Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3414/2022 05.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********02322 olan “iPhone XS” markalı telefon üçün 1507 (min beş yüz yeddi) manat ödənilməmiş hissə, 466 (dörd yüz altmış altı) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********31669 olan “iPhone XS Max” markalı telefon üçün 1422 (min dörd yüz iyirmi iki) manat ödənilməmiş hissə, 439 (dörd yüz otuz doqquz) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********61743 olan “iPhone XS Max” markalı telefon üçün 1671 (min altı yüz yetmiş bir) manat ödənilməmiş hissə, 491 (dörd yüz doxsan bir) manat dəbbə pulu, ümumilikdə 5996 manat borc və 79.96 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, cavabdeh İMEİ Kodu **********02322 olan “iPhone XS” markalı, İMEİ Kodu **********31669 olan “iPhone XS Max” markalı, İMEİ Kodu **********61743 olan “iPhone XS Max” markalı telefonları almış və nəticədə 5996 (beş min doqquz yüz doxsan altı) manat borcu yaranmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 2664 (iki min altı yüz altmış dörd) manat (12 ay x 222 manat + 0 manat ilkin ödəniş), İMEİ Kodu **********02322 olan “iPhone XS” markalı telefon üçün ümumilikdə 1973 (min doqquz yüz yetmiş üç) manat olmaqla ondan, 1507 (min beş yüz yeddi) manat ödənilməmiş hissə, 466 (dörd yüz altmış altı) manat məbləğində dəbbə pulu; xx.xx.2019-cu tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 3279 (üç min iki yüz yetmiş doqquz) manat (12 ay x 244 manat + 351 manat ilkin ödəniş), İMEİ Kodu **********31669 olan “iPhone XS Max” markalı telefon üçün ümumilikdə, 1861 (min səkkiz yüz altmış bir) manat olmaqla ondan, 1422 (min dörd yüz iyirmi iki) manat ödənilməmiş hissə, 439 (dörd yüz otuz doqquz) manat məbləğində dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 3276 (üç min iki yüz yetmiş altı) manat (12 ay x 273 manat + 0 manat ilkin ödəniş), İMEİ Kodu **********61743 “iPhone XS Max” markalı telefon üçün ümumilikdə, 2162 (iki min yüz altmış iki) manat olmaqla ondan, 1671 (min altı yüz yetmiş bir) manat ödənilməmiş hissə, 491 (dörd yüz doxsan bir) manat məbləğində dəbbə puluna görə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 4619 manat təşkil edir. İddiaçı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. İddiaçı ilə cavabdeh arasında olan telefon danışığı, həmçinin, iddiaçı tərəfindən göndərilmiş xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olması rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilələr ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Tələbin əsaslılığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddianı müdafiə edib, təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə hazırlıq iclasında Cavabdeh iddianı qəbul edib bildirmişdir ki, ödəməyə imkanı olmaması səbəbindən o, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələr üzrə öhdəlikləri icra etməmiş və onun borcu yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada bildiriş almasına baxmayaraq, Cavabdeh məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00694115 nömrəli müqavilədən və ona əlavədən görünür ki, İddiaçı MMC İMEİ kodu **********02322 olan “iPhone XS 64GB” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən İMEİ kodu **********02322 olan “iPhone XS 64GB” markalı telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh isə həmin əşyanı tam qüsursuz halda təhvil almışdır. Mülki işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli 00914815 nömrəli müqavilədən və ona əlavədən görünür ki, İddiaçı MMC İMEİ kodu **********31669 olan “iPhone XS Max 256GB Dual” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı İMEİ kodu **********31669 olan “iPhone XS Max 256GB Dual” markalı telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh isə həmin əşyanı tam qüsursuz halda təhvil almışdır. Mülki işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli 00781010 nömrəli müqavilədən və ona əlavədən görünür ki, İddiaçı MMC İMEİ kodu **********61743 olan “iPhone XS Max 256GB Dual” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən İMEİ kodu **********61743 olan “iPhone XS Max 256GB Dual” markalı telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh isə həmin əşyanı tam qüsursuz halda təhvil almışdır. Mülki işin materiallarında olan İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2019-cu il tarixli 00694115 nömrəli müqavilə üzrə 1507 manat ödənilməmiş məbləğ, 466 manat dəbbə pulu olmaqla, cəmi 1973 manat; xx.xx.2019-cu il tarixli 00914815 nömrəli müqavilə üzrə 1422 manat ödənilməmiş hissə, 439 manat dəbbə pulu olmaqla, cəmi 1861 manat; xx.xx.2019-cu il tarixli 00781010 nömrəli müqavilə üzrə 1671 manat ödənilməmiş hissə, 491 manat dəbbə pulu olmaqla, cəmi 2162 manat; ümumilikdə 5996 manat borcu vardır. Mülki işin materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, ərizənin verilməsinə görə 79.96 (yetmiş doqquz manat, doxsan altı qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00694115 nömrəli, xx.xx.2019-cu il tarixli 00914815 nömrəli və xx.xx.2019-cu il tarixli 00781010 nömrəli müqavilələrə əsasən İddiaçı MMC 3 ədəd telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyaların əvəzində bu müqavilələr ilə müəyyənləşdirilmiş pul məbləğini hissəhissə hər bir müqaviləyə müvafiq olaraq 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən bu günədək cəmi ödənilən məbləğ 4619 manat təşkil etmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktları cavabdehin əldə etdiyi məhsulları tam qüsursuz şəkildə təhvil aldığının sübutudur. Buna baxmayaraq, cavabdeh tərəfindən müqavilələr üzrə öhdəlikləri tam icra edilməmiş və nəticədə onun İddiaçı MMC-yə cəmi 5996 manat məbləğində borcu yaranmışdır. Cavabdeh əvvəlki məhkəmə iclasında iddianı qəbul edərək, müqavilələr üzrə öhdəlikləri icra edə bilməməsi səbəbindən İddiaçı MMC-yə borclu olmasını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllənin) 106.3-cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Mülki Prosessual Məcəllənin 191.3.-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin tələbi müqavilələrə müvafiq olaraq əsas borca münasibətdə təmin edilməli, dəbbə puluna gəldikdə isə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllənin) 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, xx.xx.2019cu il tarixli 00694115 nömrəli müqavilə üzrə 466 manat, xx.xx.2019-cu il tarixli 00914815 nömrəli müqavilə üzrə 439 manat və xx.xx.2019-cu il tarixli 00781010 nömrəli müqavilə üzrə 491 manat dəbbənin miqdarı tənasübsüz surətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğlər müvafiq olaraq 75 manat, 71 manat və 84 manat məbləğinədək azaldılmalıdır. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh - xx.xx.2019-cu il tarixli 00694115 nömrəli müqavilə üzrə 1507 manat ödənilməmiş məbləğ, 75 manat dəbbə pulu; - xx.xx.2019-cu il tarixli 00914815 nömrəli müqavilə üzrə 1422 manat ödənilməmiş məbləğ, 71 manat dəbbə pulu, - xx.xx.2019-cu il tarixli 00781010 nömrəli müqavilə üzrə 1671 manat ödənilməmiş məbləğ, 84 manat dəbbə pulu olmaqla, ümumilikdə 4830 manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 79.96 manat dövlət rüsumunun 65 manat hissəsi Cavabdeh alınaraq iddiaçıya ödənilməli, qalan 14,96 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MülkiProsessualMəcəllənin217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 00694115 nömrəli müqavilə üzrə 1507 manat ödənilməmiş məbləğ, 75 manat dəbbə pulu; - xx.xx.2019-cu il tarixli 00914815 nömrəli müqavilə üzrə 1422 manat ödənilməmiş məbləğ, 71 manat dəbbə pulu, - xx.xx.2019-cu il tarixli 00781010 nömrəli müqavilə üzrə 1671 manat ödənilməmiş məbləğ, 84 manat dəbbə pulu, ümumilikdə 4830 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-yə verilsin. Ödənilmiş 79.96 manat dövlət rüsumunun 65 manat hissəsi Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin, qalan 14,96 manat hissəsi isə iddiaçı "xxxx" MMC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədənrəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-3414/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3414/2022
05.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver