Məhkəmə qərarları › İş №e-2(006)-3923/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3923/2022

20.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3923/2022 20.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə Y20K5658874 saylı müqavilə üzrə 544 (beş yüz qırx dörd) manat əsas borc, 163 (yüz altmış üç) manat dəbbə pulu, Y20K5703922 saylı müqavilə üzrə 1533 (min beş yüz otuz üç) manat əsas borc, 460 manat dəbbə pulu, Y20K5740216 saylı müqavilə üzrə 1600 manat əsas borc, 480 manat dəbbə pulu, Y20K5740474 saylı müqavilə üzrə 504 manat əsas borc, 151 manat dəbbə pulu və 75 manat məbləğində tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 5510 (beş min beş yüz on) manat tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, ********** N-li VÖEN əsasında fəaliyyət göstərən, Bakı şəhərində “Soliton” mağazasının sahibi, fiziki şəxs X1 ilə Cavabdeh arasında 16 yanvar 2019-cu il tarixli, 05 may 2019-cu il, 05 iyun 2019-cu il və 04 iyul 2019cu il tarixlərində alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh 16 yanvar 2019-cu il tarixli Y20K5658874 saylı müqavilənin şərtlərinə əsasən, ümumi dəyəri 850 (səkkiz yüz əlli) manat olan 1 ədəd Beko markalı paltaryuyan almış, ilkin ödəniş olaraq 34 (otuz dörd) manat ödəniş etmiş, nəticədə 816 (səkkiz yüz on altı) manat borc yaranmış, 05 may 2019cu il tarixli Y20K5703922 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 1802 (min səkkiz yüz iki) manat olan 1 ədəd beko markalı soyuducu almış, ilkin ödəniş olaraq 50 (əlli) manat ödəniş etmiş, nəticədə 1752 (min yeddi yüz əlli iki) manat borc yaranmış, 05 iyun 2019-cu il tarixli Y20K5740216 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 1950 (min doqquz yüz əlli) manat olan 1 ədəd Samsung markalı televizor almış, ilkin ödəniş olaraq 150 (yüz əlli) manat ödəniş etmiş, nəticədə 1800 (min səkkiz yüz) manat borc yaranmış və 04 iyul 2019-cu il tarixli Y20K5740474 saylı müqavilənin şərtlərinə əsaəsn ümumi dəyəri 580 (beş yüz səksən) manat olan 1 ədə Samsung Galaxy A20 markalı telefon almış, ilkin ödəniş olaraq 40 (qırx) manat ödəniş etmiş, nəticədə 540 (beş yüz qırx) manat borc yaranmışdır. Cavabdeh tərəfindən 16 yanvar 2019-cu il tarixli Y20K5658874 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 34 (otuz dörd) manat ödəniş edilmiş, 05 may 2019-cu il tarixli Y20K5703922 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 73 (yetmiş üç) manat ödəniş edilmiş, 05 iyun 2019-cu il tarixli Y20K5740216 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 100 (yüz) manat ödəniş edilmiş və 04 iyul 2019-cu il tarixli Y20K5740474 saylı müqavilə üzrə xx.xx.2019-cu il tarixdə 36 (otuz altı) manat ödəniş edilmişdir. Bugünədək cavabdehdə etdikləri yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqavilənin şərtləri lazımi qaydada icra edilməmiş və alqı-satqı qiyməti Y20K5658874 saylı müqavilə üzrə 850 manat olan 1 ədəd Beko markalı paltaryuyan üçün ümumilikdə 544 manat ödənilməmiş hissə, 163 manat dəbbə pulu, alqı-satqı qiyməti Y20K5703922 saylı müqavilə üzrə 1802 manat olan 1 ədəd Beko markalı soyuducu üçün ümumilikdə 1533 manat ödənilməmiş hissə, 460 manat dəbbə pulu yaranmış, alqı-satqı qiyməti Y20K5740216 saylı müqavilə üzrə 1950 manat olan 1 ədəd Samsung markalı televizor üçün ümumilikdə 1600 manat ödənilməmiş hissə, 480 manat dəbbə pulu və alqı-satqı qiyməti Y20K5740474 saylı müqavilə üzrə 580 manat olan 1 ədəd Samsung Galaxy A20 markalı telefon üçün ümumilikdə 504 manat ödənilməmiş hissə, 151 manat dəbbə pulu yaranmışdır. Mülki iş üzrə İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə yazılı ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və Cavabdeh cəmi 5510 manat pulun onun xeyrinə tutulması haqqında yekun məhkəmə aktının çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağrılmış, lakin qabaqcadan məhkəməyə heç bir məlumat vermədən məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan 16 yanvar 2019-cu il tarixli, ******* №-li hissə-hissə ödənişlə alqı-satqı müqaviləsinə əsasən, tərəflər arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, satıcı ümumi dəyəri 850 manata 1 ədəd Beko satmağı, alıcı isə müqavilə ilə razılaşdırılmış məbləğdə pulu hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Alıcı malın satış qiymətinin dəyəri 850 manatın 34 manatı ilkin ödəniş qismində satıcıya ödəmiş, müqavilə bağlandıqdan və ilkin ödəniş edildikdən sonra bu müqavilənin 1.1-ci bəndində göstərilmiş mal alıcıya təhvil verilmişdir. Alıcı malın satış qiymətindən ilkin ödəniş çıxıldıqdan sonra qalan 816 manatı 24 ay müddətinə ayda 34 manat olmaqla hər ayın 15dək ödəməlidir. Ödəniş cədvəlinə əsasən, həmin müqavilə 24 ay müddətinə ayda 34 manat ödəmək şərtilə bağlanılmışdır. İş materiallarında olan 05 may 2019-cu il tarixli, Y20K5703922 №-li hissə-hissə ödənişlə alqı-satqı müqaviləsinə əsasən, tərəflər arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, satıcı ümumi dəyəri 1802 manata 1 ədəd ətçəkən satmağı, alıcı isə müqavilə ilə razılaşdırılmış məbləğdə pulu hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Alıcı malın satış qiymətinin dəyəri 1802 manatın 50 manatı ilkin ödəniş qismində satıcıya ödəmiş, müqavilə bağlandıqdan və ilkin ödəniş edildikdən sonra bu müqavilənin 1.1-ci bəndində göstərilmiş mal alıcıya təhvil verilmişdir. Alıcı malın satış qiymətindən ilkin ödəniş çıxıldıqdan sonra qalan 1752 manatı 24 ay müddətinə ayda 73 manat olmaqla hər ayın 4-dək ödəməlidir. Ödəniş cədvəlinə əsasən, həmin müqavilə 24 ay müddətinə ayda 73 manat ödəmək şərtilə bağlanılmışdır. İş materiallarında olan 05 may 2019-cu il tarixli, ******* №-li hissə-hissə ödənişlə alqı-satqı müqaviləsinə əsasən, tərəflər arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, satıcı ümumi dəyəri 1950 manata 1 ədəd TV Led Samsung satmağı, alıcı isə müqavilə ilə razılaşdırılmış məbləğdə pulu hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Alıcı malın satış qiymətinin dəyəri 1950 manatın 150 manatı ilkin ödəniş qismində satıcıya ödəmiş, müqavilə bağlandıqdan və ilkin ödəniş edildikdən sonra bu müqavilənin 1.1-ci bəndində göstərilmiş mal alıcıya təhvil verilmişdir. Alıcı malın satış qiymətindən ilkin ödəniş çıxıldıqdan sonra qalan 1800 manatı 18 ay müddətinə ayda 100 manat olmaqla hər ayın 4-dək ödəməlidir. Ödəniş cədvəlinə əsasən, həmin müqavilə 18 ay müddətinə ayda 100 manat ödəmək şərtilə bağlanılmışdır. İş materiallarında olan 04 iyul 2019-cu il tarixli, ******* №-li hissə-hissə ödənişlə alqı-satqı müqaviləsinə əsasən, tərəflər arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, satıcı ümumi dəyəri 580 manata 1 ədəd Samsung Galaxy A20 satmağı, alıcı isə müqavilə ilə razılaşdırılmış məbləğdə pulu hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Alıcı malın satış qiymətinin dəyəri 580 manatın 40 manatı ilkin ödəniş qismində satıcıya ödəmiş, müqavilə bağlandıqdan və ilkin ödəniş edildikdən sonra bu müqavilənin 1.1-ci bəndində göstərilmiş mal alıcıya təhvil verilmişdir. Alıcı malın satış qiymətindən ilkin ödəniş çıxıldıqdan sonra qalan 540 manatı 15 ay müddətinə ayda 36 manat olmaqla hər ayın 3-dək ödəməlidir. Ödəniş cədvəlinə əsasən, həmin müqavilə 15 ay müddətinə ayda 36 manat ödəmək şərtilə bağlanılmışdır. İş materiallarında olan 30 iyul 2022-ci il tarixli Maliyyə Arayışına əsasən, Cavabdeh müqavilələr üzrə xx.xx.2022-ci il tarixə olan qalıq borcu müvafiq olaraq 544 manat əsas, 163 manat dəbbə pulu; 1533 manat əsas, 460 manat dəbbə pulu; 1600 manat əsas, 480 manat dəbbə pulu; 504 manat əsas, 151 manat dəbbə pulu və 75 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5510 manatdır. İş materiallarında olan 18 iyul 2022-ci il tarixli Cavabdeh ünvanlanmış məktubdan görünür ki, cavabdeh borcun ödənilməməsi barədə məhkəməyə müraciət olunacağı barədə qabaqcdan xəbərdar edilmişdir. Dövlət rüsumunun ödənilməsi barədə ********* №-li qəbzdən görünür ki, iddianın qaldırılması üçün iddiaçı tərəfindən 75 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, cavabdeh xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə cavabdehin müqavilə şərtləri pozulduğuna görə iddiaçı tərəfindən ona hesablanmış Y20K5658874 saylı müqavilə üzrə 163 manat, Y20K5703922 saylı müqavilə üzrə 460 manat, Y20K5740216 saylı müqavilə üzrə 480 manat, Y20K5740474 saylı müqavilə üzrə 151 manat məbləğində cərimələrin tutulmasını ədalətsiz hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, tərəflərin maddi vəziyyətini nəzərə alaraq, Y20K5658874 saylı müqavilə üzrə 10 manat, Y20K5703922 saylı müqavilə üzrə 20 manat, Y20K5740216 saylı müqavilə üzrə 20 manat, Y20K5740474 saylı müqavilə üzrə 10 manat məbləğində dəbbə pulunun tutulmasını məqsədəmüvafiq hesab edir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 75 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Məhkəmə hesab edir ki, iddia tələbi borc hissədə tam təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 75 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə Y20K5658874 saylı müqavilə üzrə 544 (beş yüz qırx dörd) manat əsas borc, 10 (on) manat dəbbə pulu, Y20K5703922 saylı müqavilə üzrə 1533 (min beş yüz otuz üç) manat əsas borc, 20 (iyirmi) manat dəbbə pulu, Y20K5740216 saylı müqavilə üzrə 1600 (min altı yüz) manat əsas borc, 20 (iyirmi) manat dəbbə pulu, Y20K5740474 saylı müqavilə üzrə 504 (beş yüz dörd) manat əsas borc, 10 (on) manat dəbbə pulu və 75 (yetmiş beş) manat məbləğində iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 4316 (dörd min üç yz on altı) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar