Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3670/2024 24.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclas katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi ilə, İddiaçı cavabdeh Ahmet Sevincə qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh Ahmet Sevincə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə cavabdeh Ahmet Sevinc arasında bağlanmış BL785862 saylı, xx.xx.2022-ci il tarixli Nisyə satış müqaviləsinə əsasən yaranmış 346,98 (üç yüz qırx altı manat doxsan səkkiz qəpik) əsas borc, ( ) cərimə, BL761824 saylı müqaviləyə əsasən yaranmış 222,97 (iki yüz iyirmi iki manat doxsan yeddi qəpik) əsas borc, (0.00) cərimə, ümumilikdə 569,95 (beş yüz altmış doqquz manat doxsan beş qəpik) borcun və 30 (otuz manat) dövlət rüsumunun cavabdeh Ahmet Sevincdən tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə cavabdeh Ahmet Sevinc arasında bağlanmış BL785862 saylı, xx.xx.2022-ci il tarixli Nisyə-satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 10 ay müddətinə hər ayın 8-dən gec olmamaqla 354 (üç yüz əlli dörd manat) ödəməyi öhdəsinə götürmüşdür. Bundan əlavə İddiaçı ilə cavabdeh Ahmet Sevinc arasında bağlanmış BL761824 saylı, xx.xx.2022-ci il tarixli Nisyə-satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 12 ay müddətinə hər ayın 14-dən gec olmamaqla 226 (iki yüz iyirmi altı manat) ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh qeyd olunan müqavilələrin öhdəliklərini lazımınca icra etməyərək, aylıq ödənişləri ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o, müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirməmişdir. Belə ki, borca dair arayışlardan görünür ki, cavabdeh Ahmet Sevincin İddiaçı MMC-yə BL785862 saylı müqaviləyə əsasən 346,98 (üç yüz qırx altı manat doxsan səkkiz qəpik) əsas borc, (0.00) cərimə, BL761824 saylı müqaviləyə əsasən 222,97 (iki yüz iyirmi iki manat doxsan yeddi qəpik) əsas borc, (0.00) cərimə, ümumilikdə 569,95 (beş yüz altmış doqquz manat, doxsan beş qəpik) borcu qalmışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları: xx.xx.2022-ci il tarixli, BL761824 saylı nisyə satış müqaviləsindən, həmin müqaviləyə əlavə edilmiş 1 saylı əlavədən görünür ki, cavabdeh Ahmet Sevinc 2833.97 manat dəyərində avadanlıq əldə etmiş, ilkin ödəniş 134 manat olmaqla, 12 ay müddətinə hər ayın 14-dən gec olmamaqla hər ay 226 manat olmaqla, cəmi 2699.97 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC pretenziya qaydasına riayət edərək, cavabdeh Ahmet Sevincdən xx.xx.2022-ci il tarixli, BL761824 saylı nisyə satış müqaviləsi üzrə borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. xx.xx.2024-cü il tarixli borca dair arayışından görünür ki, Ahmet Sevincin İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixli, BL761824 saylı müqavilə üzrə 222.97 manat məbləğində borcu vardır. xx.xx.2022-ci il tarixli, BL785862 saylı nisyə satış müqaviləsindən, həmin müqaviləyə əlavə edilmiş 1 saylı əlavədən görünür ki, cavabdeh Ahmet Sevinc 4018.98 manat dəyərində avadanlıq əldə etmiş, ilkin ödəniş 500 manat olmaqla, 10 ay müddətinə hər ayın 8-dən gec olmamaqla hər ay 354 manat olmaqla, cəmi 3518.98 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC pretenziya qaydasına riayət edərək, cavabdeh Ahmet Sevincdən xx.xx.2022-ci il tarixli, BL785862 saylı nisyə satış müqaviləsi üzrə borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. xx.xx.2024-cü il tarixli borca dair arayışından görünür ki, Ahmet Sevincin İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixli, BL785862 saylı müqavilə üzrə 346.98 manat məbləğində borcu vardır. xx.xx.2024-cü il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 424-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İş materiallarında olan sənədlərdən göründüyü kimi cavabdeh hər iki müqavilə üzrə əşyaları qəbul etmiş, lakin müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yəni, iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Odur ki, iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu qənaətə gəlir ki, iddia təmin edilməli, BL761824 saylı, xx.xx.2022-ci il tarixli Nisyə satış müqaviləsinə əsasən yaranmış 222.97 (iki yüz iyirmi iki manat doxsan yeddi qəpik) manat əsas borc; BL785862 saylı, xx.xx.2022-ci il tarixli Nisyə satış müqaviləsinə əsasən yaranmış 346.98 (üç yüz qırx altı manat doxsan səkkiz qəpik) manat əsas borc olmaqla, ümumilikdə 569.95 (beş yüz altmış doqquz manat doxsan beş qəpik) manat məbləğində borcun və 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdeh Ahmet Sevincdən İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. BL761824 saylı, xx.xx.2022-ci il tarixli Nisyə satış müqaviləsinə əsasən yaranmış 222.97 (iki yüz iyirmi iki manat doxsan yeddi qəpik) manat əsas borc və BL785862 saylı, xx.xx.2022-ci il tarixli Nisyə satış müqaviləsinə əsasən yaranmış 346.98 (üç yüz qırx altı manat doxsan səkkiz qəpik) manat əsas borc olmaqla, ümumilikdə 569.95 (beş yüz altmış doqquz manat doxsan beş qəpik) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumunun əvəzi Ahmet Sevincdən tutularaq İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-3670/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3670/2024
24.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver