Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3585/2025 30.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada 3150 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 52 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il saat 01:15 radələrində Bakı şəhəri, Mətbuat prospekti ərazisində Cavabdeh1 məxsus, Cavabdeh2 tərəfindən idarə edilən və PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Volkswagen Passat” markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes Benz C180” markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sonuncuya maddizərər dəymiş, X2 yüngül dərəcəli xəsarət almışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 3(004)-7216/2022 saylı qərara əsasən, Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Tərtib olunmuş Qüsur aktında göstərilmişdir ki, “Mercedes Benz C180” markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 3000,00 manat təşkil edir. "xxxx" ASC tərəfindən iş üzrə PXA121616/22saylı sığorta aktı tərtib edilməklə “Mercedes Benz C180” markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 3000,00 manat, PXA127124/22 saylı sığorta aktı tərtib edilməklə X2 yüngül dərəcəli xəsarət aldığına görə zərərin qarşılanması üçün isə 750,00 manat sığorta ödənişi həyata keçirilmişdir. (ümumilikdə 3750,00 (üç min yeddi yüzəlli) manat) Cavabdeh tələb olunan məbləğin 600,00 manat hissəsini ödəmiş, 3150,00 manat hissəsi isə ödənilməmiş qalmışdır. Sonradan "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlanaraq, tələbdə qeyd olunan məbləğdən ödənişlər həyata keçirildiyindən, iş üzrə Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 3150 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin məhkəmənin hesabına ödənilən 52 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə izahatında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəki məhkəmə iclasında Cavabdeh2 məhkəməyə izahatında hadisənin onu tərəfindən törədildiyini, digər cavabdehlərin hadisəyə aidiyyətinin olmadığını, qeyd edilən məbləğdən 1400 manat ödəniş etdiyini, iddia tələbində göstərilən məbləğdə borcu olduğunu, hər ayın 5-i mütəmadi ödənişlər etdiyini bildirmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh3 məhkəməyə izahatında iddia tələbinin ona münasibətdə rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallardında olan: - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(004)- 7216/2022 saylı qərarı ilə Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. - "xxxx" ASC-nin 12 yanvar 2023-cü il tarixli, 05/01-84 saylı arayışından görünür ki, xx.xx.2022-ci il saat 01:15 radələrində Bakı şəhəri, Mətbuat prospekti ərazisində PXA220521083 saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Volkswagen Passat” markalı, **- KC-*** dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes Benz C180” markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymiş, X2 yüngül dərəcəli xəsarət almışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənlərə dəymiş zərərə görə ümumilikdə 3750 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. - 16.08.2022-ci il tarixli PXA********** nömrəli icbari sığorta müqaviləsindən görünür ki, “"xxxx" ASC-yə məxsus “Volkswagen Passat” markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobil «Avtonəqliyyat vasitəsi sahiblərinin məsuliyyətinin icbari sığortası» növü üzrə 5000 manat məbləğində sığortalanmışdır. - PXA********** saylı sığorta aktından və ödəniş tağşırığından görünür ki, 3000 manat pul vəsaiti X1 ödənilmişdir. - PXA********** saylı sığorta aktından və ödəniş tapşırığından görünür ki, 750 manat pul vəsaiti X1 ödənilmişdir. - 27.10.2022-ci il tarixli, 4146 saylı qitmətləndirmə aktından görünür ki, “Mercedes Benz C180” markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərərin aradan qaldırılması üçün 3000 manat pul vəsaitinin tələb olunduğu qeyd edilmişdir. - xx.xx.2025-ci il tarixli **********16 saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 52 manat dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, Cavabdeh2 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir və iddiaçının ona qarşı subroqasiya qaydasında tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Mülki Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Mülki Məcəllənin 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 1114-cü maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmlak vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. «İcbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun: - 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. - 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. - 18.1-ci maddəsinə əsasən bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Məhkəmə iclasında təsdiq olundu ki, mülki hüquq pozuntusu məhz Cavabdeh2 tərəfindən törədilmişdir və o, törətdiyi hüquq pozuntusu ilə vurduğu zərəri ödəməyə borcludur. xx.xx.2025-ci il tarixli **********16 saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 52 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 2350 manat məbləğində sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 44 manatı Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, sözügedən yol-nəqliyyat hadisəsinin məhz Cavabdeh2 tərəfindən törədildiyi, digər cavabdehlərin bu hadisəyə aidiyyəti olmadığı tədqiq olunan materiallar və tərəflərin izahatları ilə müəyyən olunaraq, Cavabdeh2 tərəfindən ödənişlərin mütəmadi həyata keçirildiyi və həmçinin özü tərəfindən də məbləğin bir hissəsinin ödənildiyi və qalan borcunun tələbdə qeyd olunan 2350 manat məbləğində olduğu bildirildiyindən iddia qeyd olunan digər hissələrdə təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2350 manat məbləğində sığorta ödənişi və 52 manat dövlət rüsumu Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi şəkildə təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-3585/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3585/2025
30.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver