Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3810/2024 03.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Kia Rio” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Mercedes Benz GLS 500” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş № **********5 nömrəli, sığorta şəhadətnaməsindən çıxarışdan və 126170 saylı sığorta aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Mercedes Benz GLS 500” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilə qədər könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanmışdır. AR DİN BDYPİ tərəfindən təqdim edilən elektron çıxarışa əsasən, “Kia Rio” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdehdır. Rəsmi servis "xxxx" MMC tərəfindən təqdim edilən zədə aktına əsasən, “Mercedes Benz GLS 500” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 438.43 manat ziyan dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli bank qeydinə əsasən, sığortalanmış “Mercedes Benz GLS 500” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 438.43 manat məbləğində sığorta ödənişini rəsmi servis olan "xxxx" MMC-nin hesabına köçürmüşdür. Bildirilir ki, xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli olduğuna görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş TP seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarın və İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, CavabdehİXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Cavabdehin idarə etdiyi “Kia Rio” markalı nəqliyyat vasitəsinin qüvvədə olan icbari sığorta müqaviləsi olmadığı üçün ödənilmiş sığorta ödənişinin əvəzi cavabdehin özündən tutulmalıdır. 438.43 AZN (dörd yüz otuz səkkiz manat qırx üç qəpik) pul cavabdeh tərəfindən yazılı (pretenziya) müraciətə baxmayarq ödənilməmiş qalmışdır. Hesab edilir ki, iş materiallarında olan sənədlərlə sığorta hadisəsinin olması, vurulan zərərin Cavabdehtərəfindən vurulması, habelə dəymiş zərərin İddiaçı SŞ ASC tərəfindən qarşılandığı sübuta yetirilir. Buna görə də 438.43 AZN (dörd yüz otuz səkkiz manat qırx üç qəpik) pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən Cavabdeh “Mercedes Benz GLS 500” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 438.43 AZN (dörd yüz otuz səkkiz manat qırx üç qəpik) pulun və iddianın qaldırılması üçün ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasənmülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin məhkəməyə heç bir etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, İXP ******* inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh “Kia Rio” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Mülki işin materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən verilmiş xx.xx.2023cü il tarixli, 126170 saylı sığorta aktından və xx.xx.2023-cü il tarixli, **********5 nömrəli avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsindən görünür ki, “Mercedes Benz GLS 500” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da xx.xx.2023cü ildən xx.xx.2024-cü ilə qədər könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanmışdır. Mülki işin materiallarında olan AR DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, “Kia Rio” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdən Cavabdeh adında qeydiyyatdadır. Mülki işin materiallarında olan 12 iyul 2024-cü il tarixli zədə aktından görünür ki, “Mercedes Benz GLS 500” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 438.43 manat məbləğində ziyan dəymişdir. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən verilən xx.xx.2024-cü il tarixli ödənişə dair çıxarışdan görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 438.43 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Mülki işin materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh zərər məbləğinin 10 iş günü ərzində şirkətə ödəməsi, ödəməməsi halında məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh “Kia Rio” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “Mercedes Benz GLS 500” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə “Mercedes Benz GLS 500” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurulmuşdur. Sığorta aktına əsasən İddiaçı SŞ ASC tərəfindən dəymiş zərər aradan qaldırılaraq, 438.43 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hazırda isə İddiaçı Sığorta Şirkəti ASC hadisə cavabdeh T.Gülərin təqsiri ucbatından baş verdiyindən avtomobilə dəymiş ziyanın əvəzi kimi 438.43 manat məbləğində pulun subroqasiya qaydasında cavabdehdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə hesab edir ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığortalanmış “Mercedes Benz GLS 500” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyan Cavabdeh təqsiri ucbatından baş verdiyindən iddiaçı subroqasiya qaydasında mövcud iddia tələbi ilə məhkəmədə iddia qaldırmaqda haqlı olmuş və bu səbəbdən iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Göstərilənlərə əsasən Cavabdeh “Mercedes Benz GLS 500” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın əvəzi olaraq subroqasiya qaydasında 438.43 AZN (dörd yüz otuz səkkiz manat, qırx üç qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi tam təmin edildiyindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN (otuz manat) məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh “Mercedes Benz GLS 500” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın əvəzi olaraq subroqasiya qaydasında 438.43 AZN (dörd yüz otuz səkkiz manat, qırx üç qəpik) məbləğində pul vəsaiti və iddia qaldırılması üçün ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-3810/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3810/2024
03.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver