Məhkəmə qərarları › İş №e-2(006)-3491/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3491/2024

25.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3491/2024 25.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Miriyeva Həbibə Novruz qızı, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: Cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022- ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********41143 SAMSUNG GALAXY A73 markalı telefon, X1, HUAWEİ FREEBUDS 4İ Qulaqlıq almış və nəticədə 744 (yeddi yüz qırx dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1573.92 (min beş yüz yetmiş üç mant doxsan iki qəp) manat (18 ay x 87.44 manat + 0 manat ilkin ödəniş) , İMEİ KODU **********41143 SAMSUNG GALAXY A73 markalı telefon üçün ümumilikdə, 637 (altı üyz otuz yeddi) manat olmaqla ondan, 579.34 (beş yüz yetmiş doqquz manat otuz dörd qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 57.66 (əlli yeddi manat altmış altı qəp) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 489.06 (dörd yüz səskən doqquz manat altı qəp) manat (18 ay x 27.17 manat + 0 manat ilkin ödəniş) HUAWEİ FREEBUDS 4İ Qulaqlıq üçün ümumilikdə, 92 (doxsan iki) manat olmaqla ondan, 83.98 (səksən iiç manat doxsan səkkiz qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 8.02 (səkkiz maant iki qəp) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 255.96 (iki yüz əlli beş manat doxsan altı qəp) manat (12 ay x 21.33 manat + 0 manat ilkin ödəniş) X1 üçün ümumilikdə, 15 (on beş) manat olmaqla ondan, 13.4 (on üç manat qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 1.6 (bir manat altmış qəp) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyi xx.xx.2024-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdehin cəmi ödədiyi məbləğ 1642.22 manat manat təşkil edir. İddiaçının tələbi: xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İMEİ KODU **********41143 Samsung Galaxy A73 markalı telefon üçün 579.34 (beş yüz yetmiş doqquz manat otuz dörd qəp) manat ödənilməmiş hissə, 57.66 (əlli yeddi manat altmış altı qəp) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, X1 üçün 83.98 (səksən üç manat doxsan səkkiz qəp) manat ödənilməmiş hissə, 8.02 (səkkiz maant iki qəp) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, HUAWEİ FREEBUDS 4İ Qulaqlıq üçün 13.4 (on üç manat qırx qəpik) manat ödənilməmiş hissə, 1.6 (bir manat altmış qəp) manat cərimə, ümumilikdə 744 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Cavabdehin etirazı: Məhkəmə tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim etmək hüququnun və eyni zamanda digər hüquq və vəzifələrinin izahı barədə cavabdehin iddia ərizəsində qeyd edilən ünvanına bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər: xx.xx.2022-ci il tarixli 10762534 nömrəli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh alqı-satqı qiyməti 1573.92 (min beş yüz yetmiş üç mant doxsan iki qəp) manat (18 ay x 87.44 manat + 0 manat ilkin ödəniş) , İMEİ KODU **********41143 SAMSUNG GALAXY A73 markalı telefon almışdır. xx.xx.2022-ci tarixli bildirişə əsasən, xx.xx.2022-ci il tarixli 10762534 nömrəli nömrəli müqavilənin bütün şərtləri qəbul edilmiş, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir. xx.xx.2022-ci il tarixli 04031520 nömrəli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh alqı-satqı qiyməti 489.02 (dörd yüz səskən doqquz manat iki qəp) manat (18 ay x 27.17 manat + 0 manat ilkin ödəniş) X1 almışdır. xx.xx.2022-ci tarixli bildirişə əsasən, xx.xx.2022-ci il tarixli 04031520 nömrəli müqavilənin bütün şərtləri qəbul edilmiş, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir. xx.xx.2022-ci il tarixli 02102431 nömrəli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh 255.96 (iki yüz əlli beş manat doxsan altı qəp) manat (12 ay x 21.33 manat + 0 manat ilkin ödəniş) HUAWEİ FREEBUDS 4İ Qulaqlığı almışdır. xx.xx.2022-ci il tarixli bildirişə əsasən, xx.xx.2022-ci il tarixli 02102431 nömrəli müqavilənin bütün şərtləri qəbul edilmiş, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir. Alqı-satqı müqavilələrinə əlavə olunmuş əşyaların təhvil-təslim Aktlarına əsasən cavabdeh tərəfindən müqavilədə göstərilən mallar qüsursuz halda təhvil alınmışdır. xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh iddiaçı "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən ümumilikdə 744 (yeddi yüz qırx dörd) manat borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubuna (xx.xx.2024-cü il tarixli poçt qəbzinə) əsasən, "xxxx" MMC Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. xx.xx.2024-cü il tarixli **********nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

Məhkəmənin mövqeyi: Məhkəmə Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin tələbinə görə nisyə alqı-satqı müqaviləsi o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hazırki işdə də iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müddətli (nisyə) alqı-satqı müqavilələri bağlanılmış (MM m.601.1), həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022- ci il tarixli əşyanın alqı-satqısına dair müqavilələrə əsasən "xxxx" MMC müqavilədə göstərilən əşyaları Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyaları qəbul etməyi və müqavilələr üzrə nəzərdə tutulan müddətlərə olan aylıq ödənişləri etməyi və bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. Həmin əşyalar satıcı tərəfindən cavabdehə təhvil verilmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona xəbərdarlıq məktubu göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı xəbərdarlıq edilmişdir. Beləliklə, Cavabdeh müqavilədən irəli gələn öhdəliyini icra etməyərək aldığı əşyanın dəyərinin tam olaraq ödənilməsini təmin etməmişdir. Nəticədə cavabdehin icra edilməmiş öhdəliyi yaranmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilələr əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilələr əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. (MM m.600.4) Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Məhkəmə həmçinin iddia tələbinin cərimənin (dəbbə pulu) ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. İşin hallarını nəzərə alınmaqla, məhkəmə cəriməni azaldaraq iddia ərizəsində göstərilən cərimənin xx.xx.2022-ci il tarixli müqavilə üzrə 57.66 manat məbləğində deyil, 15 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq hesab edir. (MM m.467) Ona görə də məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 579.34 (beş yüz yetmiş doqquz manat otuz dörd qəp) manat ödənilməmiş hissə, 14,66 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, 83.98 (səksən üç manat doxsan səkkiz qəp) manat ödənilməmiş hissə, 8.02 (səkkiz maant iki qəp) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, 13.4 (on üç manat qırx qəpik) manat ödənilməmiş hissə, 1.6 (bir manat altmış qəp) manat cərimə, ümumilikdə 744 manat borc Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır.

Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat dövlət rüsumunun 28 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 2 manatı isə iddiaçıya aid edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 579.34 (beş yüz yetmiş doqquz manat otuz dörd qəp) manat ödənilməmiş hissə, 14.66 (on dörd manat altmış altı qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 83.98 (səksən üç manat doxsan səkkiz qəp) manat ödənilməmiş hissə, 8.02 (səkkiz manat iki qəp) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 13.4 (on üç manat qırx qəpik) manat ödənilməmiş hissə, 1.6 (bir manat altmış qəp) manat cərimə, ümumilikdə 701 (yeddi yüz bir) manat manat borc və ödənilmiş dövlət rüsumunun 28 (iyirmi səkkiz) manat hissəsi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar