Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3924/2025 25.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, ərizəçinin nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, Ərizəçi Bakı şəhər İcra Hakimiyyətini və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb etdiyi «hüquqi faktın müəyyən edilməsi» barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhər İcra Hakimiyyətini və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb etdiyi «hüquqi faktın müəyyən edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İcra Hakimiyyəti)xx.xx.1990-cı il tarixli 4/143 saylı Qərarına əsasən verilmiş, 6 nömrəli orderlə Goradil Bağlar sahəsində 0,12 ha torpaq sahəsi olan 21B saylı bağın arxiv arayışında xx.xx.1990-cı il tarixli 4/143 saylı X12 Tikinti Kooperativ üzvlərinin siyahısında 6 nömrə ilə atası X5 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi X4 qızıdır. X7 24 aprel 2000-ci ildə vəfat etmişdir. X5 Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İcra Hakimiyyəti) xx.xx.1990-cı il tarixli 4/143 saylı Qərarına əsasən 6 nömrəli orderlə Goradil Bağlar sahəsində 0,12 ha torpaq sahəsi olan 21B saylı bağ verilmişdir. Bağ iddiaçının sahiblik və istifadəsindədir 9 saylı Notariat Ofisində atasından miras qalmış əmlaka vərəsəlik şəhadətnaməsi verilməsi üçün əmlak üzərində miras qoyanın adına tərtib edilmiş Çıxarışı almaq barədə məktub verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinə müraciət etsə də, ona imtina məktubu verilmiş, imtinanın əsası kimi ölüm haqqında şəhadətnamədə hüquq sahibi X2 göstərildiyi halda, arxiv arayışında X1 qeyd olunduğu göstərilmişdir. Bu səbəbdən də mərhum atası X4 adına çıxarışı ala bilmir. Ona görə də, iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir və hesab edir ki, iddia tələbi təmin edilərək, Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İcra Hakimiyyəti)xx.xx.1990-cı il tarixli 4/143 saylı Qərarına əsasən verilmiş, 6 nömrəli orderlə Goradil Bağlar sahəsində 0,12 ha torpaq sahəsi olan 21B saylı bağın arxiv arayışında xx.xx.1990-cı il tarixli 4/143 saylı X12 Tikinti Kooperativ üzvlərinin siyahısında 6 nömrə ilə atası X5 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. Tərəflərin iştirakı və izahatı: Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxslər Bakı şəhər İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə ərizəyə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi ərizəyə etiraz təqdim edərək qeyd etmişdir ki, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının 4 saylı Abşeron Ərazi İdarəsinə müraciəti olmuş, həmin müraciətin icrasından təqdim edilmiş sənədlərdə hüquq sahibinin ata adına münasibətdə uyğunsuzluq olduğu (Belə ki, sənədlərdə hüquq sahibi “X6” kimi göstərilsə də, ölüm haqqında şəhadətnamədə “X7” olaraq qeyd edilmişdir) əsası ilə imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 37-ci maddəsinə əsasən, tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Həmin Məcəllənin 309-cu maddəsinə uyğun olaraq, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi haqqında ərizələr daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə verilir. Bu mülki iş üzrə maraqlı şəxs qismində 4 saylı Abşeron Ərazi İdarəsi olmalı deyil, nəzərdə tutulan sənədlərdə düzəliş edilməsi İdarənin səlahiyyəti xaricindədir və bu səbəbdən aidiyyəti üzrə göndərilməsi məqsədəuyğun hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə, məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə uyğun olaraq, hüquqların mövcudluğu, əldə edilməsi, başqasına keçməsi, məhdudlaşdırılması (yüklənməsi) və onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, ərizəyə etirazlarnı bildirərək, ərizənin mümkünsüz sayılması barədə qərar qəbul edilməsini xahiş edirlər. İş materialları: Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən 12 may 2000-ci il tarixdə verilmiş AZ seriyalı 063361 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 24 aprel 2000-ci il tarixdə kəskin ürək-damar çatışmamazlığı səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 12 may 2000-ci il tarixdə 349 nömrə ilə müvafiq qeydlər aparılmışdır. Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Goradil bağlar sahəsindəki 194 nömrəli kooperativi tərəfindən verilmiş 6 nömrəli orderdən görünür ki, X5 Bakı şəhər icraiyyə komitəsinin xx.xx.1990-cı il tarixli 4/143 nömrəli qərarına əsasən Goradil Bağlar sahəsində 194 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 21B nömrəli bağ ayrılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 9 saylı Notariat Ofisinin 06 fevral 2023-cü il tarixli 282 nömrəli məktubundan görünür ki, Ərizəçi 24 aprel 2000-ci ildə vəfat etmiş atası - X3 miras qalmış əmlak - (Bakı şəhəri, Goradil bağlar sahəsi, 0,12 ha torpaq sahəsi olan 21 B saylı bağ) üzərində miras qoyanın adına tərtib edilmiş çıxarışın Ərizəçi vasitəsilə verilməsi xahiş olunmuşdur. Ərizəçi verilmiş arxiv arayışından görünür ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 4/143 nömrəli qərarına əsasən 194 nömrəli Goradil bağ-tikinti kooperativi üzvlərinin siyahısında 6-cı şəxs kimi vət. X2 deyil, X1 qeydə alınmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Posport Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS şöbəsinin 23 iyun 2025-ci il tarixli arayışından görünür ki, X6 adlı şəxs haqqında məlumat yoxdur. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin məktubundan görünür ki, təqdim olunan sənədlərdə hüquq sahibinin ata adında uyğunsuzluq mövcuddur. Belə ki, təqdim edilmiş ölüm haqqında şəhadətnamədə hüquq sahibi “X2 göstərildiyi halda, arxiv arayışında “X1 qeyd olunmuşdur. Qeyd olunan səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin ərizəçinin vəkilinə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-52/2-1931/2025 saylı məktubunda göstərilmişdir ki, Bakı şəhər X11 İcraiyyə Komitəsinin 1990-cı ilə dair qərarları Bakı şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmır. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindənn görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ərizəçi 100 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı qərarını 6-cı bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Məhkəmənin mövqeyi: Məhkəmə iclasında ərizəçinin nümayəndəsinin izahatı, təqdim olunmuş sənədlərlə, iş materialları ilə təsdiq olundu ki, Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Goradil bağlar sahəsindəki 194 nömrəli kooperativi tərəfindən verilmiş 6 nömrəli orderdən göründüyü kimi X5 Bakı şəhər icraiyyə komitəsinin xx.xx.1990-cı il tarixli 4/143 nömrəli qərarına əsasən Goradil Bağlar sahəsində 194 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 21B nömrəli bağ ayrılmış, arxiv arayışında Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 4/143 nömrəli qərarına əsasən 194 nömrəli Goradil bağ-tikinti kooperativi üzvlərinin siyahısında 6-cı şəxs kimi vət. X2 deyil, X1 qeydə alınmışdır. Toplanmış və tədqiq edilmiş sübutlardan göründüyü kimi, sözügedən arxiv arayışında Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 4/143 nömrəli qərarına əsasən 194 nömrəli Goradil bağ-tikinti kooperativi üzvlərinin siyahısında 6-cı şəxs kimi vət. X2 deyil, X1 qeydə alınmasında məlum olmayan səbəblərdən texniki səhvə yol verilmiş, hüquq sahibinin ata adı qeyri-düzgün yazılmışdır. Hüquqmüəyyənedici sənəd üzrə hüquqların həyata keçirilməsi istiqamətində ərizəçi tərəfindən müvafiq səlahiyyətli orqana müraciət edilsə də, qeyd olunan yanlışlığa görə, ərizəçi öz hüquqlarını həyata keçirə bilmir. Qeyd edilən faktın digər qaydada həlli mümkün olmadığından, ərizəçi həmin faktın məhkəmə qaydasında həllini xahiş edir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin edilməli, arxiv arayışında Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 4/143 nömrəli qərarına əsasən 194 nömrəli Goradil bağtikinti kooperativi üzvlərinin siyahısında 6-cı şəxs kimi 24 aprel 2000-ci ildə vəfat etmiş X5 məxsus olması faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Goradil bağlar sahəsindəki 194 nömrəli kooperativi tərəfindən verilmiş 6 nömrəli orderi ilə Bakı şəhər icraiyyə komitəsinin xx.xx.1990-cı il tarixli 4/143 nömrəli qərarına əsasən Goradil Bağlar sahəsində 0,12 ha torpaq sahəsi olan 21B nömrəli bağa dair 194 nömrəli Goradil bağ-tikinti kooperativi üzvlərinin siyahısında 6-cı şəxs kimi 24 aprel 2000-ci ildə vəfat etmiş X5 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-3924/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3924/2025
25.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver