Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3796/2022 02.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1, Cavabdeh1 nümayəndəsi (vəkili) Nümayəndə2, Cavabdeh3 MMC-nin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdehlər X13, Cavabdeh2, Cavabdeh3 MMC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 9 saylı Notariat Ofisi, ”Nur- 2013” MTK və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin miras əmlak, mirasın qəbulu ilə bağlı müddətin bərpası və s.” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər X13, Cavabdeh2, Cavabdeh3 MMC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 9 saylı Notariat Ofisi, ”Nur- 2013” MTK və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin miras əmlak, mirasın qəbulu ilə bağlı müddətin bərpası və s.” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə edərək, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev/bina 108-də yerləşən 64 nömrəli mənzilin miras əmlak hesab edilməsinə, mirasın qəbulu ilə bağlı müddətin bərpasına və bu müddətin hazırki mübahisə üzrə qəbul ediləcək yekun məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi zamanından hesablanmasına, həmin mənzillə bağlı vərəsəlik hüququnun tanınmasına, həmin mənzillə bağlı Cavabdeh1 verilmiş "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2021-ci il tarixli 17 nömrəli protokolundan “Çıxarış” sənədinin və xx.xx.2021-ci il tarixli “Maliyyə arayışı” sənədinin etibarsız hesab edilməsinə, keçmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (indiki Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın silinərək ona verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsinə, həmin mənzillə bağlı Cavabdeh1 ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış, Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 4Ə-799 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və həmin mənzillə bağlı keçmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (indiki Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən cavabdeh "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın silinərək adına verilmiş çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1981-ci il tarixində Ağdam şəhərində anadan olmuşdur. 1990-cı illərdən Bakı şəhərində yaşayır. 2003-cü ildən ailəlidir. Ailə qurduqdan sonra həyat yoldaşı ilə birlikdə bir müddət ünvan 1 ünvanında yaşamışdır. 2009-cu ildə anadı Ağdam rayon Mərkəzi Xəstəxanasına (Quzanlıdakı) Baş həkim təyin olunub. Bununla əlaqədar atası ilə anası Bakı şəhərindəki öz yeni mənzillərinə -Nəsimi rayonu, Azadlıq prospekti 108, mənzil 64-dəki mənzillərinə köçüb yaşamağı ona təklif ediblər, çünki həmin zaman yeganə qardaşı, hazrki işdə cavabdeh kimi cəlb edilmiş Cavabdeh1 subay idi, tək yaşayırdı, hələ ailə həyatı qurmamışdı. Bu səbəbdən ona təklif olundu ki, həmin mənzilə keçsin, bir yerdə yaşasınlar. O da bununla razılaşaraq ailəsi ilə - əri və uşaqları ilə birgə həmin mənzilə köçmüşdür. xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh1 onun doğma qardaşıdır. Onlar iki övlad olmuşlar. Ataları xx.xx.1950-ci il təvəllüdlü X14 xx.xx.2020-ci il tarixində Covid-19 xəstəliyindən Bakı şəhərində “Yeni Həyat” klinikasında vəfat edib. Anaları xx.xx.1957-ci il təvəllüdlü X15 da Covid-19 xəstəliyindən xx.xx.2021-ci il tarixində vəfat edib. X4 tanınmış futbolçu olub, Qarabağ Futbol klubunda futbolçu və daha sonra məşqçi olaraq çalışıb. Bu komandanın dirçəldilməsində və inkişafında rolu olanlardan biri olub. Təxminən 2005-2008 illərdə atası idman sahəsindəki nailiyyətlərinə - Qarabağ futbol klubundakı səmərəli fəaliyyətinə görə Dövlət Başçısı möhtərəm cənab X19 tərəfindən mükafatlandırılıb və ünvan 3 ünvanında yerləşən 64 nömrəli mənzil ona təltifetmə mərasimində hədiyyə edilib. Bunun xatirə fotoşəkli də vardır. Həmin zaman mənzil atasına verilərkən yeni binada təmirsiz vəziyyətdə idi. Atası öz vəsaiti hesabına həmin mənzili təmir etdirib. Təmirdən çıxarkən mənzil demək olar ki, boş idi. Ata-anası təzə-təzə oraya yerləşməyə başlayırdılar ki, anasını Ağdam Rayon Xəstəxanasına Baş həkim təyin etdilər. Buna görə də 2009-cu ildə ata-anasının təklifi ilə o, həmin mənzilə köçməli oldu. Köçərkən o, buraya bütün cehiz mebellərini və cehiz şəxsi əşyalarını da gətirmişdi. Mənzil onun əşyaları ilə doldurulmuş və yaşayışa uyğun vəziyyətə gətirilmişdi. Demək olar ki, mənzildəki hər bir şey ona məxsus olub. xx.xx.2011-ci il tarixində qardaşı ailə həyatı qurub və nikahdan sonra qonşu blokda kirayə tutaraq orada həyat yoldaşı ilə birlikdə yaşamağa başlayıb. O isə övladları ilə bildikdə ata-anasının mənzilində yaşamağa davam etmişdir. 2015-ci il tarixində anası baş həkim vəzifəsindən azad edilib və bununla əlaqədar olaraq anası atası ilə birlikdə Bakıya qayıdaraq yaşadığı mənzilə gəliblər. Bir-iki il o, övladları və valideynləri bir yerdə yaşamışlar. 2016-cı il tarixində qardaşı ailəsi ilə birlikdə kirayədə yaşaya bilmədiklərini bəhanə edərək həmin mənzilə köçüb. Bu üzdən o, başqa ünvana köçmək məcburiyyətində qalmışdır. Ailəsi ilə birlikdə ünvan 4 ev 5 yerləşən 27 nömrəli mənzilə köçərək orada kirayədə yaşamağa başlamışdır. Lakin, bütün mebel və əşyaları həmin mənzildə qalmışdır. Çünki, əşyalarını kirayə qaldığı mənzilə aparmaq istəməmişdir. Hal-hazırda da həmin mənzildə kirayədə yaşayır. xx.xx.2020-ci il tarixində atası, xx.xx.2021-ci il tarixində isə anası koronavirus xəstəliyi səbəbindən vəfat ediblər. Atası “Yeni həyat” klinikasında, anası isə FHN-nin modul tipli xəstəxanasında dünyadan köçüb. Ata-anasının ikisinin də az bir aralıqla qəflətən hazırlıqsız dünyadan köçmələri onu sarsıtmışdır. O üzdən, bir müddət bir neçə aylar özündə olmamışdır, heç nə gözündə olmayıb. Üstündən bir-iki ay keçdikdən sonra qardaşı ilə görüşüb mənzilin məsələsini öz aralarında həll etməyə çalışmışdır. O bildirib ki, mənzil guya atası tərəfindən ona ölümündən əvvəl bağışlama müqaviləsi ilə bağışlanıb, bu üzdən də mənzildən ona heç nə çatmır. Hətta mənzilin artıq çıxarışını aldığını da söyləyib. O, qardaşı olduğu üçün onun dediklərinə inanaraq vərəsəliklə bağlı heç bir orqana müraciət etməmişdir. Çünki, vərəsəlik işinin açılması mövcud əmlakın sənədləşdirilməsi üçün lazım olur. Atasından isə öz adına heç bir əmlak olmadığından, yeganə mənzilin isə qardaşına bağışlandığını da eşitdikdən sonra əşyalarını götürərək mənzildən çıxmaq qərarına gəlmişdir. Əşyaları qardaşı və ailəsi tərəfindən bərbad günə salınmış, bir çoxu isə itirilmiş, yoxa çıxmışdır. Bunun üstündə onunla və ailəsi ilə münasibətləri korlanmışdır. O zamandan küsülüdürlər və danışmırlar. Bir müddət bundan əvvəl internetdən ev elanlarına baxarkən mənzillərinin - ünvan 5 ünvanındakı mənzilin təcili satışda olduğunu öyrənmişdir. Bu, onda müəyyən şübhələr yaradıb və hüquqşünas mütəxəssislərə/vəkillərə müraciət edərək mənzilin ilkin sənədləşmə işləri ilə maraqlanmaq qərarına gəlmişdir. İlk növbədə, mənzilin ilkin qeydiyyat sənədlərini üzə çıxarmaq/dəqiqləşdirmək üçün 16 may 2022-ci il tarixdə vəkil sorğusu ilə daşınmaz əmlakın dövlət reyestri orqanına müraciət etmişdir. 1 saylı Bakı Ərazi İdarəsindən almış olduğu xx.xx.2022-ci il tarixli arayışda bildirilmişdir ki, Bakı şəhəri, ünvan 3, 64 saylı mənzil "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2021-ci il 17 nömrəli protokoldan çıxarışa, xx.xx.2021-ci il tarixli maliyyə arayışına, xx.xx.2021-ci il tarixli Forma 2 arayışına əsasən, ilkin olaraq xx.xx.2021-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 4Ə-799 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məhz həmin arayışı əldə etdikdən sonra aydınlaşdırmışdır ki, Cavabdeh1 ata-analarının ölümünün heç bir ayı çıxmamış (atasının ölümündən bir ay keçməmiş, anasının ölümündən isə 10 gün keçməmiş) vərəsəlik işi açdırmadan,vərəsəliyin qəbulu müddətini gözləmədən, bu barədə notariat orqanını məlumatlandırmadan və onu vərəsəliyə dəvət etmədən qanunsuz yollarla "xxxx" MTK səlahiyyətliləri ilə əlaqəyə mənzillə bağlı öz adına hüquqverici sənədlər tərtib etdirmiş, miras əmlak hesab olunmalı mənzili miras kütləsindən çıxarmaqla vərəsəyə yaraşmayan (qanunvercilikdə bu, ləyaqətsiz hərəkət adlandırılır) və qanunvericiliyə də zidd olan bir əmələ yol vermiş, bu yolla mənzili qanunsuz yollarla öz adına sənədləşdirmişdir. Hesab edir ki, bu hüquqa zidd əməllərdə "xxxx" MTK-nın səlahiyyətlilərinin də mülki məsuliyyəti vardır, bu üzdən təmsil etdikləri "xxxx" MTK da hüquqi şəxs olaraq cavabdeh qismində hazırki işə cəlb edilməlidir. Belə ki, "xxxx" MTK qanunsuz sənədləşmə işinin aparılmasında Cavabdeh1la birbaşa məsuliyyət daşıyırlar. Hətta bir az dərinə getmiş olsa, burada cinayət xarakterli əməllər də vardır, belə ki, onlar miras əmlakının mənimsənilməsi üçün saxta sənəd tərtib ediblər. "xxxx" MTK-nın rəhbər şəxsləri çox yaxşı bilirdilər ki, bu mənzil cənab Prezidentin göstərişi və Bakı şəhər İH orqanının sərəncamı əsasında atasına verilib. Bu üzdən atasına məxsus olan, özü də onun adına sağlığında sənədləşdirilmiş mənzil onun ölümündən sonra yalnız qanuni vərəsəlik işinin açılması, vərəsələrin dairəsinin və miras paylarının müəyyən edilməsi, qanunvericilikdə müəyyən edilmiş müddətin tamamlanması və notariat orqanının arayışı, yaxud şəhadətnaməsi əsasında varisin/varislərin (miras ortaqlarının) adına keçirilə bilərdi. Lakin, MTK-nın rəhbər şəxsləri maraqlar xatirinə mənzili qanunsuz olaraq xx.xx.2021-ci il tarixində qardaşının adına guya ilkin sənədləşmə adı ilə - guya yeni əmlak alırmış kimi rəsmiləşdirilmiş, müvafiq sənədlər tərtib edib ona vermişlər ki, mənzili qardaşı öz adına keçirsin və qeydiyyata aldırsın. MTK qanunsuz olaraq “Maliyyə arayışı” sənədi verib və mənzilin pay haqqının guya qardaşı tərəfindən ödənildiyini təsdiq edib, halbuki qardaşının bu qədər vəsaiti olmayıb, olsa idisə də, bu arayış verilə bilməzdi, çünki mənzil atasına idmançı olaraq əvəzsiz qaydada, mükafat kimi verilmişdi. Əslində, qardaşının və MTK-nın vəzifəli şəxslərinin bu “işbirliy’ində və əməllərində sənədlərin saxtalaşdırılması və digər vəzifə cinayətlərinin tərkibi vardır və yəqin ki, məhkəmə buna öz xüsusi qərardadı ilə bir hüquqi qiymət verəcəkdir. O ki qaldı mənzilin "xxxx" MMC-yə satılması ilə bağlı məsələyə, aydınlaşdırmışdır ki, bu əqd görünüş üçün bağlanmışdır, yalan əqddir. Belə ki, alqı-satqı müqaviləsinin bağlandığı notariat orqanına sorğu verərək bütün əməliyyat sənədlərini əldə etmişdir. Aydın olmuşdur ki, qardaşı etdiyi qanunsuzluqların gələcəkdə üzə çıxmaması, çıxarsa da, problemlər yaşamaması üçün həmin mənzili saxta və yalan əqdlə başqasına “satmışdır”. Mənzillə və onun mülki statusu ilə bağlı bildirmişdir ki, həmin mənzil ata-anasının birgə nikah dövründə əldə edilən əmlakdır. Mənzil atasının adında olsa da, onların birgə nikah dövründə əldə etdikləri əmlak hesab olunmalıdır və oluna bilər, çünki mənzilin təmiri birgə nikah dövründə əldə edilmiş vəsait hesabına həyata keçirilib. Mənzil cənab Prezidentin göstərişi ilə Bakı ŞİH-nin sabiq başçısı H.Abutalıbovun sərəncamı əsasında atasına hədiyyə/mükafat olaraq verilmişdir. Həmin əmlak üzərində vərəsəlik müəyyən edilmədən mənzilin "xxxx" MTK tərəfindən qardaşının adına keçirilməsi tamamilə qanunsuz olmuşdur. Əslində, o, hüquqi və faktiki olaraq qardaşı ilə miras ortağı/şərikləri olmuşlar. O, onun miras ortaqlığından və miras payının adına rəsmiləşməsinin aparılmaması üçün ona yalan söyləmiş, miras əmlakın qəbulu üçün müəyyən edilmiş müddət tamam olmadan qanunsuz yollarla gələcəkdə miras kütləsinə daxil olacaq əmlakı sənədləşdirərək ona məxsus payı tam şəkildə ələ keçirmişdir. Daha sonra isə görünüş üçün əqd bağlamaqla həmin əmlakı adından çıxartmışdır. Lakin, əmlaka faktiki sahibliyi və istifadəni davam etdirməkdədir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkili) Nümayəndə2 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, mübahisəli mənzil olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 108 saylı evin 64 saylı mənzili ataları tanınmış futbolçu Elbrus Abbasova Azərbaycan Respublikasının Prezidentinin göstərişinə əsasən, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 09 yanvar 2006-cı il tarixli, 05 nömrəli sərəncamına əsasən, "NUR-2013“ MTK-ya mənzilin verilməsi həvalə edilmişdir. X29, anası Gülnar Abbasova və Cavabdeh1 2009-cu ildən həmin mənzildə yaşamağa başlamışlar. X23 heç bir zaman onlarla qeyd edilən mənzildə yaşamamış və həmin vaxt bacısı ailəsi ilə birlikdə ünvan 6 ünvanında yaşamışdır. Mənzil MTK mənzili olmuş və atası kooperativ üzvü olmamışdır. Atası vəfat etməmişdən əvvəl 04 noyabr 2020ci il tarixdə "xxxx" MTK-ya müraciət edərək cavabdehin şəxsiyyət vəsiqəsini təqdim edərək atasına məxsus olan evi, yəni Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 108 ünvanında yerləşən 64 saylı mənzili cavabdehin, yəni Cavabdeh1 adına rəsmiləşdirilməsi üçün sənədlərin toplanmasını xahiş etmişdir. Mübahisəli mənzil heç vaxt X29un mülkiyyətində olmamışdır. Yəni, sözügedən mənzil X29a sərəncam əsasında məxsus olmuş və onun sağlığında mənzilə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi tələbi ilə müraciət olunmamışdır. Buradan da məlum olmaqdadır ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 108 ünvanında yerləşən 64 saylı mənzil miras aktivinə daxil deyildir. İddiaçının öz ərizəsində də qeyd etdiyi kimi, xx.xx.2020-ci il tarixdə ataları, Elbrus Abbasov, xx.xx.2021 -ci il tarixdə isə anaları Gülnar Abbasova vəfat etmiş və həmin vaxtdan bugünədək iddiaçı tərəfindən miras əmlak adlandırılan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 108 ünvanında yerləşən 64 saylı mənzilə dair hüquqi qaydada heç bir pay tələbi olmamışdır. Yəni, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 108 ünvanında yerləşən 64 saylı mənzilin miras əmlaka daxil olduğu fərz edilsə belə, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan prosessual müddət iddiaçı tərəfindən ötürülmüşdür. Hansı ki, İddiaçı həmin vaxt 20-ci Polis Bölməsinə müraciət etmək əvəzinə mirasla bağlı notariat orqanına müraciət edə bilərdi, iddiaçının öz iddia ərizəsindən də görünür ki, məsələ ilə bağlı tam məlumatı olmuşdur. Hesab edir ki, müddətin bərpası üçün heç bir üzrlü səbəb yoxdur. İddia ərizəsində qeyd olunan digər məqamlara münasibətdə bildirmişdir ki, iddiaçı valideynləri vəfat etdikdən sonra, 166 yükdaşıma şirkəti vasitəsilə analarına məxsus olan əşyaları götürmüşdür. Halhazırda bununla bağlı tərəflərindən 166 yükdaşıma şirkətinə sorğu verilmişdir. Digər tərəfdən, iddiaçı öz ərizəsində də qeyd etmişdir ki, atasının adına heç bir əmlak qalmadığından, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 108 ünvanında yerləşən 64 saylı mənzil də qardaşına bağışlandığından miras işinin açılması üçün bilərəkdən müraciət etməmişdir. Yəni iddiaçı məlumatsız olması və ya üzürlü səbəblərlə bağlı deyil, bilərəkdən miras işinin açılması ilə bağlı müddəti ötürmüşdür. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 108 ünvanında yerləşən 64 saylı mənzilin Cavabdeh1 bağışlanmasına gəldikdə isə tərəflərindən sözügedən mənzili inşa edən "xxxx" MTK-ya təqdim olunan sorğunun cavabından da göründüyü kimi mərhum X14 tərəfindən xx.xx.2020-ci il tarixdə zəruri sənədlərlə birlikdə MTK-ya müraciət olunaraq evin mərhumun oğlu Cavabdeh1 adına rəsmiləşdirilməsi üçün zəruri sənədlərin toplanmasını xahiş etmişdir. Bunun nəticəsində də, Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 108 ünvanında yerləşən 64 saylı mənzilə dair mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq, xx.xx.2021 -ci il tarixdə çıxarış verilmişdir. Qeyd olunanıarı nəzərə alaraq, İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı mənzilin miras əmlak hesab edilməsi, mirasın qəbulu ilə bağlı müddətin mərpası, ümumi iclas protokolundan çıxarışın və maliyyə arayışı sənədinin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, reyestr çıxarışlarının ləğv edilməsi tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh3 MMC-nin nümayəndəsi X5 tələbini qəbul etməyərək izaahtında bildirmişdir ki, 2021-ci ilin iyulun 8-də alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan bir neçə gün qabaq Cavabdeh2 müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu. Azadlıq prospektində yerləşən mənzili lizinqə vermək məqsədilə alma istədiyini bildirmişdir. Onlar da lizinq şirkəti olaraq mənzilə baxış keçirmişlər və mənzilin dəyəri 230.000 manat məbləğində müəyyən edilmişdir. Bunun 90.000 manatını Cavabdeh2, qalan 140.000 manatını isə onlar Cavabdeh1 hesabına köçürmüşlər. Həmin vaxtı Forma 1 arayışı da alınmışdır. Əgər qanunsuzluq olsa idi, sənədləşdirmə aparıla bilməzdi və ya mübahisəli mənzil olsa idi, onlar ümumiyyətlə alqı-satqı müqaviləsi bağlamazdılar. Onlar vicdanlı alıcı kimi müqavilə bağlamışlar və müqavilə bağlandığı zaman mənzil Cavabdeh1 adına olmuşdur. Hal-hazırda mübahisəli mənzil üzərində məhkəmə qərarı ilə həbs qoyulduğundan mənzil barəsində hər hansı bir hərəkəti həyata keçirə bilmirlər. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə digər Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 9 saylı Notariat Ofisi, ”Nur-2013” MTK və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağrılmış, lakin qabaqcadan məhkəməyə heç bir məlumat vermədən məhkəmə baxış iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edib və, sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq, hesab edir ki, İddiaçı iddiası rədd edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 05№-li Sərəncamına əsasən, X10 1 nəfər ailə tərkibi ilə Nəsimi rayonu, 959-cu məhəllə, Azadlıq prospekti ilə N.Yusifbəyli küçəsinin kəsişməsində inşa etdiyi yaşayış binasının “B” girişinin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 140,0 kv.m, yaşayış sahəsi 73,03 kv.m olan 3 otaqlı 8 saylı mənzil verilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 64№-li Sərəncamına əsasən, Nəsimi rayonu, 959-cu məhəllə, Azadlıq prospekti ilə N.Yusifbəyli küçəsinin kəsişməsində inşa etdiyi yaşayış binasının “B” girişinin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 140,0 kv.m, yaşayış sahəsi 73,03 kv.m olan 3 otaqlı 8 saylı mənzilin yeni sıra sayı “64”, ünvanı Azadlıq prospekti, ev № 108 oxunmuş və BŞİH Başçısının xx.xx.2006-cı il tarixli, 5 saylı Sərəncamı ilə X10 verilmiş xx.xx.2006-cı il tarixli, 010237 saylı orderdə müvafiq düzəlişlər edilmişdir. - AR ƏMDK DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən MA seriyalı, xx.xx.2021-ci il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, b. 108, m. 64 xüsusi mülkiyyət hüququ əsasında ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdən etibarən Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. Mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 3706 nömrəli reyestr kitabının 347020 nömrəli vərəqində qeydiyyata alınmışdır. - 07 iyul 2021 tarixli Bakı şəhər 9 saylı notariat ofisinə Cavabdeh1 tərəfindən ünvanlanmış ərizənin surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan mənzili satmaq istədiyini bildirərək, bununla əlaqədar həmin əmlak üzərində daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair arayışın “Elektron notariat” informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edilməsinin təmin edilməsi xahiş olunmuşdur. - 08 iyul 2021-ci il tarixli Bakı şəhəri 9 saylı notarius ofisinə Cavabdeh1 (satıcı) və Cavabdeh3 MMC (alıcı) tərəfindən ünvanlanmış Ərizənin surətindən görünür ki, tərəflər Cavabdeh1 məxsus olan Bakı şəhəri, ünvan 3, mənzil 64 ünvanında yerləşən mənzilin (1/1 hissə, 133.8 kv/m) 230.000 manat qiymətə satılması barədə razılığa gəlmişlər. - 08 iyul 2021-ci il tarixli, AN-İ № ******* seriyalı Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh1 (satıcı) və Cavabdeh3 MMC (alıcı) arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, satıcı Bakı şəhəri, ünvan 3, mənzil 64 (yeni qaydalarla AZ1007, ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 133.8 kv/m olan mənzili alıcının mülkiyyətinə vermiş, alıcı isə həmin əmlakı Cavabdeh2 lizinqə vermək üçün almışdır. - 08 iyul 2021-ci il tarixli, D072 saylı X20 Müqaviləsinə əsasən, Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən lizinq verən satıcıdan əldə edəcəyi Bakı şəhəri, ünvan 3, mənzil 64 // Yeni qaydalarla: AZ1007 ünvan 11 ünvanında yerləşən daşınmaz əmlakı (bundan sonra lizinq obyekti) lizinq alanın istifadəsinə verməyi, lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini (bundan sonra lizinq ödənişi) lizinq verənə ödəməyi öhdəsinə götürmüşdür. - “X6” AQİS-dən Çıxarışlardan görünür ki, X14 isə xx.xx.2020-ci il tarixdə, X16 isə xx.xx.2021-ci il tarixdə vəfat etmişlər, Cavabdeh1 ilə X11 xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuşlar. - X11 tərəfindən notariat ofisinə ünvanlanmış **********021 nömrəli Ərizənin surətindən görünür ki, X11 birgə nikah dövründə əldə edilmiş əri Cavabdeh1 məxsus olan Bakı şəhəri, ünvan 3, mənzil 64 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmədiyini bildirmişdir. - 13 iyun 2022-ci il tarixli 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən cavab məktubundan görünür ki, Bakı şəhəri, ünvan 3, 64 saylı mənzil "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2021ci il tarixli 17 nömrəli protokoldan çıxarışa, xx.xx.2021-ci il tarixli maliyyə arayışına, xx.xx.2021-ci il tarixli forma 2 arayışına əsasən, ilkin olaraq xx.xx.2021-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə- 799 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh3 MMC-nin adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - AR ƏMDK DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən Çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 3, mənzil 64 xx.xx.2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh3 MMC-nin adına qeydiyyatdan keçirilmişdir. - AR ƏMDK DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən Çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 3, mənzil 64 xx.xx.2021-ci il tarixdə Cavabdeh3 MMC tərəfindən Cavabdeh2 xeyrinə yüklü edilmişdir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 3706 nömrəli reyestr kitabının 347020 nömrəli vərəqində qeydiyyatında alınmışdır. - "xxxx" MTK tərəfindən 04 avqust 2022-ci il tarixdə verilən vəkil sorğusuna cavabdan görünür ki, mərhum X17 xx.xx.2020-ci il tarixdə "xxxx" MTK-nın sədrinə Cavabdeh1 Elbrus oğlunun şəxsiyyət vəsiqəsinin nüsxəsini təqdim etmiş və bildirmişdir ki, ona məxsus olan evi, yəni Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 108 ünvanında yerləşən 64 saylı mənzili oğlunun adına rəsmiləşdirilməsi üçün sənədlərin toplanmasını xahiş etmişdir. Həmin sənədlər toplusu mərhumun oğlu Cavabdeh1 təqdim edilmişdir. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatları və toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı cavabdehlər X13, doğma bacı-qardaşdırlar. X3 xx.xx.2020-ci il tarixdə, anaları X16 isə xx.xx.2021-ci il tarixdə vəfat etmişlər. Cavabdeh1 ilə X11 xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuşlar. Müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin Bakı şəhər İcra Hakimiyyətinin başçısına göstərişini və "xxxx" MTK-nın 4-6 saylı xx.xx.2005-ci il tarixli məktubu ilə Bakı şəhər İcra Hakimiyyətinin mənzil fonduna mənzil ayrıldığını nəzərə alaraq Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 348 saylı sərəncamına əsasən X12 1 nəfə ailə tərkibi ilə Binəqədi rayonu, 9-cu mkr, 1300-cü keçiddəki yaşayış binasının 3-cü girişinin 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 114,4 kv.m, yaşayış sahəsi 63,5 kv.m olan 3 otaqlı 176 saylı mənzil verilməsi qərara alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 05№-li Sərəncamından görünür ki, X14 ərizə ilə müraciət edərək ona ayrılmış mənzilin şəhər ərazisində iş yerinə daha yaxın ünvandф yerləşən başqa bir mənzillə əvəz edilməsini xahış etmiş və "xxxx" MMC-nin xx.xx.2006-cı il tarixli məktubu ilə Nəsimi rayonu, 959-cu məhəllə, Azadlıq prospekti ilə N.Yusifbəyli küçəsinin kəsişməsində inşa etdiyi yaşayış binasının BŞİN-nin mənzil fonduna ayrıldığı nəzərə alınaraq X10 1 nəfər ailə tərkibi ilə Nəsimi rayonu, 959-cu məhəllə, Azadlıq prospekti ilə N.Yusifbəyli küçəsinin kəsişməsində inşa etdiyi yaşayış binasının “B” girişinin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 140,0 kv.m, yaşayış sahəsi 73,03 kv.m olan 3 otaqlı 8 saylı mənzil verilmiş, Binəqədi rayonu, 9-cu mkr, 1300-cü keçiddəki yaşayış binasının 3-cü girişinin 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 114,4 kv.m, yaşayış sahəsi 63,5 kv.m olan 3 otaqlı 176 saylı mənzil BŞİNnin mənzil fondunda saxlanmışdır. Həmin sərəncamda həminin BŞİN-nin Başçısının xx.xx.2005-ci il tarixli 348 saylı sərəncamının 14-cü bəndinə əsasən E.O.Abbasova verilmiş order qüvvədən düşmüş hesab edilmişdir. Həmçinin, işin materiallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 64№-li Sərəncamı ilə X10 verilmiş xx.xx.2006-cı il tarixli, 010237 saylı orderdə müvafiq düzəlişlər edilərək 8 saylı mənzilin yeni sıra sayı “64”, ünvanı Azadlıq prospekti, ev № 108 oxunması qərara alınmışdır. İşin materiallarından daha sonra görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 108, m. 64 xüsusi mülkiyyət hüququ əsasında ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdən etibarən Cavabdeh1 adına qeydiyyatdan keçmiş və buna əsas Bakı şəhəri, ünvan 3, 64 saylı mənzil "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2021-ci il tarixli 17 nömrəli protokoldan çıxarışa, xx.xx.2021-ci il tarixli maliyyə arayışına, xx.xx.2021-ci il tarixli forma 2 arayışı olmuşdur. Bundan sonra Cavabdeh1 tərəfindən öz mülkiyyəti olan mənzili satmaq istədiyini bildirərək, bununla əlaqədar həmin əmlak üzərində daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair arayışın “Elektron notariat” informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edilməsinin təmin edilməsi barədə 07 iyul 2021 tarixli Bakı şəhər, 9 saylı notariat ofisinə ərizə ilə müraciət etmiş, 08 iyul 2021-ci il tarixdə eyni notarius ofisində təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən isə mənzili 230.000 manat qiymətə Cavabdeh3 MMC-yə satmış, sözügedən mənzil xx.xx.2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh3 MMC-nin adına qeydiyyatdan keçirilmişdir. AN-İ № ******* seriyalı Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən satıcı Bakı şəhəri, ünvan 3, mənzil 64 (yeni qaydalarla AZ1007, ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 133.8 kv/m olan mənzili alıcının mülkiyyətinə vermiş, alıcı isə həmin əmlakı Cavabdeh2 lizinqə vermək üçün almış, Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında 08 iyul 2021-ci il tarixli, D072 saylı X20 Müqaviləsi də imzalanmışdır. İşin materiallarından daha sonra görünür ki, sözügedən mənzil xx.xx.2021-ci il tarixdə Cavabdeh3 MMC tərəfindən Cavabdeh2 xeyrinə yüklü edilməsi AR ƏMDK DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində daşınmaz əmlakın dövlət reyestrində 3706 nömrəli reyestr kitabının 347020 nömrəli vərəqində qeydiyyatında alınmışdır. Hazırda iddiaçı mübahisəli mənzili ata-anasının birgə nikah dövründə əldə edilən əmlak kimi qiymətləndirərək cavabdeh olan qardaşı Cavabdeh1ı ata-analarının ölümündən sonra vərəsəlik işi açdırmadan,vərəsəliyin qəbulu müddətini gözləmədən, bu barədə notariat orqanını məlumatlandırmadan və onu vərəsəliyə dəvət etmədən qanunsuz yollarla "xxxx" MTK səlahiyyətliləri ilə əlaqəyə mənzillə bağlı öz adına hüquqverici sənədlər tərtib etdirməsini, həmin əmlakın üzərində vərəsəlik müəyyən edilmədən mənzilin "xxxx" MTK tərəfindən qardaşının adına keçirilməsinin tamamilə qanunsuz olmasını, miras əmlak hesab olunmalı mənzili miras kütləsindən çıxarmaqla vərəsəyə yaraşmayan və qanunvericiliyə də zidd olan bir əmələ yol verməklə bu yolla mənzili qanunsuz yollarla öz adına sənədləşdirməsini, eləcə də mənzilə dair görünüş üçün əqd bağlamaqla həmin əmlakı adından çıxartsa da əmlaka faktiki sahibliyi və istifadəni davam etdirməkdə olmasını mübahisələndirir. Cavabdeh isə iddiaya etiraz edərək sözügedən mənzilin X29a sərəncam əsasında məxsus olmasını və onun sağlığında mənzilə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi tələbi ilə müraciət olunmamasını, beləliklə də, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 108 ünvanında yerləşən 64 saylı mənzil miras aktivinə daxil olmamasını göstərmişdir. Məhkəmə iddia tələblərinin ən başlıcası olan və digər tələblərin həllini özündən asılı edən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev/bina 108-də yerləşən 64 nömrəli mənzilin miras əmlak hesab edilməsi tələbi ilə bağlı aşağıdakılar qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Mülkiyyətçinin (vəsiyyət edənin) ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş mülkiyyət hüququndan irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 oktyabr 2012-ci il tarixli (Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 06 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanmasına dair) Qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, miras əmlaka qanunla müəyyən olunmuş qaydada mülkiyyət hüququnu əldə etmiş və onu dövlət qeydiyyatından keçirmiş şəxslərin belə hüququ ilə bağlı məsələlərin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsini daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə görə, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1151.1 və 1153-cü maddələri). Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir Göründüyü kimi, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisəli mənzilin mənzil ata-anasının birgə nikah dövründə əldə edilən əmlak olmasını göstərsə də, mübahisə predmeti olan yaşayış evinin mülkiyyət hüququnun DƏDRX-də atasının adına qeydiyyata alınması barədə heç bir sübut təqdim edə bilməmiş və hələ atasının sağlığında belə daşınmaz əmlakın rəsmiləşdirilməsinə dair sənədin mövcud olmadığını təsdiq etmişdir. Məhkəmə sadalanan maddi hüquq normalarının tələbləri baxımından hesab edir ki, mübahisəli mənzilə dair atasının mülkiyyət hüququ müəyyən edilmədən sonuncunun vəfatından sonra həmin əmlakın miras əmlak kimi qiymətləndirilməli olmasına dair iddianın dəlilləri əsaslı deyildir. İşin materiallarından görünür ki, mərhum X1 mülkiyyət kimi qeydiyyatdan keçmiş yalnız bir əmlakı, yəni, Nərimanov rayonu, N.Yusifbəyli küç. ev 43 m. 69 olmuşdur ki, işdə olan 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli məktubdan da aydın olur ki, həmin ev 42 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2004-cü il tarixli 4Ə/06-485 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən də özgəninkiləşdirilmişdir. Beləliklə də, mərhum X8 xx.xx.2020-ci il tarixdə, vəfatından sonra öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusunun olması müəyyən edilməmişdir. Məhkəmə iddia tələbinə qiymət verməkdə davam edərək qeyd etməyi də zəruri sayır ki, MTK-nın məktubu əsasında müəyyən edilmişdir ki, mərhum X2 mübahisəli mənzilin onun adına rəsmiləşdirilməsə də xx.xx.2020-ci il tarixdə "xxxx" MTK-nın sədrinə Cavabdeh1 Elbrus oğlunun şəxsiyyət vəsiqəsinin nüsxəsini təqdim edərək ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 108 ünvanında yerləşən 64 saylı mənzili oğlu Cavabdeh1 adına rəsmiləşdirilməsi üçün sənədlərin toplanmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhəri, ünvan 3, 64 saylı mənzil "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2021-ci il tarixli 17 nömrəli protokoldan çıxarışa, xx.xx.2021-ci il tarixli maliyyə arayışına, xx.xx.2021-ci il tarixli forma 2 arayışına əsasən, ilkin olaraq xx.xx.2021-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçərkən hər hansı qanun pozuntusu olmamışdır. Belə ki, İH-nin dövlət mənzil fonduna aid mənzil Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 05 və xx.xx.2011-ci il tarixli, 64№-li sərəncamlara əsasən 010237 saylı orderlə mərhum X8 adına olduğu üçün ölümündən sonra mənzil vərəsəlik əsasında onun vərəsələrin adına vərəsəlik yolu ilə keçə bilməzdi və sadalanan sənədlər əsasında mənzilin ilkin qeydiyyatını qanuni əsaslarla Cavabdeh1 adına qeydə alınmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı atasının ölümündən sonra hazırki iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl atasından qalma kimi qiymətləndirdiyi əmlaka dair vərəsəlik hüquqları ilə bağlı notariat orqanına müraciət etməməsi ilə bağlı iddia ərizəsində göstərdiyi diqqətəlayiq məqamlar da nəzərə alınmalıdır. Belə ki, iddia ərizəsində iddiaçı göstərmişdir ki, “ata-anasının ölümünün üstündən bir-iki ay keçdikdən sonra qardaşı ilə görüşüb mənzilin məsələsini öz aralarında həll etməyə çalışmış və sonuncu bildirmişdir ki, mənzil guya atası tərəfindən ona ölümündən əvvəl bağışlama müqaviləsi ilə bağışlanıb, bu üzdən də mənzildən ona heç nə çatmır. Hətta mənzilin artıq çıxarışını aldığını da söyləyib. O, qardaşı olduğu üçün onun dediklərinə inanaraq vərəsəliklə bağlı heç bir orqana müraciət etməmişdir. Çünki, vərəsəlik işinin açılması mövcud əmlakın sənədləşdirilməsi üçün lazım olur. Atasından isə öz adına heç bir əmlak olmadığından, yeganə mənzilin isə qardaşına bağışlandığını da eşitdikdən sonra əşyalarını götürərək mənzildən çıxmaq qərarına gəlmişdir.” Həmçinin iddia ərizəsində qeyd edilmişdir ki, mənzildəki əşyaları qardaşı və ailəsi tərəfindən bərbad günə salınmış, bir çoxu isə itirilmiş, yoxa çıxmışdır. Bunun üstündə onunla və ailəsi ilə münasibətləri korlanmışdır. O zamandan küsülüdürlər və danışmırlar. İddiaçının mübahisəli mənzildə əşyalarının çıxarılması ilə bağlı qardaşının yoldaşı ilə mübahisələrinin olması işdə olan Nəsimi RPİ-nin 20-ci PB-nin müvafiq sənədlərinin məzmunu ilə təsdiq edilir. İddiaçıya bununla bağlı şikayətinə verilən xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, müraciəti əsasında toplanmış materialın cinayət xarakterli və inzibati xəta tərkibli olmadığı müəyyən edilməmişdir. Beləliklə məhkəmə işin faktiki araşdırılmış halları ilə müəyyən etmişdir ki, iddiaçı hazırki iddianı qardaşı və onun yoldaşı ilə mübahisəli mənzilindən əşyalarını götürməklə bağlı mübahisələrindən sonra hazırki iddianı qaldırmışdır. Halbuki buna qədər o iddiasında göstərdiyi kimi evin atası tərəfindən qardaşına bağışlanmasına dair sonuncunun ona bildirməsini və onun da bu halla razılaşmasını qeyd edərək xüsusi olaraq vurğulamışdır ki, “Atasından isə öz adına heç bir əmlak olmadığından, yeganə mənzilin isə qardaşına bağışlandığını da eşitdikdən sonra əşyalarını götürərək mənzildən çıxmaq qərarına gəlmişdir”. İşin bu halları "xxxx" MTK tərəfindən 04 avqust 2022-ci il tarixli cavab məktubunun məzmununda göstərilənlərin həqiqətə uyğun olmasını bir daha təsdiq edir. Göstərilənlərə baxmayaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfin iddia tələbinin əsaslı olmasına izahatı özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməzdi. Çünki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Həmçinin də Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd edir ki, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev/bina 108-də yerləşən 64 nömrəli mənzilin miras əmlak hesab edilməsi ilə bağlı iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından iddia bu hissədə tam əsassızdır. Buna görə də məhkəmə digər iddia tələbləri olan mirasın qəbulu ilə bağlı müddətin bərpasına və bu müddətin hazırki mübahisə üzrə qəbul ediləcək yekun məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi zamanından hesablanmasına, həmin mənzillə bağlı vərəsəlik hüququnun tanınmasına, həmin mənzillə bağlı Cavabdeh1 verilmiş "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2021-ci il tarixli 17 nömrəli protokolundan “Çıxarış” sənədinin və xx.xx.2021-ci il tarixli “Maliyyə arayışı” sənədinin etibarsız hesab edilməsinə, keçmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (indiki Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın silinərək ona verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsinə, həmin mənzillə bağlı Cavabdeh1 ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış, Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 4Ə-799 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və həmin mənzillə bağlı keçmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (indiki Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən cavabdeh "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın silinərək adına verilmiş çıxarışın ləğv edilməsi kimi tələblərinin də əsassız olduğu üçün onlara ayrılıqda hüquqi qiymət verilməsinə zərurət görmür. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasları dispozisiya şərtləri ilə uzlaşmadığı üçün iddiası əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər X13, Cavabdeh2, Cavabdeh3 MMC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 9 saylı Notariat Ofisi, ”Nur- 2013” MTK və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin miras əmlak, mirasın qəbulu ilə bağlı müddətin bərpası və s.” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-3796/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3796/2022
02.12.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver