Məhkəmə qərarları › İş №e-2(006)-4048/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4048/2024

28.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4048/2024 28.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Musayeva Vüsalə Vahid qızı, İddiaçı Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə yaranmış 131.4 manat əsas, 19.7 manat cərimə, ümumilikdə 151.1 manat borc, xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 164.9 manat əsas, 24.7 manat cərimə ümumilikdə 189.6 manat borc, xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 319.9 manat əsas, 47.9 manat cərimə, ümumilikdə 367.8 manat borc, xx.xx.2023-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 920.9 manat əsas, 138.1 manat cərimə ümumilikdə 1059 manat borc, ümumilikdə dörd müqavilə üzrə 1537.1 manat əsas, 230.4 manat cərimə, 1767.5 manat cəmi borcun və 37.68 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh oğlundan tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “Hp” markalı noutbuka görə 12 ay ödəniş cədvəli üzrə hər ay 138 manat olmaqla, cəmi 1649.49 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2023-cü il tarixində 276 manat ödəmiş və qalıq qalmış 131.40 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Bildirir ki, cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 197 manat təşkil edir. xx.xx.2022ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Samsung” markalı paltaryuyan üçün 18 ay ödəniş cədvəli üzrə hər ay 59 manat olmaqla, cəmi 1049.99 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2023-cü il tarixində 59 manat ödəmiş və qalıq qalmış 164.9 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Bildirir ki, cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 247 manat təşkil edir. xx.xx.2022ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Samsung” markalı tozsovuran və soyuducu üçün 18 ay ödəniş cədvəli üzrə hər ay 110 manat olmaqla, cəmi 1969.99 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2024-cü il tarixində 110 manat ödəmiş və qalıq qalmış 319.90 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Bildirir ki, cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 479 manat təşkil edir. xx.xx.2023ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Samsung” markalı televizor üçün 18 ay ödəniş cədvəli üzrə hər ay 103 manat olmaqla, cəmi 1849.99 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2024-cü il tarixində 103 manat ödəmiş və qalıq qalmış 920.90 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Bildirir ki, cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 1381 manat təşkil edir. Cavabdehin xx.xx.2023-cü il tarixli № ********* saylı müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 197 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 19.70 manat, xx.xx.2022-ci il tarixli № ********* saylı müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 247 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 24.70 manat, cavabdehin xx.xx.2022-ci il tarixli № ********* saylı müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 479 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 47.90 manat, xx.xx.2023cü il tarixli № ********* saylı müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 1381 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 138.10 manat İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə, cavabdehin İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə 131.4 manat əsas, 19.7 manat cərimə, ümumilikdə 151.1 manat borc, xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 164.9 manat əsas, 24.7 manat cərimə ümumilikdə 189.6 manat borc, xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 319.9 manat əsas, 47.9 manat cərimə, ümumilikdə 367.8 manat borc, xx.xx.2023-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 920.9 manat əsas, 138.1 manat cərimə ümumilikdə 1059 manat borc, ümumilikdə dörd müqavilə üzrə 1537.1 manat əsas, 230.4 manat cərimə, 1767.5 manat cəmi borc təşkil etmişdir. Məhkəmə tərəfindən cavabdehə iddiaçının tələbinə dair bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını məqsədəuyğun hesab edir. İş materiallarında olan: xx.xx.2023-ci il tarixli (nisyə) alqı-satqı müqaviləsi, həmin müqaviləyə 1 saylı əlavə və ödəniş cədvəlindən görünür ki, İddiaçı MMC ümumi dəyəri 1649.49 manat təşkil edən “HP” markalı noutbuk üçün 12 ay müddətinə, hər ay 138 manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. xx.xx.2022-ci il tarixli (nisyə) alqı-satqı müqaviləsi, həmin müqaviləyə 1 saylı əlavə və ödəniş cədvəlindən görünür ki, İddiaçı MMC ümumi dəyəri 1049.99 manat təşkil edən “Samsung” markalı paltaryuyan maşın üçün 18 ay müddətinə, hər ay 59 manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. xx.xx.2022-ci il tarixli (nisyə) alqı-satqı müqaviləsi, həmin müqaviləyə 1 saylı əlavə və ödəniş cədvəlindən görünür ki, İddiaçı MMC ümumi dəyəri 1969.99 manat təşkil edən “Samsung” markalı tozsovuran və soyuducu üçün 18 ay müddətinə, hər ay 110 manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. xx.xx.2023-cü il tarixli (nisyə) alqı-satqı müqaviləsi, həmin müqaviləyə 1 saylı əlavə və ödəniş cədvəlindən görünür ki, İddiaçı MMC ümumi dəyəri 1849.99 manat təşkil edən “Samsung” markalı televizor üçün 18 ay müddətinə, hər ay 103 manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. Xəbərdarlıq məktublarından görünür ki, İddiaçı MMC Cavabdeh 3841,10 manat məbləğində yaranmış borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixli müqavilə üzrə ümumilikdə ödənilməmiş 328.40 manat əsas borcu vardır. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixli müqavilə üzrə ümumilikdə ödənilməmiş 411.90 manat əsas borcu vardır. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixli müqavilə üzrə ümumilikdə ödənilməmiş 798.90 manat əsas borcu vardır. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixli müqavilə üzrə ümumilikdə ödənilməmiş 2301.90 manat əsas borcu vardır. xx.xx.2024-cü il tarixli, 62800268 saylı mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 37.68 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “HP” markalı noutbuk üçün 12 ay müddətinə, hər ay 138 manat olmaqla, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “Samsung” markalı paltaryuyan maşın üçün 18 ay müddətinə, hər ay 59 manat olmaqla, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “Samsung” markalı tozsovuran və soyuducu üçün 18 ay müddətinə, hər ay 110 manat olmaqla, xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “Samsung” markalı televizor üçün 18 ay müddətinə, hər ay 103 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Həmin əşyalar satıcı tərəfindən cavabdehə təhvil verilmişdir. İddiaçı cavabdeh tərəfindən müqavilə üzrə borcunun yarandığını iddia edir və bu məbləği cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh əşyaları qəbul etmiş, lakin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi, yəni iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 1537.1 manat əsas, 230.4 manat cərimə, 1767.5 manat cəmi borc və 37.68 manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-6, və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1537.1(bir min beş yüz otuz yeddi manat, on qəpik) manat əsas, 230.4 (iki yüz otuz manat, qırx qəpik) manat cərimə,cəmi 1767.5 (bir min yeddi yüz altmış yeddi manat, əlli qəpik) manat borc və 37.68 (otuz yeddi manat, altmış səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar