Məhkəmə qərarları › İş №e-2(006)-3665/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3665/2022

28.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3665/2022 28.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhdən 5000 manat məbləğində vurulmuş zərərin və 70 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 5070 manatın alınaraq, iddiaçının hеsabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, “TOYOTA LAND CRUİSER” markalı, 90–MD–770 dövlət nömrə nişanlı avtomobil xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2019-cu il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2019-ci il dekabrın 29-da Cavabdeh idarə etmək hüququ olmadan idarə etdiyi “TOYOTA LAND CRUİSER” markalı, 90–MD–770 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində “VAZ 2104“ markalı, 90–NA–582 dövlət nömrə nişanlı, “VAZ 2102” markalı, 10–EV–612 dövlət nömrə nişanlı, “MERCEDES BENZ” markalı, 90–GX–344 dövlət nömrə nişanlı və “HONDA CR-V” markalı, 90–HD–780 avtomobillərlə toqquşmuşdur. Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən 23 yanvar 2020-ci il tarixində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. Nərimanov DYPŞ-in İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Nərimanov DYPŞ-in xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü (İXM 332.2-ci (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə) maddəsi ilə təqsirli bilinərərək 400 manat məbləğində cərimə edilmişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “MERCEDES BENZ” markalı, 90–GX–344 dövlət nömrə nişanlı avtomobilə 3685 manat məbləğində zərər dəymişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “VAZ 2104“ markalı, 90–NA–582 dövlət nömrə nişanlı avtomobilə 1734 manat məbləğində zərər dəymişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “VAZ 2104“ markalı, 90–NA–582 dövlət nömrə nişanlı avtomobilə 1734 manat məbləğində zərər dəymişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən xx.xx.2019cu il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “HONDA CR-V” markalı, 90–HD–780 dövlət nömrə nişanlı avtomobilə 450 manat məbləğində zərər dəymişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “VAZ 2102“ markalı, 10–EV–612 dövlət nömrə nişanlı avtomobilə 2020 manat məbləğində zərər dəymişdir. Sığorta məbləği hesablanmış ümumi zərər məbləğinə bölünür və alınan rəqəm hər bir nəqliyyat vasitəsi üzrə hesablanmış zərər məbləğinə vurulur. Yəni, 5000 manat sığorta məbləği, 7889 manat (dəymiş zərərin ümumi məbləği 3685+450+2020+1734) = 0,**********268982 0,**********268982 x 3685 = 2335,53 manat sığorta ödənişi 0,**********268982 x 450 = 285,21 manat sığorta ödənişi 0,**********268982 x 2020 = 1280,26 manat sığorta ödənişi 0,**********268982 x 1734 = 1099 manat sığorta ödənişi İddiaçı xx.xx.2020-ci il tarixində 285,21 manat məbləği zərərçəkmiş şəxs İsmayılov İlham İsa oğluna sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına ödəmişdir. İddiaçı xx.xx.2020-ci il tarixində 2335,53 manat məbləği zərərçəkmiş şəxs Əsgərov Mustafa Deputat oğluna sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına ödəmişdir. İddiaçı xx.xx.2020-ci il tarixində 1099 manat məbləği zərərçəkmiş şəxs Hüseynov Gürşad Mikayıl oğluna sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına ödəmişdir. İddiaçı xx.xx.2020-ci il tarixində 1280,26 manat məbləği zərərçəkmiş şəxs Şükürov Əmiraslan Adil oğluna sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına ödəmişdir. Əvvəl keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2019-cu il tarixli PXA ********** nömrəli Sığorta Şəhadətnaməsinin surətindən görünür ki, Şükürov Adil Bəhram oğluna məxsus “TOYOTA LAND CRUİSER” markalı, 90– MD–770 dövlət nömrə nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək iddiaçı tərəfindən icbari sığorta növü ilə sığortalanmışdır. İXP seriyalı, ******* saylı İnzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə saat 15:40 radələrində idarə etdiyi “TOYOTA LAND CRUİSER” markalı, 90–MD–770 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 2113 ünvanında İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin tələblərini pozmuşdur. TP seriyalı ******* saylı İnzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Şükürov X2 Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyinə görə, barəsində 400 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. xx.xx.2019-cu il tarixli Qüsur aktlarından görünür ki, dəymiş zərərlər “MERCEDES BENZ” markalı, 90–GX–344 dövlət nömrə nişanlı avtomobilə 3685 manat, “VAZ 2104“ markalı, 90–NA–582 dövlət nömrə nişanlı avtomobilə 1734 manat, “HONDA CR-V” markalı, 90–HD–780 dövlət nömrə nişanlı avtomobilə 450 manat və “VAZ 2102“markalı, 10–EV–612 dövlət nömrə nişanlı avtomobilə 2020 manat məbləğində müəyyənləşdirilmişdir. PXA57501 saylı, PXA57502 saylı, PXA57503 saylı və PXA57504 saylı Sığorta aktlarından görünür ki, “MERCEDES BENZ” markalı, 90–GX–344 dövlət nömrə nişanlı avtomobilə 3685 manat, “VAZ 2104“ markalı, 90–NA–582 dövlət nömrə nişanlı avtomobilə 1734 manat, “HONDA CR-V” markalı, 90–HD–780 dövlət nömrə nişanlı avtomobilə 450 manat və “VAZ 2102“ markalı, 10–EV–612 dövlət nömrə nişanlı avtomobilə 2020 manat məbləğlərində zərərlər dəymişdir. Cari hesabdan çıxarışlardan və təhvil-təslim aktlarından görünür ki, iddiaçı tərəfindən “MERCEDES BENZ” markalı, 90–GX–344 dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə 2335,53 manat, “VAZ 2104“ markalı, 90–NA–582 dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə 1099 manat, “HONDA CR-V” markalı, 90–HD–780 dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə 285,21 manat və “VAZ 2102“ markalı, 10–EV–612 dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə 1280,26 manat məbləğlərində sığorta ödənişləri zərəçəkmişlərin sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartlarına ödənilmişdir. xx.xx.2020-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, sürücü Cavabdeh əməllərində cinayət tərkibi olmadığına görə tolpanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Eyni zamanda həmin qərarın məzmunundan müəyyən olunur ki, hadisənin baş verdiyi xx.xx.2019-cu il tarixdə Cavabdeh nəqliyyat vasitəsini idarə etmək üçün hüququnun olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Habelə, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının sığortalıya və (və ya) sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə tədqiqatı müəyyən olundu ki, Şükürov Adil Bəhram oğluna məxsus “TOYOTA LAND CRUİSER” markalı, 90–MD–770 dövlət nömrə nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək iddiaçı tərəfindən icbari sığorta növü ilə sığortalanmışdır. xx.xx.2019-ci il tarixdə saat 15:40 radələrində Cavabdeh idarə etmək hüququ olmadan idarə etdiyi “TOYOTA LAND CRUİSER” markalı, 90–MD–770 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində “VAZ 2104“ markalı, 90–NA–582 dövlət nömrə nişanlı, “VAZ 2102” markalı, 10–EV–612 dövlət nömrə nişanlı, “MERCEDES BENZ” markalı, 90–GX–344 dövlət nömrə nişanlı və “HONDA CR-V” markalı, 90–HD–780 avtomobillərlə toqquşmuş və nəticədə həmin avtomobillərə maddi zərər dəymişdir. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyinə görə, barəsində 400 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməklə TP seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar qəbul olunmuşdur. İddiaçı tərəfindən “MERCEDES BENZ” markalı, 90–GX–344 dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə 2335,53 manat, “VAZ 2104“ markalı, 90–NA–582 dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə 1099 manat, “HONDA CR-V” markalı, 90–HD–780 dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə 285,21 manat və “VAZ 2102“ markalı, 10– EV–612 dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə 1280,26 manat məbləğlərində, cəmi 5000 manat məbləğində sığorta ödənişi zərəçəkmişlərin sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartlarına ödənilmişdir. Yuxarıda göstərilən normaların tələblərindən göründüyü kimi subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir ki, hazırkı işdə də qeyd olunan əsaslar mövcuddur. Belə ki, “TOYOTA LAND CRUİSER” markalı, 90–MD–770 dövlət nömrə nişanlı avtomobilin idarə edilməsi zamanı Cavabdeh təqsirli hərəkətləri nəticəsində (idarə etmə hüququ olmadan) digər şəxslərə məxsus avtomobillərə zərər dəymiş, eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə uyğun olaraq cərimə edilmiş və iddiaçı avtomobillərə dəymiş zərərləri ödəyərək, Mülki Məcəllənin 936.1-ci maddəsinin tələblərinə uyğun olaraq tələbetmə hüququnu əldə etmişdir. Hazırki işin halları baxımından isə vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş Cavabdehdur ki, bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı zərəçəkmişlərə ödənilmiş pul vəsaitinin subroqasiya qaydasında Cavabdeh tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 5000 manat məbləğində vurulmuş zərər və 70 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 5070 manat alınaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hеsabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar