Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4016/2022 20.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil və cavabdehlərin nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “miras qalan əmlaklara vərəsə qismində pay hüququnun tanınması” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “miras qalan əmlaklara vərəsə qismində pay hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mərhum atası X5 **-MH-*** dövlət nömrə nişanlı, “X10 Prado” markalı avtomobilin, **-UV-*** dövlət nömrə nişanlı, “Mercedes Benz S500” markalı avtomobilin, **-ML-*** dövlət nömrə nişanlı, “Mercedes Benz ML350” markalı avtomobilin, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 118, mənzil 109-un, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ev 1114 yerləşən bağ evinin, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 48, mənzil 7-nin ½ hissəsində pay hüququnun tanınması və həmin əmlakların ½ hissəsinin 1/3 hissəsində onun vərəsəlik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil izahatında bildirmişdir ki, iddiaçının mərhum atası X6 xx.xx.1949-cu ildə anadan olmuş və xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İddiaçı mərhum X4 ilk nikahından anadan olmuş tək övladıdır. İddiaçının mərhum atası X6 ikinci dəfə X2 ilə xx.xx.1980-ci ildə Naxçıvan şəhər 1 saylı nikah evində nikaha daxil olmuş, bu nikahdan xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh1 anadan olmuş və həmin nikah evində qeydiyyata alınmışdır. X2 ilə birgə nikah dövründə iddiaçının mərhum atası X6 bir çox əmlaklar əldə etmiş və müxtəlif banklara pullar qoymuşdur. Hal-hazırda tərəflərindən müəyyən edilmiş əmlaklar aşağıdakılardır: 1) xx.xx.2012-ci il tarixdə buraxılış ili 2011-ci il, qızılı-metal rəngli, **-MH-*** dövlət nömrə nişanlı “X10 PRADO” markalı avtomobil, 2) xx.xx.2019-cu il tarixdə buraxılış ili 2007-ci il, qara rəngli, **-UV-*** dövlət nömrə nişanlı, “MERCEDES BENZ S500” markalı avtomobil, 3) xx.xx.2021-ci il tarixdə buraxılış ili 2009-cu il, qara-metalik rəngli, **-ML-*** dövlət nömrə nişanlı, “MERCEDES BENZ ML350” markalı avtomobil, 4) Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 118, mənzil 109, 5) Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ev 1114 yerləşən bağ evi, 6) Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 48, mənzil 7 X7 vəfat etdikdən sonra Cavabdeh2 birgə nikah dövründə əldə olunmuş (xx.xx.2021-ci il tarixdə) buraxılış ili 2009-cu il, qara-metalik rəngli, **-ML-*** dövlət nömrə nişanlı, “MERCEDES BENZ ML350” markalı avtomobili xx.xx.2022-ci il tarixdə iddiaçının xəbəri və məlumatı olmadan satmışdır. Belə ki, tərəflərindən Baş Dövlət Yol Polis İdarəsinə ünvanlanmış vəkil sorğusuna verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubu ilə müəyyən olunur ki, birgə nikah dövründə xx.xx.2012-ci il tarixdə buraxılış ili 2011-ci il, qızılı-metal rəngli, **-MH-*** dövlət nömrə nişanlı “X10 PRADO” markalı, xx.xx.2019-cu il tarixdə buraxılış ili 2007-ci il, qara rəngli, **-UV-*** dövlət nömrə nişanlı, “MERCEDES BENZ S500” markalı, xx.xx.2021-ci il tarixdə buraxılış ili 2009-cu il, qarametalik rəngli, **-ML-*** dövlət nömrə nişanlı, “MERCEDES BENZ ML350” markalı avtomobillər X1 adına qeydiyyatdan keçmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********98 nömrəli, xx.xx.2022-ci il tarixli cavab məktubu ilə Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 118, mənzil 109, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 48, mənzil 7, ünvan 1 ünvanında yerləşən bağ evi Cavabdeh2 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmini barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehlərin nümayəndəsi (vəkili) Nümayəndə məhkəməyə yazılı ərizə təqdim edərək bildirmişdir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından da göründüyü kimi, İddiaçı xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi olaraq müəyyən edilməmişdir. Belə ki, iddiaçı qanunvericilik ilə müəyyən edilmiş müddət ərzində miras qoyanın yaşayış yeri (mirasın açıldığı yer) notariat ofisinə müraciət etmədən birbaşa məhkəmədə iddia qaldırmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “miras qalan əmlaklara vərəsə qismində pay hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilməlidir. Belə ki, göründüyü kimi tərəflər arasındakı mübahisə vərəsəlik hüququ üzrə mübahisələrə aiddir. İş materiallarında olan 14 oktyabr 2022-ci il tarixli Naxçıvan şəhər 1 saylı Notariat ofisi tərəfindən İddiaçı ünvanlanan məktubdan görünür ki, İddiaçı vərəsələr arasında mübahisə olduğuna görə məsələ ilə bağlı məhkəməyə müraciət etməyinin məqsədəuyğun olduğu göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki Məcəllənin 1159.1-ci maddəsində isə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrin dairəsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarına əsasən, Mülki Məcəllənin mirasın bölüşdürülməsi anlayışı adlanan 1274-cü maddəsinə müvafiq olaraq, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mirasın bölüşdürülməsi dedikdə, mirasın onu qəbul edən vərəsələrin razılaşması ilə hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməsi anlaşılır. Qeyd edilməlidir ki, miras əmlak qarşılıqlı razılıq əsasında, notariat qaydasında və məhkəmə qaydasında bölüşdürülür. Miras əmlak vərəsələrin vərəsəlik hüququnu təsdiq edən sənədin (vərəsəlik şəhadətnaməsinin) alınması məcburi olan hallarda, notarial bölgü yolu ilə bölüşdürülür. Bu bölgüdən yalnız iki şərt olduqda istifadə olunur: vərəsələr arasında miras əmlakın bölüşdürülməsi barədə mübahisə olmamalı, miras əmlak elə bir əmlak olmalıdır ki, bu əmlakın əldə edilməsi notariat kontorunun vərəsəlik şəhadətnaməsi olmadan qeyri-mümkün olsun. Mülki Məcəllənin 1321-ci maddəsinə əsasən, vərəsəliyə çağrılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin verilməsi məcburidir. Qüvvədə olan qanunvericilik ilə miras əmlakla əlaqədar vərəsəlik işlərinin həyata keçirilməsi sahəsində müvafiq sənədləşdirmənin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edilmişdir. Müraciət edən şəxslərin vərəsə olması mübahisə predmeti deyildirsə, mübahisə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa, notariat orqanları vərəsəlik payının nisbətini göstərmədən müvafiq sənədi verməlidirlər. İş materiallarından göründüyü kimi, cavabdehlər barəsində vərəsəlik işinin açılması və ya onun tərəfindən notariat ofisindən vərəsəlik haqqında şəhadətnamənin alınması ilə bağlı hər hansı bir sübut yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, hazlrki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.1.-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.4., 262, 263- 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “miras qalan əmlaklara vərəsə qismində pay hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-4016/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-4016/2022
20.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver