Məhkəmə qərarları › İş №e-2(006)-4049/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4049/2024

26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4049/2024 26.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: Satıcı/İddiaçı ilə alıcı/Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli C9790206/21nömrəli Nisyə satış müqaviləsinə əsasən 816 manat dəyərində, ilkin ödənişsiz, 1 ədəd “Mersedes” oyuncaq maşın - məhsulu 12 ay müddətinə, hər ay 68 manat ödənilməklə nisyə satılmışdır. Həmin müqaviləsinin şərtləri borclu tərəfindən əməl edilməmiş, öhdəliyi vaxtında və lazımi qaydada icra etməyərək nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Hazırda xx.xx.2021-ci il tarixli C9790206/21 nömrəli müqavilə üzrə ödənilməmiş borc 445 (dörd yüz qırx beş) manat təşkil edir. Bundan başqa, satıcı/İddiaçı ilə alıcı/Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli C9790208/21nömrəli Nisyə satış müqaviləsinə əsasən 2868 manat dəyərində, ilkin ödənişsiz, qızıl dəstini 12 ay müddətinə, hər ay 239 manat ödənilməklə nisyə satılmışdır. Həmin müqaviləsinin şərtləri borclu tərəfindən əməl edilməmiş, öhdəliyi vaxtında və lazımi qaydada icra etməyərək nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Hazırda xx.xx.2021-ci il tarixli C9790208/21 nömrəli müqavilə üzrə ödənilməmiş borc 1571 (bir min beş yetmiş bir) manat təşkil edir. Bundan başqa, satıcı/İddiaçı ilə alıcı/Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli C9790249/21nömrəli Nisyə satış müqaviləsinə əsasən 3208 manat dəyərində, 208 manat ilkin ödəniş olmaqla, 1 ədəd Samsung markalı RT35K5052BS/WR soyuducu və 1 ədəd Samsung markalı 55AU7540 TV məhsulları 12 ay müddətinə, hər ay 250 manat ödənilməklə nisyə satılmışdır. Həmin müqaviləsinin şərtləri borclu tərəfindən əməl edilməmiş, öhdəliyi vaxtında və lazımi qaydada icra etməyərək nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Hazırda xx.xx.2021-ci il tarixli C9790249/21 nömrəli müqavilə üzrə ödənilməmiş borc 1402 (bir min dörd yüz iki) manat təşkil edir. Sözügedən C9790206/21nömrəli, C9790208/21nömrəli və C9790249/21nömrəli Nisyə satış müqavilələrinin 2.4.4-cü bəndinə müvafiq olaraq, “Alıcı” razılaşdırılmış dəyərini razılaşdırılmış müddətdə ödəmədikdə ödənilməyən məbləğə günlük 1%(bir faiz) cərimə ödəyəcəyini öz üzərinizə götürmüsdür. Hər bir müqavilə üzrə hesablanan cərimə məbləği gecikdirilmiş günlərə görə yüksək olmasına baxmayaraq İddiaçı ağlabatan məbləği müəyyən etmişdir. Hazırda, Cavabdeh xx.xx.2021-ci il tarixli C9790206/21 nömrəli müqavilə üzrə ödənilməmiş borca (445 AZN) görə 45 manat; xx.xx.2021-ci il tarixli C9790208/21nömrəli müqavilə üzrə ödənilməmiş borca (1571 AZN) görə 157 manat və xx.xx.2021-ci il tarixli C9790249/21 nömrəli müqavilə üzrə ödənilməmiş borc (1402 AZN) görə 140 manat cərimə məbləğlərini tələb edir. İddiaçının tələbi: Cavabdeh xx.xx.2021-ci il tarixli C9790206/21 nömrəli müqavilə üzrə 445 manat əsas borc və 45 manat cərimə məbləği olmaqla cəmi 490 manat; xx.xx.2021-ci il tarixli C9790208/21 nömrəli müqavilə üzrə 1571 manat əsas borc və 157 manat cərimə məbləği olmaqla cəmi 1728 manat; xx.xx.2021-ci il tarixli C9790249/21 nömrəli müqavilə üzrə 1402 əsas borc və 140 manat cərimə məbləği olmaqla cəmi 1542 manat; ümumilikdə 3760 (üç min yeddi yüz altmış) manat, habelə dövlət rüsumu əvəzi ödənilmiş 58 (əlli səkkiz manat) manat məbləğin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı nümayəndəsi X1 məhkəmənin əvvəlki iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, yekun məhkəmə iclasına gəlməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Satıcı/İddiaçı ilə alıcı/Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli C9790206/21 nömrəli Nisyə satış müqaviləsinə əsasən 816 manat dəyərində, ilkin ödənişsiz, 1 ədəd “Mersedes” oyuncaq maşın - məhsulu 12 ay müddətinə, hər ay 68 manat ödənilməklə nisyə satılmışdır. Satıcı/İddiaçı ilə alıcı/Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli C9790208/21 nömrəli Nisyə satış müqaviləsinə əsasən 2868 manat dəyərində, ilkin ödənişsiz, qızıl dəstini 12 ay müddətinə, hər ay 239 manat ödənilməklə nisyə satılmışdır. Satıcı/İddiaçı ilə alıcı/Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli C9790249/21 nömrəli Nisyə satış müqaviləsinə əsasən 3208 manat dəyərində, 208 manat ilkin ödəniş olmaqla, 1 ədəd Samsung markalı RT35K5052BS/WR soyuducu və 1 ədəd Samsung markalı 55AU7540 TV məhsulları 12 ay müddətinə, hər ay 250 manat ödənilməklə nisyə satılmışdır. Alqı-satqı müqavilələrinə əlavə olunmuş əşyaların təhvil-təslim Aktlarına əsasən Cavabdeh tərəfindən müqavilədə göstərilən mallar qüsursuz halda təhvil alınmışdır. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2021-ci il tarixli C9790206/21 saylı müqaviləyə əsasən ümumilikdə 490 (dörd yüz doxsan) manat, xx.xx.2021-ci il tarixli C9790208/21 saylı müqaviləyə əsasən ümumilikdə 1721 (bir min yeddi yüz iyirmi bir) manat və xx.xx.2021-ci il tarixli C9790249/21 saylı müqaviləyə əsasən ümumilikdə 1542 (bir min beş yüz qırx iki) manat borcu yaranmışdır. Xəbərdarlıq məktubuna əsasən, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. İddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsindən görünür ki, xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbz əsasında iddiaçı tərəfindən 58 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək və iddiaçının nümayəndəsinin izahatını dinləyərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin tələbinə görə nisyə alqı-satqı müqaviləsi o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hazırki işdə də iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanılmış (MM m.601.1), həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli C9790206/21nömrəli, xx.xx.2021-ci il tarixli C9790208/21 nömrəli və xx.xx.2021-ci il tarixli C9790249/21 nömrəli alqı-satqı müqavilələrinə əsasən İddiaçı müqavilələrdə göstərilən əşyaları Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyaları qəbul etməyi və müqavilələr üzrə nəzərdə tutulan müddətlərə olan aylıq ödənişləri etməyi və bu şərtləri pozduqda qalıq məbləğinin hər gecikdirilmiş günə hesablanmış 1% həcmində penya ödəməyi barədə öhdəlik götürmüşdür. Həmin əşyalar satıcı tərəfindən cavabdehə təhvil verilmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona xəbərdarlıq məktubu göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı xəbərdarlıq edilmişdir. Beləliklə, Cavabdeh müqavilədən irəli gələn öhdəliyini icra etməyərək aldığı əşyaların dəyərinin tam olaraq ödənilməsini təmin etməmişdir. Nəticədə cavabdehin icra edilməmiş öhdəliyi yaranmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. (MM m.600.4) Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Məhkəmə həmçinin iddia tələbinin cərimənin (dəbbə pulu) ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. İşin hallarını nəzərə alınmaqla, məhkəmə cəriməni azaldaraq iddia ərizəsində göstərilən cərimənin xx.xx.2021-ci il tarixli C9790206/21 nömrəli müqavilə üzrə 45 manat məbləğində deyil, 5 manat məbləğində, xx.xx.2021-ci il tarixli C9790208/21 nömrəli müqavilə üzrə 157 manat məbləğində deyil, 15 manat məbləğində və xx.xx.2021-ci il tarixli C9790249/21 nömrəli müqavilə üzrə 140 manat məbləğində deyil, 10 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq hesab edir. (MM m.467) Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli C9790249/21 nömrəli müqaviləyə əsasən,1402 (bir dörd üz iki) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə; xx.xx.2021-ci il tarixli C9790208/21 nömrəli müqaviləyə əsasən, 1571 (bir beş yüz yetmiş bir) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə və xx.xx.2021-ci il tarixli C9790206/21 nömrəli müqaviləyə əsasən, 445 (dörd yüz qırx beş) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, ümumilikdə, 3448 (üç min dörd yüz qırx səkkiz) manat borc İddiaçı xeyrinə tutulmalıdır.

Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 58 manat dövlət rüsumunun 53 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli C9790249/21 nömrəli müqaviləyə əsasən,1402 (bir dörd üz iki) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə; xx.xx.2021-ci il tarixli C9790208/21 nömrəli müqaviləyə əsasən, 1571 (bir beş yüz yetmiş bir) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə və xx.xx.2021-ci il tarixli C9790206/21 nömrəli müqaviləyə əsasən, 445 (dörd yüz qırx beş) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, ümumilikdə, 3448 (üç min dörd yüz qırx səkkiz) manat borc və ödənilmiş dövlət rüsumunun 53 (əlli üç) manat hissəsi İddiaçı xeyrinə tutulsun. İddian qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar