Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4116/2024 27.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi X1 (yekun məhkəmə iclasına gəlməmişdir), Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: Cavabdeh ilə, "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il tarixli müqavilələrə əsasən, İmei kod **********25956 SAMSUNG GALAXY S23 FE markalı telefon, PLAYSTATİON 5, İmei kod **********39331 SAMSUNG GALAXY S22 markalı telefon almış və nəticədə 5414 (beş min dörd yüz on dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1914.12 (min doqquz yüz on dörd manat on iki qəpik) manat (12 ay x 159.51 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********25956 SAMSUNG GALAXY S23 FE markalı telefonüçün ümumilikdə, 2198 (iki min yüz doxsan səkkiz) manat olmaqla ondan, 1864.62 (min səkkiz yüz altmış dörd manat altmış iki qəpik) manat ödənilməmiş hissə, 333.38 (üç yüz otuz üç manat otuz səkkkiz qəpik) manat dəbbə; -xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1553.94 (bir min beş yüz əlli üç manat doxsan dörd qəpik) manat (18 ay x 86.33 manat + 0 manat ilkin ödəniş) olan PLAYSTATİON 5üçün ümumilikdə, 1734 (min yeddi yüz otuz dörd) manat olmaqla ondan, 1553.94 (min beş yüz əlli üç manat doxsan dörd qəpik) manat ödənilməmiş hissə, 180.06 (yüz səksən manat altı qəpik) manat dəbbə; - xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2092.68 (iki min doxsan iki manat altmış səkkiz qəpik) manat (12 ay x 146.89 manat + 330 manat ilkin ödəniş) olan İmei kod **********39331 SAMSUNG GALAXY S22 markalı telefonüçün ümumilikdə, 1482 (min dörd yüz əsksən iiki) manat olmaqla ondan, 1175.01 (min yüz yetmiş beş manat bir qəpik) manat ödənilməmiş hissə, 306.99 (üç yüz altı manat doxsan doqquz qəpik) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 967.17 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddiaçının tələbi: -xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********25956 SAMSUNG GALAXY S23 FE markalı telefonüçün 1864.62 (min səkkiz yüz altmış dörd manat altmış iki qəpik) manat ödənilməmiş hissə, 333.38 (üç yüz otuz üç manat otuz səkkkiz qəpik) manat dəbbə; -xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, PLAYSTATİON 5üçün 1553.94 (min beş yüz əlli üç manat doxsan dörd qəpik) manat ödənilməmiş hissə, 180.06 (yüz səksən manat altı qəpik) manat dəbbə; -xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********39331 SAMSUNG GALAXY S22 markalı telefonüçün 1175.01 (min yüz yetmiş beş manat bir qəpik) manat ödənilməmiş hissə, 306.99 (üç yüz altı manat doxsan doqquz qəpik) manat dəbbə borcu; Ümumilikdə 5414 manat borc, 74.14 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarıması xahiş olunur. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etsə də, yekun məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək, məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin iclasında iştirak edən Cavabdeh izahat verərək, müqavilə üzrə borcun tutulması hissəsində iddia tələbini qəbul etdiyini, lakin cərimə borcunun məbləği ilə razı olmadığını bildirdi. İş materiallarına əlavə edilmiş sənədlər: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli ******* saylı müqaviləyə əsasən cavadeh alqı-satqı qiyməti 1914.12 (min doqquz yüz on dörd manat on iki qəpik) manat (12 ay x 159.51 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********25956 SAMSUNG GALAXY S23 FE markalı telefon markalı telefon almışdır. xx.xx.2023-cü il tarixli bildirişə əsasən, xx.xx.2023-cü il tarixli ******* nömrəli müqavilənin bütün şərtləri qəbul edilmiş, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli 02106803 saylı müqaviləyə əsasən alqı-satqı qiyməti 1553.94 (bir min beş yüz əlli üç manat doxsan dörd qəpik) manat (18 ay x 86.33 manat + 0 manat ilkin ödəniş) olan PLAYSTATİON 5 almışdır. xx.xx.2023-cü il tarixli bildirişə əsasən, xx.xx.2023-cü il tarixli 02106803 nömrəli müqavilənin bütün şərtləri qəbul edilmiş, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli 03566362 saylı müqaviləyə əsasən 2092.68 (iki min doxsan iki manat altmış səkkiz qəpik) manat (12 ay x 146.89 manat + 330 manat ilkin ödəniş) olan İmei kod **********39331 SAMSUNG GALAXY S22 almışdır. xx.xx.2023-cü il tarixli bildirişə əsasən, xx.xx.2023-cü il tarixli 03566362 nömrəli müqavilənin bütün şərtləri qəbul edilmiş, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir. Alqı-satqı müqaviləsinə əlavə olunmuş əşyaların təhvil-təslim Aktlarına əsasən cavabdeh tərəfindən müqavilədə göstərilən mallar qüsursuz halda təhvil alınmışdır. xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdehnın iddiaçı "xxxx" MMC-yə ümumilikdə 5414 (beş dörd yüz on dörd) manat borcu yaranmışdır xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubuna əsasən, "xxxx" MMC Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 74,14 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin tələbinə görə nisyə alqı-satqı müqaviləsi o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hazırki işdə də iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanılmış (MM m.601.1), həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il tarixlərindəki əşyanın alqı-satqısına dair müqavilələrə əsasən "xxxx" MMC müqavilədə göstərilən əşyaları Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və müqavilə üzrə nəzərdə tutulan müddətlərə olan aylıq ödənişləri etməyi və bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. Həmin əşyalar satıcı tərəfindən cavabdehə təhvil verilmişdir. Cavabdeh tərəfindən müqavilələr üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona xəbərdarlıq məktubu göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı xəbərdarlıq edilmişdir. Beləliklə, Cavabdeh müqavilələrdən irəli gələn öhdəliklərini icra etməyərək aldığı əşyaların dəyərinin tam olaraq ödənilməsini təmin etməmişdir. Nəticədə cavabdehin icra edilməmiş öhdəliyi yaranmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. (MM m.600.4) Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Məhkəmə həmçinin iddia tələbinin cərimənin (dəbbə pulu) ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. İşin hallarını nəzərə alınmaqla, məhkəmə cəriməni azaldaraq iddia ərizəsində göstərilən cərimənin xx.xx.2023-cü il tarixli ******* nömrəli müqavilə üzrə 333,38 manat məbləğində deyil, 20 manat məbləğində, xx.xx.2023-ci il tarixli 02106803nömrəli müqavilə üzrə 180,6 manat məbləğində deyil, 10 manat məbləğində, xx.xx.2023-ci il tarixli 03566362 nömrəli müqavilə üzrə 306,99 manat məbləğində deyil, 15 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq hesab edir. (MM m.467) Ona görə də məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli ******* nömrəli müqaviləyə əsasən, 1864,62 (bir min səkkiz yüz altmış dörd manat altmış iki qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə; xx.xx.2023-ci il tarixli 02106803nömrəli müqaviləyə əsasən, 1553,94 (bir min beş yüz əlli üç manat doxsan dörd qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, xx.xx.2023-ci il tarixli 03566362 nömrəli müqaviləyə əsasən, 1175,01 (bir min yüz yetmiş beş manat bir qəpik) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə, ümumilikdə 4638,57 (dörd min altı yüz otuz səkkiz manat əlli yeddi qəpik) manat borc "xxxx" MMC-nin xeyrinə tutulmalıdır.
Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 74,14 manat dövlət rüsumunun 63 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli ******* nömrəli müqaviləyə əsasən, 1864,62 (bir min səkkiz yüz altmış dörd manat altmış iki qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə; xx.xx.2023-ci il tarixli 02106803 nömrəli müqaviləyə əsasən, 1553,94 (bir min beş yüz əlli üç manat doxsan dörd qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, xx.xx.2023-ci il tarixli 03566362 nömrəli müqaviləyə əsasən, 1175,01 (bir min yüz yetmiş beş manat bir qəpik) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə, ümumilikdə 4638,57 (dörd min altı yüz otuz səkkiz manat əlli yeddi qəpik) manat borc və dövlət rüsumunun 63 (altmış üç) manat hissəsi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. İddian qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Həbibə Miriyeva