Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3801/2025 16.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı "əmrin ləğv edilməsi və sair" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı "əmrin ləğv edilməsi və sair" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli əmrin ləğv edilməsi, xx.xx.2025 ci il tarixdən xx.xx.2025 il tarixədək məcburi iş buraxdığım dövrün əmək haqqı məbləğinin; hüquqlarının kobud surətdə və davamlı pozulması nəticəsində vurulmuş mənəvi zərərin əvəzi kimi cavabdehdən 5000 (beş min) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq, barışıq sazişi təsdiq edilməklə mülki işə xitam verilməsi ilə bağlı qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, iştirarakları olmadan məhkəmə prosesinin keçirilməsini və barışıq sazişi təsdiq edilməklə mülki işə xitam verilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh nümayəndəsi arasında bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər:
1. İddiaçı öz tələbi üzrə cavabdeh "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli əmrin ləğv edilməsi, xx.xx.2025 ci il tarixdən xx.xx.2025 il tarixədək məcburi iş buraxdığım dövrün əməkhaqqı məbləğinin cavabdehdən tutulması və hüquqlarımın kobud surətdə və davamlı pozulması nəticəsində vurulmuş mənəvi zərərin əvəzi kimi cavabdehdən 5000 (beş min) manat pulun alınaraq iddiaçıya verilməsi barədə tələbindən "xxxx" MMC-nin xeyrinə imtina edir. 2."xxxx" MMC İddiaçı barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli əmrin ləğv edilməsi (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin d bəndinə əsasən tərtib edilmiş əmri) öhdəliyini öz üzərinə götürür və İddiaçı barəsində əmək müqaviləsinə xitam vermək əsası Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin a bəndini göstərilməklə əmr qəbul etmək öhdəliyini öz üzərinə götürür və xx.xx.2025-ci il tarixli əmrin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyə məxsus elektron baza məlumatlarından çıxarılması və yeni əmrin həmin baza məlumatlarına əlavə edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyə müraciət ünvanlamağı öz üzərinə öhdəlik götürür.
3. Barışıq sazişinin şərtləri pozulacağı halda, tərəflərin barışıq sazişi üzrə öhdəliklərin məcburi qaydada icra edilməsini tələb etmək hüquqları saxlanılır.
4. Bu saziş məhkəmə tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü və 52.4-cü maddələrinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1 və 262.4-cü maddələrinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdırıb hesab edir ki, İddiaçı Cavabdehnə qarşı "əmrin ləğv edilməsi və sair" tələbinə dair mülki iş ilə əlaqədar bağlanmış və müvafiq şərtləri özündə əks etdirən xx.xx.2025-ci il tarixli barışıq sazişi qanuna zidd olmadığından və iş üzrə tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməli, tərəflərə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh nümayəndəsi arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin: 1.“İddiaçı öz tələbi üzrə cavabdeh "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli əmrin ləğv edilməsi, xx.xx.2025 ci il tarixdən xx.xx.2025 il tarixədək məcburi iş buraxdığım dövrün əməkhaqqı məbləğinin cavabdehdən tutulması və hüquqlarımın kobud surətdə və davamlı pozulması nəticəsində vurulmuş mənəvi zərərin əvəzi kimi cavabdehdən 5000 (beş min) manat pulun alınaraq iddiaçıya verilməsi barədə tələbindən "xxxx" MMC-nin xeyrinə imtina edir.” məzmunlu barışıq sazişi təsdiq edilsin. 2.“"xxxx" MMC İddiaçı barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli əmrin ləğv edilməsi (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin d bəndinə əsasən tərtib edilmiş əmri) öhdəliyini öz üzərinə götürür və İddiaçı barəsində əmək müqaviləsinə xitam vermək əsası Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin a bəndini göstərilməklə əmr qəbul etmək öhdəliyini öz üzərinə götürür və xx.xx.2025-ci il tarixli əmrin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyə məxsus elektron baza məlumatlarından çıxarılması və yeni əmrin həmin baza məlumatlarına əlavə edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyə müraciət ünvanlamağı öz üzərinə öhdəlik götürür.” məzmunlu barışıq sazişi təsdiq edilsin. 3.“Barışıq sazişinin şərtləri pozulacağı halda, tərəflərin barışıq sazişi üzrə öhdəliklərin məcburi qaydada icra edilməsini tələb etmək hüquqları saxlanılır.” məzmunlu barışıq sazişi təsdiq edilsin. 4.“Bu saziş məhkəmə tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir” məzmunlu barışıq sazişi təsdiq edilsin.
İddiaçı Cavabdehnə qarşı "əmrin ləğv edilməsi və sair" tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.