Məhkəmə qərarları › İş №e-2(006)-3706/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3706/2023

16.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3706/2023 16.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022- ci il tarixli müqaviləsinə əsasən, AUX kondisioner üçün 1711.7 manat ödənilməmiş hissə, 378.3 manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, Playstatıon 5, PS5 pultlu üçün 1635.92 manat ödənilməmiş hissə, 345.68 manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, ütü Braun üçün, 604.92 manat ödənilməmiş hissə, 132.08 manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, tikiş maşını Janome üçün 502.02 manat ödənilməmiş hissə, 114.98 manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, paltaryuyan Samsung üçün, 60 manat ödənilməmiş hissə, 19.4 manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, paltaryuyan Toshiba, Gree kondisioner üçün 922.4 manat ödənilməmiş hissə, 283.6 manat dəbbə; ümumilikdə 6711 manat borc, 87.11 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, AUX kondisioner, Playstatıon 5, PS5 Pultu, ütü Braun, tikiş Maşını Janome, Paltaryuyan Samsung, Paltaryuyan Toshiba, Gree kondisioner almış və nəticədə 6711 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1891.8 manat (18 ay x 105.1 manat + 0 manat ilkin ödəniş) olan AUX kondisioner üçün ümumilikdə, 2090 manat olmaqla ondan, 1711.7 manat ödənilməmiş hissə, 378.3 manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1735.92 manat (18 ay x 96.44 manat + 0 manat ilkin ödəniş) olan Playstatıon 5, Ps5 Pultu üçün ümumilikdə, 1981.6 manat olmaqla ondan, 1635.92 manat ödənilməmiş hissə, 345.68 manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 727.92 manat (18 ay x 40.44 manat + 0 manat ilkin ödəniş) olan ütü Braun altı yüz dörd manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, 132.08 manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 700.02 manat (18 ay x 38.89 manat + 0 manat ilkin ödəniş) olan tikiş Maşını Janome üçün ümumilikdə 617 manat olmaqla ondan, 502.02 manat ödənilməmiş hissə, 114.98 manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1155.6 manat (18 ay x 64.2 manat + 0 manat ilkin ödəniş) olan paltaryuyan Samsung üçün ümumilikdə 79.4 manat olmaqla ondan, 60 manat ödənilməmiş hissə, 19.4 manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2083.2 manat (24 ay x 86.8 manat + 0 manat ilkin ödəniş) olan paltaryuyan Toshiba, Gree kondisioner üçün ümumilikdə 1206 manat olmaqla ondan, 922.4 manat ödənilməmiş hissə, 283.6 manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2857.5 manat təşkil edir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyi xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbinin əsaslığını və əmlakın dəyərini sübut sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh iddiaçıya borcunun olmasını etiraf etməklə izahatında bildirdi ki, ərinin vəfat etməsi səbəbindən həmin borcu qaytara bilməmişdir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 03011595 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən Aux Asw- H18A4/FR1 kondisioner Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 105.1 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 12082210 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən Playstatıon 5, PS5 Pultu Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 96.44 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 02981696 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən Braun markalı ütü Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 40.44 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 02981490 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən Janome markalı tikiş maşını Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 38.89 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 22309263 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən Samsung markalı paltaryuyan Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 64.2 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 23152240 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən Toshiba markalı paltaryuyan və Gree markalı kondisioner Cavabdeh nisyə satılmış və cavabdeh 24 ay müddətində ödəniş cədvəli üzrə hər ay 86.8 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixli 03011595 saylı müqavilə üzrə 1711.7 manat ödənilməmiş hissə, 378.3 manat dəbbə borcu mövcuddur. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixli 12082210 saylı müqavilə üzrə 1635.92 manat ödənilməmiş hissə, 345.68 manat dəbbə borcu mövcuddur. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixli 12082210 saylı müqavilə üzrə 604.92 manat ödənilməmiş hissə, 132.08 manat dəbbə borcu mövcuddur. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixli 02981490 saylı müqavilə üzrə 502.02 manat ödənilməmiş hissə, 114.98 manat dəbbə borcu mövcuddur. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixli 22309263 saylı müqavilə üzrə 60 manat ödənilməmiş hissə, 19.4 manat dəbbə borcu mövcuddur. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixli 23152240 saylı müqavilə üzrə 922.4 manat ödənilməmiş hissə, 283.6 manat dəbbə borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən məişət əşyaları almış və alğı-satqı müqaviləsi üzrə dövri ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş əsas məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, müqavilələr üzrə ödənilməyən əsas borcların cavabdehdən tutulması hissəsində iddia tələbi təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1711.7 manat məbləğində əsas borca münasibətdə 378.3 manat dəbbə (cərimə), xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1635.92 manat məbləğində əsas borca münasibətdə 345.68 manat dəbbə (cərimə), xx.xx.2022-ci il tarixli müqavilə üzrə 604.92 manat məbləğində əsas borca münasibətdə 132.08 manat dəbbə (cərimə), xx.xx.2022-ci il tarixli müqavilə üzrə 502.02 manat məbləğində əsas borca münasibətdə 114.98 manat dəbbə (cərimə), xx.xx.2021-ci il tarixli müqavilə üzrə 60 manat məbləğində əsas borca münasibətdə 19.4 manat dəbbə (cərimə), xx.xx.2021-ci il tarixli müqavilə üzrə 922.4 manat məbləğində əsas borca münasibətdə 283.6 manat dəbbə (cərimə) borcunun tutulması əsaslı hesab edilə bilməz və tənasübsüz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2022ci il tarixli müqavilə üzrə 60 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 55 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 30 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 20 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 5 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 40 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu tərəflərə aid edilməli və buna görə də, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 76.47 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 10.64 manat isə iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 03011595 saylı müqavilə üzrə 1711.7 manat əsas, 60 manat cərimə, xx.xx.2022-ci il tarixli 12082210 saylı müqavilə üzrə 1635.92 manat əsas, 55 manat cərimə, xx.xx.2022-ci il tarixli 02981696 saylı müqavilə üzrə 604.92 manat əsas, 30 manat cərimə, xx.xx.2022-ci il tarixli 02981490 saylı müqavilə üzrə 502.02 manat əsas, 20 manat cərimə, xx.xx.2021-ci il tarixli 22309263 saylı müqavilə üzrə 60 manat əsas, 5 manat cərimə, xx.xx.2021-ci il tarixli 23152240 saylı müqavilə üzrə 922.4 manat əsas, 40 manat cərimə, cəmi 5646.96 manat və dövlət rüsumuna görə ödənilmiş 76.47 manat tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməli, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 87.11 manatın qalan 10.64 manatı iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-38, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 03011595 saylı müqavilə üzrə 1711.7 manat əsas, 60 manat cərimə, xx.xx.2022-ci il tarixli 12082210 saylı müqavilə üzrə 1635.92 manat əsas, 55 manat cərimə, xx.xx.2022-ci il tarixli 02981696 saylı müqavilə üzrə 604.92 manat əsas, 30 manat cərimə, xx.xx.2022-ci il tarixli 02981490 saylı müqavilə üzrə 502.02 manat əsas, 20 manat cərimə, xx.xx.2021-ci il tarixli 22309263 saylı müqavilə üzrə 60 manat əsas, 5 manat cərimə, xx.xx.2021-ci il tarixli 23152240 saylı müqavilə üzrə 922.4 manat əsas, 40 manat cərimə, cəmi 5646.96 manat və dövlət rüsumuna görə ödənilmiş 76.47 manat tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 87.11 manatın qalan 10.64 manatı iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar