Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3933/2023 27.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X1, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X3 iştirakları ilə İddiaçı Böyük Britaniyanın «X2 (Caspian) Limited» Şirkətinin «X23» filialı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyə üçüncü şəxs qismində cəlb etməklə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «sığorta müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi və sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Böyük Britaniyanın «X2 (Caspian) Limited» Şirkətinin «X23» filialı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyə üçüncü şəxs qismində cəlb etməklə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «sığorta müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi və sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ramana kəndində anadan olmuşdur. İqtisad Universitetində oxuduğu zaman öz qrup yoldaşı X19 Hüseyn oğlu ilə xx.xx.2001-ci ildə ailə həyatı qurmuşdur. Nikahlarından 3 azyaşlı övladları var. Həyat yoldaşı Hüseynov X11 rayonunda anadan olub. Hüseynov Rasim Hüseyn oğlu 1-ci Qarabağ müharibəsində torpaqların erməni işğalçılarından azad olması üçün gedən döyüşlərdən iştirak etmişdir. Hərbi xidməti başa vurduqdan sonra yenə əlavə artıq xidmət etmişdir. Müharibə veteranıdır. Rasim Hüseynovla ailə qurduqları vaxtdan, yəni 2001-ci ildən o, «X23 LTD» şirkətində baş mühafizəçi vəzifəsində işləmişdir. Hüseynov Rasim Hüseyn oğlu xx.xx.2014-cü il tarixdə növbəsində olarkən generatora dizel yanacağı almaq üçün rəhbərliyin tapşırığı ilə yaxınlıqda olan Badamdar yolunda «Lukoil» yanacaq doldurma stansiyasına öz şəxsi «VAZ-21041» markalı avtomobili ilə getmişdir. Bu vaxt Rasim Hüseynov travmatik şok keçirmiş, Rasim Hüseynov özündə olmadığı halda ayağı maşının əylacində sıxılmış halda qarşıda dayanan TİR maşınına dəymiş və orada da dünyasını dəyişmişdir. Rasim Hüseynovun geri qayıtmadığını görüb iş yerindən onun arxasınca gəliblər, Rasim Hüseynovun sükanın arxasınca rəhmətə getdiyini görmüşlər. İddiaçının həyat yoldaşı Hüseynov Rasim Hüseyn oğlu ilə «X2 Caspian LTD» arasında xx.xx.2011-ci il tarixdə əmək müqaviləsi bağlanmış, o, baş mühafizəçi vəzifəsinə işə qəbul edilmişdir. «X2 Caspian LTD» ilə Cavabdeh Sığorta şirkəti arasında bağlanmış istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından ATE14021068 saylı, xx.xx.2014-cü il tarixli icbari sığorta müqaviləsi bağlanmışdır. Həyat yoldaşı Hüseynov Rasim Hüseyn oğlu Cavabdeh Sığorta şirkəti arasında bağlanmış İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmuşdur. «X2 Caspian LTD» şirkətinin baş mühafizəçisi Hüseynov Rasim Hüseyn oğlunun xx.xx.2014-cü il tarixdə saat 23.30 radələrində yol-nəqliyyatı hadisəsi zamanı ölümü ilə nəticələnmiş tədqiqat aktından görünür ki, Hüseynov Rasim Hüseyn oğlunun ölümü Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 saylı Qərarı ilə təsdiq edilmiş «istehsalatda baş verənbədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları»nın 1.2-ci bəndinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisə hesab edilərək «İZ» formalı aktla rəsmiləşdirilməli və «X2 Caspian LTD» şirkətində uçota alınmışdır. «X2 Caspian LTD» şirkəti tərəfindən («İZ» forması) İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında 01 saylı akt tərtib olunmuşdur. İddiaçı dəfələrlə Cavabdeh Sığorta şirkətinə müraciət edərək «X2 Caspian LTD» ilə Cavabdeh Sığorta şirkəti arasında bağlanmış İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından ATE14021068 saylı, xx.xx.2014-cü il tarixli icbari sığorta müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmuş Hüseynov Rasim Hüseyn oğluna sığorta ödənişinin verilməsini xahiş etmişdir. Lakin Cavabdeh Sığorta şirkəti heç bir əsas olmadan sığorta ödənişini ödəməkdən imtina etmiş, «X2 Caspian LTD» ilə Cavabdeh Sığorta şirkəti arasında bağlanmış İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından ATE14021068 saylı, xx.xx.2014cü il tarixli icbari sığorta müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Qanunvericiliyin mənasına görə icra müddəti təyin edilməmiş, habelə bu müddəti təyin etmək mümkün olmayan öhdəliyi borclu ağlabatan müddətdə icra etməlidir. Burada ağlabatan müddət öhdəliyin mahiyyətindən, həcmindən, mürəkkəbliyindən asılı olaraq müəyyən edilir. «X2 Caspian LTD» ilə «Atəşgah Həya» Sığorta şirkəti arasında bağlanmış İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından ATE14021068 saylı, xx.xx.2014-cü il tarixli icbari sığorta müqaviləsi üzrə cavabdeh üzərinə düşən öhdəliyi 9 ildən artıq müddət ərzində icra etməməsi müqavilənin ağlabatan müddətdə icra edilməməsi kimi hesab edilməlidir. Göstərilənlərə əsasən «X2 Caspian LTD» ilə Cavabdeh Sığorta şirkəti arasında bağlanmış İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından ATE14021068 saylı, xx.xx.2014-cü il tarixli icbari sığorta müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsinin, sığorta ödənişinin həyata keçirilməsinin və iddiaçıya ödənilməsinin təmin edilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək «X2 Caspian LTD» ilə Cavabdeh Sığorta şirkəti arasında bağlanmış istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından ATE 14021068 saylı, xx.xx.2014-cü il tarixli icbari sığorta müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsinin, sığorta ödənişinin həyata keçirilməsinin və 153.599,57 manat pulu ona ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, hadisə baş verərkən onun himayəsində 3 azyaşlı övladı var idi və onun hüquq prosedurlar barəsində heç anlayışı yox idi. Həmin vaxtlar cavabdeh şirkətin əməkdaşı ona zəng vuraraq, qohumunun onlara sığorta ödənişi ilə bağlı müraciət etdiyini, narahatçılığa görə heç bir əsas olmadığını və ona sığorta ödənişinin ödəniləcəyini bildirdi. O, da hüquqi savadsızlığı ucbatından sığorta ödənişin ödəniləcəyini hesab etmiş və bununla bağlı heç bir müraciət etməmişdir.
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçının həyat yoldaşı Rasim Hüseynov 2001-ci ildən «Bon-Accord Caspian LTD» şirkətində baş mühafizəçi vəzifəsində işləmişdir. Hüseynov Rasim Hüseyn oğlu xx.xx.2014-cü il tarixdə axşam növbəsində olarkən generatora dizel yaanacağı almaq üçün rəhbərliyin tapşırığı ilə yaxınlığında olan Badamdar yolunda «Lukoil» yanacaq doldurma stansiyasına getmişdir. Bu vaxt Rasim Hüseynov travmatik şok keçirib, Rasim Hüseynov özündə olmadığı halda ayağı maşının əylacində sıxılmış halda qarşıda dayanan TİR maşınına dəymiş və orada da dünyasını dəyişmişdir. X19 Hüseyn oğlu ilə «X2 Caspian LTD» arasında xx.xx.2011-ci il tarixdə əmək müqaviləsi bağlanmış, o, baş mühafizəçi vəzifəsinə işə qəbul edilmişdir. «X2 Caspian LTD» ilə Cavabdeh Sığorta Şirkəti arasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmış və Hüseynov Rasim Hüseyn oğlu icbari sığorta olunmuşdur. Həmin hadisə ilə əlaqədar aparılmış tədqiqat aktından görünür ki, Hüseynov Rasim Hüseyn oğlunun ölümü istehsalatda baş vermiş bədbəxt hadisə hesab edilərək aktla rəsmiləşdirilməli və uçota alınmalıdır. Buna uyğun olaraq «X2 Caspian LTD» şirkəti tərəfindən istehsalatda baş vermiş bədbəxt hadisə haqqında 01 saylı akt tərtib olunmuşdur. İddiaçı dəfələrlə cavabdeh şirkətə icbari sığorta müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar müraciətlər etsə də, lakin bundan imtina edilmişdir. Bundan əlavə cavabdeh tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı məhkəməyə təqdim edilmiş ərizəyə münasibətə bildirmək istəyir ki, hazırki mübahisənin kökündə sağlamlığa vurulmuş ziyan dayandığından hesab edirlər ki, ona iddia müddəti şamil oluna bilməz. Göstərilənlərə əsasən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək və verilmiş etirazı müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçının həyat yoldaşı Hüseynov Rasim Hüseyn oğlu şirkət tərəfindən icbari sığorta edilmişdir. R.Hüseynov xx.xx.2014-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı vəfat etmişdir. İş materiallarından görünür ki, R.X9 «X23» filialı ilə xx.xx.2011-ci il tarixdə əmək müqaviləsi bağlayaraq, baş mühafizəçi vəzifəsinə işə qəbul edilmişdir. Həmçinin iş materiallarından görünür ki, onun əmək funksiyaları içərisində dizel almaq üçün yanacaqdoldurma məntəqəsinə getmək kimi vəzifə öhdəliyi olmamışdır. Yəni R.Hüseynov onun vəzifələrinə birbaşa aidiyyəti olmayan işi icra edən zaman yol-nəqliyyat hadisəsi ilə bağlı olaraq vəfat etmişdir və həmin işin yerinə yetirilməsinin hansısa təlimata uyğun olması sübuta yetirilməmişdir. Bundan başqa, o, mühafizə etməli olduğu sahəni nəzarətsiz qoyaraq, öz vəzifə səlahiyyətlərini pozmuşdur. Hadisənin sığorta hadisəsi hesab edilə bilməsi üçün əsas olan şərtlərdən biri sığorta olunan peşə əmək qabiliyyətinin itirilməsinin, yaxud ölümünün istehsalatda bədbəxt hadisə, yəni əmək funksiyalarını yerinə yetirmə və ya peşə xəstəliyi ilə bağlı olmasıdır. R.H.Hüseynov isə onun vəzifələrinə birbaşa aidiyyəti olmayan işi icra edən zaman yol-nəqliyyat hadisəsi ilə bağlı olaraq vəfat etmişdir. Ona görə də, onun ölümü sığorta hadisəsi hesab edilə bilməz. Buna görə də sığorta şirkəti tərəfindən sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Bundan başqa, iddiaçı iddia ilə bağlı qanunla müəyyən edilmiş iddia müddətini də ötürmüşdür. Belə ki, sığorta ödənişinin verilməsinin kökündə tərəflər arasında olan sığorta müqaviləsi dayandığından, qanunla müqavilə münasibətləri üzrə iddia müddəti 3 il təşkil etdiyinə görə iddia müddətini ötürmüşdür. Belə ki, qeyd edilən hadisə 2014-cü ilin 13 may tarixində baş versə də, iddiaçı 9 il sonra məhkəməyə müraciət etmişdir. Bundan əlavə, iddiaçı iddia tələbində 153599,57 manat sığorta ödənişinin ona ödənilməsini xahiş etsə də, bu məbləğin hansı meyarlarla müəyyən edilməsini qeyd etməmişdir. Belə ki, AR Nazirlər Kabinetinin müvafiq qərarına əsasən sığorta ödənişinin hesablanmasının xüsusi düsturu vardır. Ancaq iddia ərizəsində həmin qaydada hesablanmaya rast gəlinmir. Hesab edirlər ki, həmin məbləğ sığorta müqaviləsində qeyd edilən sığorta məbləğidir. Sığorta müqaviləsində qeyd edilən məbləğ sığorta ödənişinin maksimum məbləğini ehtiva edir. Yəni sığorta hadisəsi baş verdiyi təqdirdə, sığortaçı tərəfindən ödəniləcək sığorta ödənişinin son həddidir. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X10 izahatında göstərmişdir ki, onlar mərhumla bağlı bütün sənədlər toplayaraq sığorta şirkətinə təqdim etmişlər və bildirmişlər ki, mərhumun ailəsi çətin vəziyyətdədir, onlara kömək etmək lazımdır. Onlar özləri də, bununla bağlı sığorta şirkətinə müraciət edəcəklər. Bununla bağlı sığorta şirkəti isə onlara bildirmişdir ki, heç bir sığorta ödənişi edilməyəcəkdir, mərhumun ailəsinin narahatlığı varsa məhkəməyə müraciət edə bilərlər. Onlar iddiaçının hazırda adlarını xatırlamadığı qohumlarına bununla bağlı məlumat vermişlər və mərhumla bağlı bütün zəruri sənədlər tərəflərdən onlara təqdim edilmişdi.
8. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
9. İş materiallarında olan «İşəgötürən» qismində «X2 «Caspian» Limited» şirkəti ilə «İşçi» qismində Hüseynov Rasim Hüseyn oğlu arasında bağlanmış xx.xx.2011-ci il tarixli əmək müqaviləsinin (kontraktının) surətindən görünür ki, Hüseynov Rasim Hüseyn oğlu «X2 «Caspian» Limited» şirkətinə Baş Mühafizəçi vəzifəsinə işə qəbul edilmişdir.
10. İş materiallarında olan «X2 «Caspian» Limited» şirkətinin xx.xx.2011-ci il tarixli 012/11 nömrəli əmrin surətindən görünür ki, Hüseynov Rasim Hüseyn oğlu xx.xx.2011-ci il tarixdən «X2» LTD-nin Baş Mühafizəçi vəzifəsinə əmək müqaviləsi ilə qəbul edilmişdir.
11. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Nümayəndə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbayan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş «İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları»na əsasən X12 Xidmətinin müvafiq əmri ilə yaradılmış komissiya tərəfindən Hüseynov Rasim Hüseyn oğlunun ölümü ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatı aparılmış, hadisə istehalatla əlaqəli sayılmış və İZ formalı aktla rəsmiləşdirilərək «X2 «Caspian» Limited» şirkəti tərəfindən uçota alınmışdır.
12. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti üzrə xx.xx.2014-cü il tarixli 78-T saylı əmri ilə təyin edilmiş tərkibində sədr A.S.İsmayılov - 6 saylı region üzrə X12ninbaş məsləhətçi-baş əmək müfəttişi və üzvlər A.A.Əhmədov - «X2 «Caspian» Limited» şirkətinin SƏTƏM üzrə mütəxəssisi və M.C.İbrahimov - Azərbaycan Respublikası «İnşaat-İŞ» Həmkarlar İttifaqının baş texniki əmək müfəttişi olan komissiya xx.xx.2014-cü il tarixdən xx.xx.2014cü il tarixədək hadisənin təhqiqatını apardı və «Genoyer» Qrupun Azərbaycan Respublikasındakı «X2 (Caspian) Limited» şirkətinin baş mühafizəçisi Hüseynov Rasim Hüseyn oğlunun xx.xx.2014-cü il tarixdə saat 23.30 radələrində yol-nəqliyyat hadisəsi zamanı ölümü ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktı tərtib etmişdir. Böyük Britaniyanın «X2 (Caspian) Limited» şirkətinin filialı olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx.xx.1999-cu il tarixdə qeydiyyatdan keçərək ******* saylı identifikasiya kodu almışdır. «X2 (Caspian) Limited» şirkətinin Azərbaycan Respublikasındakı hüquqi ünvanı ünvan 2t növü mühəndislik və təchizat xidmətləridir. «X2 (Caspian) Limited» şirkətinin ofis binası isə Səbail rayonu, Salyan şossesi 13-cü km-də yerləşir. Ofisin yerləşdiyi ərazidə işıqların tez-tez sönməsi ilə əlaqədar binanı və anbarı daima işıqla təmin etğmək məqsədilə əraziyə avtomatik işə düşən, dizel yanacağı ilə işləyən generator qoyulmuşdur. Baş mühafizəçi Hüseynov Rasim Hüseyn oğlunun yolnəqliyyat hadisəsi zamanı ölümü ilə nəticələnmiş bədbəxt hadisə həmin generator üçün dizel yanacağını alıb iş yerinə qayıdan zaman baş vermişdir. Müəssisənin təhqiqat komissiyasına təqdim etdiyi arayışa əsasən hadisə zamanı müəssisəyə maddi ziyan dəyməmişdir. Təhqiqat komissiyası tərəfindən toplanmış sənədlərdən, alınmış izahatlardan və aparılmış sorğu protokollarından məlum olmuşdur ki, «X2 (Caspian) Limited» şirkətinin mühafizəçisi X6 xx.xx.2014-cü il tarixdə iş rejiminə əsasən saat 18.00da, 21.00-da isə baş mühafizəçi X20 SAlyan şossesi 13-cü km-də yerləşən ofisə işə gəlmişlər. Onlar vəzifə təlimatlarına uyğun ərazinin mühafizəsi ilə məşğul olmağa başlamışlar. Təxminən saat 23.00 radələrində işıqlar sönür və 10-15 dəqiqədən sonra yenidən yanır. Mühafizəçilər küləyin güclü əsməsindən ehtiyatlanıb generatorda dizel yanacağının az olmasını nəzərə alarq ehtiyat dizel yanacağı alınmasına qərar vermişlər. Bu məqsədlə də baş mühafizəçi R.H.Hüseynov şəxsi «Jiquli» markalı avtomaşını ilə yaxınlığında olan yanacaq məntəqəsinə getmişdir. Dizel yanacağını alıb geri qayıdarkən yanacağını alıb geri qayıdarkən yanacaq doldurma məntəqəsinin çıxışından bir az aralıda dayanmış iri tonnajlı yük avtomobilinə arxadan çırpılmış və aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişmişdir. R.Hüseynovun gec gəlməsinə narahat qalan iş yoldaşı mühafizəçi M.Ş.Mehdiyev bir neçə dəfə onun mobil telefonuna zəng etmiş və telefona zəng çatmadığından təşfişə düşmüşdür. Müəyyən bir müddətdən sonra ofisin baş meneceri İlqar Axundova zəng edərək R.Hüseynovun yanacaq dalınca gedib qayıtmadığını haqda məlumat vermişdir. Təxminən 10-15 dəqiqə sonra İ.Axundov M.Mehdiyevə zəng edərək postdan ayrılmamağını tapşıraraq R.Hüseynovun qəzaya düşdüyünü demişdir. İ.Axundov səhər növbəyə gələn iş yoldaşlarından Rasim Hüseynovun yol-nəqliyyat hadisəsi nəticəsində öldüyünü bilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X4 Səbail rayon şöbəsi tərəfindən komissiyaya verilmiş arayışa əsasən Rasim Hüseynovun meyiti xx.xx.2014-cü il tarixdə Birliyin Səbail rayon şöbəsinn meyitxnasında məhkəmə tibbi müayinədən keçmiş və onun ölümünə səbəb «Hemotravmatik şok. Döş qəfəsi sümüklərinin çoxsaylı sınıqları. Hər iki aşağı ətraf, budbaldır sümüklərinin sınıqları» olduğu müəyyən edilmişdir. Rasim Hüseynovun qanında məhkəmə-kimya tədqiqatı nəticəsində spirtli içkilər və narkotik maddələr aşkar olunmamışdır. Təhqiqat komissiyası təhqiqat aktının 4-cü bölməsinə əsaslanaraq «X2 (Caspian) Limited» şirkətinin rəhbər vəzifəli şəxslərinin cavabdehliyini müəyyən etmədi. Rasim Hüseynovun ölümü Azərbaycan Respublikası Nazirlər Kabintinin xx.xx.2000-ci il tarixli 27 saylı qərarı ilə təsdiq edilmiş, «İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları»nın 1.2-ci bəndinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisə hesab edilərək «İZ» formalı aktla rəsmiləşdirilməli və «X2 (Caspian) Limited» şirkətində uçota alınmalıdır. «İZ» formalı aktın bir nüsxəsi mərhumun ailəsinə verilməsi müəssisənin rəhbərliyi tərəfindən təmin edilsin.
13. İş materiallarında olan «X2 (Caspian) Limited» şirkəti tərəfindən tərtib edilmiş istehsalatda baş vermiş bədbəxt hadisə haqqında 01 nömrəli aktın (İZ forması) surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə saat 23.30 radələrində «X2 (Caspian) Limited» şirkətində Baş Mühafizəçi vəzifəsində işləyən Rasim Hüseynov generator üçün dizel yanacağı almaq məqsədi ilə yanacaq doldurma məntəqəsinə getmiş, yanacağı alıb iş yerinə qayıdan zamanı idarə etdiyi avtomobildə ağır tonnajlı yük maşını ilə toqquşmuş, aldığı ağır xəsarətlər nəticəsində yerindəcə vəfat etmişdir.
14. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya X7 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X12 Xidmətinin Komissiyanın sədrinə ünvanlanmış xx.xx.2014-cü il tarixli məktubun surətindən görünür ki, X19 Hüseyn oğlunun ölümünə səbəb hemotravmatik şok. Döş qəfəsi sümüklərinin çoxsaylı sınıqları. Hər iki aşağı ətraf, bud-baldır sümüklərinin sınıqları olmuşdur. Onun meyidindən götürülmüş qanun məhkəmə-kimyəvi tədqiqatında etil spirti və narkotik maddələr aşkar edilməmişdir.
15. İş üzrə «Sığortaçı» qismində Cavabdeh Sığorta Şirkəti ASC ilə sığortalı qismində «X2 (Caspian) Limited» şirkəti arasında bağlanılmış xx.xx.2014-cü il tarixli ATE14021068 saylı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin surətinə əsasən sığortalının qanunvericiliklə müəyyən edilmiş müvafiq sığorta tarifləri əsasında hesablanan və bu müqavilədə razılaşdırılmış müvafiq sığorta haqqını ödəməsi müqabilində onunla bağlanmış əmək və ya mülki-hüquqi müqavilə əsasında işlər və ya xidmətin həyata keçirilməsinə cəlb edilmiş fiziki şəxslərin (bundan sonra müqavilənin mətni üzrə «sığorta olunanlar») həyatına və sağlamlığına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından dəyən zərərlə əlaqədar onların peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə Sığortaçı qanunvericilikdə müəyyən edilmiş qaydada sığorta ödənişinin verilməsi öhdəliyi götürür.
16. İş materiallarında olan «X2 (Caspian) Limited» şirkəti tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinə ünvanlanmış xx.xx.2014-cü il tarixli arayışın surətindən görünür ki, «X2 (Caspian) LTD» şirkətində Baş mühafizəçi vəzifəsində işləyən Hüseynov Rasim Hüseyn oğlunun idarə etdiyi avtomobildə xx.xx.2014-cü il tarixdə düşdüyü yol-nəqliyyat hadisəsi nəticəsində şirkətə heç bir ziyan dəyməyib.
17. İş materiallarında olan «X2 (Caspian) Limited» şirkəti tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinə ünvanlanmış BA-2014-313 nömrəli arayışın surətindən görünür ki, «X2 (Caspian) LTD» şirkətində Baş mühafizəçi vəzifəsində işləyən Hüseynov Rasim Hüseyn oğlunun illik orta əmək haqqı 9000 manat təşkil edib.
18. İş üzrə Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AZ-İ seriyalı 676194 nömrəli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, Hüseynov Rasim Hüseyn oğlu xx.xx.2014-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında aki qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 513 № ilə qeyd edilmişdir. Ölümün səbəbi kimi «Travmatik şok» göstərilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
19. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçının həyat yoldaşı Hüseynov Rasim Hüseyn oğlu xx.xx.2011-ci il tarixdə «X2 (Caspian) LTD» şirkəti tərəfindən baş mühafizəçi vəzifəsinə işə götürülmüş və o, xx.xx.2014-cü il tarixdə işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələrdən icbari qaydada sığortalanmışdır. xx.xx.2014-cü il tarixdə saat 23:30 radələrində Hüseynov Rasim Hüseyn oğlu generator üçün dizel yanacağı almaq məqsədilə şəxsi avtomaşınla yanacaq doldurma məntəqəsinə getmiş, yanacağı almış iş yerinə qayıdan zaman idarə etdiyi avtomobildə ağır tonnajlı yük maşını ilə toqquşmuşdur. Həmin yol-nəqliyyat hadisəsi zamanı Rasim Hüseynov ağır xəsarətləri almış və həmin xəsarətlərdən hadisə yerində vəfat etmişdir. Hazırda iddiaçı «X2 Caspian LTD» ilə Cavabdeh Sığorta şirkəti arasında bağlanmış istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından xx.xx.2014-cü il tarixli icbari sığorta müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsinin, sığorta ödənişinin həyata keçirilməsinin və 153.599,57 manat pulu ona ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
20. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 5.1.2.3-cü maddəsinə əsasən sığorta olunanın himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna ehtiyacı olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və əmək qabiliyyətindən asılı olmayaraq işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü faydalanan şəxs hesab edilirlər.
21. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı sığortalı və vəfat etmiş Rasim Hüseynovun həyat yoldaşı olduğundan, o hazırki iddia tələbi ilə məhkəmədə çıxış etməkdə tam haqlı olmuşdur və onun belə bir iddia qaldırmağa subyektiv hüququ vardır.
22. Sığorta - şəxslərin əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericiliklə qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir. Sığorta iqtisadi anlayış olmaqla yanaşı iqtisadi fəaliyyət sahələrinin və cəmiyyətin inkişafında mühüm rol oynayır və istehsal prosesində baş verən maddi itkilərin əvəzinin ödənilməsi ilə əlaqədardır.
23. Azərbaycan Respublikasının sığorta qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, bu Qanundan və onun əsasında qəbul edilən normativ hüquqi aktlardan, icbari sığorta qanunvericiliyindən, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası beynəlxalq müqavilələrdən ibarətdir.
24. Sığorta insanların maddi və şəxsi maraqlarının, onların həyatının, sağlamlığının, əmlakının və digər mənafelərinin mühafizəsinin təmin edilməsində tutarlı bir iqtisadihüquqi kateqoriyadır. Sığorta münasibətləri Azərbaycan Respublikası Konstitusiyasına əsaslanır və bu sahədə aparıcı yer tutan Mülki Məcəllə ilə yanaşı digər qanunvericilik, normativ-hüquqi aktlarla və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.
25. «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanunu 1-ci maddəsinə əsasən: 1.1.19. sığorta hadisəsi—qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal; 1.1.20. sığorta tələbi—sığorta hadisəsi baş verdikdə sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya öz vəzifələrini qanunvericiliyə və sığorta müqaviləsinə uyğun olaraq icra etməsi barədə müraciəti; 1.1.21. sığorta ödənişi—sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası.
25. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi - istehsalatda bədbəxt hadisə haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada tərtib olunmuş akt, yaxud xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı şəxslə bağlı istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmə qərarı əsasən müəyyən edililr.
27. Həmin Qanunun 2.0.9-cu maddəsinə əsasən istehsalat – fiziki şəxsin işləri, xidmətləri (bundan sonra əmək funksiyalarını) haqqı ödənilməklə yerinə yetirdiyi iş yeri sayılır.
28. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən istehsalatda bədbəxt hadisə əmək funksiyalarını yerinə yetirərkən xeyrinə icbari sığorta müqaviləsi bağlanılması olan şəxsin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığın qəflətən və kəskin pozulması halı sayılır.
29. Həmin Qanunun 2.0.12-ci maddəsinə əsasən sığorta hadisəsi – icbari sığorta müqaviləsinin qüvvədə olduğu dövr ərzində istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi, yaxud ölümü ilə əlaqədar bu Qanuna görə sığorta ödənişinin faydalanan şəxsə ödənilməsi üçün əsas olan hal hesab edilir.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması» Qaydalarının 1.8-ci bəndinə əsasən istehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürənə işəgötürən cavabdehdir.
31. Həmin Qaydaların 2.6-cı bəndinə əsasən bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada İZ formalı akt tərtib edilməli və onun 1 nüsxəsi mütləq zərər çəkən işçiyə təqdim olunmalıdır. Qaydaların 2.4 bəndində göstərilən halda İZ formalı aktın 1 nüsxəsi zərərçəkənin əmək müqaviləsində olduğu müəssisəyə göndərilir. İşçinin əmək qabiliyyətinin bir gündən artıq müddətə itirilməsinə və ya tibbi rəy əsasında gündən artıq müddətə başqa işə keçirilməsinə səbəb olmuş bədbəxt hadisə İZ formalı aktla rəsmiləşdirilir (əlavə 1) və istehsalatda bədbəxt hadisələrin qeyd jurnalında qeydə alınır.
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
33. Həmin Məcəllənin 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.
34. Göstərilən Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
35. Məhkəmə qeyd edir ki, iddiaçının həyat yoldaşının ölümü bədbəxt hadisə nəticəsində olduğunlan, bu hadisə sığortalı (mərhum) Rasim Hüseynovun istehsalatda və əmək funksiyasını yerinə yetirərkən baş verdiyindən (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Nümayəndə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbayan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş «İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları»na əsasən X12 Xidmətinin müvafiq əmri ilə yaradılmış komissiya tərəfindən Hüseynov Rasim Hüseyn oğlunun ölümü ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatı aparılmış, hadisə istehalatla əlaqəli sayılmış və İZ formalı aktla rəsmiləşdirilmişdir), iddiaçı sığorta ödənişinin həyata keçirilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Bundan əlavə isə iddiaçının həyat yoldaşı ilə işəgötürən arasında xx.xx.2011-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əlavədən (təlimat) görünür ki, “tələb edilən əlavə tapşırıqları yerinə yetirmək” kimi məsuliyyətə (iltizama) imza edilmişdir. Bu isə onu deməyə əsas verir ki, işçinin işdən kənar gedərək iş yerinin sağlamlığının (vəziyyətinin) yaşılaşdırılması məqsədilə yanacağın alınması onun əmək funksiyalarına (məsuliyyətinə) tam uyğun olmuşdur.
36. Lakin məhkəmə iddiaçı tərəfindən sığorta müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətinin ötürülməsini və cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizənin verilməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4cü maddəsində nəzərdə tutulan əşya hüququqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz.
38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
39. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (maddə 375.2).
40. Qeyd edilən Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.
41. E.Həkimovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli qərarında göstərmişdir ki. iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyekiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.
42. İddia müddəti ilə bağlı müddəalar Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərində nəzərdə tutulmuşdur.
43. Avropa İnsan Hüquqları Məhkəməsi, analoji hüquqi mövqedən çıxış edərək, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
44. Məhkəmə iddiaçının həyat yoldaşı R.Hüseynovun xx.xx.2014-cü il tarixli icbari sığorta müqaviləsi üzrə sığorta olunmasını, sığorta olunanın xx.xx.2014-cü ildə yolnəqliyyat hadisəsi nəticəsində vəfat etməsini və iddiaçının sığorta müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı iddianın xx.xx.2023-cü il tarixdə məhkəməyə verilməsini nəzərə alaraq qeyd edir ki, iddiaçı qanunda nəzərdə tutulmuş 3 illik müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir (özünün məhkəmə iclasında izahatında 2014-cü ildən sığorta ilə bağlı məlumatın olmasını bildirmişdir).
45. Beləliklə məhkəmə iddiaçı tərəfindən sığorta müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı (müqavilə olmasaydı tələbdə yaranmayacaqdı) 3 illik iddia müddəti bitdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etməsini və bununla da qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətinin ötürülməsini və həmin müddətinin ötürülməsinin üzrlü hesab edilməsi ilə bağlı iddiaçı tərəfindən hər hansı bir əsaslı sübutun məhkəməyə təqdim edilə bilməməsini, müddətin buraxılmaması ilə bağlı dəlillərinin əsassız olmasını, eyni zamanda iddiaçının nümayəndəsinin məhkəmə iclasında iddia müddətinin ötürülməsi ilə bağlı gətirdiyi dəlillərin üzürlü hal kimi qəbul edilə bilməməsi nəzərə alaraq hesab edir ki, iddia tələbi iddia müddətinin ötürülməsi ilə əlaqədar rədd olunmalıdır.
46. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Böyük Britaniyanın «X2 (Caspian) Limited» Şirkətinin «X23» filialı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyə üçüncü şəxs qismində cəlb etməklə Cavabdeh Sığorta Açıq Səhmdar Cəmiyyətinə qarşı «sığorta müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi və sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməməlidir.
47. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
48. Həmin Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır..a
49. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddiaçı Böyük Britaniyanın «X2 (Caspian) Limited» Şirkətinin «X23» filialı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyə üçüncü şəxs qismində cəlb etməklə Cavabdeh Sığorta Açıq Səhmdar Cəmiyyətinə qarşı «sığorta müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi və sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.