Məhkəmə qərarları › İş №e-2(006)-3980/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3980/2023

22.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3980/2023 22.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abbasov Nail İbad oğlu, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 259.45 və 30.4 məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, şirkətdə "Daşınmaz əmlakın icbari sığortası" növü üzrə sığortalanmış X1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30, ev 4, 22 saylı mənzilə 8.05.2021-ci il tarixində subasma hadisəsi nəticəsində maddi zərər dəymişdir. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Abşeron Xırdalan 1 MMMC-nin komendantlığı tərəfindən tərtib edilmiş akta əsasən, subasma hadisəsinin baş verməsinə səbəb kimi Cavabdeh mülkiyyətində ünvan 1 ünvanında mənzil daxili istilik xəttində yaranmış nasazlıq göstərilmişdir. Beləliklə, yuxarıda göstərilmiş X1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30, ev 4, 22 saylı mənzilə su axması nəticəsində ona məxsus mənzilin tavanı və divar ağızlarına 560 manat məbləğində zərər dəymiş və İƏ001/21 saylı sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 409, 45 manat məbləğində sığorta ödənişi həyata eçirilmişdir. Onu da nəzərinizə çatdırmaq istəyirik ki, sığorta ödənişinin subroqasiya qaydasında geri alınması ilə bağlı "xxxx" ASC-nin əməkdaşları tərəfindən Cavabdeh ilə əlaqə yaradılmış, bundan sonra onun tərəfindən lüxtəlif vaxtlarda, ümumilikdə şirkətimizə 150 manat məbləğində ödəniş həyata keçirilmişdir. Şəxs tərəfindən on ödəniş xx.xx.2021-ci il tarixində həyata keçirilmiş və bundan sonra onun tərəfindən heç bir ödəniş olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdeh həmin bildirişi qəbul etmiş, lakin cavabdeh tərəf bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazlarını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Daşınmaz əmlakın icbari sığortalanmasına dair №İƏ 001/21 sığorta ödənişi aktından görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş sığorta hadisəsi zamanı ünvan 2 ünvanda baş vermiş su basma hadisəsi nəticəsində əmlaka 560 manat zərər dəymiş, sığorta ödənişinin məbləği 410 manat müəyyən edilmişdir. Subroqasiya tələbi ilə irəli sürülməli şəxs kimi Cavabdeh qeyd edilmişdir. İş materiallarında olan Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinin surətindən görünür ki, sığortaçı "xxxx" ASC sığortalı X2 məxsus ünvan 2 ünvanda olan yaşayış evini 15 000 manat məbləğinə sığortalamışdır. İş materiallarında olan əmlakın qiymətləndirilməsinə dair xx.xx.2021-ci il tarixli rəydə baş vermiş hadisə nəticəsində əmlaka 560 manat zərər dəyməsi müəyyən edilmişdir. İş materiallarında olan ödəniş tapşırığına 1 saylı əlavədən görünür ki, X1 **********5944-000097 saylı hesab nömrəsinə "xxxx" ASC tərəfindən 409.45 manat köçürülmüşdür. İş materiallarında olan məktubdan görünür ki, iddiaçı tərəfindən cavabdehə sığorta ödənişinin ödənilməli olduğu barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinin tələbinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinin tələbinə görə faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1114-cü maddəsinə (zərər vurmuş şəxsə reqres hüququ) əsasən başqa şəxsin (qulluq, ənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin i.a) vurduğu zərərin vəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən sığorta olunmuş əmlaka 560 manat zərər dəymiş, iddiaçı vurulmuş zərərlə bağlı 410 manat iddiaçı tərəfindən ödənilmişdir. Cavabdeh sığorta ödənişinin 150 manatını ödəsə də qalan məbləğ ödənilməmiş qalmışdır. Bu baxımdan su basma hadisəsi nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş sığorta şirkətinin haqlı olaraq subroqasiya tələbini irəli sürmək hüququ yaranmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Eyni zamanda hazırki iddia ərizəsi cavabdehə rəsmi qaydada verilsə də, 10 (on) iş günü müddətində iddia tələbinə qarşı etiraz etməməklə onu mübahisələndirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 259.45 məbləğində sığorta ödənişi, ödənilmiş dövlət rüsumuna görə 30 manat və 0.4 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 259.45 məbləğində sığorta ödənişi, ödənilmiş dövlət rüsumuna görə 30 manat və 0.4 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar