Məhkəmə qərarları › İş №e-2(006)-3488/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3488/2022

31.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3488/2022 31.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********38034 olan X4 7 markalı telefon üçün 175.4 (yüz yetmiş beş manat, qırx qəpik) manat ödənilməmiş hissə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********19766 olan X4 8 markalı telefon üçün 227 (iki yüz iyirmi yeddi) manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Hoffmann Led TV üçün 334 (üç yüz otuz dörd) manat ödənilməmiş hissə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasənXiaomi Mİ Led TV üçün 506.6 (beş yüz altı manat, altmış qəpik) manat ödənilməmiş hissə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********85493 olan iPhone 11 markalı telefon üçün 2588 (iki min beş yüz səksən səkkiz) manat ödənilməmiş hissə, ümumilikdə 3831 manat borc və 58.31 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3889,31 manat Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu, xx.xx.2020-ci, xx.xx.2019-cu, xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, cavabdeh İMEİ Kodu **********38034 olan X4 7 markalı telefon, İMEİ Kodu **********19766 olan X4 8 markalı telefon, Hoffmann Led TV, Xiaomi Mİ Led TV və İMEİ Kodu **********85493 olan iPhone 11 markalı telefon almış və nəticədə 3831 manat (üç min səkkiz yüz otuz bir) manat borcu yaranmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə həmin müqaviləyə əsasən, alqı-satqı qiyməti 570 (beş yüz yetmiş) manat (12 ay x 44 manat + 42 manat ilkin ödəniş) İMEİ Kodu **********38034 olan X4 7 markalı telefon üçün 175.4 (yüz yetmiş beş manat, qırx qəpik) manat ödənilməmiş hissə; xx.xx.2020-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə həmin müqaviləyə əsasən, alqı-satqı qiyməti 606 (altı yüz altı) manat (20 ay x 27 manat + 66 manat ilkin ödəniş) İMEİ Kodu **********19766 olan X4 8 markalı telefon üçün 227 (iki yüz iyirmi yeddi) manat ödənilməmiş hissə; xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə həmin müqaviləyə əsasən, alqı-satqı qiyməti 473 (dörd yüz yetmiş üç) manat (18 ay x 26 manat + 5 manat ilkin ödəniş) Hoffmann Led TV üçün 334 (üç yüz otuz dörd) manat ödənilməmiş hissə; xx.xx.2020-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə həmin müqaviləyə əsasən alqı-satqı qiyməti 578 (beş yüz yetmiş səkkiz) manat (18 ay x 32 manat + 2 manat ilkin ödəniş) Xiaomi Mİ Led TV üçün 506.6 (beş yüz altı manat, altmış qəpik) manat ödənilməmiş hissə; xx.xx.2020-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə həmin müqaviləyə əsasən alqısatqı qiyməti 2763 (iki min yeddi yüz altmış üç) manat (18 ay x 153,5 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********85493 olan iPhone 11 markalı telefon üçün 2588 (iki min beş yüz səksən səkkiz) manat ödənilməmiş hissə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1159 manat təşkil edir. İddiaçı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu, xx.xx.2020-ci, xx.xx.2019-cu, xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. İddiaçı ilə cavabdeh arasında olan telefon danışığı, həmçinin, göndərilən xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu cavabdehə rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilələr ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. İddiaçı MMC-nin tələbinin əsaslılığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iddianı müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edib bildirdi ki, o xx.xx.2019-cu, xx.xx.2020-ci, xx.xx.2019-cu, xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixli müqavilələr üzrə öhdəlikləri tam icra etməmiş və borcu yaranmışdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 01058499 saylı müqavilədən və ona əlavədən görünür ki, İddiaçı MMC İMEİ Kodu **********38034 olan “X4 7 4GB/64GB” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən İMEİ Kodu **********38034 olan “X4 7 4GB/64GB” markalı telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh isə həmin əşyanı təhvil almışdır. Mülki işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 20026776 nömrəli müqavilədən və ona əlavədən görünür ki, İddiaçı MMC İMEİ Kodu **********19766 olan “X4 8 4/64GB” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 20 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən İMEİ Kodu **********19766 olan “X4 8 4/64GB” markalı telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh isə həmin əşyanı təhvil almışdır. Mülki işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli 01119209 nömrəli müqavilədən və ona əlavədən görünür ki, "xxxx" MMC “Hoffmann Led 32A3500” markalı televizoru Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən “Hoffmann Led 32A3500” markalı televizor Cavabdeh təhvil verilmiş, Cavabdeh isə həmin əşyanı təhvil almışdır. Mülki işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 20069390 nömrəli müqavilədən və ona əlavədən görünür ki, İddiaçı MMC “Xiaomi Mİ Led 32 4A HD (V52R) Global” markalı televizoru Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən “Xiaomi Mİ Led 32 4A HD (V52R) Global” markalı televizor Cavabdeh təhvil verilmiş, Cavabdeh isə həmin əşyanı təhvil almışdır. Mülki işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 20075621 nömrəli müqavilədən və ona əlavədən görünür ki, İddiaçı MMC İMEİ Kodu **********85493 olan “iPhone 11 128GB Dual” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən İMEİ Kodu **********85493 olan “iPhone 11 128GB Dual” markalı telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh isə həmin əşyanı təhvil almışdır. Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2019-cu il tarixli 01058499 nömrəli müqavilə üzrə cəmi 175.4 manat; xx.xx.2020-ci il tarixli 20026776 nömrəli müqavilə üzrə cəmi 227 manat, xx.xx.2019-cu il tarixli 01119209 nömrəli müqavilə üzrə cəmi 334 manat, xx.xx.2020-ci il tarixli 20069390 nömrəli müqavilə üzrə cəmi 506.6 manat, xx.xx.2020-ci il tarixli 20075621 nömrəli müqavilə üzrə cəmi 2588 manat, ümumilikdə 3831 manat borcu vardır. Mülki işin materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Mülki işin materiallarında olan İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, ərizənin verilməsinə görə 58,31 (əlli səkkiz manat, otuz bir qəpik) manat rüsum ödənilmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu, xx.xx.2020-ci, xx.xx.2019-cu, xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, İddiaçı MMC İMEİ Kodu **********38034 olan “X4 7 4GB/64GB” markalı telefon, İMEİ Kodu **********19766 olan “X4 8 4/64GB” markalı telefon, “Hoffmann Led 32A3500” markalı televizor, “Xiaomi Mİ Led 32 4A HD (V52R) Global” markalı televizor və İMEİ Kodu **********85493 olan “iPhone 11 128GB Dual” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyaların əvəzində bu müqavilələr ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12, 20 və qeyd edilən son üç müqavilə üzrə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüş, lakin cavabdeh tərəfindən müqavilələr üzrə öhdəlikləri tam icra edilməmiş və nəticədə onun İddiaçı MMC-yə xx.xx.2019-cu il tarixli 01058499 nömrəli müqavilə üzrə 175.4 manat ödənilməmiş hissə, xx.xx.2020-ci il tarixli 20026776 nömrəli müqavilə üzrə 227 manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli 01119209 nömrəli müqavilə üzrə 334 manat ödənilməmiş hissə, xx.xx.2020-ci il tarixli 20069390 nömrəli müqavilə üzrə 506.6 manat ödənilməmiş hissə, xx.xx.2020-ci il tarixli 20075621 nömrəli müqavilə üzrə 2588 manat ödənilməmiş hissə olmaqla, cəmi 3831 manat borcu yaranmışdır. Cavabdeh iddianı qəbul edərək, müqavilələr üzrə öhdəlikləri tam icra edə bilməməsi səbəbindən İddiaçı MMC-yə borclu olmasını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllənin) 106.3-cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Mülki Prosessual Məcəllənin 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllənin) 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh: - xx.xx.2019-cu il tarixli 01058499 nömrəli müqavilə üzrə 175.4 manat ödənilməmiş məbləğ; - xx.xx.2020-ci il tarixli 20026776 nömrəli müqavilə üzrə 227 manat ödənilməmiş məbləğ; - xx.xx.2019-cu il tarixli 01119209 nömrəli müqavilə üzrə 334 manat ödənilməmiş məbləğ; - xx.xx.2020-ci il tarixli 20069390 nömrəli müqavilə üzrə 506.6 manat ödənilməmiş məbləğ; - xx.xx.2020-ci il tarixli 20075621 nömrəli müqavilə üzrə 2588 manat ödənilməmiş məbləğ, cəmi 3831 manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 58,31 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 01058499 nömrəli müqavilə üzrə 175.4 manat ödənilməmiş məbləğ; - xx.xx.2020-ci il tarixli 20026776 nömrəli müqavilə üzrə 227 manat ödənilməmiş məbləğ; - xx.xx.2019-cu il tarixli 01119209 nömrəli müqavilə üzrə 334 manat ödənilməmiş məbləğ; - xx.xx.2020-ci il tarixli 20069390 nömrəli müqavilə üzrə 506.6 manat ödənilməmiş məbləğ; - xx.xx.2020-ci il tarixli 20075621 nömrəli müqavilə üzrə 2588 manat ödənilməmiş məbləğ, cəmi 3831 manat və ödənilmiş 58.31 manat dövlət rüsumu, ümumilikdə 3889.31 manat məbləğində pul alınaraq İddiaçı MMC-yə verilsin. Qətnamədənrəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar