Məhkəmə qərarları › İş №e-2(006)-3404/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3404/2024

05.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3404/2024 05.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal rayon məhkəməsinin qanunsuz məhkəmə araşdırması nəticəsində ona vurulmuş 2000 manat mənəvi və 2000 manat maddi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası İntuizam Komissiyasının sədri X3 ona qarşı Yasamal rayon məhkəməsinə Xüsusi ittihamla müraciət edərək bildirmişdir ki, o, “Vəkilin səsi” X2 Hüquq qəzetinin baş redaktoru və təsisçisi olmaqla özünə məxsusdur. Buna görə də C.Alıyev məhkəmədən onu 6 ay həbs cəzasına məhkum edilməsini xahiş etmişdir. Buna dair sübut kimi şikayətçi üzərində “vəkilin səsi” yazılmış və facebook səhifəsinə oxşar səhifəsi kimi görünən bir vərəq təqdim etmişdir. Həmin vərəqdə bu ifadələr qeyd olunub: “Ailə münaqişəsinə görə (iki qadın arasında qalıbmış) prokurorluq orqanlarından kənarlaşdırılan, sonradan vəkil olan, müştərisi Aytən Mahmudovadan 20.000 manat “xidmət haqqı” adı ilə pullar alıb keyfiyyətli iş görməyən və həmin pulları daqaytarmaq istəməyən vəkil Cavid Alıyev 20 min məbləğdən 6000 manatını dostu İlham Dadaşovun vasitəsilə geri qaytarıb. Nəticədə Vəkillər Kollegiyasının sədri Anar Bağırovonu “X5” adı ilə təltif edib. Hətta söz veriblər ki, əgər pulların hamısını qaytarsa onu Anar Bağırovun yerinə qoyacaqlar. Bu isə qeyri-rəsmi məlumatdır. Səhv varsa təkzib verə bilərik).” Cavid Alıyev bütün bu söz və ifadələrin ona aid olduğunu iddia edərək şikayətində bildirmişdir ki, güya o, “Vəkilin səsi” adlı hüquq qəzetinin təsisçisi və həm də baş redaktorudur və eyni zamanda həm də “vəkilin səsi” adlı facebook profilini açmış və xx.xx.2023-cü ildə həmin profildə bu ifadələri yazaraq ona böhtan atmışdır. X7 məhkəmədə onun “Vəkilin səsi” X4 qəzetinin təsisçisi və baş redaktoru olduğunu sübuta yetirə bilməmişdir. O ki, qaldı “vəkilin səsi” adlı facebook səhifəsinə şikayətçi bu profilin də ona aid olmasını sübuta yetirə bilməmişdir. Çünki 9 ay keçən məhkəmə proseslıəri zamanı internetdə “vəkilin səsi” adlı profilin ümumiyyətlə mövcüd olması barədə informasiya əldə etmək mümkün olmamışdır. Məhkəmə bu barədə hətta “Elekron Təhlükəsizliyi Xidmətinə” sorğular təqdim etsə də nəticəsi olmamışdır. C.Alıyevin məhkəməyə təqdim etdiyi facebook vərəqi isə kserosurət olduğundan məhkəmə onu sübut kimi qəbul etməli deyildir. Həmin iş üzrə o, məhkəməyə ifadə və vəsatətlər verərək C.Alıyevin verdiyi şikayətin ümumiyyətlə icraata götürülməsinin qeyri mümkün olduğunu bildirmişdir. Birincisi ona görə ki, C.Alıyev həmin şikayəti tərtib etməklə CPM-in 293.1.3.3.7 maddələrinin habelə CPM-in 294 və sair normaların tələblərinə əməl etməmişdir. Həmin normaya görə şikayətçi barəsində düzgün informasiya verməli idi. Məsələn, şikayətçinin onu “Vəkilin səsi” qəzetinin baş redaktoru və təsisçi adlandırması yanlış fikirdir. O, həmin qəzetdə rəsmi olaraq 2015-ci ilin aprel-iyul aylarında yəni cəmi 3 ay işləmiş və qəzetin yalnız 3 ay baş redaktoru olmuşdur. Qəzetin təsisçisi isə Vaqif Alıyev adlı bir fiziki şəxsdir. Bu barədə o, məhkəməyə arayışlar və əmək müqaviləsinin təsdiq olunmuş surətlərini təqdim etmişdir. “Vəkilin səsi” facebook anonim səhifəsinin də ona heç bir aidiyyəti yoxdur. Buna baxmayaraq işə baxan hakim C.Alıyevin şikayətini icraata götürərək faktiki olaraq barəsində cinayət işi başlamışdır. Hakim şikayəti icraata götürməklə ilk olar “Xüsusui ittiham qaydasında işlərlə bağlı məhkəmə təcrübəsinə dair” xx.xx.2024-cü il tarixli Plenum qərarının 12-ci bəndinə əməl etməli idi. Həmin normaya görə əgər böhtanlı ifadələr özünü biruzə verməyərək anonim yaxud da təxəllüs altında yazılırsa məhkəmə belə şikayəti icrata qəbul edə bilməz. “Vəkilin səsi” facebook səhifəsin isə anonim səhifə idi. Onunla əlaqələndirmək isə sadəcə olaraq ehtimal idi. Heç bir düzünə sübut yox idi. Buna baxmayaraq Yasamal Rayon Məhkəmnəsinin işə baxan hakimi onun iştirakı olmadan təyinatla işə çıxan vəkil Cənnətov adlı vəkilin iştirakı ilə C.Alıyevin şikayətini icraata qəbul etmək barədə xx.xx.2023-cü il tarixli 1(004)-487/2023 saylı qərar çıxarmışdır. Faktiki olaraq barəsində AR CM-in 147.1-ci maddəsi ilə cinayət işi başlamışdır. Alıyevin məhkəməyə təqdim etdiyi yeganə sübut “vəkilin səsi” adlı “facebook” səhifəsinin bir vərəqi idi. Həmin ifadələr isə “vəkilin səsi” adlı səhifədən əvvəl də digər sosial şəbəkələrdə paylaşılmışdır. Bu yazılarda böhtan hiss olunmurdu. Sadəcə olaraq ifadə azadlığı və sarkazm var idi. Olsa-olsa bu ifadələrdə yanlışlıqlar ola bilər ki, bu yazını yazan şəxs də buna görə məlumatın yanlış olduğu halda təkzib verməyə hazır olduğunu mətndə əvvəlcədən bildirmişdir. O, “vəkilin səsi” səhifəsini və həmin yazını yazanları da tanımır. Digər bir tərəfdən də Alıyevin məhkəməyə sübut kimi təqdim etdiyi kağız parçası ona görə sübut sayıla bilməzdi ki, onlar kserosurət və montaja məruz qalmış kağız idi. Yalnız həmin kağızlarda yazılanların əsilləri əldə edildiyi halda məhkəmə araşdırma aparıla bilərdi. Əks halda şikayət icraata qəbul edilə bilməzdi. Həmin səhifənin əsillərini isə müvafiq ekspert təyin etməklə və “Facebook” şirkətinə məhkəmə tapşırıqları verməklə mümkün ola bilərdi. CPM-in 144-cü maddəsinə görə “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.” Məcəllənin 145.3-cü maddəsinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Hətta bu barədə məhkəmə texniki ekspertizyası aparılsa da sənədin əsli olmamış ekspert də heç bir rəy verə bilməzdi. “Vəkilin səsi” deyilən bir səhifənin mövcüd olmasını 9 aylıq məhkəmə zamanı məhkəmə müəyyən edə bilmədi. Buna baxmayaraq məhkəmə həmin iş üzrə 30 dəfə məhkəmə prosesi keçirərək məhkəmələr zamanı şikayətçinin təqdim etdiyi sübutlar əsasında yox, yalnız ona mənəvi psixoloji təsirlər etməklə nəyə isə nail olmaq istəyirdi. Bu müddət ərzində məhkəmə barəsində 31 oktyabr 2023-cü il tarixli, 1(004)-487/2023 saylı məcburi gətirmə barədə qərar verdi və qərarın icrasını həm Yasanal rayon Polis İdarəsinə həm də Daxili İşlər Nazirliyi Baş Təhlkükəsizlik İdarəsinə həvalə elədi. Halbuki həmin qərar əsassız idi ona görə iki, məhkəməyə aydın idi ki, o, qeydiyyatda olduğu ünvan 1 ünvanda üzrlü olaraq yaşamır çünki həmin mənzilim mübahisəlidir və bu mənzil barəsində Yasamal rayon məhkəməsində “mənzilə köçürməyə dair” 2(004)38/2024 saylı mülki iş var. Ola bilsin ki, məhkəmə həmin ünvana bildiriş göndərmiş lakin onun isə xəbəri olmamışdır. Həmin ünvana polis də gəlsəydi onu tapa bilməyib. Məhkəmə isə bunu nəzərə almadan əsassız bir cinayət işi üzrə onun hüquq və azadlığını pozan qərar qəbul etmişdir. Bundan sonra məhkəmə barəsində xx.xx.2023-cü il tarixli 1(004)-487/2023 saylı axtarış qərarı qəbul etmişdir. Onun yenə də bu barədə xəbəri olmamış və ona məhkəmənin vaxtı və axtarış barədə barədə xəbər verilməmişdir. 26 yanvar 2024-cü ildə məhkəmənin həmin axtarış qərarı əsasında Yasamal rayon 26-cı polis bölməsinin əməkdaşları onun tanışlarının yanında “İnşaatçılar” metrosunun xeyli insanlar olan yerində saxlayaraq onu 26-cı bölməyə aparmış və barəsində “tutma protokolu” tərtib edərək daha sonra məhkəməyə aparmışlar. Lakin, yalnız həmin zaman o, öz istədiyi vəkilini dəvət edərək onun iştirakı ilə prosesi davam eləmişdir. Bütün sonrakı prosesə o, bir qayda olaraq polisin müşahidəsi ilə aparılmışdır. Çünki “məcburi gətirilmə barədə qərarı” hakim hələ də ləğv etməmişdir. Həmin məhkəmə prosesi eyni zamanda mətbuatın da nəzərində olduğu üçün bir çox internet qəzetləri Cavid Alıyev barəsində gedən söz-söhbətə reaksiya vermis və müstəqil araşdırma aparmışlar. xx.xx.2024-cü il tarixdə “vəkilin səsi” adlı anonim facebook səhifəsi öz səhifəsində “Təkzib adlı” paylaşma edərək Cavid Alıyev barəsində yazılanları öz üzərinə götürərək Cavid Alıyev barəsində xx.xx.2023-cü il tarixdə paylaşdıqları yazılarını təkzib edərək Cavid Alıyevdən üzr istəmişlər. Vəkilin səsi səhifəsi təkzib yazısında C.Alıyev barəsində xx.xx.2023-cü il və ondan sonra yazılanlarda onun bu işdə hər hansı bir iştirakçılığının olmadığını da vurğulamışlar. Təkzib barəsindəki həmin paylaşmanı “Vəkilin səsi” X2 Hüquq qəzeti də öz facebook səhifəsində “vəkilin səsi” adlı səhifəyə istinad edərək paşlaşmışdır. Həmin təkzib barədə paylaşmanı o, da əldə edərək onun mətnini məhkəməyə təqdim etmişdir. Halbuki nə qəzetin nə də səhifənin ona aidiyyəti yoxdur. Bundan sonra şikayətçi X3 əsil həqiqəti yəqin edərək məhkəməyə ərizə yazaraq şikayətindən imtina etmiş və bu barədə olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(004)-41/2024 saylı qərarı ilə həmin işin icraatına xitam verilmişdir. Halbuki həmin məhkəmə işi əvvəldən axıra qədər qanusuz getmiş, barəsində əsassız cinayət işi qaldırılmış, barəsində qanunsuz məcburi gətirmə, qanunsuz axtarış və “tutma protokolu” tərtib edilərək icra edilmişdir. Hesab etmişdir ki, məhkəmə əvvəldən C.Alıyevin xüsusi ittihamlı şikayətini icraata qəbul etməli deyildir. Birincisi ona görə ki, şikayətçi CPM-in 293.3.1 və 293.4 maddələrinin tələblərinə əməl etməmiş şikayətində məni ittiham etsə də əslində ona heç bir aidiyyəti olmayan “vəkilin səsi” anonim facebook səhifəsinə və həmin səhifədəki paylaşmalara istinad etmişdir. Hətta şikayətdə barəsində düzgün olmayan anket materialları təqdim edərək onu “Vəkilin səsi” X4 qəzetinin təsisçisi və baş redaktoru kimi qələmə vermişdir. Bu isə belə deyil. Bu barədə rəsmi arayış təqdim etmişdir. Həm də şikayətində bilə-bilə yalan xəbərçiliyə görə cinayət məsuliyyəti daşıdığını da qeyd etməmişdir. Məhkəmə isə baxan zaman “Xüsusi İttiham Qaydasında İşlərə baxılmasına dair Məhkəmə təcrübəsinə dair Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli Plenum qərarının 12 ci bəndinə riayyət etməyərək anonim və təxəllus səhifə sayılan “Vəkilin səsi” adlı səhifədə paylaşılan məlumatla bağlı şikayəti icraata götürmüş və barəsində qanunsuz olaraq AR CM in 147.1 maddəsi ilə cinayət işi başlamışıdır. Həmin norma isə bunu qadağa edir. Ondan sonra gedən bütün məhkəmə prosesləri zamanı iş üzrə heç bir mötəbər sübutlar təqdim olunmamış yalnız şikayətçinin əsassız ehtimallarına istinad edilmişdir. Hətta bu 9 ay ərzində və 30 məhkəmə prosesi zamanı məhkəmə işin əsil halları barədə və mahiyyəti üzrə də araşdırma apara bilməmişdir. Çünki paylaşmanı edən şəxs yaxud da şəxslər müəyyən edilməmişdir. Şikayətçinin onu təqsirləndirməsi isə heç bir subuta əsaslanmırdır. Buna baxmayaraq məhkəmə qanunsuzluq edərək barəsində təkcə cinayət işi başlamaqla kifayətlənməmiş həm də barəsində əsassız məcburiyyət tədbirləri həyata keçirmiş, barəsibdə “məcburi gətirilmə” barədə qərar çıxarmış, daha sonra barəsində axtarış elan etmişdir. Nəticədə o, polis tərəfindən saxlanılaraq bölməyə aparılmış və barəsində “Tutma protokolu” tərtib edilərək bölmədə bir necə saata azadlığı məhdudlaşdırılmışdır. Halbuki bütün bunlara heç bir əsas yox idi o, daim məhkəməyə gəlib getmiş və 3 dəfə vəkilini dəyişmişdir. Çünki vəkillərin hamısı xidməti cəhətdən İntizam Komissiyasının sədri olan iş üzrə şikayətçi Cavid Alıyevdən xidməti cəhətdən asılı idilər. CPM isə belə halda belə vəkillərdən imtina etməyə ona ixtiyar verirdi. Azərbaycan Respublikası Konstitusiyasının 68 ci maddəsinə görə Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında Qanunun 4 cü maddəsinin 2 ci bəndinə görə Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ: barəsində cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda da mümkündür. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, 3850 manat maddi ziyanın, 2000 manat mənəvi ziyanın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Həmçinin izahatında bildirdi ki, X3-Vəkillər Kollegiyası İntizam Komissiyasının üzvüvəkil-20 sentyabr 2023-cü ildə ona qarşı Yasamal rayon məhkəməsinə “Xüsusi ittiham” qaydasında şikayət təqdim etmişdir. Şikayətində Alıyev onu ittiham edirdi ki, güya o, 27 avqust 2023-cü ildə Facebook sosial şəbəkəsindəki “Vəkilin səsi” səhifəsində ona qarşı böhtan xarakterli paylaşmalar etmişdir. Əslində, C.Alıyev barədə eyni mövzülü paylaşım 24 avqust 2023-cü ildə internetdəki “Yenisöz.az”, “Aztoday” “Gununsəsi.info” “Arqument.az” və sair saytlarda getmiş, daha sonra həmin məlumat 25 avqust 2023-cü ildə Abdulla Efendizade” adlı facebook səhifəsində getmişdir. “Vəkilin səsi” adlı anonim facebook səhifəsi isə bunlardan 3 gün sonra yəni 27 avqust 2023-cü ildə paylaşım edib. Bu faktlardan isə heç biri ona aid olmayıb. Hətta sonradan bu paylaşıma görə Abdulla Əfəndizadə məlumatın yanlış olduğunu bildirib təkzib edib və Alıyevdən də üzr istəyib. O, isə öz növbəsində məhkəməyə izahat verib özünü bu işdə təqsirli bilməmiş və C.Alıyevin yazdığı kimi “Vəkilin səsi” X2 hüquq qəzetinin təsisçisi və baş redaktoru olmadığını “vəkilin səsi” facebook səhifəsini tanımadığını və belə bir paylaşma aparmadığını dəfələrlə bildirərək verilən şikayətin AR CPM-in 293 maddəsinə zidd olduğundan geri qaytarılmasını xahiş etməklə vəsatətlər vermişdir. Lakin, məhkəmənin həmin şikayəti icraata götürəcəyini görüb hakimə AR Ali Məhkəsinin “xususi ittihamlı işlərlə bağlı” xx.xx.2014-cü il tarixli Plenum qərarının 12-ci bəndini xatırlatmışdır. Həmin normaya görə isə əgər yayılan böhtanlı məlumat anonim yaxud da təxəllüs ad altında yazılıbsa belə halda məhkəmə həmin şikayəti icraata qəbul etməməlidir. Çünki faktiki olaraq “Vəkilin səsi” facebook səhifəsi anonim səhifə imiş. Sonrdan isə səhifə internetdən tam silinmişdir. Onun da ona heç bir aidiyyəti yox idi. Məhkəmə isə Plenumun qərarına məhəl qoymayaraq onun məhkəmədə iştirakı olmadığı halda xx.xx.2023-cü ildə Alıyev tərəfindən verilmiş şikayəti icraata götürdü. Həmin şikyətlə bağlı məhkəmə prosesi 9 ay davam etdi və iş üzrə 30 məhkəmə prosesi getdi. Amma məhkəmə o vaxta qədər heç bir zaman onun yaşadığı və qeydiyyatda olduğu ünvana rəsmi bildiriş göndərməmişdir. O, yalnız məhkəmədə iştirak etdiyi zamanlarda növbəti məhkəmə barəsində məlumat almışdır. Məhkəmə bildiriş təqdim edib o da ona imza etdirmədən xx.xx.2023-cü il tarixdə barəsində 1(004)-487/2023 saylı “Məcburi gətirmə barədə “ qərar çıxararaq qərarın icrasını Yasamal rayon Polis İdarəsinə həvalə etmişdir. Həmin qərarı icra edən Yasamal rayon Pİ 26-cı Polis Bölməsinin rəisi özünün xx.xx.2023-cü il tarixli 531/2-14604 saylı mətubu ilə ərazidəki 43 saylı MİS rəisinin xx.xx.2023-cu il 101 saylı arayışını da əlavə edib məhkəməyə rəsmi məktubla cavab vermişdir ki,“ İddiaçı Bakı şəhəri Lev Tolstoy küçəsi 89 ünvünda qeydiyyatda olması barədə məlumat yoxdur” Halbuki, 26-cı polis bölmə rəisinin və 43 saylı MİS rəisinin bu arayışları həqiqəti əks etdirmirdi. Ya da belə bir arayışlar bilə-bilə qərəzdən verilmişdi ki, məhkəməni barəsində axtarış elan etməyə sövq etsinlər. Əsil həqiqətdə isə o, həmin ünvanda qeydiyyatdadır. Yuxarıda göstərdiyi rəsmi orqanların yalan arayışlarına inanaraq məhkəmə onun məhkəmədən yanıldığını ehtimal edərək xx.xx.2023-cü ildə barəsində 1(004)-487/2023 saylı “axtarış qərarı vermişdir”. Deməli, həm “məcburi gətirmə” həm də “axtarış“ qərarı məhkəməyə yalan məlumat verildiyindən məhkəmə də bu məlumatları araşdırmadan verildiyi üçün qanunsuz olmuşdur. Barəsində xx.xx.2023-cü il tarixdə cinayət işi başlayandan sonra təbii ki, gündəlik həyatda və iş yerində problemi başlandı. Onu iş yerində danlamağa başladılar və işdən çıxarılması ilə hədələdilər. Çünki o, tez-tez məhkəməyə getdiyi üçün öz işini görə bilmirdi. Barəsində xx.xx.2023-cü il “məcburi gətirmə” qərarı veriləndən sonra polis tərəfindən ona və ailə üzvlərinin telefonlarına zənglər edilir iş yerində onu axtarırdılar. xx.xx.2023-cü ildə barəsində “axtarış” elan ediləndən sonra o, həbs olunmasından çəkinərək qorxudan gizlənmək üçün gündə bir ünvanda yaşamışdır. Axtarış zamanı həyat yoldaşının iş yerinə zənglər edərək yerini soruşur və onu güya gizlətdiyinə görə yoldaşını hədələyirdilər. Bir sözlə qohumlarım arasında stress vəziyyəti yaranmışdır. Yasamal Pİ 26-cı polis bölməsi isə barəsində yalançı arayışları hətta xx.xx.2023-cü ildə də məhkəməyə göndərərək əvvəlki kimi onun güya Lev Tolstoy küçəsi 89 ünvanda qeydiyyatda olmadığı barədə yalan məlumat verməkdə davam edirdilər. Nəhayət, 26 yanvar 2024-cü ildə 28-cı Polis Bölməsinin əməkdaşları onu “İnşaatçılar” metrosunun yaxınlığında tanışlarının yanında saxlayaraq onu əli qandallı maşına mindirib 26-cı bölməyə gətirib orada barəsində “tutma protokolu” tərtib edib 3-4 saat bölmədə saxlayandan sonra Yasamal məhkəməsinə gətirdilər. Amma həmin gün yəni 26 yanvar 2024-cü ildə məhkəmə baş tutmadı və məhkəmə onu evə buraxaraq bildirdi ki, “bundan sonra hər dəfə məni polis vasitəsi ilə zorla məhkəməyə gətirəcəklər. Belə də oldu. Hər dəfə məhkəmə zamanı o, verilən ittihamı qəbul etmirdi və sona qədər də qəbul etməyərək yüzdən çox vəsatət və şikayətlərlə məhkəməyə və yuxarı instansiyalara müraciət etmişdir. Ən nəhayət “vəkilin səsi” adlı həmin anonim səhifə facebookda peyda olaraq Cavid Alıyev barəsində yazılanlara təkzib etdi və ondan üzr istədi. Həmin təkzibdən də məlum oldu ki, onun bu işdə heç bir iştirakı olmayıb. Həmin “təkzib” internetdə paylaşılmışdır. Təkzibin bir surətini o, da əldə etmiş və məhkəməyə təqdim etmişdir. Bundan sonra Cavid Alıyev verdiyi şikayəti geri götürmüş və məhkəmə də 22 may 2022 də işin icraatına xitam verdi. Bütün bu məhkəmə proseslıəri zamanı o, xeyli maddi ziyan çəkmişdir. Barəsində cinayət işi başlanandan sonra barəsində aparılan məcburi gətirmə və axtarış kimi qanunsuz məcbur etmə tədbirlərin zamanı o, tez-tez məhkəməyə çağrıldığından maddi ziyana düşmüşdür. O, məhkəmələrə gələn zaman həmişə taksi ilə gəlib getmişdir. Həm də vaxtında işə gedə bilmədiyinə görə maaşından kəsirdilər. Axtarışdan sonra ümumiyyətlə işə gedə bilməmişdir. Buna görə də müdiriyyət aralarında olan müqaviləni ləğv etmişdir. O zamandan bəri o, heç bir yerdə işə düzələ bilmir. Əgər iş yerini itirməsəydi indiyə kimi o, həmin yerdən 3850 manat maaş almalı idi. Bundan əlavə o, həm də mənəvi ziyana düşmüşdür. Barəsində qaldırılan cinayət işi və sair məcburi xarakterli prosessual hərəkətlər nəticəsində internet şəbəkələrində barəsində cinayət işinin qaldırılması məhkəmə onu 6 ay həbs edə biləcəyi barədə yazılar dərc olunurdu ki, bu haqda da bütün internet istifadəçiləri xəbər tutur və onu tanıyanlar ona zənglər edərək vəziyyətlə maraqlanırdılar. Yaxınları və ailəsi çox narahat olur və daim qorxu altında qalırdılar. Daim polis ailə üzvlərinə və ona zənglər edərək narahat edirdilər. Bütün bunlar onlarda dərin stress və əsəb yaradırdı. Yaşının çox olması nəticəsində bu haqsızlıqdan tez-tez qan təzyiqi qalxır, əsəbi həyat keçirirdi. Buna görə də hesab edir ki, verdiyi iddia tam olaraq təmin olunmalıdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları, iş materiallarında olan və təqdim edilən sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs İddiaçı barəsində Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair təyin olunmuş məhkəmə iclasına məcburi gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş İddiaçı barəsində axtarış elan edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tutma protokolundan görünür ki, İddiaçı xx.xx.2024-cü il arixdə saat 15:15-də saxlanılaraq Yasamal Rayon Məhkəməsinə təhvil verilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə cinayət məssuliyyətinə cəlb edilməsinə dair X3 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinə xitam verilməsi qərara alınmışdır. Həmin qərarda həmçinin göstərilmişdir ki, X3 xx.xx.2024-cü il tarixdə X3 xx.xx.2024cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, iş üzrə tərəfindən İddiaçı qarşı xüsusi ittiham qaydasında şikayət verilməsinə əsas olmuş məlumatların təkzib edilməsini və üzr istənilməsini nəzərə alaraq, həmçinin məhkəmənin məsələnin tərəflər arasında sülh yolu ilə həlli təklifinə hörmətlə yanaşaraq və AR CPM-in 32.2.8, 32.2.10, 39.1.8, 41.7, 43.1.1, 88.4.2, 89.4.19-cu maddələrinə əsaslanaraq, şikayətdən və mülki iddiadan imtina etdiyini bəyan etməklə, cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə təqsirləndirilmiş, sonradan X1 ona qarşı xüsusi ittiham qaydasında şikayət verməsinə əsas olmuş məlumatların təksib edilməsi və üzr istəməsi səbəbindən şikayətdən imtina etmiş və cinayət təqibinə xitam verilmişdir. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz». Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd etmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Məhkəmə qeyd edir ki, iddiaçı barəsində xüsusi ittiham qaydasında cinayət təqibinə xitam əsasları onun yaydığı məlumatların təkzib edilməsi və xüsusi ittihamçıdan üzr istəməsi olmuşdur ki, bu da ona hazırda mənəvi ziyanın kompensasiyasını tələb etmək hüququnu vermir. İddiaçı ona maddi ziyan dəyməsinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün müvafiq sübutları təqdim etməməsi, eyni zamanda mənəvi ziyanın ödənilməsi hissəsinin təmin edilməməsi səbəbindən məhkəmə həmin hissədə də iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra hallarda ərizəçinin ona maddi ziyan dəyməsini sübuta yetirmədiyinə görə ona maddi ziyana görə kompensasiya ödənilməsindən imtina etmişdir (Məsələn, «Güleç Türkiyəyə qarşı», 27 iyul 1998-ci il; «Dikmə Türkiyəyə qarşı» 11 iyul 2000-ci il). Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bəliləklə, məhkəmə heab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar