Nəsimi- 8” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti 28.04.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. “Nəsimi-8” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin ümumi yığıncağının 27.06.2019-cu il tarixli protokol qərarından görünür ki, kompleksdə, sakinlərə təhlükəsizliyə nəzarət, təmizlik xidmətləri, məişət tullantılarının yığılması, lift-servis, kompleksin mərkəzi işıqlandırılması, mənzillərə mərkəzləşdirilmiş isti və soyuq suyun (məişət) verilməsi, binaların ümumi əmlakının saxlanılması, istismarı və sair xidmətlərin məsrəflərini və digər xərcləri nəzərə alaraq sahə mülkiyyətçiləri tərəfindən ödəniləcək aylıq haqların məbləği: 3 otaqlı mənzillər üçün 65 manat, 4 otaqlı mənzillər üçün 85 manat təyin olunmuşdur. 28.09.2017-ci il tarixli RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. 12.02.2021-ci il tarixli ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil daşınmaz əmlakın dövlət reyestrində X10 adına qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, ev 21 ünvanında yerləşən çoxmənzilli yaşayış kompleksinin sakinləri tərəfindən təşkil edilmiş “Nəsimi-8” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti 28.04.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmış və Cəmiyyətin ümumi yığıncağının qərarı ilə kompleksdə, müəyyən xidmətlərin məsrəfləri və digər xərcləri nəzərə alınaraq sahə mülkiyyətçiləri tərəfindən ödəniləcək aylıq haqların məbləği: 3 otaqlı mənzillər üçün 65 manat, 4 otaqlı mənzillər üçün 85 manat təyin olunmuşdur. İlkin iddia üzrə İddiaçı həmin kompleksdə yerləşən 59 saylı mənzilin mülkiyyətçisi olmuş, 2021-ci ilin fevral ayında həmin mənzili X5 və hazırda mənzil X10 mülkiyyətində olmaqla 12.02.2021-ci il tarixli ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışla rəsmiləşdirilmişdir. İddiaçı mənzilin mülkiyyətçisi olduğu 2017-ci ilin sentyabr ayından 2021-ci ilin fevral ayınadək olan dövrdə kommunal xidmətlərə görə 3485 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 141.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 141.2.2-mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 126.9-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının təşkili, keçirilməsi, səsvermə, qərar qəbul edilməsi və digər məsələlərlə bağlı bu Məcəllənin 44- 47-ci maddələrinin müvafiq müddəaları bu maddənin xüsusiyyətləri nəzərə alınmaqla tətbiq edilir. Həmin Məcəllənin 125.1 -ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və bu Məcəllə, həmçinin nizamnamə ilə müəyyən edilmiş qaydada çağırılır. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının səlahiyyətləri aşağıdakılardır: 125.2.3-cəmiyyətin idarə heyətini və təftiş komissiyasını (müfəttişi) seçmək; 125.2.4-cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək. Göründüyü kimi, “Nəsimi-8” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin qərarları ilə kompleksdə, sakinlərə təhlükəsizliyə nəzarət, təmizlik xidmətldəri, məişət tullantılarının yığılması, lift-servis, kompleksin mərkəzi işıqlandırılması, mənzillərə mərkəzləşdirilmiş isti və soyuq suyun (məişət) verilməsi, binaların ümumi əmlakının saxlanılması, istismarı və.s bu xidmətlərin məsrəflərini və digər xərcləri nəzərə alaraq, sahə mülkiyyətçiləri tərəfindən ödəniləcək aylıq haqları 3 otaqlı mənzilə görə 65,0 manat, 4 otaqlı mənzilə görə 85,0 manat müəyyən olunması qərara alınmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra - ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Həmin Məcəllənin 137.5-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. Həmin Məcəllənin 45.5-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. Məhkəmə ilkin iddia tələbinin mənzildən istifadə hüququna qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması hissəsinə hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia üzrə iddiaçı istifadə hüququna qoyulmuş məhdudiyyətlərin nədən ibarət olmasını da əsaslandıra bilməmiş, eyni zamanda bu halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bundan əlavə məhkəmə tədqiqatı zamanı mənzilin ilkin iddia üzrə iddiaçı tərəfindən 2021-ci il fevral ayında X4 və hazırda mənzilin mülkiyyətçisinin X15 olması müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi göstərilən hissədə təmin oluna bilməz. Məhkəmə ilkin iddia tələbinin borcun silinməsi hissəsinə, eyni zamanda həmin tələbin qarşılıqlı ödənilməsinə yönəlmiş qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 29 dekabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmətin təşkilində sərbəstdirlər və istədikləri təşkilatla müqavilə bağlamaqda azaddırlar. Mənzil Məcəlləsinin 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Bununla yanaşı nəzərə alınmalıdır ki, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir (Mənzil Məcəlləsinin 137.10-cu maddəsi). Öz növbəsində həmin Məcəllənin 142.1 -ci maddəsi imperativ qaydada göstərir ki, çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanmalıdır. Qeyd olunan maddədə bu müqaviləyə dair tələblər də göstərilmişdir. Çoxmənzilli yaşayış sahələrində mənzil mülkiyyətçilərinin binaya aid ümumi yerlərdən və vasitələrdən (binanın fasadı, zirzəmisi, dəhlizi, lifti, damı və s.) birgə istifadə etmək ehtiyacı, həmin yaşayış binasının birgə idarə edilməsi zərurətini yaradır. Mənzil Məcəlləsinin 141.1 -ci maddəsinə müvafiq olaraq, çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir.Beləliklə, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin əlverişli və təhlükəsiz yaşamalarının təmin edilməsi və binanın ümumi əmlakından birgə istifadə edilməsinin tənzimlənməsini təmin etmək məqsədilə, Mənzil Məcəlləsinin 141.2-ci maddəsində mülkiyyətçilərin binanın idarə edilməsi üsulunu seçmək vəzifəsi nəzərdə tutulmuşdur.Həmin maddədə çoxmənzilli binanın idarə edilməsi üsulu üç formada nəzərdə tutulur:binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi;mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi;idarəedici təşkilat tərəfindən idarə edilməsi.Beləliklə, binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər. (Mənzil Məcəlləsinin 141.3-cü maddəsi). Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər...Çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti vasitəsilə həyata keçirilir. Mənzil Məcəlləsinin 119.1 -ci maddəsində qeyd edilir ki, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir.Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq qaydada mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü nəzərdə tutmur. Belə ki, Məcəllənin 121.1 -ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onları ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsindən azad etmir. Mənzil Məcəlləsinin 137.5ci maddəsində qeyd edilir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənziltikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər.İcrası məcburi olan qərarlar, yalnız çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qərar qəbul edilməsi nəticəsində yarana bilər. Bu xüsusilə kommunal xidmət haqqının müəyyən edilməsinə aiddir.Mənzil Məcəlləsinin 138.4cü maddəsində göstərilir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənziltikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı həmin binanın sahə mülkiyyətçilərinin Mənzil Məcəlləsinin 44-47-ci maddələrində müəyyənləşdirilən qaydada keçirilən ümumi yığıncağında bir ildən az olmayan müddətə müəyyən edilir. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında və ya Mənzil Məcəlləsində (126.9 və 44- 47-ci maddələr) nəzərdə tutulan qaydada qəbul edilmiş qərar əsasında ödəməlidirlər. Hazırki halda, iddiaçı ilə cavabdeh arasında yazılı müqavilə olmasa da, ali orqan olan ümumi yığıncağın qərarı mövcuddur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, ilkin iddia tələbi borcun silinməsi hissəsində rədd olunmalı, qarşılıqlı iddia isə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia rədd edilməli və ilkin iddia üzrə ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçıya aid edilməli, qarşılıqlı iddia təmin edilməli və qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi rədd edilsin. İlkin iddia üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən mənzil üçün yaranmış 3485 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı tutularaq “Nəsimi-8” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin fonduna ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №e-2(006)-3398/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3398/2021
19.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver