Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3820/2021 09.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı “mülkiyyət hüququna tətbiq edilən məhdudiyyətin dayandırılması və borcun silinməsi” ilkin iddia tələbinə, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “kommunal borcların ödənilməsi” qarşılıqlı iddia ərizələri ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı “mülkiyyət hüququna tətbiq edilən məhdudiyyətin dayandırılması və borcun silinməsi” ilkin iddia tələbinə, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “kommunal borcların ödənilməsi” qarşılıqlı iddia ərizələri ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə barışıq sazişini təqdim edərək, tərəflər arasında yaranmış mübahisənin 28.07.2021-ci il tarixli barışıq sazişi ilə həll edildiyini bildirib, sazişin təsdiq edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nümayəndəsi X2 barışıq sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış 28.07.2021-ci il tarixli barışıq sazişinin şərtlərinə əsasən İddiaçı "xxxx" MMMC-yə 10 gün müddətinə 4000 (dörd min) manat ödəməyi öhdəsinə götürür, "xxxx" MMMC isə bunun müqabilində İddiaçı mənzilindən istifadəyə yönəlmiş bütün məhdudiyyətləri aradan qaldırır, İddiaçı "xxxx" MMMC-yə qarşı “mülkiyyət hüququna tətbiq edilən məhdudiyyətin dayandırılması və borcun silinməsi” tələbinə dair ilkin tələbindən, "xxxx" MMMC İddiaçı qarşı “kommunal borcların ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsindən imtina edir, 2021-ci ilin aprel ayına qədər "xxxx" MMMC tərəfindən İddiaçı hesablanmış borc qarşılığında 4000 (dörd min) manat məbləğində pul vəsaiti ödənilir və növbəti aylarda hər mənzil üçün 95 (doxsan beş) manat ödəniləcək. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı “mülkiyyət hüququna tətbiq edilən məhdudiyyətin dayandırılması və borcun silinməsi” ilkin iddia tələbinə, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “kommunal borcların ödənilməsi” qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə tərəflər arasında bağlanmış 28.07.2021-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin. 1) İddiaçı "xxxx" MMMC-yə 10 gün müddətinə 4000 (dörd min) manat ödəməyi öhdəsinə götürür, "xxxx" MMMC isə bunun müqabilində İddiaçı mənzilindən istifadəyə yönəlmiş bütün məhdudiyyətləri aradan qaldırır; 2) İddiaçı "xxxx" MMMC-yə qarşı “mülkiyyət hüququna tətbiq edilən məhdudiyyətin dayandırılması və borcun silinməsi” tələbinə dair ilkin tələbindən, "xxxx" MMMC İddiaçı qarşı “kommunal borcların ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsindən imtina edir ; 3) 2021-ci ilin aprel ayına qədər "xxxx" MMMC tərəfindən İddiaçı hesablanmış borc qarşılığında 4000 (dörd min) manat məbləğində pul vəsaiti ödənilir və növbəti aylarda hər mənzil üçün 95 (doxsan beş) manat ödəniləcək. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı “mülkiyyət hüququna tətbiq edilən məhdudiyyətin dayandırılması və borcun silinməsi” ilkin iddia tələbinə, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “kommunal borcların ödənilməsi” qarşılıqlı iddia ərizələri üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəşid Səmədov
Məhkəmə qərarları › İş №e-2(006)-3820/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3820/2021
09.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver