Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3796/2023 05.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh, İddiaçı MMC ilə xx.xx.2022-ci il və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İmei Kod **********02652 “Samsung Galaxy A32” markalı telefon, İmei kodu **********24267 “X1 8” markalı telefon almış və nəticədə 795 AZN (yeddi yüz doxsan beş manat) borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satql qiyməi 822,06 AZN (səkkiz yüz iyirmi iki manat, altmış qəpik) (18 ay x 45.67 manat + 0 manat ilkin ödəniş), İmei Kod **********02652 “Samsung Galaxy A32” markalı telefon üçün ümumilikdə 602 AZN (altı yüz iki manat) olmaqla ondan, 547.36 AZN (beş yüz qırx yeddi manat, otuz altı qəpik) ödəmilməmiş hissə, güzəşt olunaraq 54.64 AZN (əlli dörd manat altmış dörd qəpik) cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 569.4 AZN (beş yüz altmış doqquz manat, qırx qəpik) (18 ay x 29.3 manat + 42 manat ilkin ödəniş) İmei kodu **********24267 X1 8 markalı telefon üçün ümumilikdə 193 AZN (bir yüz doxsan üç manat) olmaqla ondan 175,2 AZN (bir yüz yetmiş beş manat, iyirmi qəpik) ödənilməmiş hissə, güzəşt olunaraq 17,8 AZN (on yeddi manat, səksən qəpik) cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 668,9 AZN (altı yüz altmış səkkiz manat, doxsan qəpik) təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanmış xx.xx.2022-ci il və xx.xx.2021-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, cavabdeh müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Göstərilənlərə əsasən xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İmei Kod **********02652 Samsung Galaxy A32” markalı telefon üçün 547,36 AZN (beş yüz qırx yeddi manat, otuz altı qəpik) ödəmilməmiş hissə, 54,64 AZN (əlli dörd manat, altmış dörd qəpik) cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********24267 “X1 8” markalı telefon üçün 175,2 AZN (bir yüz yetmiş beş manat, iyirmi qəpik) ödənilməmiş hissə, 17,8 AZN (on yeddi manat, səksən qəpik) cərimə, ümumilikdə 795 AZN (yeddi yüz doxsan beş manat) borc, 30 AZN (otuz manat) ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin məhkəməyə hər hansısa bir etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, ******* saylı müqavilədən görünür ki, İddiaçı MMC İmei Kod **********02652 “Samsung Galaxy A32” markalı telefonu Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini 0 AZN (sıfır manat) ilkin ödəniş etməklə 18 ay müddətinə, hər ay 45.67AZN (qırx beş manat, altmış yeddi qəpik) ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 038470 saylı müqavilədən görünür ki, İmei kodu **********24267 “X1 8” markalı telefonu Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini 42 AZN (qırx iki manat) ilkin ödəniş etməklə 18 ay müddətinə, hər ay 29,3 AZN (iyirmi doqquz manat, otuz qəpik) ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş 10.08..2023-cü il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixli, ******* saylı müqavilə üzrə 547.36 AZN (beş yüz qırx yeddi manat, otuz altı qəpik) ödənilməmiş hissə, 54.64 AZN (əlli dörd manat, altmış dörd qəpik) cərimə olmaqla, cəmi 602 AZN (altı yüz iki manat), xx.xx.2021-ci il tarixli, 038470 saylı müqavilə üzrə 175,2 AZN (bir yüz yetmiş beş manat, iyirmi qəpik) ödənilməmiş hissə, 17,8 AZN (on yeddi manat, səksən qəpik) cərimə olmaqla, cəmi 193 AZN (bir yüz doxsan üç manat), hər iki müqavilə üzrə ümumilikdə 795 AZN (yeddi yüz doxsan beş manat) borcu vardır. Mülki işin materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı MMCdən xx.xx.2022-ci il tarixli, ******* saylı müqaviləyə əsasən “Samsung Galaxy A32” markalı telefon, xx.xx.2021-ci il tarixli, 038470 saylı müqaviləyə əsasən “X1 8” markalı telefon almış və nəticədə borc yaranmışdır. Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilənin şərtləri pozulmuş və nəticədə xx.xx.2022-ci il tarixli, ******* saylı müqavilə üzrə 602 AZN (altı yüz iki manat), xx.xx.2021-ci il tarixli, 038470 saylı müqavilə üzrə 193 AZN (bir yüz doxsan üç manat) məbləğində ödənilməmiş borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, ******* saylı müqavilə üzrə 547,36 AZN (beş yüz qırx yeddi manat otuz altı qəpik) ödənilməmiş hissə, 54,64 AZN (əlli dörd manat, altmış dörd qəpik) cərimə xx.xx.2021-ci il tarixli, 038470 saylı müqavilə üzrə 175,2 AZN (bir yüz yetmiş beş manat, iyirmi qəpik) ödənilməmiş hissə, 17,8 AZN (on yeddi manat, səksən qəpik) cərimə olmaqla, ümumilikdə iki müqavilə üzrə 795 AZN (yeddi yüz doxsan beş manat) tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 AZN (otuz manat) məhkəmə xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, ******* saylı müqavilə üzrə 547,36 AZN (beş yüz qırx yeddi manat, otuz altı qəpik) ödənilməmiş hissə, 54,64 AZN (əlli dörd manat, altmış dörd qəpik) cərimə, xx.xx.2021-ci il tarixli, 038470 saylı müqavilə üzrə 175,20 AZN (bir yüz yetmiş beş manat, iyirmi qəpik) ödənilməmiş hissə, 17,80 AZN (on yeddi manat, səksən qəpik) cərimə olmaqla, ümumilikdə iki müqavilə üzrə 795 AZN (yeddi yüz doxsan beş manat) məbləğində borc və 30 AZN (otuz manat) ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №e-2(006)-3796/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3796/2023
05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver