Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3937/2024 15.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı, vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh, vəkili-nümayəndəsi Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun tərəfindən Cavabdeh 9000 (doqquz min) manat məbləğində kompensasiya ödənilməklə onun Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi 111 saylı evin, 17 nömrəli mənzili mənzilindən istifadə hüquqlarına xitam verilməsi və cavabdehin həmin mənzildən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə və Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 məhkəməyə ərizələr təqdim edərək, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq olunmasını və mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə eyni məzmunda çıxış edərək, Nümayəndə tərəfindən təqdim olunmuş ərizəni müdafiə etdiklərini bildirib, barışıq sazişinin Nümayəndə tərəfindən imzalandığını, nəticələrini dərk etdiklərini qeyd edərək, tərəflər arasında bağlanılmış barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh və onun vəkili-nümayəndəsi Vəkil2 eyni məzmunda çıxış edərək, Vəkil2 tərəfindən təqdim olunmuş ərizəni müdafiə etdiklərini bildirib, barışıq sazişinin Vəkil2 oğlu tərəfindən imzalandığını, nəticələrini dərk etdiklərini qeyd edərək, tərəflər arasında bağlanılmış barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdilər. Belə ki, mülki iş üzrə tərəflər (İddiaçı vəkili-nümayəndəsi Nümayəndə və Cavabdeh vəkilinümayəndəsi Vəkil2) arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərdən ibarətdir:
1. Tərəflər mübahisə predmeti olan mənzilə cavabdehin istifadə hüququna xitam verilməsi üçün iddiaçı tərəfindən ümumilikdə 15.000 (on beş min) manat veriməklə xitam verilməsi barədə razılığa gəlirlər;
2. Sazişin 1-ci bəndində qeyd edilən 15.000 (on beş min) manat iddiaçı tərəfindən cavabdehə tam şəkildə ödənildikdən sonra cavabdeh 10 gün ərzində iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi 111 saylı evin, 17 nömrəli mənzili tam şəkildə boşaldaraq iddiaçıya təvil verməyi və həmin mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürür;
3. X2 qeyd olunmuş şərtlərin yerinə yetirilməsi üçün tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş bütün hüquqi hərəkətləri yerinə yetirməyə razılıq verirlər.
4. Tərəflər bir-birilərinə qarşı hazırki mübahisə predmeti ilə bağlı bundan əlavə iddia və tələblərinin olmayacağını bəyan edir.
5. Yerinə yetirilməsi ilə bağlı onlardan asılı olan hərəkətlərin, ödəmələrin və digər hərəkətlərin həyata keçirilməməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Barışığın şərtləri pozulduğu halda məhkəmə tərəfindən təsdiq olunmuş bu Saziş məcburi icraya yönələcək.
6. Tərəflər bu Sazişin bəndlərində göstərilmiş şərtlərin həyata keçirilməsi üçün onlarda olan sənədlərin təqdim edilməsi və onlardan asılı olan hərəkətlərin vaxtında icra edilməməsinə görə məsuliyyət daşıyırlar. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 110 (bir yüz on dörd) manat rüsum ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-52.5-ci maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 114.1, 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0 və 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4-262.5-ci maddələrinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə barışıq sazişini tədqiq edərək belə qəanətə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur, ona görə də tərəflərin ərizələri təmin edilməli, barışıq sazişi təsdiq edilməli, habelə iddia ərizəsi üzrə mülki işin icraata xitam verilməli, eyni zamanda dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş dövlət rüsumu iddiaçının vəkili-nümayəndəsi Nümayəndə geri qaytarılmalıdır. Həmçinin, tərəflərə eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Ərizələr təmin edilsin. İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi və s.” tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin: «1. Tərəflər mübahisə predmeti olan mənzilə cavabdehin istifadə hüququna xitam verilməsi üçün iddiaçı tərəfindən ümumilikdə 15.000 (on beş min) manat veriməklə xitam verilməsi barədə razılığa gəlirlər;
2. Sazişin 1-ci bəndində qeyd edilən 15.000 (on beş min) manat iddiaçı tərəfindən cavabdehə tam şəkildə ödənildikdən sonra cavabdeh 10 gün ərzində iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi 111 saylı evin, 17 nömrəli mənzili tam şəkildə boşaldaraq iddiaçıya təvil verməyi və həmin mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürür;
3. X2 qeyd olunmuş şərtlərin yerinə yetirilməsi üçün tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş bütün hüquqi hərəkətləri yerinə yetirməyə razılıq verirlər.
4. Tərəflər bir-birilərinə qarşı hazırki mübahisə predmeti ilə bağlı bundan əlavə iddia və tələblərinin olmayacağını bəyan edir.
5. Yerinə yetirilməsi ilə bağlı onlardan asılı olan hərəkətlərin, ödəmələrin və digər hərəkətlərin həyata keçirilməməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Barışığın şərtləri pozulduğu halda məhkəmə tərəfindən təsdiq olunmuş bu Saziş məcburi icraya yönələcək.
6. Tərəflər bu Sazişin bəndlərində göstərilmiş şərtlərin həyata keçirilməsi üçün onlarda olan sənədlərin təqdim edilməsi və onlardan asılı olan hərəkətlərin vaxtında icra edilməməsinə görə məsuliyyət daşıyırlar». İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 110 (bir yüz on) manat məbləğində pul iddiaçının vəkili-nümayəndəsi Nümayəndə geri qaytarılsın (qəbz №: **********). Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Barışıq sazişinin təsdiq edilməsi haqqında qərardad qanuni qüvvəyə mindikdən sonra məcburi qüvvəyə malik olacaqdır və mütləq icra olunmalıdır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim: Günay Abidova