Məhkəmə qərarları › İş №e-2(006)-4104/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4104/2022

26.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4104/2022 26.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh, İddiaçı MMC ilə xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il,xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, “X1 300” komputer, ”Microsoft Windows 10 Pro”, “Mouse Logitech”,komputer çantası,nevresim takımı,battaniye - tekstil, “Braun” markalı ütü, “Panasonic” markalı ətçəkən almış və nəticədə 3558 AZN (üç min beş yüz əlli səkkiz) borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 3360 AZN (üç min üç yüz altmiş) (12 ay x 251 manat + 348 manat ilkin ödəniş) olan X1 300 komputer üçün ümumilikdə, 2601.8 manat (iki min altı yüz bir manat səksən qəpik) olmaqla ondan 2365.5 AZN ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 236.3 AZN cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 495 AZN (6 ay x 79 manat + 21 manat ilkin ödəniş) olan ”Microsoft Windows 10 Pro”, “Mouse Logitech”,komputer çantası üçün ümumilikdə, 338 AZN manat olmaqla ondan, 308 AZN ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 30 AZN cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 207.2 AZN (14 ay x 14.8 manat + 0 manat ilkin ödəniş) olan nevresim takımı,battaniye - tekstil üçün ümumilikdə, 211.2 AZN olmaqla ondan, 192.2 AZN ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 19 AZN cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 601 AZN (12 ay x 50 manat + 1 manat ilkin ödəniş) olan “Braun” markalı ütü, “Panasonic” markalı ətçəkən üçün ümumilikdə, 407 AZN olmaqla ondan, 370 AZN ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 37 AZN cərimə miqdarında borc yaranmışdır.Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, xx.xx.2021-ci il tarixdə “Braun” markalı ütü, “Panasonic” markalı ətçəkəndən imtina etmiş və məhsul 180 manat qiymətləndirilib borcundan silinərərk geri qaytarılmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 51 manat,məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 180 manat,ümümilikdə 231 manat təşkil edir.Digər 3 müqavilə üzrə üçün isə cəmi ödədiyi məbləğ 1196.5 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Göstərilənlərə əsasən, xx.xx.2019-ci il tarixli müqaviləsinə əsasən, “X1 300” komputer üçün 2365.5 AZN ödənilməmiş hissə, 236.3 AZN cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, ”Microsoft Windows 10 Pro”, “Mouse Logitech”,komputer çantası üçün 308 manat ödənilməmiş hissə, 30 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, nevresim takımı,battaniye - tekstil üçün 192.2 ödənilməmiş hissə,19 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, “Braun” markalı ütü, “Panasonic” markalı ətçəkən üçün 370 ödənilməmiş hissə,37 manat cərimə; ümumilikdə, 3558 manat borc və 55.58 manat ödənilmiş dövlət rüsümunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən məhkəməyə etiraz ərizəsi ünvanlanmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 01135142 saylı müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 3360 AZN olan “X1 300” komputeri Cavabdeh satmış,cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini 348 AZN ilkin ödəniş etməklə, hissə-hissə 12 ay müddətinə hər ay 251 AZN ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 01135201 saylı müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 495 AZN olan ”Microsoft Windows 10 Pro”,“Mouse Logitech”,komputer çantasını Cavabdeh satmış,cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini 21 AZN ilkin ödəniş etməklə, hissə-hissə 6 ay müddətinə hər ay 79 AZN ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 20107394 saylı müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 207.2 AZN olan nevresim takımı,battaniye – tekstili Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 14 ay müddətinə hər ay 14.8 AZN ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 20107344 saylı müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 601 AZN olan “Braun” markalı ütü, “Panasonic” markalı ətçəkəni Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini 1 AZN ilkin ödəniş etməklə hissə-hissə 12 ay müddətinə hər ay 50 AZN ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, xx.xx.2021-ci il tarixdə “Braun” markalı ütü, “Panasonic” markalı ətçəkəndən imtina etmiş və məhsul 180 manat qiymətləndirilib borcundan silinərərk geri qaytarılmışdır. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş 10 avqust 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2019-ci il tarixli müqavilə üzrə 2365.5 AZN ödənilməmiş hissə, 236.3 AZN cərimə; xx.xx.2019-ci il tarixli müqavilə üzrə 308 AZN ödənilməmiş hissə, 30 AZN cərimə; xx.xx.2020-ci il tarixli müqavilə üzrə 192.2 AZN ödənilməmiş hissə, 19 AZN cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 370 AZN ödənilməmiş hissə, 37 AZN cərimə olmaqla, ümumilikdə 3558 AZN məbləğində borcu vardır. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı MMCdən xx.xx.2019-ci il tarixli, 01135142 saylı müqaviləyə əsasən “X1 300” komputer, xx.xx.2019-ci il tarixli, 01135201 saylı müqaviləyə əsasən ”Microsoft Windows 10 Pro”,“Mouse Logitech”,komputer çantasını, xx.xx.2020-ci il tarixli, 20107394 saylı müqaviləyə əsasən, nevresim takımı,battaniye – tekstili, xx.xx.2020-ci il tarixli, 20107344 saylı müqaviləyə əsasən, Braun” markalı ütü, “Panasonic” markalı ətçəkəni almışdır. Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilələrin şərtləri pozulmuş və nəticədə müqavilə üzrə 3558 AZN məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 55.58 AZN (əlli beş manat, əlli səkkiz qəpik) məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2019-ci il tarixli, 01135142 saylı müqaviləyə əsasən 2365.5 (iki min üç yüz altmış beş manat,əlli qəpik) ödənilməmiş hissə, 236.3 AZN (iki yüz otuz altı manat,otuz qəpik) cərimə; xx.xx.2019-ci il tarixli, 01135201 saylı müqaviləyə əsasən 308 (üç yüz səkkiz manat) ödənilməmiş hissə, 30 AZN (otuz) cərimə; xx.xx.2020-ci il tarixli, 20107394 saylı müqaviləyə əsasən, 192.2 AZN (yüz doxsan iki manat, iyirmi qəpik) ödənilməmiş hissə, 19 AZN (on doqquz) məbləğində cərimə; xx.xx.2020-ci il tarixli, 20107344 saylı müqaviləyə əsasən, 370 AZN (üç yüz yetmiş) ödənilməmiş hissə, 37 AZN (otuz yeddi) məbləğində cərimə olmaqla, ümumilikdə 3558 AZN (üç min beş yüz əlli səkkiz) məbləğində borc və 55.58 AZN (əlli beş manat, əlli səkkiz qəpik) məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2019-ci il tarixli, 01135142 saylı müqaviləyə əsasən 2365,50 (iki min üç yüz altmış beş manat,əlli qəpik) ödənilməmiş hissə, 236,30 AZN (iki yüz otuz altı manat,otuz qəpik) cərimə; xx.xx.2019-ci il tarixli, 01135201 saylı müqaviləyə əsasən 308 (üç yüz səkkiz manat) ödənilməmiş hissə, 30 AZN (otuz) cərimə; xx.xx.2020-ci il tarixli, 20107394 saylı müqaviləyə əsasən, 192,20 AZN (yüz doxsan iki manat, iyirmi qəpik) ödənilməmiş hissə, 19 AZN (on doqquz) məbləğində cərimə; xx.xx.2020-ci il tarixli, 20107344 saylı müqaviləyə əsasən, 370 AZN (üç yüz yetmiş) ödənilməmiş hissə, 37 AZN (otuz yeddi) məbləğində cərimə olmaqla, ümumilikdə 3558 AZN (üç min beş yüz əlli səkkiz) məbləğində borc və 55, 58 AZN (əlli beş manat, əlli səkkiz qəpik) məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar