Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4175/2022 03.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh, İddiaçı MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********65395 “iphone Xs” markalı telefon, ”Hp” markalı komputer,İmei kodu **********77461 “Samsung Galaxy A12” markalı telefon,Paket M,”Gorenje” markalı tozsoran almış və nəticədə 4603 AZN (dörd min altı yüz üç ) borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 1123.8 AZN (12 ay x 84.4 manat + 111 manat ilkin ödəniş) olan İmei kodu **********65395 “iphone Xs” markalı telefon üçün ümumilikdə, 595 AZN olmaqla ondan 540.8 AZN ödənilməmiş hissə, 54.2 AZN cərimə; xx.xx.2021-cu il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 3262.6 AZN (24 ay x 135.9 manat + 1 manat ilkin ödəniş) olan ”Hp” markalı komputer üçün ümumilikdə, 3434 AZN manat olmaqla ondan, 3121.6 AZN ödənilməmiş hissə, 312.4 AZN cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 632.6 AZN (18 ay x 33.7 manat + 26 manat ilkin ödəniş) olan İmei kodu **********77461 “Samsung Galaxy A12” markalı telefon,Paket M üçün ümumilikdə,372 AZN olmaqla ondan, 339 AZN ödənilməmiş hissə, 33 AZN cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 277.2 AZN (12 ay x 23.1 manat + 0 manat ilkin ödəniş) olan “Gorenje” markalı tozsoran üçün ümumilikdə, 202 AZN olmaqla ondan, 184 AZN ödənilməmiş hissə, 18 AZN cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1110.8 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Göstərilənlərə əsasən, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********65395 “iphone Xs” markalı telefon üçün 540.8 AZN ödənilməmiş hissə, 54.2 AZN cərimə; xx.xx.2021-cu il tarixli müqaviləsinə əsasən, ”Hp” markalı komputer üçün 3121.6 manat ödənilməmiş hissə, 312.4 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********77461 “Samsung Galaxy A12” markalı telefon,Paket M üçün 339 ödənilməmiş hissə,33 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, “Gorenje” markalı tozsoran üçün 184 manat ödənilməmiş hissə,18 manat cərimə; ümumilikdə, 4603 manat borc və 66.03 manat ödənilmiş dövlət rüsümunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən məhkəməyə etiraz ərizəsi ünvanlanmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-cu il tarixli 22325960 saylı müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 1123.8 AZN olan İmei kodu **********65395 “iphone Xs” markalı telefonu Cavabdeh satmış,cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini 111 AZN ilkin ödəniş etməklə, hissə-hissə 12 ay müddətinə hər ay 84.4 AZN ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23259985 saylı müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 3262.6 AZN olan ”Hp” markalı komputeri Cavabdeh satmış,cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini 1 AZN ilkin ödəniş etməklə, hissə-hissə 24 ay müddətinə hər ay 135.9 AZN ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23107502 saylı müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 632.6 AZN olan İmei kodu **********77461 “Samsung Galaxy A12” markalı telefon və Paket M-i Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini 26 AZN ilkin ödəniş etməklə, hissə-hissə 18 ay müddətinə hər ay 33.7 AZN ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23017441 saylı müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 277.2 AZN olan “Gorenje” markalı tozsoranı Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə hər ay 23.1 AZN ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş 15 avqust 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdehnın İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 540.8 AZN ödənilməmiş hissə, 54.2 AZN cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 3121.6 AZN ödənilməmiş hissə, 312.4 AZN cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 339 AZN ödənilməmiş hissə, 33 AZN cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 184 AZN ödənilməmiş hissə, 18 AZN cərimə olmaqla, ümumilikdə 4603 AZN məbləğində borcu vardır. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı MMCdən xx.xx.2021-ci il tarixli, 22325960 saylı müqaviləyə əsasən İmei kodu **********65395 “iphone Xs” markalı telefon, xx.xx.2021-ci il tarixli, 23259985 saylı müqaviləyə əsasən ”Hp” markalı komputer,xx.xx.2021-ci il tarixli, 20107394 saylı müqaviləyə əsasən, İmei kodu **********77461 “Samsung Galaxy A12” markalı telefon,Paket M-i, xx.xx.2021-ci il tarixli, 23017441 saylı müqaviləyə əsasən, “Gorenje” markalı tozsoranı almışdır. Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilələrin şərtləri pozulmuş və nəticədə müqavilə üzrə 4603 AZN məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 66.03 AZN (altmış altı manat, üç qəpik) məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli, 22325960 saylı müqaviləyə əsasən 540.8 (beş yüz qırx manat,səksən qəpik) ödənilməmiş hissə, 54.2 AZN (əlli dörd manat,iki qəpik) cərimə; xx.xx.2021-ci il tarixli, 23259985 saylı müqaviləyə əsasən 3121.6 (üç min yüz iyirmi bir manat,altmış qəpik) ödənilməmiş hissə, 312.4 AZN (üç yüz on iki manat,qırx qəpik) cərimə; xx.xx.2021-ci il tarixli, 23107502 saylı müqaviləyə əsasən, 339 AZN (üç yüz otuz doqquz manat) ödənilməmiş hissə, 33 AZN (otuz üç) məbləğində cərimə; xx.xx.2021-ci il tarixli, 23017441 saylı müqaviləyə əsasən, 184 AZN (yüz səksən dörd) ödənilməmiş hissə, 18 AZN (on səkkiz) məbləğində cərimə olmaqla, ümumilikdə 4603 AZN (dörd min altı yüz üç ) məbləğində borc və 66.03 AZN (altmış altı manat, üç qəpik) məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, 22325960 saylı müqaviləyə əsasən 540.80 (beş yüz qırx manat,səksən qəpik) ödənilməmiş hissə, 54.20 AZN (əlli dörd manat,iki qəpik) cərimə; xx.xx.2021-ci il tarixli, 23259985 saylı müqaviləyə əsasən 3121.60 (üç min yüz iyirmi bir manat,altmış qəpik) ödənilməmiş hissə, 312.40 AZN (üç yüz on iki manat,qırx qəpik) cərimə; xx.xx.2021-ci il tarixli, 23107502 saylı müqaviləyə əsasən, 339 AZN (üç yüz otuz doqquz manat) ödənilməmiş hissə, 33 AZN (otuz üç) məbləğində cərimə; xx.xx.2021ci il tarixli, 23017441 saylı müqaviləyə əsasən, 184 AZN (yüz səksən dörd) ödənilməmiş hissə, 18 AZN (on səkkiz) məbləğində cərimə olmaqla, ümumilikdə 4603 AZN (dörd min altı yüz üç ) məbləğində borc və 66.03 AZN (altmış altı manat, üç qəpik) məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №e-2(006)-4175/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4175/2022
03.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver