Məhkəmə qərarları › İş №e-2(006)-3875/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3875/2022

25.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3875/2022 25.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi – X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «borc» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 28 iyul 2022-ci il tarixdə İddiaçı MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 iyul 2021-ci il tarixli, STN09-0766 nömrəli müqavilə üzrə 328 (üç yüz iyirmi səkkiz) manat məbləğində əsas, 98,40 (doxsan səkkiz manat qırx qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 426,40 manat məbləğində borc,16 iyul 2021-ci il tarixli, STN14-0688 nömrəli müqavilə üzrə 5610 (beş min altı yüz on) manat məbləğində əsas, 1683 (bir min altı yüz səksən üç) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 7293 (yeddi min iki yüz doxsan üç) manat məbləğində borc və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 98 (doxsan səkkiz) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixində STN09-0766 saylı alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən TEXNOPLUS mağazasından Cavabdeh2 439 manat dəyərində “Stells” markalı velosiped almışdır. Müqavilə ilkin ödənişsiz, 12 aylıq ödəmə şərti ilə bağlanmışdır. Müqaviləyə əsasən borclu qalıq 439 manat ümumi məbləği 12 ay ödəniş etmək şərti ilə, hər ay 37 manat ödəniş etməli idi. xx.xx.2021-ci il tarixə 37 manat, xx.xx.2021-ci il tarixə 37 manat, xx.xx.2021-ci il tarixə 37 manat olmaqla, cavabdeh cəmi 111 manat ödəniş etmişir. Qalıq borcu - 328 manat təşkil edir. Gecikdirmə ilə əlaqədar xx.xx.2022-ci il tarixinə qədər yaranan dəbbə borcu isə 98,40 manat təşkil edir. Bundan başqa təkrarən, İddiaçı MMC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixində STN14-0688 saylı alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən TEXNOPLUS mağazasından Cavabdeh2 7334 manat dəyərində “Kombi” aksesuarları almışdır. Müqavilə 1202 manat ilkin ödəniş, 12 aylıq ödəmə şərti ilə bağlanmışdır. Müqaviləyə əsasən borclu qalıq 6132 manat ümumi məbləği 12 ay ödəniş etmək şərti ilə, har ay 511 manat ödəniş etməli idi. Cavabdeh xx.xx.2021-ci il tarixdə 522 manat ödəniş etmişir. Qalıq borcu 5610 manat təşkil edir. Qalıq borc 5610 manat olaraq qalır. Gecikdirmə ilə əlaqədar xx.xx.2022-ci il tarixinə qədər yaranan dəbbə borcu isə 1683 manat təşkil edir. İddiaçı MMC ilə Cavabdeh2 arasındabağlanmış xx.xx.2021-ci il tarixli, STN14-0688 nömrəli «Alqı-Satqı müqaviləsi»nin təminatı qismində, həmin müqavilədən irəli gələn bütün pul tələblərinə Cavabdeh1 zamin durmuşdur. Bu məqsədlə Cavabdeh1 ilə xx.xx.2021-cu il tarixdə “Zaminlik” müqaviləsi bağlanmışdır. Cavabdeh2 və zamin Cavabdeh1iddia qaldırmadan öncə ödəniş etməsi barədə xəbərdarlıq məktubları göndərilmişdir. Həmin xəbərdarlıq məktubu və onun göndərilməsini təsdiq edən sənədlər iddia ərizəsinə əlavə olunur. 04 iyul 2021-ci il tarixli, STN09-0766 nömrəli müqavilə üzrə 328 (üç yüz iyirmi səkkiz) manat məbləğində əsas, 98,40 (doxsan səkkiz manat qırx qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 426,40 manat məbləğində borc Cavabdeh2 tərəfindən İddiaçınə ödənilməlidir. 16 iyul 2021-ci il tarixli, STN14-0688 nömrəli müqavilə üzrə 5610 (beş min altı yüz on) manat məbləğində əsas, 1683 (bir min altı yüz səksən üç) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 7293 (yeddi min iki yüz doxsan üç) manat məbləğində borc cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən İddiaçınə ödənilməlidir. Mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün müvafiq olaraq ödənilmiş 98 (doxsan səkkiz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən müştərək qaydada TAB” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. İddiaçı, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi – X2 iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2021-ci il tarixli, № STN09-0766 saylı müqavilə, həmin müqaviləyə əlavə və təhvil-təslim aktından görünür ki, İddiaçı MMC ümumi dəyəri 439 manat təşkil edən “Stells” markalı velosipedi ilkin ödənişsiz, 12 ay müddətinə, hər ay 37 manat ödəniş etmək şərti ilə Cavabdeh2 satmışdır. xx.xx.2021-ci il tarixli, № STN14-0688 saylı müqavilə, həmin müqaviləyə əlavə və təhvil-təslim aktından görünür ki, İddiaçı MMC ümumi dəyəri 7334 manat təşkil edən “Kombi” aksesuarlarını 1202 manat ilkin ödənişlə, 12 ay müddətinə, hər ay 511 (beş yüz on bir) manat ödəniş etmək şərti ilə Cavabdeh2 satmışdır. xx.xx.2021-ci il tarixli STN14-0688 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 ilə İddiaçı MMC arasında xx.xx.2021-ci il tarixli, № STN14-0688 saylı alqısatqı müqaviləsinin təminatı qismində zaminlik müqaviləsi bağlanmış və Cavabdeh1 qeyd olunan müqavilə üzrə öhdəliklərin tamamilə icra edilməsi üçün borcalanla birlikdə satıcı qarşısında birgə məsuliyyət daşıyacağını öz üzərinə götürmüşdür. 18 iyul 2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, xx.xx.2021-ci il tarixli, STN09-0766 saylı müqavilə üzrə Cavabdeh2 328 manat ödənilməmiş əsas borc, 98,40 manat cərimə borcu vardır. 18 iyul 2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, xx.xx.2021-ci il tarixli, STN14-0688 saylı müqavilə üzrə Cavabdeh2 5610 manat ödənilməmiş əsas borc, 1683 manat cərimə borcu vardır. xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 xx.xx.1981-ci il tarixdə Azərbaycan Respublikası, Sumqayıt şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.1981-ci il tarixdə Azərbaycan Respublikası, Ağdam rayonunda doğulmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 98 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyər hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; \ 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 424-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh2 müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və nəticədə iddiaçı tərəfindən ona xx.xx.2021 və xx.xx.2021-ci il tarixli müqavilələləri üzrə ümumilikdə 7293 manat borc hesablanmışdır. Göründüyü kimi, Cavabdeh2 alqı-satqı müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh2 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi borcun əsas borcludan və zamindən (birgə borclulardan) müştərək qaydada tutulması barədə iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki iş materiallarından göründüyü kimi cavabdeh X4 zamin kimi Cavabdeh2 iddiaçı qarşısında öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən iddiaçı qarşısında xx.xx.2021-ci il tarixli, № STN14-0688 saylı müqavilə üzrə birgə və eyni həcmdə məsuliyyət daşımalı, alqı-satqı müqaviləsi üzrə yaranmış borc, müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, hər iki alqı-satqı müqaviləsi üzrə dəbbə pulu müəyyən edilərkən tənasüblük qorunmamış və yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki-Məcəlləsinin: 462.1-ci maddəsinə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli, № STN09-0766 saylı alqı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən hesablanmış 98,40 manat cərimənin məbləği endirilməli, 30 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. xx.xx.2021-ci il tarixli, № STN14-0688 saylı alqı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən hesablanmış 1683 manat cərimənin məbləği endirilməli, 100 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 xx.xx.2021-ci il tarixli, № STN09-0766 saylı alqı-satqı müqaviləsi üzrə 328 manat əsas, 30 manat məbləğində cərimə, cəmi 358 manat məbləğində borc, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2021-ci il tarixli, № STN14-0688 saylı alqı-satqı müqaviləsi üzrə 5610 manat əsas, 100 manat məbləğində cərimə olmaqla, cəmi 5710 manat məbləğində borc və 98 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı MMCnin xeyrinə tutulmalı və iddia tələbi qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2021-ci il tarixli, № STN09-0766 saylı alqı-satqı müqaviləsi üzrə 328 manat əsas, 30 manat məbləğində cərimə, cəmi 358 manat məbləğində borc İddiaçı MMC-nin xeyrinə tutulsun Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2021-ci il tarixli, № STN14-0688 saylı alqı-satqı müqaviləsi üzrə 5610 manat əsas, 100 manat məbləğində cərimə olmaqla, cəmi 5710 manat məbləğində borc və 98 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar