Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3515/2023 01.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Heydərova Əfsanə Elbrus qızı, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Cavabdeh ilə 06 oktyabr 2021-ci ildə bağlanmış 132230 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə ödəniş cədvəlinə əsasən 619 manata nisyə mobil telefon satmışdır. Cavabdeh həmin məbləği hər ay 34,39 manat ödəmək şərti ilə 18 ay müddətinə, hər ayın 6-dək ödəməyi öz üzərinə götürmüşdür. Borclu müqavilə bağlandıqdan sonra ödəniş cədvəlinə uyğun olaraq 11 ay toplam olaraq 411,12 manat ödəniş etmiş və qalıq 207,78 manat borcunu ödəməkdən yayınmışdır. Cavabdeh ilə 31 may 2022-ci ildə bağlanmış 135329 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə ödəniş cədvəlinə əsasən 312,48 manata nisyə mobil telefon satmışdır. Cavabdeh həmin məbləği hər ay 26,04 manat ödəmək şərti ilə 12 ay müddətinə, hər ayın 31-dək ödəməyi öz üzərinə götürmüşdür. Borclu müqavilə bağlandıqdan sonra ödəniş cədvəlinə uyğun olaraq 4 ay toplam olaraq 105 manat ödəniş etmiş və qalıq 207,34 manat borcunu ödəməkdən yayınmışdır.Cavabdehə borcların ödənilməsinə dair dəfələrlə ona məxsus mobil və ev telefon nömrələrinə şifahi xəbərdarlıqlar edilmiş, həmçinin poçt vasitəsilə ona rəsmi qaydada xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdeh xəbərdarlıqlara məhəl qoymayaraq, müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmış, 06 oktyabr 2021-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 207,78 manat əsas, həmin gün üçün hesablanmış 27,88 manat cərimə borcu, cəmi 235,66 manat borc, 31 may 2022-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 207,34 manat əsas, həmin gün üçün hesablanmış 22,88 manat cərimə borcu, cəmi 230,22 manat borc, ümumi 465,88 manat borcu tələb edilmişdir. Cavabdeh ondan tələb olunan borcu ödəməkdən yayınmış, xx.xx.2023-cü il tarixdə xx.xx.2022-ci il tarixli kreditdən 60 manat ödəniş etmiş və nəticədə xx.xx.2021-ci il tarixdə bağlanmış nisyə alqısatqı müqaviləsinə əsasən 207,78 manat əsas, xx.xx.2023-cü il tarixədək hesablanmış 63 manat cərimə borcu, cəmi 270,78 manat borc, xx.xx.2022-ci il tarixdə bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən 187,34 manat əsas, xx.xx.2022-ci il tarixədək hesablanmış 15,6 manat cərimə borcu, cəmi 202,94 manat borc, ümumi 473,72 manat borc yaranmışdır. Göstərilənlərə əsasən, Cavabdeh xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 207,78 manat əsas, 63 manat cərimə borcu, cəmi 207,78 manat, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 187,34 manat əsas, 15,6 manat cərimə borcu, cəmi 202,94 manat, hər iki müqavilə üzrə 473,72 manat, həmçinin 30 manat dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə göndərilsə də, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarının araşdıraraq bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı (“satıcı”) ilə Cavabdeh qızı (“alıcı”) arasında bağlanmış xx.xx.2021-ci il tarixli № 132230 saylı və xx.xx.2022-ci il tarixli № 135329 saylı “malın nisyə alqı-satqı” müqavilələrinə əsasən, satıcı 1 ədəd Xiaomi Note 9T və 1 ədəd Xiaomi Note 9A markalı telefonları alıcıya verməyi, alıcı isə bunun müqabilində AR Mülki Məcəlləsinin 567-ci maddəsinə uyğun olaraq, satıcıya bu müqavilənin 2.1-ci bəndində müəyyən edilmiş qaydada və müəyyən edilmiş müddətdə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 312,48 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 619 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli müqavilənin 2.1-ci bəndində qeyd olunur ki, satıcı əşyanı 12 ay müddətinə hissə-hissə ödəmək şərti ilə alıcıya satır, alıcı 0,00 manat məbləğində ilkin ödəniş həyata keçirir, qalan 312,48 manat hər ay 26,04 manat olmaqla 12 ay ərzində hər ayın 30-u ödənilməlidir. xx.xx.2022-ci il tarixli müqavilənin 2.1-ci bəndində qeyd olunur ki, satıcı əşyanı 18 ay müddətinə hissə-hissə ödəmək şərti ilə alıcıya satır, alıcı 0,00 manat məbləğində ilkin ödəniş həyata keçirir, qalan 619 manat hər ay 34,39 manat olmaqla 18 ay ərzində hər ayın 6-ı ödənilməlidir. Müqavilələrin 6.1-ci maddəsində ödənişlər gecikdirildikdə, alıcının hər gecikdirilmiş gün üçün ödəniş məbləğinin 1% dəyərində cərimə ödəmək vəzifəsi müəyyənləşdirilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, həmin tarixdə 1 ədəd Xiaomi Note 9T markalı telefon bütün texniki sənədləri və ləvazimatı ilə birlikdə alıcıya təhvil verilmişdir. Aktın doğruluğu satıcı və alıcı tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, həmin tarixdə 1 ədəd Xiaomi Note 9A markalı telefon bütün texniki sənədləri və ləvazimatı ilə birlikdə alıcıya təhvil verilmişdir. Aktın doğruluğu satıcı və alıcı tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan 20 iyul 2023-cü il tarixli, 284 saylı maliyyə arayışına əsasən, Cavabdeh İddiaçınə xx.xx.2023-cü il tarixə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən əsas məbləğ üzrə 207,78 manat, cərimə borcu üzrə 63 manat, cəmi 270,78 manat; xx.xx.2022ci il tarixli müqaviləyə əsasən əsas məbləğ üzrə 187,34 manat, cərimə borcu üzrə 15,6 manat, cəmi 202,94 manat məbləğində borcu vardır. İş materiallarında olan 27 yanvar 2023-cü il tarixli pretenziya məktubundan (xəbərdarlıq) və məktubun qəbul edilməsinə dair xəbərnamədən görünür ki, borclu Cavabdeh borcunun ödənilməsi ilə bağlı kreditor tərəfindən xəbərdarlıq edilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (“satıcı”) ilə Cavabdeh (“alıcı”) arasında bağlanmış xx.xx.2021-ci il tarixli № 132230 saylı “malın nisyə alqı-satqı” müqaviləsinə əsasən satıcı tərəfindən cavabdehə 1 ədəd Xiaomi Note 9T markalı telefon, xx.xx.2022-ci il tarixli № 135329 saylı “malın nisyə alqı-satqı” müqaviləsinə əsasən satıcı tərəfindən cavabdehə 1 ədəd Xiaomi Note 9A markalı telefon, verilmiş, cavabdeh (alıcı) isə bunun qarşılığında ödəməli olduğu məbləği satıcıya ödəməmiş, gecikmələrə yol vermiş, nəticədə onun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2021-ci il tarixli № 132230 saylı müqavilə üzrə 207,78 manat, cərimə borcu üzrə 63 manat, cəmi 270,78 manat; xx.xx.2022-ci il tarixli № 135329 saylı müqavilə üzrə 187,34 manat, cərimə borcu üzrə 15,6 manat, cəmi 202,94 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qeyd olunan Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Eyni Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 15 manat; xx.xx.2022-ci il tarixli müqavilə üzrə 10 manat məbləğində dəbbə pulunun tutulması daha ağlabatan və ədalətlidir. Belə ki, MM-nin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 207,78 manat, cərimə borcu üzrə 15 manat; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 187,34 manat, cərimə borcu üzrə 10 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İddia digər hissədə rədd edilməlidir. Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 207,78 (iki yüz yeddi manat, 78 qəpik) manat, cərimə borcu üzrə 15 (on beş) manat; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 187,34 (bir yüz səksən yeddi manat, 34 qəpik) manat, cərimə borcu üzrə 10 (on) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 450,12 (dörd yüz əlli manat 12 qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əfsanə Heydərova
Məhkəmə qərarları › İş №e-2(006)-3515/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3515/2023
01.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver