Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-343/2024 10.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülnarə Coşqun qızının katibliyi, İlkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili Vəkil, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzilin təhvil verilməsi, müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılması və mənzilin boşaldılması» tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzilin təhvil verilməsi, mənzilə dair sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneələrin yaradılmasının cavabdehə qadağan edilməsi, müqavilənin etibarsız hesab edilməsi və mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MTK ilə iddiaçı arasında Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 1987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanda MTK tərəfindən inşa edilmiş yaşayış binasının 9-cu mərtəbəsində, 2 otaqdan ibarət ümumi sahəsi 116,87 kv.m.olan 45 nömrəli mənzilin alqı-satqısına dair xx.xx.2018-ci il tarixli müqavilə bağlanmışdır. Həmin mənzilin dəyəri 150.000 manat məbləğində pul hər dəfə 50.000 manat olmaqla 3 dəfəyə kooperativə ödənilmişdir. Mənzilin dəyəri olan pul vəsaitini ödənilməsi barədə ona Cavabdeh1 MTK tərəfindən xx.xx.2018-ci il tarixli 450 saylı kassa mədaxil orderi, xx.xx.2018-ci il tarixli 450/A saylı kassa mədaxil orderi və xx.xx.2018-ci il tarixli 22/06 saylı kassa mədaxil orderi qəbzlərin verilmişdir. Cavabdeh1 MTK-nın təsdiq etdiyi xx.xx.2018-ci il atrixli 36 nömrəli maliyyə arayışına əsasən mənzilin dəyərini qalıq olmadan 100% ödəmişdir. Cavabdeh1 MTK üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsi barədə xx.xx.2018-ci il tarixli 45 nömrəli protokolu ilə kooperativinüzvlüyünə qəbul edilməsi və payçıların razılığı ilə qeyd olunan mənzilin iddiaçıya düşməsi təsdiq olunmuşdur. Qeyd olunan müqavilənin 5-ci bəndinə əsasən mənzilin dəyəri tam ödənildiyi tarixdə, mənzil payçıya tam şəkildə və heç bir qeyd-şərt olmadan təhvil verilməlidir. Həmin andan payçı mənzilində təmir işləri apara və yaşaya bilər. Aldığı mənzil iddiaçıya təhvil verilməsi ilə bağlı müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini icra edib göstərilən mənzilin ona təhvil verilməsini bildirsə də, kooperativ üzərinə götürdüyü öhdəliyi icra etməmiş, bununla bağlı apardıqları danışıqların nəticəsi olmamış, mənzilin iddiaçıya təhvil veriləcəyinə dair və verilməsinə baxmayaraq, mənzil ona təhvil verilməmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə kooperativə yazıldığı müraciət də nəticəsiz qalmışdır. Mənzilin dəyərini tam ödəməklə həmin mənzilə sahiblik və istifadə etmək hüququnu əldə etdiyinə və müqavilə üzrə öhdəliyini tam icra etdiyinə baxmayaraq, bu günə kimi mənzil ona təhvil verilmədiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Təqsirləndirilən şəxs X1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (177-189) 178.3.2-ci maddəsi ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Vüqar Quliyev) icraatında olan 1(101)-790/2023 saylı cinayət işinin materiallarından ona məlum olmuşdur ki, onun mənzili barəsində onunla müqavilə bağlanıldıqdan sonra, xx.xx.2018-ci il tarixdə X3 ilə müqavilə bağlanılmış, xx.xx.2019-cu il tarixdə İSmayılova Zəhra həmin mənzildən imtina edərək mənzilin Cavabdeh2 adına keçirilməsi barədə ərizə vermiş, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında ona məxsus olan qeyd olunan mənzil barəsində xx.xx.2019-cu il tarixli müqavilə bağlanılmışdır. Göründüyü kimi, mənzil ilkin olaraq onun adına rəsmiləşdirildiyindən, mənzil onun mülkiyyətinə keçmiş, daha sonra mənzilin mülkiyyətçisi olmayan Cavabdeh1 MTK tərəfindən mülkiyyətində olmayan əşya (mənzil) barəsində sərəncam verməsi mülki qanunvericiliyin normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2010-cu il tarixli Qərarının hüquqi mövqeyinə uyğun deyildir. Qeyd olunan qərara əsasən «Kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd edilməlidir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzmfəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ vardır». Qeyd olunan Qərara əsasən «Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər». Göstərilənlərə əsasən Cavabdeh1 tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanında inşa edilən yaşayış binasının 9-cu mərtəbəsində, 2 otaqdan ibarət ümumi sahəsi 116,87 kv.m. olan 45 nömrəli mənzilin Cavabdeh1 MTK tərəfindən İddiaçı təhvil verilməsi, həmin mənzilə dair iddiaçının sahiblik və istifadə hüquqularının həyata keçirilməsinə hər hansı maneələrin yaradılmasının Cavabdeh1 MTK-ya qadağan edilməsi, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanılan xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh2 həmin mənzildən çıxarılması, mənzildəki əşyaların Cavabdeh2 tərəfindən çıxarılması və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Sonra İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, hazırki mülki iş üzrə iddia tələbini dəqiqləşdirir və bu ərizə ilə iddia tələbində qeyd etdiyi «həmin mənzilə dair sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə hər hansı maneələrin yaradılmasının Cavabdeh1 MTK-ya qadağan edilməsi» hissəsində tələbini geri götürür. Göstərilənlərə əsasən Cavabdeh1 tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanında inşa edilən yaşayış binasının 9-cu mərtəbəsində, 2 otaqdan ibarət ümumi sahəsi 116,87 kv.m. olan 45 nömrəli mənzilin Cavabdeh1 MTK tərəfindən İddiaçı təhvil verilməsi, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanılan xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh2 mənzildəki əşyaları ilə birlikdə mənzildən çıxarılması və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
4. Öz növbəsində, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2019-cu ildə iddiaçı ailəsi və anası ilə birlikdə yaşamaq üçün mənzil almaq qərarına gəlmişlər. X6 Qarabağ müharibəsi şəhididir. Qardaşının vəfatından sonra dövlət tərəfindən anası Sücayət Ərəbovaya 11.000 manat maddi yardım göstərilmişdir. Anası həmin məbləği ona təqdim edərək yeni mənzilin alınmasında istifadə etməsini xahiş etmişdir. Həmin ərəfələrdə bir neçə tanışlarına etibarlı və əlverişli qiymətə olan yeni tikililərdən mənzil almaq istədiyini bildirmişdir. Bir gün tanışlarından Elşad adlı şəxs ona zəng edərək bir nəfər xanımın yeni tikilmiş binada təmirsiz mənzil satmaq istədiyini bildirmişdir. O, da mənzilə baxmaq üçün tanışı Elşadın vasitəsi ilə Zəhra adlı xanımla görüşüb mənzilə baxmışdır. Mənzil təmirsiz idi. Həmin vaxt binada bir çox mənzillər təmirsiz idi. Zəhra xanımla razılaşdıqdan sonra mənzili 95.000 manat müqabilində onun adına keçirməyə razılaşmışlar. Birlikdə binanın tikintisini həyata keçirən Cavabdeh1 MTK-nın ofisinə yaxınlaşıb orada Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsində yerləşən, 31/33 saylı evin, 45 nömrəli mənzilinin tikintisi haqqında müqaviləni yenilənib onun adına yeni müqavilə bağlamışlar. Həmin gün onun sözügedən mənzilə düşməsinin təsdiq edilməsinə dair protokoldan çıxarış da ona təqdim edilmişdir.ö Zəhra xanıma 95.000 manat pulu ödədikdən sonra ona Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanda Cavabdeh1 MTK-ya məxsus yüksəkmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən, sahəsi 116,87 kv.m. olan 2 otaqlı, 45 nömrəli mənzilin dəyərini qalıq olmadan 100% ödəməsinə dair maliyyə arayışı təqdim edilmişdir. Bundan sonra o, sözügedən mənzilini təmir etdirib oraya köçüb ailəsi və anası ilə birlikdə yaşamağa başlamışdır. Cavabdeh İddiaçıla Cavabdeh1 MTK arasında sözügedən mənzil barəsində müqavilə bağlanmasından təqsirləndirilən şəxs Məhərrəm Məhərrəmovun barəsində istintaqı aparılan cinayət işi zamanı zərərçəkmiş şəxs qismində dindirilən zaman məlumatı olmuşdur. Hesab edir ki, cavabdehğə Cavabdeh1 MTK arasında həmin mənzil barəsində bağlanmış müqavilə saxta və əsassız müqavilədir. Belə ki, İddiaçı iddia ərizəsinə əlavə etdiyi maliyyə arayışında «45 nömrəli mənzil» yazısı sonradan düzəldilməklə qeyd edilmişdir. Bu da həmin mənzilə dair bağlanmış müqavilənin ləğvi üçün əsasdır. İddiaçıla Cavabdeh1 MTK-nın sədri Valeh Qasımov arasında bağlanmış mənzil tikintisi haqqında xx.xx.2018-ci il tarixli müqavilənin 5-ci bəndində qeyd edilmişdir ki, mənzilin müqaviləylə nəzərdə tutulan dəyəri tam ödənildiyi tarixdə, mənzil payçıya tam şəkildə və heç bir qeyd-şərt olmadan təhvil verilir. Həmin andan payçı mənzilində təmir işləri apara və yaşaya bilər. Sözügedən müqavilənin 3-cü bəndində mənzilin ümumi dəyəri qeyd edilməmişdir. Bu da həmin müqavilənin etibarsız müqavilə hesab edilməsi üçün əsasdır. Cavabdeh İddiaçı Cavabdeh1 MTK ilə bağladığı əqd yalan olmaqla əhəmiyyətsiz əqd hesab edilməlidir. Belə ki, cavabdeh İddiaçı Cavabdeh1 MTKya hər hansı pul məbləği ödəməmiş, öz aralarında olan razılaşmaya əsasən başqa əqdi pərdələmək məqsədi ilə binanın tikintisində istifadə edilən lift qurğularının müqabilində bu cür yalan əqd bağlamışlar. Göstərilənlərə əsasən cavabdeh İddiaçı ilə Cavabdeh1 MTKnın sədri X4 arasında bağlanmış mənzil tikintisi haqqında xx.xx.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
6. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili Vəkil ilkin iddia tələbini iddianı müdafiə edərək, onun təmin edilməsini, qarşılıqlı iddia tələbini qəbul etməyərək onun təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, Cavabdeh1 MTK hüquqi cəhətdən ləğv olunmayıb və bununla bağlı hər hansı hüquqi prosedura başlanmayıb. Hazırda o, reyestrdə də mövcuddur. Cavabdeh1 MTK inşa etdiyi binalarda idarəçiliyi həyata keçirir. Müqavilə onunla bağlandığı üçün həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etmək də onun vəzifəsidir. Mübahisəli mənzil Cavabdeh1 MTK tərəfindən iddiaçıya rəsmi qaydada təhvil verilməmişdir.
7. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 qarşılıqlı iddia tələbini müdafiə edərək onun təmin edilməsini, ilkin iddia tələbini qəbul etməyərək onun rədd edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) həmçinin izahatında göstərmişdir ki, o, mübahisəli mənzili qanuni yolla əldə etmişdir, heç bir qanunsuzluğa yol verməmişdir. Həmin mənzil barədə onun bütün sənədləri vardır. Həmin mənzili ona Cavabdeh1 MTK-nın nümayəndələri təhvil vermişlər. Sonra o, həmin mənzili təmir etdirmişdir. Bu zaman heç kəs ona həmin mənzilin əvvəl başqasına satılması ilə bağlı məlumat verməyib. O, hazırda ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Bu qeyd edilən halları nəzərə alaraq ilkin iddia tələbinin rədd edilməsini xahiş edir.
8. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi və vəkili Nümayəndə qarşılıqlı iddia tələbini müdafiə edərək onun təmin edilməsini, ilkin iddia tələbini qəbul etməyərək onun rədd edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi və vəkili həmçinin izahatında göstərmişdir ki, ilkin iddia ərizəsində qeyd edilir ki, mənzil Cavabdeh2 tərəfindən qanunsuz olaraq tutulmuşdur. Bu doğru deyildir. Bunu təsdiq edən heç bir sənədə də məhkəməyə təqdim edilməmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraqilkin iddia tələbinin rədd edilməsini xahiş edir. Qarşılıqlı iddianı müdafiə edir və bildirmək istəyir ki, mübahisəli mənzillə bağlı İddiaçıla Cavabdeh1 MTK arasında müqavilə onlar arasında olan qeyri-yaşayış sahəsi ilə bağlı mübahisəni pərdələmək məqsədi ilə bağlanmışdır. Ona görə də qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 məhkəmə iclasına gəlməmişdir və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
10. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməlidir, qarşılıqlı iddia tələbi təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
11. Belə ki, iş materiallarında olan Cavabdeh1 MTK-nın sədri X4 və «Payçı» qismində İddiaçı arasında bağlanmış mənzil tikinti haqqında xx.xx.2018-ci il tarixli müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanda MTK tərəfindən inşa edilmiş binasının 9-cu mərtəbəsində, 2 otaqlı, ümumi sahəsi 116,87 kv.m. olan 45 №-li mənzili payçının mülkiyyətinə verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür.
12. İş materiallarında Cavabdeh1 MTK üzvüvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsi barədə xx.xx.2018-ci il tarixli, 45 nömrəli protokolunun notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Cavabdeh1 MTK üzvlüyünə qəbul edilmiş, İddiaçı razılıq yolu ilə Cavabdeh1 MTK-ya məxsus Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanda inşa edilmiş yaşayış binasında sahəsi 116,87 kv.m., 9-cu mərtəbədə 2 otaqlı 45 №-li mənzilə düşməsi təsdiq edilmişdir.
13. İş materiallarında olan Cavabdeh1 MTK tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 450 nömrəli kassa mədaxil orderinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı mənzilin pay haqqı kimi 50.000 manat məbləğində pul ödəmişdir.
14. İş materiallarında olan Cavabdeh1 MTK tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 450/A nömrəli kassa mədaxil orderinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı mənzilin pay haqqı kimi 50.000 manat məbləğində pul ödəmişdir
15. İş materiallarında olan Cavabdeh1 MTK tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 22/06 nömrəli kassa mədaxil orderinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı mənzilin pay haqqı kimi 50.000 manat məbləğində pul ödəmişdir
16. İş materiallarında olan Cavabdeh1 MTK tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli,36 nömrəli maliyyə arayışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin kəsişdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanda Cavabdeh1 MTK-ya məxsus yaşayış binasının 9-cu mərtəbəsində yerləşən, sahəsi 116,87 kv.m.olan 2 otaqlı 45 №-li mənzilin dəyərini qalıq olmadan 100% ödəmişdir.
17. İş materiallarında olan X3 tərəfindən Cavabdeh1 MTK-ya ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********249 nömrəli ərizəsinin surətindən görünür ki, o, Cavabdeh1 MTK-nın inşa etdiyi Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanda inşa edilən yaşayış binası 9-cu mərtəbəsində, ümumi sahəsi 116,87 kv.m. olan 2 otaqlı 45 saylı mənzildən və pay hüququndan imtina edir. Həmin mənzili və pay hüquqlarını Cavabdeh2 adına sənədləşdirməsini xahiş etmişdir. Gələcəkdə göstərilən mənzil barəsində heç bir məhkəmə orqanlarına iddia ilə müraciət etməyəcək. Hər hansı mübahisə yaranarsa şəxsən özü cavabdehlik daşıyacaq.
18. İş materiallarında olan Cavabdeh1 MTK-nın sədri X4 və «Payçı» qismində Cavabdeh2 arasında bağlanmış mənzil tikinti haqqında xx.xx.2019-cu il tarixli müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanda MTK tərəfindən inşa edilmiş binasının 9-cu mərtəbəsində, 2 otaqlı, ümumi sahəsi 116,87 kv.m. olan 45 №-li mənzili payçının mülkiyyətinə verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Mənzilin ümumi dəyəri 95.000 manat məbləğində müəyyən olunmuşdur.
19. İş materiallarında Cavabdeh1 MTK üzvüvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsi barədə xx.xx.2019-cu il tarixli, 45 nömrəli protokolunun surətindən görünür ki, Cavabdeh2 Cavabdeh1 MTK üzvlüyünə qəbul edilmiş, Cavabdeh2 razılıq yolu ilə Cavabdeh1 MTK-ya məxsus Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanda inşa edilmiş yaşayış binasında sahəsi 116,87 kv.m., 9-cu mərtəbədə 2 otaqlı 45 №-li mənzilə düşməsi təsdiq edilmişdir.
20. İş materiallarında olan Cavabdeh1 MTK tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanda Cavabdeh1 MTK-ya məxsus yüksəkmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən, sahəsi 116,87 kv.m.olan 2 otaqlı 45 №-li mənzilin dəyərini qalıq olmadan 100% ödəmişdir.
21. İş materiallarında olan pul vəsaitinin qaytarılması haqqında xx.xx.2020-ci il tarixli iltizamnaməsinin surətindən görünür ki, X1 Cavabdeh1 MTK-nın Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov 31/33 ünvanda inşa etdiyi çoxmərtəbəli yaşayış binasında İddiaçı adına olan 9-cu mərtəbəsində yerləşən, 2 otaqlı, sahəsi 116,87 kv.m. olan 45 №-li mənzili 2 ay müddətində, yəni 2020-ci ilin noyabr ayına qaytarmağa söz vermişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
22. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, ilkin iddia üzrə iddiçı Cavabdeh1 MTK ilə ilkin iddia üzrə İddiaçı arasında Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanda MTK tərəfindən inşa edilmiş yaşayış binasının 9-cu mərtəbədə, 2otaqdan ibarət ümumi sahəsi 116,87 kv.m. olan 45 nömrəli mənzilin alqısatqısına dair xx.xx.2018-ci il tarixli müqavilə bağlanmışdır. İddiaçı mənzilin dəyəri 150.00 manat məbləğində pul hər dəfə 50.000 manat olmaqla 3 dəfəyə Cavabdeh1 MTK-yə ödəmişdir. Bundan sonra qeyd edilən mənzil mülki işin materiallarına əsasən İddiaçıla Cavabdeh1 MTK müqavilə bağlandıqdan sonra, xx.xx.2018-ci il tarixdə Zəhra İsmayılova ilə müqavilə bağlanılmış, xx.xx.2019-cu il tarixdə Zəhra İsmayılova mübahisəli mənzilin Cavabdeh2 adına keçirilməsi barədə razılıq ərizəsi vermiş və Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında mübahisəli mənzil barəsində xx.xx.2019-cu il tarixi müqavilə bağlanılmışdır. Hazırda hər iki tərəf Cavabdeh1 MTK tərəfindən onlara verilmiş mənzilə dair bağlanılmış alqı-satqı müqavilələrini mübahisələndirirlər.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
23. Məhkəmə ilk növbədə ilkin iddia tələblərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir.
24. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 MTK ilə ilkin iddia üzrə İddiaçı arasında Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanda MTK tərəfindən inşa edilmiş yaşayış binasının 9-cu mərtəbədə, 2otaqdan ibarət ümumi sahəsi 116,87 kv.m. olan 45 nömrəli mənzilin alqı-satqısına dair xx.xx.2018-ci il tarixli müqavilə bağlanmışdır. İddiaçı mənzilin dəyəri 150.00 manat məbləğində pul hər dəfə 50.000 manat olmaqla 3 dəfəyə Cavabdeh1 MTK-yə ödənilmişdir.
25. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, ilkin iddia üzrə İddiaçı tərəfindən Cavabdeh1 MTK-yə mənzil tikintisi haqqında müqaviləsi üzrə mənzilin dəyəri tam ödənilsə də, Cavabdeh1 MMC tərəfindən mübahisəli mənzili İddiaçı sahiblik və istifadəsinə təhvil verilməmişdir.
26. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, ilkin iddia üzrə iddiaçı Samit Şüükürovla müqavilə bağlandıqdan sonra, xx.xx.2018-ci il tarixdə Zəhra İsmayılova ilə müqavilə bağlanılmış, xx.xx.2019-cu il tarixdə Zəhra İsmayılova mübahisəli mənzilin Cavabdeh2 adına keçirilməsi barədə ərizə vermiş və Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında mübahisəli mənzil barəsində xx.xx.2019-cu il tarixi müqavilə bağlanılmışdır.
27. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və.i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
28. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
29. Göstərilən Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır (maddə 406.2).
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Fərəcovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 8 yanvar 2020-ci il tarixli qərarındakı hüquqi mövqeyə görə belə müəyyən edilmişdir : “Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarına əsasən, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Göründüyü kimi, mənzilin dəyərini tam ödəməklə S.Fərəcov həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Belə olan halda, "xxxx" MMC-nin başqasına məxsus əşya (mənzil) barədə sərəncam verməsi (həmin mənzil barədə S.Mustafayeva ilə 12 noyabr 2013-cu il tarixli müqavilənin bağlanması) mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olmamışdır.”
31. Məhkəmə qeyd edir ki, Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanılmış xx.xx.2018-ci il tarixli mənzil tikintisi haqqında müqaviləsinə əsasən Cavabdeh1 MTK müqavilə ilə nəzərdə tutulmuş ünvanda yerləşən 45 nömrəli mənzili «Payçı»nın mülkiyyətinə verilməsini, «Payçı» isə həmin mənzilin dəyərini Cavabdeh1 MTK-yə ödəməyi öhdəsinə götürmüş və bundan sonra xx.xx.2018-ci il tarixdə Zəhra İsmayılova ilə müqavilə bağlamış, xx.xx.2019-cu il tarixdə Zəhra İsmayılova mübahisəli mənzilin Cavabdeh2 adına keçirilməsi barədə ərizə vermiş və Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında mübahisəli mənzil barəsində xx.xx.2019-cu il tarixi müqavilə bağlanılmışdır ki, artıq bu halda Cavabdeh1 MTK- nin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Fərəcovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 8 yanvar 2020-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə xx.xx.2018-ci il tarixli mənzil tikintisi haqqında müqaviləsi verildikdən sonra ikinci və üçüncü dəfə satmaq kimi hüquqi mövcud olmamışdır. Mövcud olmayan hüquqdan istifadə etməklə sonraki əqdlər bağlanıldığı səbəbindən və Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında mübahisəli mənzil barəsində xx.xx.2019-cu il tarixi müqavilə etibarsız hesab edilməlidir.
32. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 110.4-cü maddəsinə əsasən mənzil-tikinti kooperativinin binasında mülkiyyət hüququ ilə yaşayış (qeyri-yaşayış) sahəsi əldə etmiş şəxsin binanın idarə edilməsində iştirak etməsi məqsədi ilə həmin mənzil-tikinti kooperativinə üzv olmaq hüququ vardır. Mənzil-tikinti kooperativinə üzvlüklə bağlı digər məsələlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin kooperativlər haqqında müvafiq müddəaları ilə tənzimlənir (maddə 110.5).
33. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir.
34. Göstərilən Məcəllənin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır (maddə 113.2). Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır (maddə 113.3).
35. Məhkəmə həmçinin qeyd edir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (Mülki Məcəllənin 567-ci maddəsi).
36. Alqı-satqı müqaviləsi tərəflər üçün konkret hüquq və vəzifələr yaradır. Alqı-satqı müqaviləsi satıcının müəyyən əşyanı alıcının mülkiyyətinə verəcəyi, alıcının isə həmin əşyanı qəbul edərək, əvəzində müəyyənləşdirilmiş pul məbləğini, yəni əşyanın qiymətini satıcıya ödəyəcəyi haqqında razılaşmadır. Belə müqavilə üzrə satıcı müqavilənin predmeti olan əşyanı alıcının mülkiyyətinə verməlidir. Satıcının üzərinə müqavilədən irəli gələn borcunu real olaraq icra etmək vəzifəsi qoyulur. Bunun nəticəsində həmin əşya üzərində satıcının mülkiyyət hüququna xitam verilir və onun üzərində alıcının mülkiyyət hüququ yaranır.
37. Göründüyü kimi, Cavabdeh1 MTK mübahisəli mənzili İddiaçı təhvil verməyi, İddiaçı isə öz növbəsində mənzilin qiymətini tam şəkildə ödəməyi öhdəsinə götürmüşlər. Lakin müqavilədə nəzərdə tutulmuş öhdəliklər ilkin iddia üzrə iddiaçı tərəfindən yerinə yetirilsə də, Cavabdeh1 MTK həmin öhdəliklər yerinə yetirilməmiş və mənzili təhvil verməmişdir. Bu səbəbdən iddia tələbi Cavabdeh1 MTK tərəfindən iddiaçıya təhvil verilməsi hissəsində təmin edilməlidir.
38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
39. Digər tərəfdən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.
40. Azərbaycan Respublikasının Konistutsiya Məhkəməsinin Plenumun Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.
41. Qanunvericiliyin bu tələblərinə əsasən ilkin iddia üzrə iddiaçı tərəfindən aldığı mənzilin tam dəyəri ödənildiyindən, onun həmin mənzil üzərində sahiblik və istifadə hüquqları yaranmışdır.
42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər.
44. Qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından MTK-nın mübahisəli mənzil üzərində olan hüquqları mülkiyyət hüququnun tərkib hissəsi kimi qanunla qorunduğundan, həmin hüquqların məhdudlaşdırılması yolverilməzdir və qanunsuzdur.
45. Beləliklə, məhkəmə hesab edir ki, MTK-nın Cavabdeh2la bağladığı xx.xx.2019cu il tarixli müqavilə mülki qanunvericiliyin tələblərinin pozulması ilə bağlandığı üçün etibarsız hesab edilmə və mənzil ilkin iddia üzrə iddiaçıya təhvil verilməlidir.
46. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisəl edilən və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır(maddə 337.2).
47. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır(maddə 337.4).
48. Eyni zamanda məhkəmə MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019cu il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə nəticəyə gəldiyi üçün qeyd edir ki, Mülki Məcəlləsinin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
49. Məhkəmə hesab edir ki, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləsi etibarsız hesab edildiyindən, Cavabdeh2 ödədiyi pul vəsaiti nəzərə alınmalı və ona münasibətdə restitusiya tətbiq edilərək, ödədiyi məbləğ (95.000 manat) Cavabdeh1 MTK-dan alınaraq Cavabdeh2 qaytarılmalıdır.
50. Məhkəmə həmçinin qeyd edir ki, ilkin iddia üzrə İddiaçı mübahisəli mənzil üzərində sahiblik və istifadə hüquqları yaranmışdır və həmin hüquqlar mülkiyyət hüququnun tərkib hissəsi kimi qanunla qorunduğundan, həmçinin MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləsinin etibarsız hesab edildiyindən, məhkəmə hesab edir edik, ilkin iddia tələbi Cavabdeh2 mənzildəki əşyaları ilə birlikdə mənzildən çıxarılması və mənzilin boşaldılması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir.
51. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci madədsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
52. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
53. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh1 MTK-dan alınaraq Cavabdeh2 arasında bağlanmış müqavilə etibarsız hesab edildiyindən və mənzildən çıxarılması təmin edildiyindən Cavabdeh2 mənzilin təmirinə çəkilmiş xərcləri dəymiş ziyan kimi müəyyən etməklə məhkəmədə iddia qaldırmaq hüququ mövcuddur.
54. Bundan başqa məhkəmə bildirir ki, İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqavilə üzrə həmin mənzilin təhvil verilməsinin subyektiv cavabdehliyi Cavabdeh1 MTK –nın daşıması onunla əsaslıdır ki, İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqavilə etibarlı olduğundan və bundan sonra bağlanan Cavabdeh2 Cavabdeh1 MTK ilə onun arasında Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanda MTK tərəfindən inşa edilmiş binasının 9-cu mərtəbəsində, 2 otaqlı, ümumi sahəsi 116,87 kv.m. olan 45 saylı mənzilin onun tərəfindən dəyəri tam ödənilməklə (95.000 manat) əldə edilməsini nəzərə alaraq cavabdeh İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqavilə etibarsız hesab edilərək ilkin hüquqi vəziyyətinə qaytarıldığından mənzilin təhvil verilməsidə Cavabdeh1 MTK tərəfindən həyata keçirilməlidir.
55. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə aşağıdakıları qeyd edir.
56. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh2 Cavabdeh1 MTK ilə onun arasında Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanda MTK tərəfindən inşa edilmiş binasının 9-cu mərtəbəsində, 2 otaqlı, ümumi sahəsi 116,87 kv.m. olan 45 saylı mənzilin onun tərəfindən dəyəri tam ödənilməklə (95.000 manat) əldə edilməsini nəzərə alaraq cavabdeh İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
57. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» AR Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Əqdlərin ümumi etibarlılıq şərtləri içərisində onun iştirakçılarının anlaqlılığı xüsusi əhəmiyyət daşıyır. Belə ki, əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. İradənin mövcudluğu üçün isə anlaqlılığın olması zəruridir. Şəxsin iradəsini əmələ gətirən onun anlaqlılığıdır, anlaqlılıq olmadığı təqdirdə şəxsin formalaşmış iradəsindən də bəhs oluna bilməz.
58. Məhkəmə qeyd edir ki, mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisələndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər.
59. Məhkəmə qeyd edir ki, ilkin iddia tələbi əsaslı olması səbəbi ilə təmin edilərək Cavabdeh2 mənzilə dair bağladığı xx.xx.2019-cu il tarixli müqaviləsi etibarsız hesab edildiyindən, bununla da onun həmin əmlak üzərində hüquq sahibi olmaması müəyyən edildiyindən və bu qətnamənin 31-32–ci abzaslarındakı hüquqi mövqeyi nəzərə alaraq məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir.
60. Məhkəmə həmçinin hesab edir ki, qarşılıqlı iddia tələbi təmin olunmadığından, məhkəmə xərcləri qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir.
61. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
62. Məhkəmə qətnamənin icrasında gələcəkdə yaran biləcək çətinliyin aradan qaldırılması məqsədilə hesab edir ki, ilkin iddia üzrə Cavabdeh2 (varsa ailə üzvləri birlikdə) mənzildəki əşyaları ilə birlikdə mənzildən çıxarılması və mənzil boşaldılması icra edildikdən sonra Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanında inşa edilən yaşayış binasının 9-cu mərtəbəsində, 2 otaqdan ibarət ümumi sahəsi, 116,87 kv.m.olan 45 nömrəli mənzilin ilkin iddia üzrə Cavabdeh1 tərəfindən ilkin iddia üzrə İddiaçı təhvil verilməsi icra edilməlidir.
63. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu surətdə hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia üzrə İddiaçı X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzilin təhvil verilməsi, müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılması və mənzilin boşaldılması» tələbinə dair ilkin iddia tələbi təmin edilməli, ilkin iddia üzrə Cavabdeh1 ilə ilkin iddia üzrə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə etibarsız hesab edilməsi, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilmiş 95.000 (doxsan beş min manat) restitusiya qaydasında ilkin iddia üzrə Cavabdeh1 Mənzil Tikinti Koooperativindən tutularaq ilkin iddia üzrə Cavabdeh2 ödənilməsi, ilkin iddia üzrə Cavabdeh2 mənzildəki əşyaları ilə birlikdə mənzildən çıxarılmalı və mənzil boşaldılmalı (ilkin iddia üzrə Cavabdeh2 (varsa ailə üzvləri birlikdə) mənzildəki əşyaları ilə birlikdə mənzildən çıxarılması və mənzil boşaldılması icra edildikdən sonra Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanında inşa edilən yaşayış binasının 9-cu mərtəbəsində, 2 otaqdan ibarət ümumi sahəsi, 116,87 kv.m.olan 45 nömrəli mənzilin ilkin iddia üzrə Cavabdeh1 tərəfindən ilkin iddia üzrə İddiaçı təhvil verilməsi icra edilməli), ilkin iddia üzrə Cavabdeh1 tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanında inşa edilən yaşayış binasının 9-cu mərtəbəsində, 2 otaqdan ibarət ümumi sahəsi, 116,87 kv.m.olan 45 nömrəli mənzilin iddia iddia üzrə Cavabdeh1 tərəfindən ilkin iddia üzrə İddiaçı təhvil verilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia uzrə cavabdeh İddiaçı qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilməlidir
64. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
65. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
66. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
67. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
68. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
69. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
70. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İlkin iddia üzrə İddiaçı X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzilin təhvil verilməsi, müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılması və mənzilin boşaldılması» tələbinə dair ilkin iddia tələbi təmin edilsin. İlkin iddia üzrə Cavabdeh1 ilə ilkin iddia üzrə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə etibarsız hesab edilsin. xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilmiş 95.000 (doxsan beş min manat) restitusiya qaydasında ilkin iddia üzrə Cavabdeh1 Mənzil Tikinti Koooperativindən tutularaq ilkin iddia üzrə Cavabdeh2 ödənilsin. İlkin iddia üzrə Cavabdeh2 (varsa ailə üzvləri birlikdə) mənzildəki əşyaları ilə birlikdə mənzildən çıxarılsın və mənzil boşaldılsın. İlkin iddia üzrə Cavabdeh1 tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanında inşa edilən yaşayış binasının 9-cu mərtəbəsində, 2 otaqdan ibarət ümumi sahəsi, 116,87 kv.m.olan 45 nömrəli mənzilin ilkin iddia üzrə Cavabdeh1 tərəfindən ilkin iddia üzrə İddiaçı təhvil verilsin. İlkin iddia üzrə Cavabdeh2 (varsa ailə üzvləri birlikdə) mənzildəki əşyaları ilə birlikdə mənzildən çıxarılması və mənzil boşaldılması icra edildikdən sonra Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanında inşa edilən yaşayış binasının 9-cu mərtəbəsində, 2 otaqdan ibarət ümumi sahəsi, 116,87 kv.m.olan 45 nömrəli mənzilin ilkin iddia üzrə Cavabdeh1 tərəfindən ilkin iddia üzrə İddiaçı təhvil verilməsi icra edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia uzrə cavabdeh İddiaçı qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilməlsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.