Məhkəmə qərarları › İş №e-2(006)-4033/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-4033/2024

08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4033/2024 08.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı müqavilə üzrə “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı müqavilə üzrə “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli C9790004/22 nömrəli müqavilə üzrə əsas borc 348 manat və 33 manat cərimə borcu olmaqla cəmi 381 manat; xx.xx.2022-ci il tarixli C9790025/22 nömrəli müqavilə üzrə əsas borc 686 manat və 65 manat cərimə borcu olmaqla cəmi 751 manat; xx.xx.2022-ci il tarixli C9790071/22 nömrəli müqavilə üzrə əsas borc 1625 manat və 160 manat cərimə borcu olmaqla cəmi 1785 manat; xx.xx.2022ci il tarixli C9790077/22 nömrəli müqavilə üzrə əsas borc 194 manat və 19 manat cərimə borcu olmaqla 213 manat; xx.xx.2022-ci il tarixli C9790079/22 nömrəli müqavilə üzrə əsas borc 2168 manat və 216 manat cərimə borcu olmaqla 2384 manat; xx.xx.2022-ci il tarixli C9790070/22 nömrəli müqavilə üzrə əsas borc 181 manat və 18 manat cərimə borcu olmaqla 199 manat; ümumilikdə 5713 (beş min yeddi yüz on üç) manat, habelə dövlət rüsumu kimi ödənilmiş 77.50 (yetmiş yeddi manat, 50 qəpik) manat məbləğin tutularaq İddiaçı xeyrinə ödənilməsi haqda qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 və Cavabdeh məhkəməyə ərizə təqdim edərək, tərəflərin barışıqla bağlı razılığa gəldiklərini bildirmiş, barışığın şərtlərini aşağıdakı formada müəyyənləşdirmişlər:

1. Cavabdeh öhdəsinə götürür ki, iddia tələbi üzrə xx.xx.2022-ci il tarixli C9790004/22 nömrəli müqavilə üzrə əsas borc 348 manat və 33 manat cərimə borcu olmaqla cəmi 381 manat; xx.xx.2022-ci il tarixli C9790025/22 nömrəli müqavilə üzrə əsas borc 686 manat və 65 manat cərimə borcu olmaqla cəmi 751 manat; xx.xx.2022-ci il tarixli C9790071/22 nömrəli müqavilə üzrə əsas borc 1625 manat və 160 manat cərimə borcu olmaqla cəmi 1785 manat; xx.xx.2022-ci il tarixli C9790079/22 nömrəli müqavilə üzrə əsas borc 2168 manat və 216 manat cərimə borcu olmaqla 2384 manat, ümumilikdə 5213 (beş min iki yüz on üç) manat borcun, habelə dövlət rüsumu əvəzi ödənilmiş 77.50 (yetmiş yeddi manat, əlli qəpik) manat, ümumi 5290.50 (beş min iki yüz doxsan manat, əlli qəpik) məbləğini hissə-hissə olmaqla, yəni xx.xx.2024-cü il tarixindən etibarən hər ayın 20-də 200 (iki yüz) manat ödəyəcək;

2. İddiaçı öhdəsinə götürür ki, Cavabdeh barışıq sazişinin 1-ci bəndinin tələblərinə tam riayət etdiyi (ümumi borcun tam ödənilməsi) halda xx.xx.2022-ci il tarixli C9790004/22 nömrəli, xx.xx.2022-ci il tarixli C9790025/22 nömrəli, xx.xx.2022-ci il tarixli C9790071/22 nömrəli, xx.xx.2022-ci il tarixli C9790079/22 nömrəli müqavilələr ləğv edilmiş hesab olunacaq, həmin müqavilələr üzrə borcun olmaması barədə arayışı verəcək;

3. e-2(006)-4033/2024 nömrəli mülki iş üzrə barışıq sazişində nəzərdə tutulmuş tərəflər öhdəliklərini yerinə yetirmədiyi halda tərəfin yazılı ərizəsinə əsasən məcburi icraya yönəldiləcək;

4. Barışıq sazişi 3 (üç) nüsxədə olmaqla Azərbaycan dilində tərtib olunmuşdur. Tərəflərin hər birində sazişin bir nüsxəsi saxlanılır, 3-cü nüsxəsi isə məhkəməyə təqdim edilir. Məhkəmə iclasında iştirak edən tərəflər barışıq sazişinin göstərilən məzmunda təsdiq edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehlərin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 191.2, 231, 235, 261, 261.0.5, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Cavabdeh qarşı müqavilə üzrə pul tələbinə dair mülki iş üzrə tərəflər – bir tərəfdən İddiaçı, digər tərəfdən Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlər daxilində təsdiq edilsin:

1. Cavabdeh öhdəsinə götürür ki, iddia tələbi üzrə xx.xx.2022-ci il tarixli C9790004/22 nömrəli müqavilə üzrə əsas borc 348 manat və 33 manat cərimə borcu olmaqla cəmi 381 manat; xx.xx.2022-ci il tarixli C9790025/22 nömrəli müqavilə üzrə əsas borc 686 manat və 65 manat cərimə borcu olmaqla cəmi 751 manat; xx.xx.2022-ci il tarixli C9790071/22 nömrəli müqavilə üzrə əsas borc 1625 manat və 160 manat cərimə borcu olmaqla cəmi 1785 manat; xx.xx.2022-ci il tarixli C9790079/22 nömrəli müqavilə üzrə əsas borc 2168 manat və 216 manat cərimə borcu olmaqla 2384 manat, ümumilikdə 5213 (beş min iki yüz on üç) manat borcun, habelə dövlət rüsumu əvəzi ödənilmiş 77.50 (yetmiş yeddi manat, əlli qəpik) manat, ümumi 5290.50 (beş min iki yüz doxsan manat, əlli qəpik) məbləğini hissə-hissə olmaqla, yəni xx.xx.2024-cü il tarixindən etibarən hər ayın 20-də 200 (iki yüz) manat ödəyəcək;

2. İddiaçı öhdəsinə götürür ki, Cavabdeh barışıq sazişinin 1-ci bəndinin tələblərinə tam riayət etdiyi (ümumi borcun tam ödənilməsi) halda xx.xx.2022-ci il tarixli C9790004/22 nömrəli, xx.xx.2022-ci il tarixli C9790025/22 nömrəli, xx.xx.2022-ci il tarixli C9790071/22 nömrəli, xx.xx.2022-ci il tarixli C9790079/22 nömrəli müqavilələr ləğv edilmiş hesab olunacaq, həmin müqavilələr üzrə borcun olmaması barədə arayışı verəcək;

3. e-2(006)-4033/2024 nömrəli mülki iş üzrə barışıq sazişində nəzərdə tutulmuş tərəflər öhdəliklərini yerinə yetirmədiyi halda tərəfin yazılı ərizəsinə əsasən məcburi icraya yönəldiləcək.

4. Barışıq sazişi 3 (üç) nüsxədə olmaqla Azərbaycan dilində tərtib olunmuşdur. Tərəflərin hər birində sazişin bir nüsxəsi saxlanılır, 3-cü nüsxəsi isə məhkəməyə təqdim edilir. İddiaçı Cavabdeh qarşı müqavilə üzrə pul tələbinə dair mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar