Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3505/2025 10.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, iddiaçı İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli 18714765 nömrəli və xx.xx.2024-cü il tarixli 18714766 nömrəli müqavilələrə əsasən “Fritozz Hoffman” 2 ədəd, “Termopot Vitek”, “Ətçəkən Hoffman”, “Doğrayıcı Vitek”, “Qabyuyan Gorenje”, “Hoffman”, “Tərəzi Hoffman”, “SBS Powerbank 1000 MAH X1 X3” almış və nəticədə 1611.39 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli 18714765 nömrəli müqaviləyə əsasən alqı-satqı qiyməti 1642.92 (bir min altı yüz qırx iki manat doxsan iki qəpik) manat (6 ay x 258.32 manat + 93 manat ilkin ödəniş) olan “Fritozz Hoffman” 2 ədəd, “Termopot Vitek”, “Ətçəkən Hoffman”, “Doğrayıcı Vitek”, “Qabyuyan Gorenje”, “Hoffman”, “Tərəzi Hoffman” üçün ümumilikdə, 1539.89 (bir min beş yüz otuz doqquz manat səksən doqquz qəpik) manat olmaqla ondan, 1399.90 (bir min üç yüz doxsan doqquz manat doxsan qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 139.99 (bir yüz otuz doqquz manat doxsan doqquz qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli 18714766 nömrəli müqaviləyə əsasən, alqı-satqı qiyməti 68.90 (altmış səkkiz manat doxsan qəpik) manat (5 ay x 13 manat + 3.90 manat ilkin ödəniş) olan “SBS Powerbank 1000 MAH Fast Charge”, “X2 Torrent” üçün ümumilikdə, 71.50 (yetmiş bir manat əlli qəpik) manat olmaqla ondan, 65 (altmış beş) manat ödənilməmiş hissə, güzəşt olunaraq 6.50 (altı manat əlli qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 246.92 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə iddiaçı arasında bağlanılmış xx.xx.2024-cü il tarixli 18714765 nömrəli və xx.xx.2024-cü il tarixli 18714766 nömrəli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. İddiaçı tərəfindən cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsədə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddia tələbinin əsaslığı və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanılmış müqavilələr, onların əlavəsi, bildiriş, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Göstərilənlərə əsasən xx.xx.2024-cü il tarixli 18714765 nömrəli müqaviləyə əsasən “Fritozz Hoffman” 2 ədəd, “Termopot Vitek”, “Ətçəkən Hoffman”, “Doğrayıcı Vitek”, “Qabyuyan Gorenje” “Hoffman”, “Tərəzi Hoffman” üçün 1399.90 (bir min üç yüz doxsan doqquz manat doxsan qəpik) manat ödənilməmiş hissə, 139.99 (bir yüz otuz doqquz manat doxsan doqquz qəpik) manat cərimə; - xx.xx.2024-cü il tarixli 18714766 nömrəli müqaviləyə əsasən “SBS Powerbank 1000 MAH Fast Charge”, “X2 Torrent” üçün 65 (altmış beş) manat ödənilməmiş hissə, 6.50 (altı manat əlli qəpik) manat cərimə olmaqla, ümumilikdə 1611.39 manat borc, 36.12 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
3. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən, iddia ərizəsi və bildiriş Cavabdeh rəsmi qaydada poçt vasitəsilə göndərilməklə yanaşı, onun xahişinə əsasən, istifadəsində olan “+994-50-343-95-66” nömrəsinə də “PDF” formatda göndərilmiş, lakin cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir.
4. Mülki Prosessual Məcəllənin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 135.3-cü maddəsinə görə, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.5-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
5. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 18714765 nömrəli müqavilədən və ona əlavədən görünür ki, İddiaçı “Fritozz Hoffman” 2 ədəd, “Termopot Vitek”, “Ətçəkən Hoffman”, “Doğrayıcı Vitek”, “Qabyuyan Gorenje”, “Kombi Hoffman”, “Tərəzi Hoffman” adlı məhsulları Cavabdeh satmış, Cavabdeh alınmış əşyaların əvəzində cəmi 1642.92 manat pul məbləğini hissə-hissə, 6 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür.
7. Əşyaların xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 18714765 nömrəli müqavilə üzrə məhsulları tam qüsursuz halda təhvil almışdır.
8. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 18714766 nömrəli müqavilədən və ona əlavədən görünür ki, İddiaçı “SBS Powerbank 1000 MAH Fast Charge” və “X2 Torrent” adlı məhsulları Cavabdeh satmış, Cavabdeh alınmış əşyaların əvəzində cəmi 1940,09 manat pul məbləğini hissə-hissə, 5 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür.
9. Əşyaların xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 18714766 nömrəli müqavilə üzrə məhsulları tam qüsursuz halda təhvil almışdır.
10. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, ona müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.
11. xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixli 18714765 nömrəli müqavilə üzrə 1399,9 manat ödənilməmiş məbləğ, 139,99 manat cərimə, xx.xx.2024-cü il tarixli 18714766 nömrəli müqavilə üzrə 65 manat ödənilməmiş məbləğ, 6.50 manat cərimə borcu olmaqla, ümumilikdə müqavilələr üzrə 1611.39 manat borcu vardır.
12. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 36,12 manat dövlət rüsumu ödənilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
13. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 18714765 nömrəli müqaviləyə əsasən “Fritozz Hoffman” 2 ədəd, “Termopot Vitek”, “Ətçəkən Hoffman”, “Doğrayıcı Vitek”, “Qabyuyan Gorenje”, “Kombi Hoffman”, “Tərəzi Hoffman” adlı məhsulları cavabdehə satmış, cavabdeh alınmış əşyanın əvəzində 1642.92 manat pul məbləğini hissə-hissə, 6 ay müddətinə ödəməyi öhdəsinə götürmüş, həmçinin onlar arasında bağlanmış xx.xx.2024-cü il tarixli 18714766 nömrəli müqaviləyə əsasən iddiaçı “SBS Powerbank 1000 MAH Fast Charge”, “X2 Torrent” adlı məhsullar cavabdehə satmış, cavabdeh isə alınmış əşyaların əvəzində cəmi 68.90 manat pul məbləğini hissə-hissə, 5 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür.
14. Lakin edilən xəbərdarlığa baxmayaraq, cavabdeh tərəfindən müqavilələr üzrə öhdəliklər tam icra edilməmiş və nəticədə onun iddiaçıya borcu yaranmışdır.
c) Məhkəmənin mövqeyi:
15. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur.
16. İddiaçı müqavilələr ilə öz üzərinə götürdüyü öhdəliyi icra etmiş, cavabdeh isə öz öhdəliyini tam icra etməmişdir. Mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir.
17. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin tələbi müqavilələr üzrə əsas borca münasibətdə təmin edilməli, cərimə borcuna gəldikdə isə qismən təmin edilməlidir. Belə ki, iddia tələbinin “cərimənin ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edilməlidir ki, müqavilələr üzrə tələb edilən cərimələrin miqdarı tənasübsüz surətdə yüksək kimi qiymətləndirilir. Buna görə də məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli 18714765 nömrəli müqavilə üzrə tələb edilən 139.99 manat cərimənin məbləği 70 manat məbləğinədək, xx.xx.2024-cü il tarixli 18714766 nömrəli müqavilə üzrə tələb edilən 6.50 manat cərimənin məbləği isə 3 manat məbləğinədək azaldılmalıdır.
d) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddə. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddə. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-443.2-ci maddə. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.7-ci maddə. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 448.1-448.2-ci maddə. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 462.1-ci maddə. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddə. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddə. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 601.1-ci maddə. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddə. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.2-ci maddə. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.1-ci maddə. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddə. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
19. Mülki Prosessual Məcəllə: 14.2-ci maddə. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddə. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddə. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddə. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddə. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddə. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
22. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh: - xx.xx.2024-cü il tarixli, 18714765 nömrəli müqavilə üzrə 1.399,90 manat ödənilməmiş məbləğ, 70 manat cərimə; - xx.xx.2024-cü il tarixli, 18714766 nömrəli müqavilə üzrə 65 manat ödənilməmiş məbləğ, 3 manat cərimə borcu olmaqla, cəmi 1.537,90 manat məbləğində pul alınaraq iddiaçı İddiaçı MMC-yə verilməli, iddia qalan hissədə təmin edilməməlidir.
20. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun 34 (otuz dörd) manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan hissəsi isə iddiaçıya aid edilməlidir.
Nəticə:
21. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 18714765 nömrəli müqavilə üzrə 1.399,90 (bir min üç yüz doxsan doqquz manat doxsan qəpik) manat ödənilməmiş məbləğ, 70 (yetmiş) manat cərimə; xx.xx.2024-cü il tarixli, 18714766 nömrəli müqavilə üzrə 65 (altmış beş) manat ödənilməmiş məbləğ, 3 (üç) manat cərimə borcu olmaqla, cəmi 1.537,90 (bir min beş yüz otuz yeddi manat doxsan qəpik) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə verilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 34 (otuz dörd) manat hissəsi Cavabdeh alınaraq İddiaçı MMC-yə verilsin, qalan hissəsi İddiaçı MMC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova