Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3503/2025 11.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Miriyeva Həbibə Novruz qızı, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, APPLE AİRPODS 4 qulaqlıq, APPLE AİRPODS 3 qulaqlıq, PAKET XL xidməti, X1 3 ıl xidməti, İMEİ KODU **********46604 XİAOMİ REDMİ A3 markalı telefon, GREEN LİON ULTRA 49MM qol saatı, X1 3 il xidməti almış və nəticədə 1670.70 (min alıt yüz yetmiş manat, 70 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 531 (beş yüz otuz bir) manat (9 ay x 59 manat + 0 manat ilkin ödəniş) olan Apple Aırpods 4 qulaqlıq üçün ümumilikdə, 584.10 (beş yüz səksən dörd manat, 10 qəpik) manat olmaqla ondan, 531 (beş yüz otuz bir) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 53.10 (əlli üç manat, 10 qəpik) manat cərimə; xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 472.98 (dörd yüz yetmiş iki manat, 98 qəpik) manat (6 ay x 78.83 manat + 0 manat ilkin ödəniş) olan Apple Aırpods 3 qulaqlıq üçün ümumilikdə, 520.28 (beş yüz iyirmi manat, 58 qəpik) manat olmaqla ondan 472.98 (dörd yüz yetmiş iki manat, 98 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 47.30 (qırx yeddi manat, 30 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 376.44 (üç yüz yetmiş altı manat, 44 qəpik) manat (12 ay x 31.37 manat + 0 manat ilkin ödəniş) olan PAKET XL xidməti, X1 3 il xidməti, İMEİ KODU **********46604 Xıaomı Redmı A3 markalı telefon üçün ümumilikdə, 437.68 (dörd yüz otuz yeddi manat, 68 qəpik) manat olmaqla ondan, 376.44 (üç yüz yetmiş altı manat, 44 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum23.60 (iyirmi üç manat, 60 qəpik) manat, müştəriyə güzəşt olunaraq 37.64 (otuz yeddi manat, 64 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 116.94 (yüz on altı manat, 94 qəpik) manat (6 ay x 19.49 manat + 0 manat ilkin ödəniş) olan X2 49 MM qol saatı, X13 ıl xidmət üçiün ümumilikdə, 128.63 (yüz iyirmi səkkiz manat, 63 qəpik) manat olmaqla ondan, 116.94 (yüz on altı manat, 94 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 11.69 (on bir manat, 69 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər; tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Müştəri “Müqavilə”-nn şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da “ABC” “mal”-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının rislki müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Cavabdehin cəmi ödədiyi məbləğ 1497.36 manat təşkil edir. İddiaçının tələbi: xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Apple Airpods 4 qulaqlıq üçün, 531 (beş yüz otuz bir) manat ödənilməmiş hissə, 53.10 (əlli üç manat, 10 qəpik) manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, APPLE AİRPODS 3 qulaqlıqüçün 472.98 (dörd yüz yetmiş iki manat, 98 qəpik) manat ödənilməmiş hissə, 47.30 (qırx yeddi manat, 30 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, PAKET XL xidməti, X1 3 ıl xidməti, İMEİ KODU **********46604 Xıaomı Redmı A3 markalı telefonüçün, 376.44 (üç yüz yetmiş altı manat, 44 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum23.60 (iyirmi üç manat, 60 qəpik) manat, 37.64 (otuz yeddi manat, 64 qəpik) manat cərimə Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, GREEN LİON ULTRA49MM qol saatı, X1 3 ıl xidmət üçiün 116.94 (yüz on altı manat, 94 qəpik) manat ödənilməmiş hissə, 11.69 (on bir manat, 69 qəpik) manat cərimə; Ümumilikdə 1670.70 manat borc, 36.71 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Məhkəmə tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim etmək hüququnun və eyni zamanda digər hüquq və vəzifələrinin izahı barədə cavabdehin iddia ərizəsində qeyd edilən ünvanına bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər: İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********** nömrəli müqaviləyə əsasən, cavabdeh müqavilənin qüvvədə olduğu 10 il müddəti ərzində müqavilədə nəzərdə tutulmuş şərtlərlə ABC-dən mal və ya xidmət əldə etmək hüququ əldə etmişdir. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Cavabdeh alqı-satqı qiyməti 376.44 (üç yüz yetmiş altı manat, 44 qəpik) manat (12 ay x 31.37 manat + 0 manat ilkin ödəniş) olan PAKET XL xidməti,X1 3 ıl xidməti, İMEİ KODU **********46604 Xıaomı Redmı A3 markalı telefon almışdır. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Cavabdeh alqı-satqı qiyməti 531 (beş yüz otuz bir) manat (9 ay x 59 manat + 0 manat ilkin ödəniş) olan Apple Aırpods 4 qulaqlıq almışdır. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Cavabdeh alqı-satqı qiyməti 472.98 (dörd yüz yetmiş iki manat, 98 qəpik) manat (6 ay x 78.83 manat + 0 manat ilkin ödəniş) olan Apple Aırpods 3 qulaqlıq almışdır. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Cavabdeh alqı-satqı qiyməti 116.94 (yüz on altı manat, 94 qəpik) manat (6 ay x 19.49 manat + 0 manat ilkin ödəniş) olan X2 49 MM qol saatı, X13 ıl xidmətli almışdır. Əşyaların təhvil-təslim Aktlarına əsasən cavabdeh tərəfindən mallar qüsursuz halda təhvil alınmışdır. xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh iddiaçı "xxxx" MMC-yə xx.xx.2024-ci il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən ümumilikdə 1670.70 (bir min altı yüz yetmiş manat yetmiş qəpik) manat borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubuna əsasən, "xxxx" MMC Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, iddiaçı tərəfindən cavabdehə satılmış mobil telefonun açılıb-bağlanılması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23.60 manat pul ödənilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 36,71 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi: Məhkəmə Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin tələbinə görə nisyə alqı-satqı müqaviləsi o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hazırki işdə də iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqavilə əsasında Cavabdeh müqavilənin qüvvədə olduğu müddət ərzində onun üçün "xxxx" MMC tərəfindən müəyyənləşdirilən məbləğ limiti həddində mal/xidməti sifariş vermək hüququ əldə etmiş, "xxxx" MMC həmin malı müqavilədə göstərilən şərtlərlə müştəriyə təqdim etmək, müştəri isə həmin malın dəyərini razılaşdırılmış qaydada "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Göstərilən müqavilə çərçivəsində Cavabdeh müxtəlif tarixlərdə əşyalar almış (qulaqlıq, telefon, qol saatı), tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, "xxxx" MMC əşyaları Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və müqavilə üzrə nəzərdə tutulan müddətlərə olan aylıq ödənişləri etməyi və bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. Həmin əşyalar satıcı tərəfindən cavabdehə təhvil verilmişdir. Cavabdeh tərəfindən müqavilələr üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona xəbərdarlıq məktubu göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı xəbərdarlıq edilmişdir. Beləliklə, Cavabdeh müqavilədən irəli gələn öhdəliyini icra etməyərək aldığı əşyanın dəyərinin tam olaraq ödənilməsini təmin etməmişdir. Nəticədə cavabdehin icra edilməmiş öhdəliyi yaranmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilələr əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilələr əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. (MM m.600.4) Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. İddia tələbinin “İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumun cavabdehdən tutulması” hissəsi ilə bağlı məhkəmə hesab edir ki, cavabdehin öhdəliyini icra etməməsi nəticəsində iddiaçıya dəymiş ziyanın əvəzi kimi bu pul məbləğinin cavabdehdən tutulması tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olmaqla, qanunvericiliyin tələblərinə zidd deyildir. Buna görə də tələb bu hissədə təmin edilməlidir. Məhkəmə həmçinin iddia tələbinin cərimənin (dəbbə pulu) ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. İşin hallarını nəzərə alınmaqla, məhkəmə cəriməni azaldaraq iddia ərizəsində göstərilən cərimənin xx.xx.2024-cü il tarixli müqavilə üzrə 53.10 manat məbləğində deyil, 15 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə isə 47,30 manat məbləğində deyil, 10 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə isə 37,64 manat məbləğində deyil, 07 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə isə 11,69 manat məbləğində deyil, 05 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq hesab edir. (MM m.467) Ona görə də məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, 531 (beş yüz otuz bir) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 472.98 (dörd yüz yetmiş iki manat doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, 376.44 (üç yüz yetmiş altı manat qırx dörd qəpik) manat ödənilməmiş hissə, 07 (yeddi) manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, 116.94 (yüz on altı manat doxsan dörd qəpik) manat ödənilməmiş hissə, 05 (beş) manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum 23.60 (iyirmi üç manat, 60 qəpik) manat, ümumilikdə 1557.96 (bir min beş yüz əlli yeddi manat doxsan altı qəpik) manat borc "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 36,71 manat dövlət rüsumunun 33 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh - xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, 531 (beş yüz otuz bir) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə pulu; -xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 472.98 (dörd yüz yetmiş iki manat doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə pulu; -xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 376.44 (üç yüz yetmiş altı manat qırx dörd qəpik) manat ödənilməmiş hissə, 07 (yeddi) manat cərimə pulu; -xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 116.94 (yüz on altı manat doxsan dörd qəpik) manat ödənilməmiş hissə, 05 (beş) manat cərimə, - İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum 23.60 (iyirmi üç manat, 60 qəpik) manat, ümumilikdə 1557.96 (bir min beş yüz əlli yeddi manat doxsan altı qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 33 (otuz üç) manat hissəsi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Həbibə Miriyeva