Məhkəmə qərarları › İş №e-2(006)-4105/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4105/2022

26.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4105/2022 26.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı ilə xx.xx.2019-cu il, xx.xx.2019cu il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********92516 olan “Samsung Galaxy A20” markalı telefon, “Canon EOS” markalı fotoaparat almışdır. Cavabdehin xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqavilələrə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, restrukturizasiya edilmişdir. Cavabdeh İddiaçı ilə xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqaviləsinə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə 2675 AZN borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 222.6 AZN (13 ay x 15.9 AZN + 15.9 AZN ilkin ödəniş) İMEİ kodu **********92516 olan “Samsung Galaxy A20” markalı telefon üçün ümumilikdə 172 AZN olmaqla ondan, 156.8 AZN ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 15.2 AZN cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 2536.92 AZN (35 ay x 70.47 AZN + 70.47 AZN ilkin ödəniş) “Canon EOS” fotoaparat üçün ümumilikdə 2503 AZN olmaqla ondan, 2275.6 AZN ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 227.4 AZN cərimə hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 327.12 AZN təşkil edir. Cavabdehlə aralaerında bağlanılmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqavilələrinin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********92516 olan “Samsung Galaxy A20” markalı telefon üçün 156.8 AZN ödənilməmiş hissə, 15.2 AZN cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən “Canon EOS” fotoaparat üçün 2275.6 AZN ödənilməmiş hissə, 227.4 AZN cərimə olmaqla, ümumilikdə 2675 AZN borc və 46,75 AZN ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdeh isə bildirişin kötüyünə 22 avqust 2022-ci il tarixində imza edərək bildirişi almış və məhkəməyə etiraz ünvanlamamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00692850 saylı müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 558 AZN olan “Samsung Galaxy A20” markalı telefonu Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə hər ay 31 AZN ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00918320 saylı müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 2880 AZN olan “Canon EOS” markalı fotoaparatı Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 24 ay müddətinə hər ay 120 AZN ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00692850 saylı müqavilə üzrə 01 saylı əlavə sazişə əsasən cavabdeh “Samsung Galaxy A20” markalı telefona görə 13 ay ərzində 15,90 AZN ilkin ödəniş etməklə, ödəniş cədvəli üzrə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 15,90 AZN ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00918320 saylı müqavilə üzrə 01 saylı əlavə sazişə əsasən cavabdeh “Canon EOS” markalı fotoaparata görə 35 ay ərzində 70,47 AZN ilkin ödəniş etməklə, ödəniş cədvəli üzrə xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək 70,47 AZN ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş 06 avqust 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2019-cu il tarixli, 00692850 saylı müqavilə üzrə 01 saylı əlavə müqaviləyə əsasən 156,80 AZN ödənilməmiş hissə, 15,20 AZN cərimə, xx.xx.2019-cu il tarixli, 00918320 saylı müqavilə üzrə 01 saylı əlavə müqaviləyə əsasən 2275,60 AZN ödənilməmiş hissə, 227,40 AZN cərimə, iki müqavilə üzrə 2432,40 AZN ödənilməmiş hissə, 242,60 AZN cərimə, ümumilikdə 2675 AZN məbləğində borcu vardır. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı MMCdən xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən “Samsung Galaxy A20” markalı telefon, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən “Canon EOS” markalı fotoaparat almışdır. Daha sonra xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqavilələr xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən restruktrizasiya edilmişlər. Lakin bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilələrin şərtləri pozulmuş və nəticədə iki müqavilə üzrə 2675 AZN məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 46,75 AZN (qırx altı manat, yetmiş beş qəpik) məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli, 00692850 saylı müqavilə üzrə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 156.80 AZN (bir yüz əlli altı manat, səksən qəpik) ödənilməmiş hissə, 15.20 AZN (on beş manat, iyirmi qəpik) cərimə, xx.xx.2019-cu il tarixli, 00918320 saylı müqavilə üzrə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 2275.60 AZN (iki min iki yüz yetmiş beş manat, altmış qəpik) ödənilməmiş hissə, 227.40 AZN (iki yüz iyirmi yeddi manat, qırx qəpik) cərimə olmaqla, ümumilikdə 2675 AZN (iki min altı yüz yetmiş beş manat) məbləğində borc və 46,75 AZN (qırx altı manat, yetmiş beş qəpik) məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, 00692850 saylı müqavilə üzrə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 156.80 AZN (bir yüz əlli altı manat, səksən qəpik) ödənilməmiş hissə, 15.20 AZN (on beş manat, iyirmi qəpik) cərimə, xx.xx.2019-cu il tarixli, 00918320 saylı müqavilə üzrə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 2275.60 AZN (iki min iki yüz yetmiş beş manat, altmış qəpik) ödənilməmiş hissə, 227.40 AZN (iki yüz iyirmi yeddi manat, qırx qəpik) cərimə olmaqla, ümumilikdə 2675 AZN (iki min altı yüz yetmiş beş manat) məbləğində borc və 46,75 AZN (qırx altı manat, yetmiş beş qəpik) məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar