Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4172/2022 14.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirdi ki, tərəflər arasında yaranmış mübahisə barışıq sazişinin bağlanılması nəticəsində öz həllini tapmışdır. Göstərilənlərə əsasən məhkəməyə barışıq sazişi təqdim edərək, barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddiaçının nümayəndəsi və vəkilinin izahatına oxşar izahat verərək, barışıq sazişinin təsdiq edilməklə, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin, o cümlədən cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. İddiaçı MMC ilə Cavabdeh arasında aşağıdakı məzmunda barışıq sazişi bağlanmışdır: İddiaçı MMC Cavabdeh qarşı 1.648 manat icarə haqqının, 110 manat vəkilə ödənilmiş xidmət haqqının və 38 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər hazırki mübahisəni barışıq yolu ilə həll etməklə bağlı razılıq əldə etmişlər.
1. İddiaçı öz üzərinə götürür ki, hazırki barışıq sazişi imzalandığı andan iddiadan imtina edir.
2. Cavabdeh iddiaçıya 1.500 manat pul ödəməyi öz öhdəsinə götürür. Cavabdeh öz üzərinə götürür ki, 1.500 manatın 300 manatını barışıq sazişi imzalanan vaxt, yerdə qalan 1.200 manatını isə 01 noyabr 2022-ci il tarixdən başlayaraq, hər ayın əvvəli aylıq 200 manat olmaqla, 6 ay müddətinə ödəyir.
3. Bu saziş tərəflər üçün məcburi şərtləri özündə əks etdirməklə, Azərbaycan dilində 3 nüsxədə tərtib edilir. Nüsxələr eyni hüquqi qüvvəyə malikdir və biri iddiaçıda, digəri cavabdehdə, üçüncü nüsxəsi isə Nəsimi Rayon Məhkəməsində saxlanılır.
4. Bu saziş məhkəmə tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinin tələbinə görə, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinin tələbinə görə, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehlərin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdehlər və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehlərin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinin tələbinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehlərin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanunazidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq olunmalı və mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52, 191, 261, 262, 263-264, 267-269-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ:
İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin: İddiaçı MMC Cavabdeh qarşı 1.648 manat icarə haqqının, 110 manat vəkilə ödənilmiş xidmət haqqının və 38 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər hazırki mübahisəni barışıq yolu ilə həll etməklə bağlı razılıq əldə etmişlər.
1. İddiaçı öz üzərinə götürür ki, hazırki barışıq sazişi imzalandığı andan iddiadan imtina edir.
2. Cavabdeh iddiaçıya 1.500 manat pul ödəməyi öz öhdəsinə götürür. Cavabdeh öz üzərinə götürür ki, 1.500 manatın 300 manatını barışıq sazişi imzalanan vaxt, yerdə qalan 1.200 manatını isə 01 noyabr 2022-ci il tarixdən başlayaraq, hər ayın əvvəli aylıq 200 manat olmaqla, 6 ay müddətinə ödəyir.
3. Bu saziş tərəflər üçün məcburi şərtləri özündə əks etdirməklə, Azərbaycan dilində 3 nüsxədə tərtib edilir. Nüsxələr eyni hüquqi qüvvəyə malikdir və biri iddiaçıda, digəri cavabdehdə, üçüncü nüsxəsi isə Nəsimi Rayon Məhkəməsində saxlanılır.
4. Bu saziş məhkəmə tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir. İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə bağlı e-2(006)- 4172/2022 saylı mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 38 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Ceyhun Tağıyev