Məhkəmə qərarları › İş №e-2(006)-4113/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4113/2022

26.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4113/2022 26.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pulun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pulun silinməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Marvin-Qonaq-Masa, Venetsiya FS-5 mebel üçün 288 (iki yüz səksən səkkiz) manat ödənilməmiş hissə, 28 (iyirmi səkkiz) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Lg Led tv üçün 797.6 (yeddi yüz doxsam yeddi manat altmış qəpik) manat ödənilməmiş hissə, 79 (yetmiş doqquz) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********38896 olan Samsung Galaxy A41 markalı telefon üçün 169.4 (yüz altmış doqquz manat qırx qəpik) manat ödənilməmiş hissə, 16 (on altı) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********21883 olan Samsung galaxy A01 markalı telefon üçün 99.6 (doxsan doqquz manat altmış qəpik) manat ödənilməmiş hissə, 9 (doqquz) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********64392 olan Realme C3 markalı telefon və aksessuar üçün 63.8 (altmış üç manat səksən qəpik) manat ödənilməmiş hissə, 6.6 (altı manat altmış qəpik) manat cərimə; ümumilikdə, 1557 (min beş yüz əlli yeddi manat) manat borc, 35 (otuz beş) manat 57 (əlli yeddi) qəpik ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrinə əsasən, Marvin-Qonaq- Masa, Venetsiya FS-5 mebel, Lg Led tv, İMEİ Kodu **********64392 olan Realme C3 markalı telefon və aksessuar almış və nəticədə 1557 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 867.6 manat (yəni 18 ay x 48.2 manat+ 0 manat ilkin ödəniş) olan Marvin-Qonaq-Masa, Venetsiya FS-5 mebel üçün ümumilikdə, 316 manat olmaqla ondan, 288 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 28 manat cərimə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1105.2 manat (yəni 18 ay x 61.4 manat+ 0 manat ilkin ödəniş) olan Lg Led tv üçün ümumilikdə, 876.6 manat olmaqla ondan, 797.6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 79 manat cərimə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 700.8 manat (yəni 12 ay x 58.4 manat+ 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********38896 olan Samsung Galaxy A41 markalı telefon üçün ümumilikdə, 185.4 manat olmaqla ondan, 169.4 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 16 manat cərimə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 251 manat (yəni 12 ay x 20 manat+ 11 manat ilkin ödəniş) olan İMEİ Kodu **********21883 olan Samsung galaxy A01 markalı telefon üçün ümumilikdə, 108.6 manat olmaqla ondan, 99.6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 9 manat cərimə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 391.2 manat (yəni 12 ay x 32.6 manat+ 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********64392 olan Realme C3 markalı telefon və aksessuar üçün ümumilikdə, 70.4 manat olmaqla ondan, 63.8 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6.6 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1897.4 manat təşkil edir. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəliklərini icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5- ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin əlavəsindən görünür ki, alqı-satqı qiyməti 251 manat (yəni 12 ay x 20 manat+ 11 manat ilkin ödəniş) olan İMEİ Kodu **********21883 olan Samsung galaxy A01 markalı telefon üçün ümumilikdə, 108.6 manat olmaqla ondan, 99.6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 9 manat cərimə pulu borcu yaranmışdır. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin əlavəsindən görünür ki, alqı-satqı qiyməti 391.2 manat (yəni 12 ay x 32.6 manat+ 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********64392 olan Realme C3 markalı telefon və aksessuar üçün ümumilikdə, 70.4 manat olmaqla ondan, 63.8 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6.6 manat cərimə pulu borcu yaranmışdır. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin əlavəsindən görünür ki, alqı-satqı qiyməti 700.8 manat (yəni 12 ay x 58.4 manat+ 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********38896 olan Samsung Galaxy A41 markalı telefon üçün ümumilikdə, 185.4 manat olmaqla ondan, 169.4 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 16 manat cərimə pulu borcu yaranmışdır. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin əlavəsindən görünür ki, alqı-satqı qiyməti 867.6 manat (yəni 18 ay x 48.2 manat+ 0 manat ilkin ödəniş) olan Marvin-Qonaq-Masa, Venetsiya FS-5 mebel üçün ümumilikdə, 316 manat olmaqla ondan, 288 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 28 manat cərimə pulu borcu yaranmışdır. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin əlavəsindən görünür ki, alqı-satqı qiyməti 1105.2 manat (yəni 18 ay x 61.4 manat+ 0 manat ilkin ödəniş) olan Lg Led tv üçün ümumilikdə, 876.6 manat olmaqla ondan, 797.6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 79 manat cərimə pulu borcu yaranmışdır. xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Marvin-Qonaq-Masa, Venetsiya FS-5 mebelin aylıq ödənişi 48.2 manat; Lg Led tv-in aylıq ödənişi 61.4 manat; İMEİ Kodu **********38896 olan Samsung Galaxy A41 markalı telefonun aylıq ödənişi 58.4 manat; İMEİ Kodu **********21883 olan Samsung galaxy A01 markalı telefonun aylıq ödənişi 20 manat və İMEİ Kodu **********64392 olan Realme C3 markalı telefon və aksessuarın aylıq ödənişi isə 32.6 manat təşkil edir. "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, cavabdeh, müqavilənin şərtlərini pozaraq, müqavilədə göstərilən vaxt və qaydaya əməl etmədiyi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtinə uyğun olaraq əlavə peniya hesablanmışdır. Hesablanmış peniya məbləğini qısa zamanda ödəmədiyi halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, cavabdeh xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2020-ci il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 35.57 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Dövlət rüsumu haqqında AR Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı iddia qiymətinin 1%-ni təşkil edir. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 35.57 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Marvin-Qonaq-Masa, Venetsiya FS-5 mebel üçün 288 (iki yüz səksən səkkiz) manat ödənilməmiş hissə, 28 (iyirmi səkkiz) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Lg Led tv üçün 797.6 (yeddi yüz doxsam yeddi manat altmış qəpik) manat ödənilməmiş hissə, 79 (yetmiş doqquz) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********38896 olan Samsung Galaxy A41 markalı telefon üçün 169.4 (yüz altmış doqquz manat qırx qəpik) manat ödənilməmiş hissə, 16 (on altı) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********21883 olan Samsung galaxy A01 markalı telefon üçün 99.6 (doxsan doqquz manat altmış qəpik) manat ödənilməmiş hissə, 9 (doqquz) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********64392 olan Realme C3 markalı telefon və aksessuar üçün 63.8 (altmış üç manat səksən qəpik) manat ödənilməmiş hissə, 6.6 (altı manat altmış qəpik) manat cərimə; Ümumilikdə, 1557 (min beş yüz əlli yeddi manat) manat borc, 35 (otuz beş) manat 57 (əlli yeddi) qəpik ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar